A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə40/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   36   37   38   39   40   41   42   43   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
edilm
əsində, strateji, taktiki və  operativ məsələlərin həllində  ondan  geniş 
istifad
ə  edilir. Bəs bütün informasiyalardan bu məqsədlə  istifadə  etmək 
olarmı? Suala birmənalı olaraq “yox” cavabı veriləcəkdir. Problem bəzi hal-
lar
da informasiyanın yoxlanılmamış, ilk mənbədən dəqiqləşdirilməmiş fakt-
lar 
əsasında və ya qərəzli mövqedən yazılması ilə bağlıdır. Hazırda qlobal 
in
ternet şəbəkəsində hər gün kifayət qədər çox sayda informasiya yerləşdiri-
lir. Ancaq bu m
əlumatların  heç  də  hamısı  nəinki  işə  yaramır,  hətta fərdin 
şüuruna zərərli təsir göstərir, sivilizasiyalar və dövlətlər arasında nifaq toxu-
mu s
əpir.  Müasir  dünyada  maraq  qrupları  bu  qəbil informasiyalardan öz 
m
əqsədləri üçün məharətlə istifadə edirlər.  
Bu amili n
əzərdə tutan Azərbaycan Respublikasının Prezidenti İlham 
Əliyev AzərTAc-ın 90 illik yubiley mərasimində və MDB ölkələri Milli İn-
formasiya Agentlikl
əri Rəhbərləri Şurasının iclasında iştirak edən nümayən-
d
ə heyətlərinin başçıları ilə görüşdə demişdir: “Ölkələr və xalqlar arasında 
qar
şılıqlı  anlaşmanın  möhkəmləndirilməsində  informasiya agentliklərinin, 
kütl
əvi informasiya vasitələrinin fəaliyyətindən çox şey asılıdır. Həqiqi mə-
lu
matın  vaxtında  verilməsi operativ qərarların  qəbulu, proseslərin düzgün 
şərh edilməsi, ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasın-
da mühüm rol oynayır... Lakin təəssüf ki, bəzən əksinə də olur. Bəzən hansı-
sa yoxlanılmamış və ya qərəzli informasiya, yaxud sifariş xarakterli infor-
masiya ikit
ərəfli münasibətlərə müəyyən dərəcədə zərər də vura bilər. Buna 
gör
ə  də  KİV  nümayəndələri öz vəzifələrinə  məsuliyyətlə  yanaşmalıdırlar” 
(4, 1). 
 
Buradan aydın görünür ki, tarixi inkişafın müasir mərhələsində kütlə-
vi informasiya vasit
ələrinin cəmiyyət həyatında rolu və əhəmiyyəti qeyri-adi 
d
ərəcədə  artmış,  mass-medianın  qarşısında  qoyulan  ictimai-siyasi tələblər 
v
ə peşəkarlıqla bağlı meyarlar dəyişmişdir. Vaxtilə inkişaf etmiş ölkələrdə, 
o cüml
ədən  keçmiş  SSRİ-də  dövlətin siyasətinə  uyğun  olan  informasiyanı 
ic
timai şüura aşılamağa xidmət edən xüsusi qurumlar var idi. Bu qurumlar 
informasiyanın həqiqi elmi-ictimai məzmunundan daha çox onun təbliğati-
ideoloji mahiyy
ətinə əhəmiyyət verirdi. Kütləvi şüura yalnız dönə-dönə süz-
g
əcdən keçirilmiş faktlar deyil, həm də həmin faktların geniş ictimaiyyət tə-
r
əfindən qavranılması üsulları yeridilirdi, yəni əslində, auditoriyaya əvvəlcə-
d
ən formalaşdırılmış fikirlər təlqin olunurdu. 
Totalitar rejimin süqutundan sonra birqütblü  dünyada m
ətbuat nəinki 
ideoloji buxovlardan azad olmuş, yeni keyfiyyətlərlə zənginləşərək ən müx-
 
- 92 - 


Sosial-siyasi elml
ər 
 
t
əlif mövzularda saysız-hesabsız informasiyanın yer aldığı qlobal şəbəkəyə 
çev
rilmişdir. İnternet adlanan bu planetar şəbəkəyə məcazi mənada “Ümu-
mdünya hörümç
ək toru” tərifini verənlər haqlıdırlar. Tarix elmləri doktoru 
Əli Həsənov yazır: “Elmi-texniki inqilabın və elektron texnologiyaların sü-
r
ətlə informasiya və kommunikasiya sahələrini əhatə etməsi üçüncü minilli-
yin başlanğıcında planetin geosiyasi məkanını “vahid məkan-zaman çərçivə-
sin
ə” salaraq bütövləşdirmiş  və  virtuallaşdırmışdır…  Dünyanın  transmilli 
kütl
əvi informasiya vasitələri ölkələrin milli hüdudlarını aşaraq vahid, virtu-
al informasiya v
ə təbliğat məkanı yaratmışdır” (8, 486). 
Bu virtual m
əkanda hər kəs nəinki onu maraqlandıran informasiyanı 
əldə edə, hətta fikir mübadiləsi apara, şərh verə bilər. Təsadüfi deyil ki, mət-
bu
atın müasir tipoloji sistemlərinin təsnifatını verməyə çalışan tədqiqatçılar 
mass-
medianın qlobal, yaxud regional, rəsmi, yaxud qeyri-formal, ciddi, ya-
xud  bayağı-bulvar,  demokratik,  yaxud  totalitar,  yazılı,  yaxud  audiovizial 
cütl
ərini təklif edilər. Bu təsnifatdan aydın  görünür ki, cəmiyyət həyatının 
el
ə  bir sahəsi yoxdur ki, mətbuatda bu barədə  informasiya  olmasın.  Buna 
gör
ə də “informasiya cəmiyyəti” termininin  yaranması və ona önəm veril-
m
əsi tamamilə təbiidir. Çünki informsiya cəmiyyətini  əvvəlki sosial quru-
luşlardan mahiyyətcə fərqləndirən ən əsas cəhət bu cəmiyyətin iqtisadi sis-
temind
ə informasiyanın həlledici əhəmiyyətə malik olmasıdır.  
Lakin informasiya c
əmiyyəti haqqında elmi konsepsiyalarda bu iki sö-
zün  ehtiva  etdiyi  anlayışa  genetik  mənada  yanaşmalara  da  rast  gəlmək 
mümkündür. M
əsələyə belə yanaşanlara görə, informasiya cəmiyyətinin ya-
şı bütövlükdə bəşəriyyətin yaşından heç də az deyildir: cəmiyyətin inkişafı-
nın  bütün  mərhələlərində  informasiya  onun zəruri  atributlarından  biri  ol-
muşdur. 
Əlbəttə  ki, hətta ibtidai sivilizasiyalarda da, digər formasiyalarda da 
t
əkamülün  əsas  aktorlarından  biri  informasiya  olmuşdur.  “Böyük  Rusiya 
En
siklopediyası”nda deyildiyi kimi, cəmiyyətin inkişafının ilk mərhələsində 
ya
şamaq uğrunda mübarizədə, evlərin inşasında, geyimlərin hazırlanmasın-
da, 
ərzaq təminatında, məhsul ehtiyatlarının yaradılmasında və qorunmasın-
da, müharib
ə-müdafiə və hərbi yürüşlərdə təchizat və silahlanmada, təbabə-
tin meydana g
əlməsində və inkişafında mövcud biliklərin toplanması, ötü-
rülm
əsi və ondan təkamülün təminedici vasitəsi kimi istifadə olunması la-
büd hala çevrilmişdi. İlk texniki avadanlığın meydana gəlməsi, nəqliyyat va-
sit
ələrinin getdikcə  təkmilləşdirilməsi, metaldan istifadə  və  bu sahələrdə 
 
- 93 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə