A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə23/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   149

 

70

mədəniyyətini bütün imkanları ilə ehtiva edirdi. 



Mətbuat dilinin leksikası üçün bu illərdə xarakterik 

əlamətlərdən biri ərəb, fars, rus, eləcə də qədim türk 

sözlərinin (həmin sözlər Azərbaycan dilinin lüğət 

tərkibindən çıxdığına görə artıq osmanlı türkcəsinin faktı 

hesab edilirdi) bəzən kütləvi şəkildə işlədilməsi idi. Həm də 

bu cür kütləvi işlənmənin istiqaməti, demək olar ki, bir 

neçə ildən bir dəyişmiş, gah bu, gah da digər dildən 

alınmalara üstünlük verilmişdir. Bununla belə, qeyd etmək 

lazımdır ki, 1920—1940-cı illər arasında mətbuatın dilində 

demokratizm yüksələn xətlə getmişdir; hətta aparılan dil-

üslub eksperimentləri də prinsip etibarilə xəlqi əsaslara 

malik olmuşdur. 

1920-ci illərdə publisist dildə ictimai-siyasi leksika 

fəal idi, bu isə mətbuat dilinin məzmununa təsir edirdi. 30-

cu illərdə isə ekstralinqvistik hadisələrin təsiri ilə ictimai-

təsərrüfat leksikası fəallaşır və publisist üslub bu istiqa-

mətdə inkişaf edir. Ümumiyyətlə, 1920-1930-cu illərdə 

mətbuat dilində dövrün inqilabi əhvali-ruhiyyəsi bütün-

lükdə əks olunurdu. Şübhəsiz, birinci növbədə sintaksis 

həmin əhvali-ruhiyyəyə – dövrün intonasiyasına köklən-

mişdi. 

Böyük Vətən müharibəsi illərində mətbuat dilinə 



hərbi vətənpərvərlik məzmunu gəlir – hərbi termino-

logiyanın işləkliyi artır, qısa, lakin kəskin, təsirli ifadə 

forması fəallaşır. Əslində, 40-cı illərin ortalarından sonra 

da mətbuat dilində müharibə dövrü üçün xarakterik bəzi 

xüsusiyyətlər qalır. 

40-cı illərin sonu, 50-ci illərin əvvəllərindən başla-

yaraq, publisist üslubda aşağıdakı əhəmiyyətli dəyişikliklər 

baş verir: 

1. 20-ci, eləcə də 30-cu illərdəkindən fərqli olaraq



 

71

40-cı illərin sonu, 50-ci illərin əvvəllərindən mətbuat dili 



sabit norması ilə seçilir; istər fonetik-orfoqrafik, istər 

leksik, istərsə də qrammatik norma sahəsində əvvəlki 

onilliklərə məxsus tərəddüdlər, paralelliklər aradan qalxır, 

norma ardıcıl şəkildə gözlənilir. 

2. 40-cı illərin sonu, 50-ci illərin əvvəllərindən 

ölkənin mədəni həyatında baş verən əsaslı dəyişikliklər, 

mətbuat şəbəkəsinin genişlənməsi mətbuat dilində də 

üslubi diferensiasiyanı gücləndirir; əgər vaxtilə bir qəzet 

(məsələn, «Kommunist» qəzeti) publisist üslubun müxtəlif 

sahələrini (siyasi-publisist dil, elmi-publisist dil, bədii-

publisist dil və s.) əks etdirirdisə və müharibə illərində 

inteqrasiya bir qədər də gücləndisə, 40-cı illərin sonu, 50-ci 

illərin əvvəllərindən sahə qəzetlərinin artması eyni 

zamanda həmin sahələr üzrə publisist üslubun diferen-

siasiyasının sürətlənməsinə gətirib çıxarır. 

3. Elmi-texniki tərəqqinin ədəbi dilə gətirdiyi 

anlayışlar birinci növbədə mətbuatda faktlaşır və xüsusilə 

50-ci illərin ortalarından sonra mətbuat dilində yeni texnika 

ilə əlaqədar leksika genişlənir; söz birləşmələrinin 

işləkliyinin artması hesabına bir sıra müasir ictimai-

təsərrüfat, mədəni-məişət anlayışları ifadə olunur. 

60-cı illərdə ədəbi-bədii dildə folklor – xalq dilinə 

qayıdış 60-cı illərin sonu, 70-ci illərin əvvəllərindən 

publisist üsluba da təsir edir; mətbuatın dilinə dialektlərdən 

(xüsusilə kənd təsərrüfatı ilə bağlı) sözlər keçir, bədii-

publisist dil tədricən 30-cu illərə məxsus şüarçılıqdan azad 

olur, daha doğrusu, o əlamətlər ki, 30-cu illərdə üslub 

norması idi, 50-ci, 60-cı, hətta 70-ci illərdə də bəzən 

mövcud olmaqda davam edir və bu onilliklərin ümumi 

ədəbi dil kontekstində gerilik faktı kimi diqqəti çəkir. 

60-cı illərdən etibarən Azərbaycan mətbuatında gedən 



 

72

dil prosesləri kifayət qədər intensivdir; bir tərəfdən milli-



ictimai təfəkkürün, digər tərəfdən ümumən dünya ictimai 

fikrinin nailiyyətləri hər gün mətbuat dilində öz ifadəsini 

tapır, publisist üslub bütün üslublardan fərqli olaraq, 

zamanın ictimai düşüncəsinin sürətinə müvafiq dəyişir, 

inkişaf edir. İnformasiya axınının güclənməsi, informa-

siyanın şərhindən çox, düzgün verilməsinə, dəqiqliyinə 

maraq mətbuat dilini də rəsmi sənəd dilinə yaxınlaşdırır. 

Eyni zamanda bunun əksinə olan proses gedir: xüsusilə 80-

ci illərdə bu və ya digər hadisənin mahiyyəti geniş şərh 

edilir və beləliklə, publisist dilə elmi-fəlsəfi dərinlik

analitiklik gəlir. 

R ə s m i   ü s l u b .  A. Məhərrəmovun fikrincə, «bu 

üslub ancaq sovet dövründə yaranmış və inkişaf etmişdir»

1



Şübhəsiz, belə deyil: XVI əsrdən başlayaraq rəsmi üslubun 

maraqlı nümunələri mövcuddur, lakin o ki qaldı rəsmi 

üslubun sovet dövründəki inkişafına, bu, həqiqətən belədir. 

XVII, eləcə də XVIII əsrdə Azərbaycan ədəbi dilinin 

rəsmi üslubuna aid nümunələr pərakəndə şəkildədir, sovet 

dövründə isə bu üslubun ardıcıl inkişafını şərtləndirən 

dövlət idarə aparatı fəaliyyət göstərir. 

        1920-1940-cı  illərdə  Azərbaycan  ədəbi  dilinin 

inkişafının birinci mərhələsində rəsmi üslub aşağıdakı 

əlamətlərlə səciyyələnir: 

1. Ərəb, eləcə də fars elementləri ilə zəngin olan 

klassik ifadə tərzi əsasən qalır; ümumən lüğət tərkibində 

gedən proseslər – gah bu, gah da digər dildən alınmalara 

üstünlük verilməsi rəsmi üslubun leksikasına da təsir edir, 

lakin sintaksis bir qayda olaraq klassik ifadə tipində 

mövcud olur. 

2. Rəsmi üslubdan istifadə edən sosium geniş 

                                                           

1

 A.Məhərrəmov. Azərbaycan ədəbi dilinin sovet dövrü, səh. 13-14. 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə