A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə41/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   37   38   39   40   41   42   43   44   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
mövcud t
əcrübələrin öyrənilməsi informasiyasız mümkün ola bilməzdi. Cə-
miyy
ətin  inkişafında  istehsalın  artmasının  sənayeləşdirməyə  gətirib  çıxar-
ma
sı kimi böyük təkamüldə informasiyanın nə dərəcədə mühüm rol oynadı-
ğını təsəvvür etmək mümkündür. Bu, formalaşmaqda olan postindustrial si-
vi
lizasiyası ilə sosial quruluşun ən qədim formaları arasında genetik əlaqə-
nin olmasını göstərir. Təəccüblü deyil ki, indiyə qədər hələ heç bir iqtisadçı 
ibtidai icma dövrü il
ə müasir sivilizasiya arasındakı varislik əlaqəsini izlə-
m
əyə  cəhd göstərməmişdir.  Halbuki  müasir  cəmiyyətlə  müqayisədə  bizim 
uzaq 
əcdadlarımızın həyatında informasiyanın əhəmiyyəti heç də az olma-
mışdır. Çünki informasiya bütün dövrlərdə işə yaramış və ictimai transfor-
ma
siyanın başlıca mənbəyi olmuşdur (6, 490).
 
Əgər  “informasiya  ...ictimai  transformasiyanın  başlıca mənbəyi ol-
muşdur”sa, alimlər nə  üçün “informasiya cəmiyyəti”  konsepsiyasını  əsas-
lan
dırmaq üzərində bu qədər baş sındırırlar? İnformasiya cəmiyyəti tarixi re-
al
lıqdır,  yoxsa  utopiya?  “Həqiqət müqayisədə  meydana  çıxır”  prinsipi  ilə 
ya
naşsaq, suala “tarixi reallıqdır” cavabını verməli olacağıq. Çünki informa-
siya c
əmiyyəti kateqoriyasını sənaye cəmiyyəti və ondan əvvəlki cəmiyyət-
l
ərlə müqayisə edəndə, artıq yeni sosial quruluşun tarixi reallıq olduğu aydın 
görünür. 
S
ənaye cəmiyyətindən  əvvəlki cəmiyyətlərin tarixinə  diqqət yetirsək 
gör
ərik  ki,  insanların  yaşamaq  uğrunda  mübarizəsinin rəhni  əzələ  qüvvəsi 
idi. Bel
ə cəmiyyətdə rifah təbii amillərdən – yağışdan və quraqlıqdan, tor-
pağın vəziyyətindən, iqlimin sərt və ya mülayim keçməsindən asılı olurdu. 
S
ənaye cəmiyyəti isə çevikdir, istehlak tələbatını istehsal vasitələrini 
in
kişaf etdirməklə tənzimləyir. Bu cəmiyyətdə insan təbiəti dəyişdirmək is-
t
əyən qüvvəyə çevrilir, dünya texniki xüsusiyyət qazanır və daha da rasional 
olur, h
əyatın ritmi insan zəkasının məhsulu olan ən müasir texnikanın sürəti 
v
ə iş ahəngi ilə ölçülür.  
  B
əs informasiya cəmiyyətini fərqləndirən xüsusiyyətlər hansılardır? 
İnformasiya cəmiyyəti zəngin və daha  geniş, çoxçeşidli xidmətlərə əsasla-
nır.  Bu  cəmiyyətdə  əsas  rol  oynayan  yalnız  əzələ  qüvvəsi və  enerji deyil, 
onu t
ənzimləyən və inkişafa təkan verən, yol göstərən informasiyadır. Ha-
zırda ətraf aləm haqqında biliklərin toplanmasının da aid olduğu informasi-
ya xarakterli  prosesl
ər,  əslində, cəmiyyətin  inkişaf  istiqamətini və  sürətini 

əyyən edir. Buna görə də “informasiya cəmiyyəti” termininin yaranması 
v
ə ona böyük önəm verilməsi tamamilə təbiidir.  
 
- 94 - 


Sosial-siyasi elml
ər 
 
Dünyada informasiyanın əhəmiyyəti durmadan artır, hazırda bu sektor 
bütövlükd
ə  iqtisadiyyatın  digər sahələrindən daha sürətlə  inkişaf  edir.  Bu 
sah
ənin inkişafı Azərbaycanda da sürətlə gedir. Təsadüfi deyil ki, Azərbay-
canda s
ənayenin neft-qaz sektorundan sonra inkişaf sürətinə və yatırılan sər-
may
ələrin həcminə görə informasiya-kommunikasiya texnologiyaları sahəsi 
ikinci yerd
ədir. “Azərbaycan Respublikasında rabitə və informasiya texno-
logi
yalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nda de-
yi
lir: “Hazırda İKT sektorunun inkişaf tempi bu sahədə ümumdünya göstəri-
cil
ərini təxminən üç dəfə  qabaqlayır.  Dünya  İqtisadi  Forumu  tərəfindən 
2008-2009-cu ill
ər üçün hazırlanmış “İnformasiya texnologiyalarının qlobal 
in
kişafı haqqında hesabat”da Azərbaycan 134 ölkə sırasında 60-cı yeri tut-
maqla bir çox nüfuzlu ölk
ələri  qabaqlamışdır  və  MDB-nin  iştirakçısı  olan 
dövl
ətlər arasında lider olmuşdur” (5, 2). Azərbaycanda biliklərə əsaslanan 
informasiya c
əmiyyəti qurulması istiqamətində görülən işlərin təməli Prezi-
dent Heyd
ər Əliyevin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edil-
miş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommuni-
kasiya texno
logiyaları üzrə Milli Strategiya” ilə qoyulmuşdur (3, 144).  
Milli Strategiyanın əsas məqsədi “informasiya və kommunikasiya tex-
no
logiyalarından  geniş  istifadə  etməklə  ölkənin  demokratik  inkişafına  kö-
m
ək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir” (3, 148). Bu 
m
əqsədə çatmağın yolları da Milli Strategiyada konkret göstərilmişdir: “Öl-
k
ənin informasiyalaşdırılması yolu ilə informasiya cəmiyyətinin formalaşdı-
rılması təşkilati, sosial-iqtisadi, elmi-texniki, texnoloji və ən başlıcası, siyasi 
amill
ərə malik olan mürəkkəb prosesdir, onun müvəffəqiyyətlə həyata keçi-
rilm
əsinə cəlb olunan siyasi-inzibati, maliyyə, insan, texniki və s. resurslar-
dan s
əmərəli istifadə olunmasını, prioritetlərin və fəaliyyət istiqamətlərinin 
düzgün mü
əyyən edilməsini, görülən işlərin tənzimlənməsini və əlaqələndi-
rilm
əsini tələb edir” (3, 149). 
  Milli Strategiyada informasiya c
əmiyyəti  quruculuğunun  əsas 
istiqam
ətləri aşağıdakı kimi təsnif edilmişdir:  
– 
qlobal informasiya mühitinin yaradılması; 
–  informasiya v
ə kommunikasiya texnologiyalarından kütləvi istifadə 
edilm
əsi, sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaranması; 
– 
informasiyanın  əmtəəyə  çevirlməsi, informasiya və  bilik  bazarının 
yaradılması və inkişafı; 
 
- 95 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə