A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə2/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   149

 

5

əsaslar üzərində yenidən qurulmağa başlayır, XVII-XVIII 



əsrlərdə bu proses xüsusi sürətlə davam edir. 

I dövrdə Azərbaycan ədəbi dili ümumxalq dili əsa-

sında surətlə inkişaf edir

1

. XVII-XVIII əsrlərdə ədəbi dildə 



milli elementlərin cücərtiləri meydana gəlir və bu mənada 

XVII, xüsusən XVIII əsrdəki ədəbi dil II dövrə keçid kimi 

xarakterizə edilir. 

XVIII əsrin sonları, XIX əsrin əvvəllərində Azərbay-

can ədəbi dilinin demokratikləşməsi elə bir səviyyəyə çatır 

ki, birinci növbədə norma planında milli keyfiyyətlərə ma-

lik olur. XIX əsr boyu, xüsusilə XX əsrin əvvəllərində milli 

özünüdərketmə prosesi ədəbi dili də milli əsaslar üzərinə 

qaldırır. 

Azərbaycan ədəbi dilinin II dövründə funksional üs-

lubların diferensiasiyası güclənir; elmi üslub müəyyən 

imkanlara malik olur, publisist üslub təşəkkül tapır, eləcə 

də ədəbi-bədii dilin müxtəlif istiqamətləri müəyyənləşir 

(məs., satira dili, nəsr dili, dram dili və s). 

II dövrün sonuna doğru ədəbi dil bu və ya digər ideo-

loji mövqedən müzakirə obyektinə çevrilir – müzaki-rələrin 

gedişində ədəbi dilin ictimai-siyasi statusu artır; ədəbilik 

aktı (yaxud ədəbiliyin xarakteri) ancaq dilin kor-təbii 

inkişafı ilə deyil, elmi-ictimai mövqedən qiymətlən-dirilir

2



Sovet hakimiyyətinin qurulması ilə Azərbaycan ədəbi 

                                                           

1

 

Бах: Ю.Б.Юсифов. О некоторых языковых элементах тюркского исто-



рика — Советская тюркология. 1974, № 2. Ю.Б.Юсифов. Об актуальных 

проблемах этнической истории Азербайджана – проблемы изучения 

источников по истории Азербайджана. Баку, 1989. 

2

Azərbaycan ədəbi dili tarixinin ikinci dövrü barədə bax: T.Hacıyev. Azər-



baycan ədəbi dili tarixi, II h.,Bakı, «Maarif» nəşriyyatı, 1986; T.Hacıyev. XX 

əsrin əvvəllərində Azərbaycan ədəbi dili, B., «Maarif» nəşriyyatı, 1978; M. 

Cahangirov.Azərbaycan milli ədəbi dilinin təşəkkülü, I h., Bakı, «Elm» 

nəşriyyatı, 1978 və s. 




 

6

dilinin tarixində III dövr başlayır, – bu dövrün əsas əlaməti 



ədəbi dilin istər norma, istərsə də üslub planında milli 

əsaslar üzərində daha çox inkişaf edib kütləviləşməsindən, 

indiyə qədər görünməmiş səviyyədə diferensiallaşmasından 

ibarətdir; ədəbi dilin tarixinin III dövrü davam edir. 

Sovet dövründə ədəbi dilin inkişafı onun başqa dövr-

lərdəki inkişafından, demək olar ki, əsaslı şəkildə fərqlənir; 

hər şeydən əvvəl ona görə ki, həmin dövrdə ədəbi dilin 

sosial bazası görünməmiş dərəcədə genişlənir, milli-ictimai 

təfəkkürlə ədəbi dil arasındakı sədlər aradan qalxır, 

nəticədə o, sözün həqiqi mənasında, milli mədəniyyətin 

əsas ifadə formasına çevrilir. Ədəbi dil bu dövrdə 

kütləviləşir, – halbuki buna qədər dövrün nitq norması fərdi 

üslub əsasında müəyyən olunurdu; kütləviləşmə isə elə 

amildir ki, nitq normasını, eləcə də funksional üslub 

diferensiasiyasını daha geniş kontekstdə araşdırmağı tələb 

edir. Mədəni-ictimai idrakın  tutumu, sahələri ədəbi dildə 

öz səviyyəsini və sferalarını formalaşdırır, norma ilə 

üslubların münasibətində əvvəlkindən fərqli kəmiyyət və 

keyfiyyət nisbəti müəyyənləşir. İctimai intellekt ədəbi dildə 

hansı intensivliklə reallaşırsa, ədəbi dil də ictimai 

intellektin tərbiyəsində həmin intensivliklə iştirak edir – bu 

isə o deməkdir ki, norma, üslub diferensiallığı kütləvi 

təfəkkürə yiyələndikcə özü də həmin təfəkkürün məhsuluna 

çevrilir; beləliklə, norma-üslub kütləvi təfəkkür kompo-

nentləri getdikcə daha elastik münasibətə malik olur. 

Sovet dövründə ədəbi dilin inkişafı ardıcıl, şüurlu 

nəzarət altında gedir; orfoqrafiya prinsipləri müəyyənləş-

dirilir, lüğətlər tərtib edilir, qrammatika kitabları yazılır, 

normanın, funksional üslubların nisbi sabitliyi gözlənilir… 

Ən ciddi inkişaf isə, şübhəsiz, semantik aspektdə 

gedir – bu sahədə nisbi sabitliyi faktlaşdırmaq, ümumən 



 

7

prosesin özünü nəzarət altında saxlamaq çətin olsa da, 



kütləvi təfəkkürdəki inqilabi dəyişiklik stixiyası belə bir 

nəzarətçi qüvvə kimi müəyyənləşir; inqilabi təfəkkür isə 

birinci növbədə leksik normada təbəddülat yaradır, çünki 

mədəni-tarixi şərait ictimai varlığa qneseoloji münasibətin 

xarakterini əsaslı şəkildə dəyişdirmişdi – ona görə də 

leksik-semantik sistemin yenidən təşkili idraki zərurət idi. 

Lüğət tərkibinin bu dövdəki inkişafı, mahiyyəti 

etibarilə, mürəkkəb hadisədir – burada həm ədəbi dilin 

struktur-funksional təkamülü, həm də ictimai idrakın tərəq-

qisi ehtiva olunur. Odur ki, lüğət tərkibi eyni zamanda həm 

linqvistik, həm də fəlsəfi-psixoloji məzmunda dərk edilir. 

Leksik-semantik inkişafın linqvistik planı ilə fəlsəfi-

psixoloji planı ictimai təfəkkür ümumiliyində birləşir; lüğət 

tərkibinin inkişafını universal kontekstdə araşdırmağın 

metodoloji əsasları işlənib hazırlanmadığı üçün müəyyən 

diferensial keyfiyyətlərin uyğun təsvirini vermək bir sıra 

hallarda mümkün deyil. Xüsusilə o hallarda ki, şüurlu 

nəzarət lüğət tərkibinin kortəbii inkişaf məntiqinə qarşı 

durur; ədəbi dildən heç bir əsası olmadan ərəb-fars mənşəli 

ümumişlək leksikanın çıxarılması, yaxud yenə də heç bir 

əsası olmadan rus-Avropa sözlərinin ədəbi dilə qəbul 

edilməsi nə ədəbi dilin struktur-funksional təkamülü, nə 

ictimai idrakın tərəqqisi, nə də ümumən ictimai təfəkkürün 

inkişaf universallığı baxımından izah olunur. Bununla belə

sovet dövründə lüğət tərkibinin inkişafı müəyyən linqvis-

tik-qneseoloji qanunauyğunluqlara tabedir, – əslində, 

məqsəd də həmin qanunauyğunluqları dil faktları əsasında 

şərh etməkdən ibarətdir. Bu kitab məhz həmin sahədə geniş 

planlı ilk tədqiqatdır. 

Ali məktəblərdə tədris edilən «Azərbaycan ədəbi dili 

tarixi», «Müasir Azərbaycan dili» və müvafiq ixtisas 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə