A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə11/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   149

 

33

bərabər gedir – lüğət tərkibi lüğətlərdə, qrammatik quruluş 



qrammatika kitablarında, funksional üslub mənzərəsi isə 

üslubiyyata aid işlərdə təsbit olunur. Beləliklə, ədəbi dilin 

sovet dövründəki mənzərəsi diferensial şəkildə öz əksini 

tapır, lakin bu hələ ədəbi dil tarixinin həmin dövrün tədqiqi 

demək deyildir, bunun üçün bu dövr bütövlükdə 

götürülməli, təhlilin həm tarixiliyi, həm də sistemliliyi 

gözlənilməlidir. 

20-ci illərin axırı, 30-cu illərin əvvəllərində B. 

Çobanzadə «Aprel inqilabından sonrakı dövr»ü (onun 

təsnifində III dövr) xüsusi fərqləndirir.

Y. Əliyev də 1940-



cı ildə Azərbaycan ədəbi dili tarixinin dövrləşdirilməsi 

probleminə həsr edilmiş məqaləsində

2

 «üçüncü dövr» 



dedikdə məhz sovet dövrünü nəzərdə tutur. M. İbrahimov 

da 1944-cü ildə yazdığı məqalədə

3

 1920-ci ildən sonrakı 



dövrü Azərbaycan ədəbi dili tarixində müstəqil mərhələ 

hesab edir. 

       Bu  dövrün  müstəqilliyi  1952-ci  ildə  dərc  olunmuş 

proqramda

4

 da təsbit edilir. 



1961-ci ildə A. Məhərrəmovun «Azərbaycan ədəbi 

dilinin sovet dövrü» kitabçası nəşr edilir: kitabçanın 

«Giriş»ində deyilir: «Ədəbi dilimizin inkişafı tarixində 

sovet dövrü xüsusi bir dövr təşkil edir»

5



                                                           



1

 B.Çobanzadə. M.F.Axundovda azəri ləhcəsi. «Maarif işçisi», 1928, № 3. 

(həmin bölgü burada təkrar olunur; Q.Bağırzadə, B.Çobanzadə. Elmi 

qramerin əsasları, Bakı, 1932, səh. 51). 

2

 Y.Əliyev. Azərbaycan ədəbi dilinin inkişafı tarixinin əsas mərhələləri. – 



SSRİ EA Azərb. filialının xəbərləri, 1940, № 2. 

3

 M.İbrahimov. Dilimizin inkişaf yolları. SSRİ EA Azərb. filialının xəbərləri, 



1944, № 12. 

4

 Azərbaycan ədəbi dili tarixi proqramı, Bakı, 1952 (tərtib edəni: H.Mir-



zəzadə). 

5

 A.Məhərrəmov. Azərbaycan ədəbi dilinin sovet dövrü. Bakı, V. İ. Lenin 



adına APİ, 1961, səh. 3. 


 

34

Tədqiqatçının müşahidələrinə görə, sovet dövrünü 



başqa dövrlərdən fərqləndirən əsas əlamətlər aşağıda-

kılardan ibarətdir: 

  birincisi, lüğət tərkibinin əvvəlki dövrlərdəkinə 



nisbətən çoxcəhətli olması; 

  ikincisi, ədəbi dilin xalq dilinə yaxınlaşması, başqa 



sözlə, onun əsasında inkişaf etməsi

1



A.Məhərrəmov sovet dövrünün, əlavə olaraq, aşağı-

dakı xüsusiyyətlərinə də diqqəti cəlb etmişdir: 

  ədəbi dilin ictimai-mədəni bazasının genişlənməsi; 



  ədəbi dillə dialektlər arasındakı münasibətin 

dəyişməsi (ədəbi dil dialekt təzahürlərinə təsir etməyə 

başlayır, xüsusilə 30-cu illərdən etibarən); 

  ədəbi dilin dövlət dili olması



2

A.Məhərrəmovun kitabçasında lüğət tərkibinin, eləcə 



də fonetik-orfoqrafik quruluşun inkişafına dair maraqlı 

mülahizələrə təsadüf edilir. 

ADU-nun 1979-cu ildə nəşr etdiyi proqramda isə 

ədəbi dilin tarixi əsasən əsrlər üzrə nəzərdən keçiril-

diyindən sovet dövrü XX əsr ədəbi dilinin tərkib hissəsi 

kimi götürülmüşdür

3

. Lakin bu halda da haqqında söhbət 



gedən dövrün nisbi müstəqilliyi görünür. 

Ə.Dəmirçizadə bir neçə on il davam edən tədqiqat-

larının nəticəsi olaraq Azərbaycan ədəbi dili tarixinin üç 

dövrünü qeyd edir. 

Ə.Dəmirçizadənin təqdim etdiyi dövrləşdirmədə sovet 

dövrünün müstəqil mərhələ kimi fərqləndirilməsi ilə 

yanaşı, digər məsələ də maraq doğurur: tədqiqatçı sovet 

                                                           

1

 A.Məhərrəmov. Azərbaycan ədəbi dilinin sovet dövrü. Bakı, V.İ.Lenin 



adına APİ, 1961, səh. 3-4. 

2

 Yenə orada, səh. 4-5. 



3

 Azərbaycan ədəbi dili tarixi proqramı, Bakı, ADU nəşri, 1973. 




 

35

dövründə ədəbi dilin milli dil əsasında inkişafından, dövrün 



ədəbi dilinin dialektikasından bəhs edir, beləliklə, Ə. 

Dəmirçizadənin təqdimatında Azərbaycan ədəbi dili 

tarixinin bu dövrü həqiqətən tarixilik prinsipinə dayanılaraq 

müstəqil mərhələ hesab edilir. Əks halda, həmin dövrdən 

müstəqil mərhələ kimi bəhs olunması, əslində, düzgün 

sayılmazdı, çünki ədəbi dil tarixinin bu və ya digər 

mərhələsi o vaxt müstəqildir ki, öz daxilində müəyyən 

inkişaf məntiqini ehtiva edir. 

Ə. Dəmirçizadə sovet dövrü Azərbaycan ədəbi dilinin 

müstəqil keyfiyyət faktı olduğunu vaxtilə «Azərbaycan 

ədəbi dilinin inkişaf yolları» adlı kitabçasında göstərmişdir; 

onun fikrincə, dövrün əsas əlamətləri «inqilabdan əvvəlki 

bolşevik mətbuatında özünü göstərməyə başlamış», nəticə 

etibarilə, «bu dövrdə Azərbaycan ədəbi dili əvvəlki 

dövrlərdə müyəssər ola bilmədiyi bir hüquqa malik 

olmuşdur»

1

. Ə. Dəmirçizadə sovet dövründə şifahi ədəbi 



dilin, elmi üslubun sürətlə inkişaf etdiyini, nəsr dilinin 

getdikcə daha çox diferensiallaşdığını (xüsusilə roman 

dilinin təşəkkülünü) qeyd edir

2

. Göründüyü kimi, tədqiqatçı 



sovet dövrü ədəbi dilini ayrıca mərhələ hesab edərkən, hər 

şeydən əvvəl, funksional-üslub planına dayanır. Ə. 

Dəmirçizadə, məsələn, göstərir ki, «sazlı şeir dili ilə yazılı 

şeir dilinin xüsusən lüğət tərkibi ibarə və ifadələr etibarilə 

bir-birinə qovuşduğu, qarşılıqlı surətdə bir-birilə 

zənginləşdiyi diqqəti cəlb edir»

3

. Bu fakt nə Ə. Dəmir-



çizadə, nə də ədəbi dil tarixi ilə məşğul olan başqa 

mütəxəssislər tərəfindən geniş şərh edilməmişdir – 20-ci 

                                                           

1

 Ə. Dəmirçizadə. Azərbaycan ədəbi dilinin inkişaf yolları, Bakı, 1958, səh. 



42. 

2

 Yenə orada, səh. 42-44. 



3

 Yenə orada, səh. 43. 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə