A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə20/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   149

 

61

keyfiyyət aşılayır; hər şeydən əvvəl, bu mərhələdə nəsr dili 



ciddi şəkildə publisist dilin təsiri altında olur, sözün birbaşa 

deyilməsi, obrazlılıqdan mümkün qədər imtina edilməsi 

nəinki cavan, hətta yaşlı yazıçıların təhkiyəsi üçün də 

xarakterikdir (nümunə üçün C.Cabbarlının hekayə dilini 

yada salmaq kifayətdir). 

40-50-ci illərdə şeir dilində olduğu kimi, nəsr dilində 

də şablonlaşma müşahidə edilir, 50-ci illərin sonu, 60-cı 

illərin əvvəllərindən etibarən İ.Hüseynov, İ.Şıxlı, S. Əhmə-

dov, Ə.Əylisli, bir qədər sonra Elçin, Anar, İ. Məlikzadə, 

F.Kərimzadə, S.Azəri, M.Süleymanlı nəsr dilinin şablon-

çuluqdan çıxması üçün böyük iş görürlər. 

60-70-ci illərdə nəsr dilinin mənzərəsi həmin illərdə 

şeir dilinin mənzərəsi kimi mürəkkəbdir; bir tərəfdə 

ədəbiyyata 30-40-cı illərdə gələnlər, başqa tərəfdə onları 

davam etdirənlər yazıb-yaradırlar və bu prosesdə nəsr 

dilinin novator imkanları təzahür edir. İ.Hüseynov fəlsəfi-

analitik, Ə.Əylisli lirik-analitik, Elçin, Anar psixoloji-

publisistik dil nümayiş etdirirlər. 

Azərbaycan ədəbi-bədii dilinin nəsr qolunun sovet 

dövründəki inkişafında Ə.Məmmədxanlının xidmətləri 

maraq doğurur, o hələ 30-cu illərdə 60-cı illərin dil-üslub 

zövqü ilə qiymətləndirilə bilən tərzdə yazır. 

Dramaturgiya dili birinci mərhələdə – 20-30-cu 

illərdə daha sürətlə inkişaf edir (xüsusilə C.Cabbarlının 

yaradıcılığında). Dialoji dilin, mükalimələrin təbiiliyi, 

gərginliyi novatorluq təzahürləri kimi ortaya çıxır. Lakin 

40-50-ci illərdə dramaturgiya dilində, demək olar ki

irəliləyiş olmur. 

60-80-ci illərdə Ə.Məmmədxanlı, İ.Əfəndiyev, B. 

Vahabzadə, N.Xəzri, N.Həsənzadə, Anar və başqa drama-

turqların dilində müəyyən axtarışların olduğu görünür, 



 

62

bütövlükdə isə dramaturji dilin imkanları həm şeir, həm də 



nəsr dilinin imkanlarından aşağıdır, 60-80-ci illərin 

dramaturgiya dilində məhz dramatizm çatışmır; lirizm 

dramatizmi qüvvətləndirmək əvəzinə, onu əvəz edir və bu 

sahədə İ. Əfəndiyevin aparıcı mövqeyi xüsusi nəzərə 

çarpır. 

Ədəbi-bədii dilin, başqa sözlə, bədii üslubun struk-

turunda şeir dili ilə nəsr dilinin münasibəti tarixən müxtəlif 

olmuşdur; 20-30-cu illərdə poetik ifadə axtarışları şeirdə 

qüvvətli idi, halbuki 60-80-ci illərdə nəsr də şeirlə bir 

sıraya keçir, hətta bəzən daha böyük imkanlar nümayiş 

etdirir. Əslində, bu, ədəbi-bədii dildən çox, ictimai şəraitin 

estetik tələbi ilə bağlıdır, 20-30-cu illərdə ictimai şəraitin 

yeniləşməsi estetik təfəkkürü qabaqlamışdı, ona görə də 

estetik təfəkkür onu tərənnüm etməli idi, 60-80-ci illərdə 

estetik təfəkkür cəmiyyətdəki durğunluğun səbəbləri 

üzərində düşünürdü, ona görə də təhlil etməli idi; birinci 

halda şeir, ikinci halda nəsr dili daha çox aktuallaşır. 

Əlbəttə, ədəbi-bədii dilin sovet dövründəki inkişafı 

ümumən ədəbi dilə verilən ictimai-siyasi hüquqlarla 

bağlıdır; bu dövrdə bədii üslub heç bir yad təsirə məruz 

qalmadan bilavasitə xalqın estetik təfəkkürünün faktı kimi 

kütləviləşir, məktəblər, kitabxanalar, başqa mədəniyyət 

ocaqları vasitəsilə yayılır, təbliğ olunur. Nəşriyyatlar, 

mətbuat ədəbi-bədii dili indiyə qədər görünməmiş bir 

sürətlə xalqın malı edir. 

Ədəbi-bədii dilin kütləviləşməsi müxtəlif üslubi 

təmayüllərin konsentrasiyasına gətirib çıxarır. Ədəbiyyatın 

qarşısında duran estetik tələblər özü də ifadə planında vahid 

xəttin güclənməsinə şərait yaradır. 

«Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişafı 

 

(sovet dövrü)» kitabında göstərilir ki, «1920-ci, qismən də 




 

63

30-cu illərin bədii dilində nəzərə çarpan cəhətlərdən biri 



sözlərin yazılışında müasir dilin fonetik-imla sistemindən 

fərqli xüsusiyyətlərin olmasıdır»

1

. Əlbəttə, belə müşahi-



dələr üslubun tarixi ilə deyil, normanın tarixi ilə əlaqədardır 

və məhz normanın tədqiqi üçün material verir. Ümu-

miyyətlə, oçerkdə bədii üslubun sovet dövründəki inkişaf 

mərhələləri müəyyən olunmur, ədəbi-bədii dil ardıcıl olaraq 

təkmilləşən forma kimi götürülür ki, əlbəttə, bu, düzgün 

deyil. Ona görə düzgün deyil ki, bədii üslub obrazlı dilə 

əsaslanır, obrazlı dil isə tədricən yox, adətən sıçrayışlarla 

inkişaf edir – müəyyən dövrdə bir obrazlaşdırma tərzi 

şablonlaşır və tədricilik dayanır, sonra yeni dalğa gəlir

2



Ədəbi-bədii dilin – bədii üslubun estetik keyfiyyəti 

tarixən müxtəlif parametrlərlə müəyyənləşdirilə bilər

bizim fikrimizcə, bunlardan ikisi aparıcıdır: birincisi – 

ədəbi-bədii dilin xalq dilinə münasibəti, ikincisi – ədəbi-

bədii dilin ictimai tələbata münasibəti. Birinci parametrlə 

ikinci arasında dialektik əlaqə mövcuddur. Sovet dövründə 

Azərbaycan ədəbi-bədii dilinin (bədii üslubun) iki 

mərhələdən keçməsi qeyd edilən parametrlərə əsasən 

müəyyən edilir. 

E l m i   ü s l u b .  Sovet dövründə ədəbi dilin elmi 

üslubu görünməmiş bir surətlə inkişaf edir; XVIII əsrdə 

təşəkkül tapan, XIX əsr boyu tədricən təkmilləşən elmi 

üslub XX əsrin əvvəllərində də hələ geniş terminoloji, eləcə 

də sintaktik bazaya malik deyildi. 20-ci, 30-cu illərdə 

Azərbaycan ədəbi dilinin elmi üslubu tədricən diferen-

                                                           

1

 Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), səh. 171. 



2

 Azərbaycan ədəbi dilinin bədii üslubunun tədrici inkişafı ideyası aşağıdakı 

mənbədə də əks olunmuşdur: Закономерности развити

я

 литературных 



я

зыков народов СССР в советску

ю

 эпоху, М., изд. «Наука», 1979, стр. 



262-263. 


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə