A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə17/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   149

 

52

20-30-cu illərdə bir sıra bağlayıcıların da 



arxaikalınma formaları qrammatik normanın keyfiyyətinə 

təsir etmişdir; buraya fəqət (ancaq), leyk (lakin), zira (ona 

görə) kimi bağlayıcıları daxildir. 

Dəxi ədatının işlənməsi də 20-30-cu illərin qrammatik 

norması üçün xarakterikdir. 

Sovet dövrü Azərbaycan ədəbi dilinin birinci 

mərhələsində morfoloji normada baş verən təbəddülat 

əsasən aşağıdakı mədəni-ictimai proseslərlə əlaqədardır: 

  milli ziyalıların yetişməsi ilə bağlı olaraq və milli 



özünüdərkin sosialist platformasına qalxması nəticəsində 

ədəbi dilin tarixinə marağın artması; 

  türk (osmanlı) mədəni mərkəzlərində təhsil almış 



mütəxəssislərin fəaliyyətinin (mədəni, hərbi və s. sahələr-

də) genişlənməsi; 

  Avropa-rus mədəniyyətinin milli-mədəni mühitin 



təşkilinə təsir etməsi, ictimai-siyasi təfəkkürün çiçəklən-

məsi. 


40-50-ci illərdə mədəni-ictimai mühitdə konsentra-

siyanın güclənməsi antinorma xarakterli hadisələrin aradan 

qalxmasına səbəb olur, nəticə etibarilə, 30-cu illərin sonu, 

40-cı illərin əvvəllərində morfoloji normada müəyyən 

sabitlik yaranır, indiyə qədər də bu sabitlik bir qayda olaraq 

davam edir. 

20-30-cu illərdə ədəbi dilin kütləviləşməsi birinci 

növbədə sintaktik normaya təsir göstərir və sintaktik 

normada aşağıdakı hadisələr diqqəti cəlb edir: 

I. Danışıq dili sintaksisi ədəbi dilin əsasında dayanır, 

ona görə də danışıq dilinə məxsus lakoniklik, «primitiv» 

mücərrədlik, təbii emosionallıq normada keyfiyyət faktına 

çevrilir; şəxssiz cümlələrin funksionallığı güclənir, sual 

cümlələrinin struktur-semantik diferensiasiyası genişlənir, 




 

53

adlıq (eləcə də məsdər) cümlələr kontekstual baza əldə 



edir

1

, mürəkkəb cümlənin daha yığcam formaları işlənir, 



nidanın sintaktik-semantik imkanları artır və s 

Dialekt sintaksisi ədəbi dilin sintaktik normasının 

demokratikləşməsində iştirak edir. 

II. Ərəb, eləcə də fars sintaksisinin təsiri, demək olar 

ki, bütünlükdə aradan qalxır; o konstruksiyalar ki, yazılı 

ədəbi dildə standartlaşmışdı (xüsusilə klassik şeir 

ənənələrinin təsiri ilə), funksionallığını tamamilə itirir. 

Tərkiblərin (feli sifət, feli bağlama tərkiblərinin) 

işləkliyinin artması hesabına ərəb, eləcə də fars qramma-

tikasından gələn mürəkkəb konstruksiyalar tədricən arxaik-

ləşir (bu və ya digər dərəcədə rəsmi sənədlərin dilində 

qalır). 


İzafət tərkiblərinin XX əsrin əvvəllərində nisbətən 

çox işlənməsinə baxmayaraq, 20-30-cu illərdə onların 

funksionallığı azalır və ümumiyyətlə, izafət konstruksiyası 

qrammatik hadisə kimi itir (bu formada olan müəyyən 

vahidlər leksik materiala çevrilir). 

III. Avropa-rus dillərinin təsiri ilə bir sıra sintaktik 

konstruksiyaların, xüsusilə mürəkkəb cümlələrin müəyyən 

növlərinin ya funksionallaşdığı, ya da yarandığı diqqəti 

cəlb edir; tərcümə əsərlərindən gələn mürəkkəb-konstruktiv 

ifadə formaları sintaktik normanın təşkilində öz işini görür. 

40-50-ci illərdə ədəbi dilin sintaktik normasında baş 

verən hadisələr əsasən stilistik əhəmiyyətə

 

malikdir; 



məsələn, Böyük Vətən müharibəsi illərində bədii-publisist, 

hətta elmi mətnlərin sintaksisinə yığcamlıq, mütəhərriklik, 

sərtlik gəlir, zamanın intonasiyası sintaksisə də çekür. 

20-30-cu illərdə bədii, publisist, elmi üslubların 

                                                           

1

 R.Məhərrəmova, M.Cahangirov. Azərbaycan dilinin tarixi sintaksisinə dair 



materiallar, Bakı, Azərb. SSR EA nəşri, 1962, səh. 129, 175, 220, 225. 


 

54

sintaksisindəki diferensiasiya 40-50-ci illərdə daha da 



güclənir. Eyni zamanda məhz 40-50-ci illərdə bədii üslubun 

sintaksisində, daha dəqiq desək, poetik qrammatikasında 

bədii təfəkkürü qəlibə salan standartlar müəyyənləşir. 50-ci 

illərin sonu, 60-cı illərin əvvəllərində ədəbi dilin sintaktik 

normasında 20-30-cu illərdəkinə bənzəyən, lakin xeyli 

dərəcədə sistemli-konseptual şəkildə folklor – xalq 

bazasına qayıdış baş verir, bunun da nəticəsində sintaktik 

normadakı standartlıq (məsələn, cümlə üzvlərinin normativ 

sırası) müəyyən qədər aradan qalxır. 

20-30-cu illərdə sintaktik normadakı təbəddülat 

normanın özünün daxili tələbidirsə, yəni mövcud ictimai 

təfəkkürün tələbi ilə assosiativ-konstruktiv; münasibətlərin 

hüdudu müəyyənləşirsə (40-cı illərdə də bu proses qismən 

davam edir), 50-ci illərdən başlayaraq, ümumiyyətlə isə 60-

70-ci illərdə sintaktik normadakı təbəddülat bir qayda 

olaraq üslubların təsiri ilə baş verir. Beləliklə, ədəbi dilin 

sovet dövründəki inkişafının birinci mərhələsində norma 

planı üslub planına, ikinci mərhələsində isə, əksinə, üslub 

planı norma planına təsir edir, heç olmasa, təsir etmək 

potensiyasına malik olur, bu isə sovet dövründə ədəbi dilin 

bu və ya digər müstəqil qanunauyğunluğa malik olduğunu 

nümayiş etdirir. 

 

Üslubların inkişafı 



 

Sovet dövründə Azərbaycan ədəbi dili funksional-

üslub baxımından inkişaf edir; hər şeydən əvvəl, funksional 

üslubların diferensiasiyası güclənir, hər bir üslub üçün 

davamlı mədəni-linqvistik baza müəyyənləşir, üslub 

daşıyıcıları – sosiumlar artır. 

B ə d i i   ü s l u b . Azərbaycan ədəbi dilinin bədii 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə