A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə19/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   149

 

58

– M.V.Vidadi – M.P.Vaqif – Q.Zakir xətti ilə gələn ifadə 



tərzi ilə) bilavasitə şifahi xalq şeirindən gələn dil tədricən 

bir cəbhədə çıxış edir, klassik dil ənənələri kimi, türk 

(osmanlı) ədəbiyyatının dil ənənələri də həmin kontekstdə 

həzm olunur. Çünki 30-cu illərin sonuna doğru ədəbiyyata 

XX əsrin əvvəllərində gələn şairlərin əsas hissəsi ədəbi 

prosesdən uzaqlaşır, yeni nəsil isə canlı xalq dilinə daha 

çox istinad edən ifadə tərzində yazır. 

30-cu illərdə şeir dilində şüarçılıq faktlarına təsadüf 

edilir, hətta M. Müşfiq, S. Vurğun, S. Rüstəm, R. Rza, M. 

Rahim kimi şairlərin dili də bu baxımdan istisna təşkil 

etmir. Ümumiyyətlə isə, şeir dilinin əsasında təbii nitq 

intonasiyası dayanır. 

40-cı illərin birinci yarısında təkcə Azərbaycan xalqı 

yox, Azərbaycan dili də faşizmə qarşı döyüşür; bu illərdə 

poetik dilə daxil olan hərbi-vətənpərvərlik leksikası dilin 

məzmununa da, intonasiyasına da təsir edir. 40-cı illərin 

ikinci yarısında, eləcə də 50-ci illərin birinci yarısında şeir 

dilində müəyyən normativləşmə gedir. 

Əlbəttə, 40-50-ci illərdə şeir dilində müəyyən axta-

rışlar da gedir; lakin axtarışlar poetik normativləşməyə təsir 

edə bilmir, bir qədər kənar hadisə kimi özünü göstərir. 

Bununla belə, aparılan axtarışlar 50-ci illərin ikinci 

yarısından şeir dilinin ifadə-obraz planında yeniləşməsində 

müəyyən iş görür. R. Rzanın dili bu baxımdan diqqəti cəlb 

edir. 

40-cı illərdə Cənubi Azərbaycan ədəbi-bədii dili 



Şimaldakı ilə təmasda olur, əvvəla, Şimaldan olan sənət-

karların müəyyən hissəsi müharibə dövründə Cənubda 

hərbi qulluq edirlər, ikinci tərəfdən, müharibədən sonrakı 

illərdə Cənubdan bir qrup sənətkar— B.Azəroğlu, H. 

Billuri, Ə.Tudə, M.Gülgün, S.Tahir Şimala köçürlər və 



 

59

cənubluların dili Şimalda mövcud olan poetik dil mühitində 



yad görünmür

1



50-ci illərin sonu, 60-cı illərin əvvəllərində şeir 

dilində folklor ifadə tərzinə qayıdış baş verir; yaradıcılığa 

60-cı illərdən əvvəl gəlmiş B. Vahabzadə, N.Xəzri, H. Arif, 

N.Həsənzadə, Qabil kimi şairlərin dilində folklor ifadə 

tərzinin havası duyulur. 

Şübhəsiz, ədəbi-bədii dilin, eləcə də şeir dilinin 

folklor ifadə tərzinə meyil etməsi ədəbi-bədii fikrin məz-

munca xəlqi əsaslar üzərində köklənməsindən irəli gəlir; 

xəlqilik birinci növbədə oradan başlayır ki, insanın daxili 

aləminə maraq güclənir, süni (yaxud elə təbii) patetika 

əvəzinə, poetik fikir təhlilə can atır və bu da imkan verir ki

şeir dilinin obrazlar sistemində əsaslı dəyişikliklər meydana 

gəlsin. 

50-ci illər poeziyada iki üslubi meyili ənənə 

səviyyəsinə qaldırdı: 1) S. Vurğunun təmsil etdiyi üslub; 2) 

R. Rzanın təmsil etdiyi üslub. 60-70-ci illərin dil-üslub 

panoramı bu ənənələrə istinadən təqdim olunur. Lakin 

sonrakı dövrdə (70-ci illərin sonu, 80-ci illərin əvvəl-

lərində) eksperimentlər dalğası meydana çıxır; hələ 

ənənələrin təsiri altında olan, müxtəlif istiqamətlərdə 

səpələnmiş mikroüslublar eksperimentlərin ilkin nəticələri 

ilə hesablaşmalı, hətta müəyyən dərəcədə özünüredaktəyə 

məruz qalmalı oldu. 

Əlbəttə, şeir dili (eləcə də ümumən ədəbi-bədii dil) 

dövrün estetikasına qarşı kifayət qədər həssasdır, bəzən hər 

nəsil özü ilə yeni dil-üslub təmayülü gətirir; 60-cı illərdə – 

M.Araz, Ə.Kərim, S.Əsəd, F.Qoca, F.Sadıqdan sonra 70-ci 

illərdə – R.Rövşən, Ə.Salahzadə, E.Baxış, V.Cəbrayılzadə, 

                                                           

1

 N.Cəfərov. Cənubi Azərbaycanda ədəbi dilin inkişafı tarixindən. – 



«Azərbaycan müəllimi» qəzeti, 3 fevral 1988-ci il. 


 

60

V.Səmədoğlu, V.Bəhmənli maraqlı eksperimentərlə çıxış 



edirlər. 

60-70-ci illərin dil-üslub təmayüllərinin qovuşağında 

M.İsmayıl,  N.Kəsəmənli, S.Rüstəmxanlı,  Ç.Əlioğlu,  E. 

Nəsiblinin dili yaranır. 

80-ci illərin şeir dilində (ədəbiyyata məhz 80-ci 

illərdə gələnlər nəzərdə tutulur) xalq dilindən – folklordan 

qidalanma bir qədər normaya salınmış şəkildə gedir, 

onların dilində intonasiya təmkinlidir. 

60-70-ci illər şeir dilinə həmçinin şablonçuluğun 

görünməmiş nümunələrini gətirdi. Ümumiyyətlə, şeir dili 

tariximizi gözdən keçirsək, təqlidçiliyə aid istənilən qədər 

fakt tapmaq mümkündür, təqlidçilik müəyyən obrazlar 

sistemini kütləviləşdirməklə yanaşı, ayrı-ayrı dil-üslub 

təmayüllərinin mərkəzləşməsinə – dövrün ədəbi-bədii 

dilinin sabitləşməsinə təsir edir, lakin təqlidçilik bədii dili 

zənginləşdirmək ehtirasından məhrumdur. 

İstər 20-30-cu, istər 40-50-ci, istərsə də 60-80-ci 

illərdə şeir dilinin inkişafı həm fonetik, həm leksik, həm də 

sintaktik səviyyədə poetik fiqurların yeni ifadə imkan-

larının aşkarlanması ilə gedir; şeir dili ədəbi-bədii dilin 

strukturunda xüsusi funksionallığı ilə fərqlənərək nəsr 

dilinin, eləcə də dramaturji dilin təkamülünə təsir göstərir. 

Nəsr dilinin tarixi təcrübəsinin o qədər də böyük 

olmaması onun sovet dövründəki inkişafına təsir edir; nəsr 

dili ədəbi dilin inkişafının həm birinci, həm də ikinci 

mərhələsində SSRİ xalqları, eləcə də xarici ölkə nəsrinin 

janr-ifadə mədəniyyətindən müəyyən priyomlar əxz edir. 

20-30-cu illərdə nəsr dilinə XX əsrin əvvəllərində 

ədəbiyyata gəlmiş sənətkarlarla yanaşı, M.Hüseyn, Ə. 

 

Əbülhəsən, S.Rəhimov, M.İbrahimov, Mir Cəlal, Ə. Vəli-



yev, Ə.Məmmədxanlı kimi yazıçıların dili də xüsusi 


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə