A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə18/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   149

 

55

üslubu sovet dövrünə minillik bir ənənəsi ilə gəlir, buna 



baxmayaraq, bir neçə on il ərzində keyfiyyətcə böyük 

dəyişikliyə məruz qalır; heç şübhəsiz, bunun, birinci 

növbədə, dərin ictimai səbəbləri vardır. 

XX əsrin əvvəllərində ədəbi-bədii dil ətrafında gedən 

mübahisələr bədii ifadə sahəsində yaşamaq iqtidarı olan 

bütün formaları fəallaşdırmışdı, mübarizə gedirdi. Məlum 

olduğu kimi, əsasən iki cəbhə var idi; mollanəsrəddinçilər 

demokratik, füyuzatçılar isə, əgər belə demək mümkünsə, 

qeyri-demokratik, (ərəb-fars, yaxud osmanlı elementləri ilə 

ağırlaşdırılmış, onların fikrincə isə, ədəbiləşdirilmiş) dildən 

istifadə edirdilər. Ədəbi-bədii dilin inkişaf məntiqi molla-

nəsrəddinçilərin dilinin tərəfində idi; birincisi ona görə ki, 

ictimai-mədəni tərəqqi – burjua cəmiyyətinin yetişməsi 

kütlələrin anlayacağı, yaxud sənət faktı kimi zövq ala 

biləcəyi ifadə tərzinə üstünlük verməli idi (və verirdi); 

ikincisi ona görə ki, XVII-XVIII əsrlərdən etibarən xalq 

dili əsasında yenidən qurulan (və xalqın dil stixiyasına 

əsaslanan) ədəbi-bədii dil hər hansı «dil icadı»na güzəştə 

getməzdi (və getmədi də). Mollanəsrəddinçilərlə füyuzatçı-

ların mübahisəsinin ədəbi-bədii dillə əlaqədar aspekti bir 

qayda olaraq nəzəri planda daha sistemli görünür, 

məsələnin praktik tərəfinə gəldikdə isə, mollanəsrəddinçilər 

əsasən satirik, füyuzatçılar isə ciddi-romantik dil materialı 

ilə işləyirdilər. Füyuzatçıların dili onların ideologiyasının 

məhsulu idi, mollanəsrəddinçilər isə dili təbii-tarixi stixi-

yası ilə qəbul etmişdilər, belə demək mümkünsə, molla-

nəsrəddinçilərin ifadə tərzini ədəbi-bədii dilin tarixi-ictimai 

ehtiyacı yetirmişdi. 

XX əsrin əvvəllərində maarifçi dünyagörüşlü ziyalı-

ların (mollanəsrəddinçilərin bir hissəsi də əvvəllər buraya 

daxil idilər) işlətdiyi dil, əslində füyuzatçıların dili ilə daha 



 

56

çox oppozisiya təşkil edir. 



Ədəbi-bədii dil sahəsində XX əsrin əvvəllərindəki 

mübahisələr 20-ci illərdə də mövcud olur, lakin artıq 

məlum idi ki, ədəbi-bədii dil (bədii üslub) yalnız o zaman 

mövcud ola bilər ki, demokratik əsaslara malik olsun. 

Şübhəsiz, XX əsrin əvvəllərində ədəbi-bədii dilin (xüsusilə 

nəsr dilinin) demokratikləşməsində publisist üslub böyük iş 

gördü. 

20-30-cu illərdə bədii üslubda böyük irəliləyiş baş 



verdi, istər şeir, istər nəsr, istərsə də dram dilinin gözəl 

nümunələri yarandı. 

20-ci illərdə şeir dilində pərakəndəlik mövcud idi; ona 

görə yox ki, müxtəlif üslub təmayülləri eyni zamanda 

mövcud idi (hətta bu baxımdan da 20-ci illər fərqlənir), 

əsasən ona görə ki, eyni müəllif bəzən bir neçə ifadə tərzi 

nümayiş etdirir. 

Müşahidələr göstərir ki, 20-ci illərdə şeir dilinin 

qidalandığı mənbələr aşağıdakılardır: 

1. XIII-XIV əsrlərdən etibarən inkişaf edib XX əsrin 

əvvəllərinə qədər gələn klassik dil ənənələri – İ.Nəsimi, 

Q.Bürhanəddin, M.C.Həqiqi, Kişvəri, M.Füzuli, C.Təbrizi, 

S.Ə.Şirvaninin dil-üslub təcrübəsi. 

Mürəkkəb, bir qədər də standartlaşmış ifadə tərzi, 

əruz intonasiyası bu dilin əsasında dayanır. Lakin burası da 

var ki, klassik dil 20-ci illərdə adətən həm strukturuna, həm 

də semantikasına görə deformasiya olunmuş vəziyyətdə 

çıxış edir, yəni bu bütövlükdə klassik dil deyil, onun 

mədəni-ictimai təfəkkür tərəfindən adaptasiya olunmuş 

formasıdır. Birinci növbədə, estetizm aradan çıxır, əvəzində 

isə klassik obrazlar yeni dünyanın ifadəsinə uyğunlaşdırılır, 

beləliklə, o obraz ki klassik vəziyyətində intim məzmuna 

malik idi, indi ictimai-siyasi məna verir. 



 

57

XX əsrin əvvəllərində klassik dil ənənələrindən daha 



intensiv şəkildə istifadə olunduğu halda həm də bu cür 

istifadənin estetik-konseptual diferensiasiyası getdiyi halda 

(məsələn, M.Ə.Sabir, Ə.Nəzmi, Ə.Qəmküsar, M.Ə.Möcüz, 

B.Abbaszadə – Hammal – satirik-realist, M.Hadi, H.Cavid, 

A.Səhhət, A.Şaiq – romantik dil təqdim edirlər), sovet 

dövrünün birinci onilliyində klassik dil materialına birtipli 

münasibət üstünlük təşkil edir. 

II. XVI əsrin əvvəllərindən başlayaraq çiçəklənən

XVII-XVIII əsrlərdə normativləşən, eləcə də XIX əsrdə və 

XX əsrin əvvəllərində müəyyən nümunələri meydana 

çıxan, Ş.İ.Xətai, M.Əmani, M.V.Vidadi, M.P.Vaqif, Q. 

Zakirin dil-üslub təcrübəsində inkişaf edən ənənələr. 

Demək lazımdır ki, 20-ci illərdə bu dil ən ənənələri o 

qədər də güclü olmur. 

III. XVIII əsrin əvvəllərindən etibarən türk (osmanlı) 

realist poeziyasının hazırladığı dil-üslub ənənələri; bu 

ənənələrdən, əslində, 20-ci illərdə eklektik şəkildə istifadə 

edilir,– H.Cavid, C.Cabbarlı, sonralar M.Müşfiq, S.Vurğun 

bu dildə yazırlar, səbəbi odur ki, türk (osmanlı) realist 

şeirinin dili inqilabi, döyüşkən əhvali-ruhiyyəli bir dil idi 

və 20-ci illərin, eləcə də 30-cu illərin əvvəllərinin üsyankar 

əhvali-ruhiyyəsini yaxşı ifadə edirdi. 

IV. Şifahi xalq şeirinin – folklorun dil ənənələri; 20-ci 

illərdə bu ənənələr xeyli dərəcədə yayğın şəkildə mövcud 

idi, dil-üslub təmayüllərinin hamına təsir etsə də, bu təsir o 

qədər qüvvətli deyildi. 

20-ci illərdə şeir dilindəki bu cür üslub pərakəndəliyi 

30-cu illərin ortalarından etibarən aradan qalxır, nəticə 

etibarilə, bir meyil aparıcı olur; bu meyilin əsasında 

S.Vurğunun poeziya dili dayanır. 

30-cu illərdə folklor əsaslı dillə (Ş.İ.Xətai – M.Əmani 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə