A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə21/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   149

 

64

siallaşır, bədii-publisist elementlərdən getdikcə təmizlənir 



və elmi üslubun maraqlı nümunələri meydana gəlir. 

Şübhəsiz, elmi üslubun diferensiasiyasını elmi təfək-

kürün özündə gedən diferensiasiya hazırlayır – ziyalı 

kadrların, bu və ya digər ixtisas sahəsində işləyən milli 

mütəxəssislərin yetişməsi elmi üslubun ictimai dayağını – 

sosiumunu yaradır. Şərq təhsili görmüş ziyalılarla qərb 

təhsili görmüş ziyalılar arasındakı elmi diskussiyalar, 20-

30-cu illərdə elmi təfəkkürün şərq tipi ilə qərb tipinin 

konsentrasiyasına gətirib çıxarır və əslində, elmi üslub da 

hər iki regionun terminoloji materialının qovuşağında 

yenidən qurulur, keyfiyyətcə müəyyənləşir. Elmi təfəkkü-

rün elə sahələri olur ki, şərq tipi ilə qərb tipi əsasən bərabər 

həcmdə təmsil olunur (xüsusilə ictimai elmlər sahəsində), 

müəyyən sahələrdə isə qərb tipinin üstünlüyü müşahidə 

edilir (xüsusilə dəqiq elmlər sahəsində); elmi üslub da elmi 

təfəkkürün genealoji strukturunu əsasən olduğu şəkildə əks 

etdirir. 

20-30-cu illərdə elmi üslubun inkişafı əsasən XIX 

əsrin ortalarında (M. F. Axundovun yaradıcılığından) aldığı 

təkanla gedir. XIX əsrin ikinci yarısında, eləcə də XX əsrin 

əvvəllərində müxtəlif elmi (yaxud elmi-publisist) yazılarda 

ənənə davam etdirilir. 20-30-cu illərdə isə elmi üslub 

keyfiyyətcə yeni mərhələyə qalxır, elmi terminologiya isə 

aşağıdakı mənbələr əsasında yaranır: 

1) Şərq dilləri – əsasən ərəb, eləcə də fars dili 

əsasında; şərq mənbəyi Azərbaycan ədəbi dilinin elmi 

üslubu üçün tarixən daha anlaşıqlı idi, lakin məsələ 

burasında idi ki, elmi sosiumun məhdudluğu elmi üslubu 

ümumiyyətlə kütləviləşdirə bilmədiyindən şərq mənbəyinin 

elmi anlaşıqlığı kütləvi anlaşıqlığa keçməmişdi, ona görə 

də 20-30-cu illərdə şərq dillərinə məxsus elmi termino-



 

65

logiyanın bir daha seçilməsi ehtiyacı meydana gəldi. 



2) Avropa dilləri – əsasən rus dili vasitəsilə; Avropa 

mənbəyi XIX əsrin ortalarından elmi üslubun ictimai-

fəlsəfi qolunda görünür («Kəmalüddövlə məktubları»nın 

dili bu baxımdan xarakterikdir), XX əsrin əvvəllərindən 

başlayaraq, Avropa mənşəli terminologiya nəinki elmi 

üsluba daxil olur, həmçinin mətbuat vasitəsilə kütləviləşir 

(xüsusilə ictimai-siyasi məzmunlu terminologiyadan söhbət 

gedir). Elə də olur ki, Avropa mənşəli termin ədəbi dilə 

keçmir, lakin Avropa elmi-ictimai təfəkkürünün təsiri ilə 

şərq mənşəli leksik vahid Avropa məzmununda 

anlaşılmağa başlayır; məsələn, cəmiyyət, inqilab, siyasət, 

fəhlə, üsyan, hərəkat, cəhalət, irtica, ixtilaf, sinif, firqə və s. 

və i.a. kimi terminoloji məzmunlu leksik vahidlər ictimai-

siyasi təfəkkürdə baş verən novatorluğu əks etdirir. XVI 

əsrdə inqilab dedikdə aşiqin öz məşuqəsinə xəfif etirazı, adi 

dəyişiklik nəzərdə tutulurdusa, XX əsrin əvvəllərindən 

etibarən bu söz dərin ictimai-siyasi, mədəni-mənəvi çevriliş 

məzmununda işlənir. 

Əlbəttə, irəlidə görəcəyimiz kimi, elmi üslubun 

Avropa (rus) mənbəyinə münasibəti nəinki müxtəlif 

mərhələlərdə, hətta bir mərhələ daxilində bir neçə dəfə 

dəyişir, lakin mənbə mənbəliyində qalır, getdikcə güclənir. 

3) Şərq mənbəyi ilə Avropa (rus) mənbəyinin 

qovuşması, şübhəsiz, milli mənbənin münsifliyi ilə gedir; 

Azərbaycan ədəbi dilinin elmi üslub potensialı (termino-

logiyadan tutmuş sintaksisə qədər) milli elmi-təfəkkürün 

ifadə forması kimi 20-30-cu illərdə də aparıcı olur. Şərq, 

eləcə də Avropa mənşəli terminoloji-qrammatik material 

sovet dövründə ədəbi dilin inkişafının birinci mərhələsində 

məhz milli elmi təfəkkürün xəlqiliyi (xalq üçün anlaşıqlığı) 

əsasında təbliğ olunur, kütləviləşdirilir. 



 

66

20-30-cu illərdə məktəb-maarif sisteminin inkişafı, 



elmi-ictimai cəmiyyətlərin fəaliyyəti elmi üslubun həm 

irəliləyişinə, həm də demokratikləşməsinə əsaslı təsir 

göstərir. Elmi təfəkkürün sintetik xarakteri elmi üslubun 

demokratikləşməsinə mane olsa da (xüsusən 20-ci illərdə), 

30-cu illərin sonuna doğru terminoloji norma əsasən 

sabitləşir. 

Elmi dilçilik ədəbiyyatında qeyd edildiyi kimi, 

marksizm-leninizm klassiklərinin əsərlərinin tərcüməsi 

Azərbaycan ədəbi dili ictimai elmlər üslubunun həm 

məzmunca, həm də formaca inkişafına təkan verir

1



20-30-cu illərdə fəlsəfə, tarix, ictimaiyyat, 



iqtisadiyyat elmləri, eləcə də filoloji elmlər sahəsində yeni 

əsərlər meydana gəlir, mətbuat ictimai elmlər üslubunun 

funksionallığını artırır. Dəqiq elmlərin, eləcə də təbiət-

şünaslıq elmlərinin inkişafı elmi üslubun bazasını geniş-

ləndirir. 20- 30-cu illərdə elmi üslubun, demək olar ki, 

bütün əsas sahələrini əhatə edən terminoloji lüğətlər 

yaradılır

2



20-30-cu illərdə elmi üslubun xarakterik cəhətlərindən 

biri onun publisist üslubun təsirinə məruz qalmasından, 

başqa sözlə, publisistikləşməsindən ibarətdir. 

         40-50-ci  illərdə  ictimai  həyatda  ziyalıların  rolu  artır, 

elmi üslubun sosial bazası müəyyənləşir, elmi tədqiqat 

işlərinin həcminin genişlənməsi, diferensial sahələrin 

meydana çıxması elmi üslubun həm yazılı, həm də şifahi 

qollarının tipoloji xarakterinin sabitləşməsinə gətirib 

                                                           

1

 Bax: 3акономерности развити



я

 литературных 

я

зыков народов СССР в 



советску

ю

 эпоху, стр. 263-264; A.Məhərrəmov. Azərbaycan ədəbi dilinin 



sovet dövrü, səh. 12; Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), s. 41-42 və s. 

2

 Sovet dövründə terminologiyanın inkişafı barədə sonrakı fəsillərdə geniş 



bəhs edilir. 


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə