A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə28/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   149

 

87

adam nasıl bu kimi sözlər çıxarır sualına cavab verməzdən 



aciz qalır»

1

. Rəy müəllifi belə sözlərə aid lüğətdən 



kötürdüyü aşağıdakı quraşdırmaları misal göstərir: toplay 

(atmosfera), 

layölçən 

(barometr), 

ilçaq 

(mövsüm), 



toplantay (dövlət), taslıq (xəritə), yayxan (metal), özülölçən 

(masştab), 

payqırdaş 

(paralel), 

başqan 

(prezident), 



quyruqlu  (kometa),  topal  (məbləğ),  biçimbil  (həndəsə), 

özübəlli (aksioma), kandamar (vena), dirgi (heyvan), sayaz 

(rəqəm) və s.

2

 



Göründüyü kimi, Azərbaycan ədəbi dilinin 20-ci illər 

dövrü, zamanın özü kimi təlatümlü və mürəkkəb olmuşdur. 

Dildə daxili imkanlar əsasında inkişaf meyilləri daha güclü 

müşahidə olunurdu.  

Ədəbi dilimizin lüğət tərkibinin beynəlmiləl sözlərlə 

zənginləşməsində rus dilinin mütərəqqi təsirini xüsusi qeyd 

etmək lazım gəlir. Milli ədəbi dilimizin inkişafında 

dildaxili imkanlar və rus dili alınmaları əsas və həlledici 

amillər kimi qiymətləndirilməlidir. 

20-ci illərdən etibarən Azərbaycan ədəbi dili lüğət 

tərkibinin inkişafına elmi-şüurlu nəzarət başlayır; hərc-

mərcliyin mövcud olduğu dövrdə buna həm ehtiyac var idi, 

yəni dilin milli ləyaqətinin qorunması bunu tələb edirdi, 

həm də yeni yaranan ictimai quruluşun özü dilə planlı 

yanaşmanın tərəfində dururdu. Odur ki, 1922-ci ildə 

Azərbaycan MİK yanında terminoloji komissiya yaradılır, 

komissiya terminoloji lüğətlər nəşr etdirir; bu lüğətlərdə 

onilliyin leksik norma tendensiyası özünü hiss etdirir. 

Termin yaradıcılığı sahəsindəki mübahisələr ona 

gətirib çıxarır ki, həmin terminoloji komissiya buraxılır, 

                                                           

1

 Bax: Ə.Cavad. Fənni istilahlar. «Maarif və mədəniyyət» jurnalı, 1923, № 3, 



səh. 12. 

2

 Yenə orada, səh. 12-14. 




 

88

əvəzində Xalq Komissarlığı yanında yeni terminoloji 



komissiya yaradılır. Görülən təşkilati tədbirlər tezliklə öz 

bəhrəsini verir, terminologiya sahəsində dilin öz daxili 

imkanlarına üstünlük verilir. 

 

* * * 



 

Ərəb və fars dillərindən dilimizə uzun müddət ya 

zorla, ya da könüllü şəkildə külli miqdarda sözlər daxil 

olmuşdur. Müəyyən boşluğu doldura bilən, dilimizin 

leksik-semantik və fonetik-qrammatik normalarına uyuşan 

sözlər o dərəcədə kütləviləşmiş, ümumxalq malına çevril-

mişdir ki, onlarsız dilimizi təsəvvür etmək olduqca çətindir. 

20-ci illərdə Azərbaycan ədəbi dilində işlədilən ərəb-

fars sözləri müxtəlif səciyyəyə malikdir. Onları dil siste-

mində yerinə, lüğət tərkibinə münasibətinə və işlədilmə 

imkanlarına görə iki qrupa bölmək olar: 

a) əsrlərdən bəri işlənərək dilimizin inkişafında 

mühüm rol oynayan ərəb-fars mənşəli sözlər. Ədəbi dildə 

əsrlərdən bəri işlədilən ərəb-fars sözlərinin bir qismi istər 

fonetik tərkib, istərsə də qrammatik quruluşca o qədər 

dəyişikliyə uğramışdır ki, onları tələffüz və ifadə 

xüsusiyyətlərinə görə Azərbaycan dilinin öz sözlərindən 

fərqləndirmək çətindir. Orfoqrafik və orfoepik qanuna-

uyğunluqların təsiri ilə dəyişmiş bu sözlər Azərbaycan 

ədəbi dili lüğət tərkibinin əsas hissəsinə daxil olmuşdur. 

Müasir ədəbi dilimizdə də fəal işlənmə xüsusiyyətinə malik 

olan bu cür ərəb-fars mənşəli sözlərdən 20-ci illərin ədəbi 

dilində geniş şəkildə istifadə edilmişdir. Məmnuniyyət, 

xalq, əlifba, qəbul, mədəni, inkişaf, dövr, vahid, təsərrüfat, 

qərar, məqsəd, istehsal, əlaqə, cəlb, ziyalı, çəmi, idarə, 

azad, sərf  və s. belə sözlərdəndir. 




 

89

20-ci illərə məxsus mətbuat dilində işlədilmiş 



aşağıdakı cümlələrdə belə sözlərin məna aydınlığı qabarıq 

şəkildə öz əksini tapmışdır: 

Hindustanda çıxan «Əş-Şura» adlı müsəlman qəzetəsi 

böyük  bir  m ə m n u n i y y ə t l ə   oxucularına  bildirmişdir  ki, 

Bakıda olmuş türkoloji qurultayı bütün türk x a l q l a r ı  

üçün yeni ə l i f b a  qəbul etmişdir (K-15.11.1926); Bununla 

qurultay türklərin m ə d ə n i   i n k i ş a f ı  üçün yeni bir 

d ö v r  yaratmışdır (K-11.04.1921);  25 martda Əhmədli 

kəndində qurulan mitinqdə fəhlə və kəndlilər bir v a h i d  

kimi dağılmış olan t ə s ə r r ü f a t  işlərini düzgün yoluna 

qoymaq üçün ə h d  və yəmin etmələri babında yeni q ə r a r  

çıxarmışlardır (K-5.04.1921); A l i  İqtisadi Şuranın 

q ə r a r ı  bəyənilmişdir (K-11.04.1921); 

Komitə bu 

m ə q s ə d ə  varmaq üçün aşağıdakı işləri yapacaqdır (K-

6.06.1921); 

Kənd  t ə s ə r r ü f a t ı   öz  i s t e h s a l  

ə l a q ə l ə r i n i  yaradır (İM-1928, № 11); C ə m i   m ü s ə l -

m a n   z i y a l ı l a r ı  idarələrimizdə yazı-pozu türk dilində 

getdiyiçün qət ediblər ki, gizlicə alış-veriş etməkdən əl 

çəkib a z a d   v a x t l a r ı n ı  türk dilini öyrənməyə sərf 

etsinlər (K-4.04.1921); 

b) ikinci qrup leksik vahidlər müasir ədəbi dilimiz 

üçün məqbul olmayan, mənaca daha anlaşıqlı qarşılıqları 

ilə əvəz edilməsi mümkün olan, ərəb və fars dillərindən 

hazır şəkildə alınıb işlədilən sözlərdən ibarətdir. Bu tipli 

sözlər 20-ci illərdə daha geniş işlənmişdir. Buraya, əsas 

etibarilə, aşağıdakı leksik-semantik söz qrupları daxildir. 

Sosial-ictimai vəziyyətlə bağlı olanlar. Yeni dövrün 

ilk onilliyində sosial vəziyyətlə əlaqədar meydana çıxan 

anlayışları ifadə etmək üçün bir sıra ərəb-fars mənşəli 

sözlərə müraciət edilmişdir. 20-ci illər ədəbi dilində, 

xüsusən «Kommunist» və «Gənc işçi» qəzetlərində sosial 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə