676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə16/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   12   13   14   15   16   17   18   19   ...   51

gedir.O bu iki xalqın Xəzər sahilində, Qafqaz dağlarından Də rbəndə kimi uzanan geniş
sahədə yaşadıqlarını yazmışdır. (53.141)
Orta əsr mənbələri kəngərləri oğuzlarla birlikdə yad etməkdədir.Mə -sələn,10-cu əsr
salnaməçisi Konstantin Baqryanorodnıy oğuz tayfalarından olan beçeneklərin bir hissəsinin
Kanqar,yəni kəngər adlandığını bidirməkdədir.(54.159). Qiyasəddin Qeybullayevin yazdığına
görə, kanqlı tayfasının oğuz-Səlcuq birləşmələrində yer aldığını qeyd edilmişdir (55.103).
Moravçikin də fikrincə, oğuz -beçenek tayfasının bir qismi kanqlı adlanmışdır (56.145).
Tarixi mənbələr kəngərlilərin adını Azərbaycanla bağlamaq ənənəsi ba -xımından çox
genişdir.Məsələn,orta əsrlərə aid erməni tarixçilərinin verdiyi məlumatlardan belə məlum olur
ki,kəngərlər Qərbi Azərbaycandakı Kəngər dağlarında,eləcə də Albaniya ,yəni Şimalı
Azərbaycan ərazisindəkə kəngərlər ölkəsində yaşamışlar (55.102). Erməni mənbələrinin
birində deyilir ki,482–ci ildə erməni və iber ordusu Kəngərlər ölkəsində fars ordusu ilə
müharibəyə girişmişdilər. “7 -ci əsr erməni coğrafiyası”ndan belə məlum olur ki,Göyçə
gölündən şimala yrləşən torpaqlar Kəngərlər ölkəsi adlanmışdır (57.304).
Tarixi mənbələr 18-ci əsrdə kəngərlilərin bir hissəsinin Gürcüstan ərazisindən Qarabağa
köçdüyünü qeyd edir.Naxçıvan ərazisindəki kəngərlilərdən 6-cı əsrə aid bir anonim Suriya
mənbəyi sönbət açmaqdadır (55.102).
Rəşid Göyüşov deyir:
“Eneolit dövrünün dini dünyagörüşünü öyrənmək baxımından Əliköməktə -pədə tapılan
dairəvi otağın böyük əhəmiyyəti var. Otağın divarları gillə suvanmış,
üstündən isə ağ gillə şirələnmişdir.Ham ar divarda həndəsi xarakterli naxışlar çəkilmişdir.Bu
bina çox güman ki,ovsun mərasimlərinin keçirilməsi üçün istifadə edilmişdir.. Daşdan və
gildən düzəldilən insan fiqurları Eneolit dövrünün ən maraqlı abidələridir.”
(4.31).
Eneolit dövrünə aid ən maraqlı mərasimlərdən biri də müxtəlif insan fiqur -ları ilə bağlı
olmuşdur. Bilqamıs dastanının məzmunundan belə görünür ki, Eneolit dövrü sakinləri, eləcə
də sonrakı dövrdə şumerlər bu gil heykəlləri günəş tanrısı Utuya (akkad variantında
Şamaşa) qurban vermişlər:


“Bilqamıs özü gildən bir heykəlcik düzəltdi.
Sonra taxtadan böyük bir masa da çıxartdı.
Əqiqdən qayrılmış qabı balla doldurdu.
Lacivərddən düzəlmiş qabı yağla doldurdu.
Masanı bəzəyərək Utu üçün apardı.” (51.66).
Günəş tanrısı Utunun adı Azərbaycan folklorunda bu yaxın zamanlara qədər “Qodu”
şəklində yaşamışdı r. Bilqamıs Utuya bal,yağ kimi yeməli şeylər apardığı kimi,Azərbaycanda
da Qodu üçün xəmiraşı bişirilməliymyş.Qeydə alın -mış “Qodu-Qodu”nəğmələri içərisində bal
və yağın xatırlanması xüsusi maraq do -
ğurmaqdadır:
“Qoduya qaymaq gərək,
Qablara yaymaq gərək,
Qodu gün çıxarmasa,
Gözlərin oymaq gərək.
Yağ verin yağlamağa,
Bal verin ballamağa,
Qodu gülmək istəyir,
Qoymayın ağlamağa.” (24.47).
5 min il öncə Günəş tanrısı Utuya bal və yağ qurbanlığı verən Bilqamıs bu mərasim
zamanı gildən heykəl düzəltdiyi kimi,Azərbaycan türkləri də 20ci əsrin
ortalarınadək “Bal verin ballamağa,yağ verin yağlamağa”- deyərək “Qodu-Qodu” mərasimi
keçirərkən, müqəvva düzəldərmişlər.


Tanınmış rəssam və tədqiqatçı Elçin Aslan yazır:
“Azərbaycanda vaxtsız və uzun müddət yağan leysan yağışına son qoy -maq, günəşi
çağırmaq məqsədi ilə icra olunan kütləvi xalq tamaşası “Qodu-Qodu” günəş tanrısına həsr
olunurdu.Vaxtilə yaşlılar tərəfindən göstərilən bu əsatiri tamaşa,get -gedə ilkin önəmini
itirmiş və 20-ci yüzilin əvvəllərində subay gənclər və uşaqlar tərəfindən oynalınan
hərəkətli,sözlü-nəğməli bir oyuna çevrilmişdir. Oyun iştirakçıları müqəvva Qodunu qapı -qapı
gəzdirib,onun şəninə təriflər deyir, məzəli səhnələrdə kuklanı çomaqla vurub “öldürür”,sonra
yenidən “dirildirdilər.” (58.55).
Nəsir Rzayev isə deyir:
“Tunc dövründə,eramızdan əvvəl 3 -2-ci minilliklərdə Azərbaycanda gü-nəş kultu
çox geniş yayılmışdı.O vaxt günəş tanrısının bir sıra simvolları məişət -də,ictimai həyatda
tətbiq edilərək bədii yaradıcılığa daxil olmuşdur.Tunc dövrünün sonunda əmək
məhsuldarlığının artması,istehsalın,maldarlığın inkişafı varlanmaq-da olan qəbilə və ailə
başçılarının,əcdadların hüququnu genişləndirir,yeni dini eti -qadların yaradılmasına səbəb
olurdu.Odur ki,günəş t anrısının “funksiyasında” yeni elementlər ortaya çıxırdı.Onlardan biri
günəş tanrısının əcdadlara və bununla əlaqədar olaraq ölülərə himayəkarlıq göstərməsi
idi.Bunun nəticəsində cəmiyyətdə “atalar kultu” və “ölülər kultu” kimi yeni ideoloji
tendensiya yaranırdı.Bununla əlaqədar olaraq qəbir daşları günəş rəngli oxra ilə boyadılırdı
ki,qəbir isti,işıqlı olsun, axirət evinə dirilik bəxş edilsin və ölüləri kurqanlarda dəfn etməyə
başlayırdı-lar.Kurqan qəbirlərinin yerləşdirilməsində vahid bir sistemə, “şüa sistemi”nə
riayət edilirdi.Kurqanların daxilində də kromlexlər tikilirdi.
Görkəmli arxeoloq Hummel Xanlar rayonunun kurqanlarını tədqiq edərkən, onların
səpələnmiş halda deyil,müəyyən ərazidə toplanmasına diqqət
yetirmişdir. O, qərara gəlmişdir ki,bütün qəbirlər bir nöqə ətrafında- günəş şüasının çevrə
boyu yayılması istiqamətində tikilmişdir.Onun kəşf etdiyi bu qanunauyğunluq “şüa sistemi”
adlanır.Alimlər bu sistemin Orta Asiya kurqanlarına da aid olduğu fikrini irəli sürmüşlər.
Təsərrüfatda günəşə ehtiyac olanda,onu buludlar arxasından çıxarmaq la -zım
gələndə,günəşə təsir etmək üçün ovsun ayini keçirilir və “Qodu -Qodu”nəğmə-si oxunurdu.
Qodu palçığa batmışdı,


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə