A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə30/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   149

 

93

Buna görə də ədəbi dilin sonrakı inkişaf dövrlərində 



ümumxalq səciyyəsi daşımayan belə elementlər getdikcə 

sıradan çıxmağa başladı. 

Göründüyü kimi, 20-ci illərdə ədəbi dildə işlənmə 

hüququnu hələ də saxlayan ərəb-fars alınmaları, əsas 

etibarilə, terminoloji səciyyə daşıyan sözlərdən ibarətdir. 

Terminologiyanın inkişafı elmi terminologiyanın müxtəlif 

xalqlar arasında universallaşma meyili qazanması ilə daha 

çox bağlı olduğundan, sonrakı dövrlərdə Azərbaycan 

dilində beynəlxalq səciyyəli terminlərin alınma potensialı 

da artmışdı. Bu sahədə, SSRİ xalqları dillərindən biri kimi

Azərbaycan dilinə də rus dilinin böyük təsiri olmuşdur. 

Cəmiyyətin sosial inkişafı və elmi-texniki tərəqqi ilə 

əlaqədar olan terminlərin çox mühüm bir qismi Azərbaycan 

dilinə bilavasitə rus dili vasitəsilə daxil olmuşdur. Məlum 

olduğu üzrə, hələ inqilabdan əvvəlki dövrlərdə Azərbaycan 

dilində çoxlu miqdarda ərəb-fars mənşəli terminlər 

işlədilirdi. Lakin belə terminlər yeni ictimai quruluşun 

tələbləri ilə uyuşmadığı, habelə ifadə tərzi və anlaşma 

xüsusiyyətləri etibarilə Azərbaycan dilinin real inkişafı 

zəminindən geri qaldığı üçün öz yerini rus dilindən alınmış 

müvafiq terminlərə verməli oldu. 

Yeni ictimai quruluşla əlaqədar dildə baş verən bu 

tipli dəyişmələr məhz terminologiyanın inkişafı və 

təkmilləşməsi amillərindən biri kimi meydana çıxır. Belə 

ki, terminologiyanın inkişafı elmin, texnikanın, istehsalatın 

inkişafı ilə paralel surətdə gedir; hər bir yeni anlayış dildə 

öz əksini tapır

1



İnsan fəaliyyətinin ən müxtəlif sahələrindəki tərəqqi, 

irəliləyiş terminlər sisteminin fasiləsiz dəyişməsinə və 

                                                           

1

 M. Ş. Qasımov. Azərbaycan dili terminologiyasının əsasları, Bakı, «Elm» 



nəşriyyatı, 1973, səh. 40-41. 


 

94

inkişafına səbəb olur. Vaxtilə Azərbaycan dilçiliyində 



işlənmiş  təmsil, sövtiyyat, sərf, nəhv və s. kimi terminlərin 

köhnələrək  assimilyasiya, fonetika, morfologiya, sintaksis 

terminləri ilə əvəz edilməsini buna misal göstərmək olar. 

İnqilabdan əvvəlki dövr ədəbi dili üçün xas olan ərəb-

fars mənşəli terminlərə inqilabdan sonra nəşr edilmiş lüğət-

lərdə də rast gəlmək mümkündür. Məsələn, müəllim Qafur 

Rəşadın 1921-ci ildə nəşr olunmuş «Təfsirli xalq lüğəti» 

kitabında həmin dövr ədəbi dilini səciyyələndirən və 

mənası çətin anlaşılan bir çox terminlər verilmişdir ki, 

sonralar onlar ədəbi dildə tamamilə işləkliyini itirdi və 

unuduldu. Onların yerinə rus dilindən müvafiq terminlər 

qəbul edildi. Qəliz ərəb-fars mənşəli terminlərə 1929-cu 

ildə çap olunmuş «İmla lüğəti»ndə də rast gəlmək 

mümkündür. Lüğətdə amadə, bərğus, bəsalət, cərahət, 

daül-əzrək, daüssəmək, etidaleyn, əfazil, ənqaz, fəyyaz, 

hazaristə, həccaz, iltihac, qəbayih, laəqəll, məzrubat, 

nisfünnəhar, pəri-peykər, seriüzəval, tərəqqüm

1

  və s. kimi 



çoxlu sözlər vardır ki, bunların, demək olar ki, heç biri nə 

işləndiyi dövrdə, nə də sonralar ümumxalq malı olmaq 

hüququ qazana bilməmiş, beləliklə də, ədəbi dilin lüğət 

tərkibindən çıxmış və sonrakı lüğətlərə daxil edilməmişdir. 

Bu cür sözlər Azərbaycan ədəbi dilində ona görə 

yaşaya bilmədi ki, yeni cəmiyyətin sosial-mədəni inkişafı, 

millətlərin və mədəniyyətlərin yaxınlaşması zəminində 

milli dillərin coşğun tərəqqisi elmi-texniki terminlərdə 

unifikasiyaya yaranmış güclü meyillə ayaqlaşa bilmir, 

Azərbaycan dilinin fonetik və orfoepik tələblərinə qətiyyən 

uyğun gəlmirdi. 

Çətin anlaşılan, terminoloji məzmunlu ərəb-fars 

sözlərini 20-ci illərdə ədəbi dilə elmi anlayışları ifadə 

                                                           

1

 Bax: Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), səh. 72 




 

95

ənənəsi gətirmişdi; bu terminləri başa düşən, işlədən az idi, 



elə ki, ədəbi dil sürətlə xalq üçün anlaşıqlı olmağa başlayır, 

kütlənin ünsiyyətinə xidmət edir, onda çətin anlaşılan, yad 

lüğəvi vahidlər də sosial-psixoloji nüfuzunu itirir, bunun 

arxasınca isə onların faktik olaraq dildən çıxması, daha 

doğrusu, ədəbi işləklikdən qalması baş verir. Bir sıra 

nümunələr isə satirik dilin materialına çevrilir: məsələn, 

«Molla Nəsrəddin» jurnalının 20-ci illər nömrələrinin 

dilində çətin anlaşılan ərəb-fars mənşəli sözlərdən üslubi 

element kimi istifadə edilir. Elə bu da sözün normalılığını 

itirməsi deməkdir; o söz, ifadə, obraz satiranın materialına 

çevrilir ki, artıq ciddi—normativ həyatını başa vurmuşdur. 

 

* * * 



 

20-ci illərdə Azərbaycan ədəbi dilində türk dilinə 

məxsus bir sıra sözlər də işlənirdi. Ərəb-fars mənşəli sözlər 

kimi, türk dili elementlərinin Azərbaycan ədəbi dilində 

işlənməsi də inqilabdan əvvəlki dövr ədəbi dilindən qalmış 

miras idi. İnqilabdan əvvəlki dövrdə türk ədəbi mühitinin 

Azərbaycan ziyalılarına təsiri onların dilində xüsusi şəkildə 

özünü göstərirdi. Bu təsir altında türk dili elementləri bəzi 

ziyalıların dilində geniş işləklik qazanmışdı. Bu elementlər 

XX əsrin I rübündə Azərbaycanda nəşr edilmiş «Füyuzat» 

və «Şəlalə» kimi jurnalların dilində xüsusilə çox işlədilirdi. 

Demək olar ki, həmin məcmuələrdəki cümlələr də quruluş 

və ifadə cəhətdən türk dilinə uyğunlaşdırılırdı. Bunlar nə 

xalis türk, nə də Azərbaycan dili cümlələri idi. Buna görə 

də Azərbaycan ədəbi dili belə pozuq ifadə vasitələri ilə 

inkişaf edə bilməzdi. Xalqın başa düşmədiyi, onun ruhuna 

uyğun gəlməyən dil vasitələri ictimai həyatda da özünə yer 

tapmaq imkanından məhrum idi. Bu jurnallarda ifadə 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə