A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə25/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   149

 

77

(deyək ki, köməkçi fellərin daha intensiv işləkliyi hiss 



edilir. Lakin yenə də o fikrə qayıdırıq ki, ədəbi dil nə qədər 

kütləvidirsə (kütlələrin təfəkkür enerjisi ədəbi dilə nə qədər 

çox çökürsə), inkişaf prosesində ədəbi dili təşkil edən 

formaların (normalar, üslublar) avtonomluğu o qədər azalır, 

yəni ədəbi dil daha inteqrativ şəkildə mövcud olur (bir 

norma digər normaya, bir üslub digər üsluba, eləcə də 

norma planı üslub planına və yaxud əksinə daha çox təsir 

edir). 


Sovet dövründə Azərbaycan ədəbi dili lüğət tərkibinin 

mərhələlərə bölünməsində əsas prinsip lüğət tərkibinin 

mənzərəsinin keyfiyyət və kəmiyyətcə hiss edilən dəyiş-

məsidir; şübhəsiz, bu cür dəyişmənin də ekstra-linqvistik 

dayağı vardır – ölkənin iqtisadi-təsərrüfat, sosial-siyasi, 

mədəni-mənəvi simasının dəyişməsi lüğət tərkibində – 

leksik normada da təbəddülat yaradır. Lakin mərhələlərə 

ayırma zamanı lüğət tərkibinin mənzərəsinin ölkənin 

ictimai həyatından (ekstralinqvistik amillərdən) asılılığı 

vulqar şəkildə başa düşülməməlidir; hər beşillikdə iqtisadi

sosial, mədəni inkişafın baş verməsi həmin beşillik üçün bir 

lüğət mənzərəsi təqdim etmir, ümumiyyətlə, dil o dili 

daşıyanlardan təşkil olunmuş ictimai mövcudluğu mexaniki 

surətdə əks etdirə bilməz, lüğət tərkibi də bu baxımdan 

istisna təşkil etmir (nə qədər mütəhərrik olsa da). Linqvistik 

proseslərlə ekstralinqvistik proseslər arasındakı əlaqə 

birbaşa deyil, müəyyən mərhələlərdən keçir. 

Ədəbi dilimizin sovet dövrü böyük bir müddəti əhatə 

etməsə də, müəyyən ziddiyyətlərlə daim inkişafda olmuş-

dur


1

. Buna görə də bu dövrün mərhələlərə bölünməsində 

dilçilər arasında yekdil fikir yoxdur. Bu hal təkcə Azər-

                                                           

1

 Bax: N. Xudiyev, Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişafı, Bakı, APİ 



nəşr., 1986, səh. 5. 


 

78

baycan dilçiliyində deyil, digər SSRİ xalqlarının, o 



cümlədən türkdilli xalqların ədəbi dillərinin inkişaf 

mərhələlərinin fərqləndirilməsində də müşahidə edilir. 

N. A. Şarapov sovet dövrü tacik ədəbi dilinin inkişaf 

yolunu beş mərhələyə bölmüşdür: 1) 1917-1930-cu illər; 2) 

1930-1940-cı illər; 3) 1940-1945-ci illər; 4) 1945-1960-cı 

illər; 5) 1960-cı ildən sonrakı dövr

1



T. Tacmuradov isə sovet dövründə türkmən ədəbi 



dilinin inkişafını üç mərhələyə bölmüşdür: 1) 1920-1930-

cu illər; 2) 1930-1940-cı illər; 3) 1940-1970-ci illər

2



Azərbaycan ədəbi dilinin keçdiyi inkişaf mərhələ-



lərinin müəyyənləşdirilməsində də mübahisələr özünü 

göstərir. Əlbəttə, SSRİ xalqlarının ədəbi dillərinin bir-

birindən

 

fərqli inkişaf mərhələlərinə malik olması 



mümkündür və deməli, elmi-dilçilik ədəbiyyatında bu cür-

müxtəlifliyin təsbit olunması təbiidir, konkret bir ədəbi dil 

üçün müxtəlif inkişaf mərhələlərinin göstərilməsi isə 

tədqiqatçıların əsaslandıqları (səhv, yaxud düz) prinsiplərin 

müxtəlifliyi ilə bağlıdır. 

Onu da qeyd edək ki, adətən SSRİ xalqları ədəbi 

dillərinin eyni mərhələlərdən keçdiyi göstərilir; bu, təd-

qiqatçıların təsnifin əsasında ictimai-siyasi hadisələri 

götürmələri ilə daha çox bağlıdır. Əlbəttə, ədəbi dillər 

əsasən eyni sosial mühitdə inkişaf edirlər, lakin hər hansı 

ədəbi dilin inqilabaqədərki tarixi onun sovet dövründəki 

tarixi inkişafı üçün də şərtdir – hər dil inqilaba bir tutumla 

gəlir. A.M.Məhərrəmov öz təsnifatında terminologiya 

məsələlərinə daha çox diqqət yetirdiyindən, terminologi-

                                                           

1

 Н.А.Шарапов. Пути развити



я

 лексики современного таджикского 

литературного 

я

зыка, АДД, Баку, 1974, стр. 4. 



2

Т.Таджмурадов. Развитие и нормализа

ц

и

я



 туркменского литературного 

я

зыка в советску



ю

 эпоху, Ашхабад, 1974, стр. 94. 




 

79

yanın inkişaf yolunu nəzərə alaraq, Azərbaycan ədəbi dili 



lüğət tərkibinin inkişafında üç əsas mərhələ göstərmişdir: 

1) 1920-1930-cu illər; 2) 1930-1943-cü illər; 3) 1943-1949-

cu illər

1

. Eyni təsnifat müəllifin «Azərbaycan ədəbi dilinin 



sovet dövrü» kitabında əsasən saxlanır: 1) 1920-1930-cu 

illər; 2) 1931-1944-cü illər və 3) 1944-cü ildən sonrakı 

illər

2

. «Azərbaycan ədəbi dili tarixi»ndə də bu təsnifat 



tarixlər yuvarlaqlaşdırılmaqla, demək olar ki, təkrar edilir: 

1) 1920-1930-cu illər; 2) 1930-1945-ci illər və 3) 1945-ci 

ildən sonrakı illər

3



Elə tədqiqat işləri var ki, 1920-1930-cu illər barədə 

xüsusi, sonrakı mərhələlər barədə isə ümumi şəkildə bəhs 

edilir

4

. Səbəbi odur ki, 20-30-cu illərdə ədəbi dilin müxtəlif 



üslublarında müəyyən sabit normalara riayət edilir, dilin 

ümumi inkişaf mənzərəsində bir vahid meyil özünü 

göstərir. Sonrakı onilliklərdə ədəbi dilin bəzi normaları 

başqa istiqamətdə sabitləşmə prosesi keçirir və belə bir 

prosesdə bu və ya digər dil səviyyəsinə aid vahidlərin 

konkret şəkildə normalaşma müddətinin göstərilməsi 

həqiqətən çətindir. Buna görə də 1930-cu ildən sonrakı 

ədəbi dilimiz üçün ayrı-ayrı müəlliflər tərəfindən verilmiş 

dövrləşdirmələr bir-birindən fərqlənir. 

N.A.Baskakov sosial-siyasi hadisələrin dəyişkən 

xarakterini, cəmiyyətdə baş verən mühüm hadisələri, 

                                                           

1

А.М.Магеррамов. Вопросы 



я

зыка (алфавита, орфографии, терминоло-

гии и грамматики) о азерба

й

джанско



й

 советско

й

 печати, АКД, Баку, 



1950, стр. 9. 

2

 A.Məhərrəmov. Azərbaycan ədəbi dilinin sovet dövrü, səh. 30. 



3

 Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), səh. 42. 

4

A.A.Aslanov. Обога



щ

ение словарного состава азерба

й

джанского 



литературного 

я

зыка в советски



й

 период, АКД, Баку, 1954, стр. 9-20; Ə. 

A. Aslanov. Lenin milli siyasəti və Azərbaycan ədəbi dilinin yeni mərhələsi, 

Bakı, 1980, səh. 15-20 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə