A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə15/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   149

 

46

ifadəsinin olmamasını tədqiqatçılar əlifbanın nöqsanı kimi 



qeyd edirlər

1



Beləliklə, latın əlifbasına keçid dövründə fonetik-

orfoqrafik normaya müxtəlif baxımdan təsir edilir və ədəbi 

dilin tarixi təcrübəsi nəzərə alınmadığı üçün iki ifrat meyil 

meydana gəlir: 

  Xalq dilinin ədəbi normanı təşkil etməkdəki rolu 



həddindən artıq qiymətləndirilir, nəticədə dialekt tələffüz 

variantlılığı norma kimi faktlaşdırılır; 

  ikincisi xalq dilinin ədəbi normanı təşkil etməkdəki 



roluna etinasız yanaşılır, nəticədə alınma sözlər mənbə 

dildəki fonetik quruluşu ilə norma faktı kimi təqdim edilir. 

İfrat meyillərlə yanaşı, bir sıra aralıq meyillər də 

mövcud idi. 

Demək lazımdır ki, orfoqrafik normanın bu cür tez-

tez dəyişdirilməsi, fikir ixtilafları ədəbi dilin tarixini 

bilməməkdən, fonetik-tələffüz, orfoqrafik-yazı ənənələrinə 

əslində biganə münasibətdən irəli gəlirdi – haradasa tarixə 

vulqar baxışın nəticəsi idi. 

Ümumiyyətlə, 20-30-cu illərin təcrübəsi də göstərdi 

ki, normanı təzədən yaratmaq, əsrlər boyu davam edib 

gələn prinsipləri məhv edib yeni prinsiplər tətbiq eləmək 

mümkün deyil. 

20-ci, eləcə də 30-cu illərdə Azərbaycanın müxtəlif 

rayonlarından Bakıya gələnlərin sayı artır, bu da fonetik-

tələffüz mühitinə təsir etməklə yanaşı, gedən müzakirələrə 

də ton verir, başqa sözlə, müzakirələr daha demokratik 

kontekstdə gedir. Ona görə də 30-cu illərdə ədəbi dilin 

fonetik-orfoqrafik norması əsasən müəyyənləşir (daha 

doğrusu, təbii-qanuni müəyyənlik təsbit olunur). 40-cı, 50-

ci illərdə məhz müəyyənləşmiş fonetik-orfoqrafik normanın 

                                                           

1

 A.Məhərrəmov. Azərbaycan ədəbi dilinin sovet dövrü, səh. 83. 




 

47

daha da dəqiqləşdirilməsi (prinsiplər yox, faktlar) üzərində 



iş gedir. 

1 yanvar 1940-cı ildə Azərbaycan SSR Ali Sovetinin 

qərarı ilə rus qrafikası əsasında yaradılmış əlifbaya keçilir; 

birinci növbədə onu qeyd etmək lazımdır ki, ərəb 

əlifbasından latın əlifbasına keçid geniş müzakirə edildiyi 

halda, rus əlifbasına keçid bir-iki ildə baş verir, prinsip 

etibarilə mübahisəyə səbəb olmur… Mübahisə ancaq onun 

üzərində gedir ki, rus əlifbasında mövcud olan 

я



ю



, e, 

ц



ь

ъ



  hərfləri də Azərbaycan dili üçün məqbuldur, ya yox. 

S.Vurğun bu barədə yazırdı: «Mənim düşündüyümə görə, 

əlifba kulturasının birinci şərti odur ki, hərflərin sayı 

mümkün qədər az olsun. Əgər dilimizi tamamilə ifadə 

etmək şərtilə 32 hərf saxlaya bilsək, yaxşı olar. Əksinə, 

hərflərin sayını çoxaltmaq yolu ilə getsək, bu, əlifbanın 

zəifliyinin birinci əlaməti olar. Odur ki, hərflərin sayı 

məsələsində biz xəsis olmalıyıq. Ona görə də 

я



ю



, e, 

ц

 və 



ь

 

hərflərinin bizim əlifbaya daxil edilməsinə mən ziddəm, 



çünki bu hərflərin ifadə etdikləri səslər Azərbaycan dilində 

yoxdur…»


1

Bununla belə 



я

ю



, e, 

ц

  hərfləri Azərbaycan 



əlifbasında saxlanılır, yəni demokratizm bu nöqtədə də 

pozulur. 

40-cı illərin ortalarında mətbuat həmin hərflərin 

əlifbadan çıxarılması barədə təkliflər verir. 

Ц

 hərfi 1947-ci 



ildə, 

я



ю

, e hərfləri isə (e  hərfi  ə  əvəzinə işlənir) 1958-ci 

ildə əlifbadan çıxarılır. 

40-50-ci illərdəki müzakirələr orfoqrafiya qaydala-

rının təkmilləşməsinə kömək edir; 1940-cı ildə tərtib 

olunmuş qaydalardan sonra bu sahədə görülən işlər öz 

əksini 1946-cı, 1950-ci, 1951-ci illərin layihələrində tapır. 

                                                           

1

 «Kommunist» qəzeti, 12 may 1939-cu il. 




 

48

24 fevral 1954-cü ildə isə Azərbaycan SSR Nazirlər Soveti 



yeni orfoqrafiya qaydalarını təsdiq edir. Bununla belə

1955-ci ildə yeni layihə təqdim olunur, həmin layihə 1958-

ci ildə təsdiq edilir. 

40-50-ci illərdə ədəbi dildə orfoqrafik sabitlik 

yaratmaq məqsədi ilə gedən müzakirələr, şübhəsiz ki, 20-

30-cu illərdəkindən fərqlənir; ikinci mərhələdə diqqət 

orfoqrafiyanın daha konkret məsələlərinə (məsələn: 

apostroflu sözlərin yazılışı, şəkilçilərin yazılışı, mürəkkəb 

sözlərin yazılışı və s.) verilir, təkcə fonetik deyil

morfonoloji hadisələr təsbit edilir. Məhz 40-cı illərdə 

orfoqrafiyanın üç prinsipi (fonetik, morfoloji, tarixi-

ənənəvi prinsiplər) nəzəri şəkildə qiymətləndirilir. 

40-50-ci illərdə fonetik-orfoqrafik normanın 

sabitləşməsində filoloji-linqvistik tədqiqatların xüsusi 

əhəmiyyəti olur; məsələn, D. Quliyevin «Azərbaycan dili 

orfoqrafiyası haqqında» məqaləsində orfoqrafiyanın üç 

prinsipi qeyd edilir və müəllif göstərir ki, orfoqrafiya 

qaydalarının tərtibində həmin prinsiplərə riayət etmək 

lazımdır

1

. Eyni məsələlər A.Əfəndiyevin



2

, Ə.Dəmirçizadə-

nin

3

, bir qədər fərqli şəkildə M.Şirəliyevin



4

 məqalələrində 

də qeyd edilir. 

1960-cı ildən sonra Azərbaycan dilinin orfoqrafiya 

qaydalarında elə bir ciddi dəyişiklik edilmir; nisbətən 

diqqəti cəlb edən dəyişmə apostrofun funksiyalarının azal-

                                                           

1

 D. Quliyev, Azərbaycan dili orfoqrafiyası haqqında. «Müəllimə kömək» 



məcmuəsi, 1940, № 1. 

2

 A.Əfəndiyev. Azərbaycan dilinin imla qaydaları haqqında. – «Ədəbiyyat» 



qəzeti, 29 iyun 1944-cü il. 

3

 Ə.Dəmirçizadə. İmlamız haqqında. – «Azərbaycan müəllimi» qəzeti, 1946, 



№ 25. 

4

 M.Ş.Şirəliyev. Ədəbi dilimizin zərurəti məsələləri. – «Kommunist» qəzeti, 



23 fevral 1944-cü il. 


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə