A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə29/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   149

 

90

vəziyyətlə bağlı binagüzarlıq, əmələ, füqərayi-kasibə, əfvi-



ümumi, əza kimi söz və ifadələrin işlədilməsi səciyyəvi idi. 

Yeni ictimai quruluşla bağlı hadisələri əks etdirmək üçün 

hələlik dilin özündə müvafiq vasitələr müəyyən-

ləşdirilmədiyindən ümumxalq səciyyəsi daşımayan belə 

sözlərdən istifadə edilirdi. Onilliyin sonlarına doğru ədəbi 

dildə bu cür sözlərin müvafiq şəkildə ümumxalq xarakterli 

digər vahidlərlə əvəz edilməsinə başlanmışdı. Mənaca daha 

kütləvi olan qarşılıqlar yalnız Azərbaycan dilinə məxsus 

sözlərdən yox, ərəb-fars və rus dili alınmaları içərisindən 

də seçilirdi. Belə ki, 20-ci illər üçün səciyyəvi olan həmin 

sözlər lüğət tərkibinin sabitləşməsi dövründə rəhbərlik

fəhlə, proletar, amnistiya, üzv sözləri ilə əvəz edilmişdir. 

Bu sözlər ümumişlək xarakterinə görə əvvəlkilərdən üstün 

olduğu üçün öz işləkliyini hətta müasir dövrə qədər də 

qoruyub saxlaya bilmişdir. 

Sosial-mədəni inkişafla bağlı olanlar. Qeyd etdiyimiz 

kimi, Sovet hakimiyyətinin ilk illərindən meydana çıxan bir 

çox ictimai hadisə və prosesləri ifadə etmək üçün bəzi 

sözlər əvvəlki dövrlərin ədəbi dilində işlənmiş alınma 

leksik vahidlər içərisindən seçilirdi. 20-ci illərdə sosial-

mədəni inkişafla əlaqədar darülfünun, müdiri-məsul, tarixi-

ədəbiyyat, ümure-mülkiyyə kimi söz və birləşmələr 

işlədilirdi. 

İlk dövrlərdə, inqilabdan əvvəlki ədəbi dilin təsiri 

nəticəsi kimi, bir sıra izafət birləşmələrindən də sosial-

mədəni inkişafla bağlı anlayışları ifadə etmək üçün istifadə 

olunurdu. Lakin izafət Azərbaycan dilinin fonetik-

qrammatik qanunlarına uyğun gəlmədiyindən, normalaşma 

dövründə müvafiq şəkildə ümumişlək xarakterli söz və söz 

birləşmələri ilə əvəz olunmuşdur. Belə ki, müdiri-məsul 

əvəzinə redaktor, tarixi-ədəbiyyat əvəzinə ədəbiyyat tarixi, 



 

91

ümure-mülkiyyə  əvəzinə  mülki işlər işlədilməyə başlandı. 



Ərəb-fars dillərinin təsiri ilə dilimizə inqilabdan əvvəlki 

dövrlərdə daxil olmuş izafətin qarşılığı kimi indi çox vaxt 

milli söz birləşmələrindən istifadə olunur. Məsələ 

burasındadır ki, izafətin forması söz birləşməsinə 

ekvivalent olmaq baxımından qrammatik vahid təsiri 

bağışlayır. Əslində isə bunlar müəyyən anlayışın, 

terminoloji məzmunun informasiyavericisi olmaqla leksik 

vahid hüququndadır və belə vahidlər dildə sintaktik fakt 

kimi, sintaksisin obyekti kimi təhlil olunmayıb, məhz 

leksik vahid kimi verilməlidir. Bunlar, sadəcə olaraq, söz 

yaradıcılığında sintaktik yol kimi izah olunmalıdır. 

Təsərrüfat quruculuğunun elmi əsasda inkişafı ilə 

bağlı olanlar. Oktyabr inqilabından sonra ictimai həyatın 

başqa sahələrində olduğu kimi, təsərrüfat quruculuğunda, 

elm və texnikanın inkişafında da bir canlanma var idi. 

Lakin bu sahəyə aid məfhumların adlandırılmasında hələ də 

inqilabdan əvvəlki dövr ədəbi dilində işlənmiş olan, 

tələffüz və ifadə çətinliyi törədən ərəb-fars alınmalarına 

təsadüf olunurdu. Ədəbi dilin keçid dövründə müasir 

dildəkindən fərqli olaraq yol  və  nəqliyyat  əvəzinə  təriq  və 

mabər, stansiya əvəzinə müvqüf, dənizçi əvəzinə bəhriyyun, 

fabrik  əvəzinə  karxanə, çay əvəzinə  nəhr, Sakit okean 

əvəzinə  Bəhri-mühiti-kəbir  sözləri və tərkiblərinin işlədil-

məsi səciyyəvi idi. Bu cür faktlara ədəbi dilin keçid dövrü 

nümunələrini əks etdirən mətbuat dilində tez-tez təsadüf 

etmək olurdu: 

T ə r i q   və  m a b ə r   komissarlığına xəbər verilmişdir 

(K-11.04.1921);  Xüsusi bir m ü v q ü f  işə başlayacaq. 

B ə h r u y y u n l a r  nümayəndələri şurasının nəşr əfkarıdır 

(K-4.04.1921);  K a r x a n ə l ə r d ə  parça toxunur (K-

16.04.1924);  B ə h r i - m ü h i t i   k ə b i r  qurultayı olmuşdur 



 

92

(K-1.10.1926) və s. 



Müasir ədəbi dilimiz üçün səciyyəvi olmayan, 

sonralar dildə xəlqiləşmə və kütləviləşmə prinsipi ilə 

əlaqədar asan qarşılıqları ilə əvəz edilən çətin ərəb-fars 

mənşəli sözlərin işlədilməsinə ilk dövrlərdə yazılmış bədii 

əsərlərin də dilində təsadüf edilir. Aydın məsələdir ki, 

inqilabdan əvvəlki ədəbi dilin təsiri sovet dövrü ədəbi 

dilinin ilk illərində hətta bədii üslubda da mühafizə 

olunurdu. Bu dövrdə ərəb-fars sözləri bədii əsərlərdə 

müxtəlif məqsədlərlə işlədilirdi. Bəzən yazıçı obrazı 

fərdiləşdirmə vasitəsi kimi onun dilində yad, anlaşılmaz 

ərəb-fars söz və ifadələri işlədir. Digər halda isə, ümu-

miyyətlə, həmin dövr ədəbi dilinin səciyyəvi xüsusiyyəti 

kimi, hətta yazıçının öz dilində bu qəbil söz və ifadələrə yer 

verilir.  Mərəz  (xəstəlik),  nam  (ad),  nas  (qadın),  övrət 

(arvad), təam (yemək), əqdəm (əvvəl) (S. S. Axundovda) və 

s. sözlər bu qəbildəndir. Bəzən bu sözlərin sinonimləri də 

işlədilir:  səs//avaz//səda, yemək//təam, yazıq//binəva//fəqir, 

pis//bəd//fəna  və s. Dilin cilalandığı və normaya düşdüyü 

dövrdə artıq bədii üslubda da inqilabdan əvvəlki dövr ədəbi 

dilinin təsiri ilə işlənən ərəb-fars sözləri öz işləklik 

lüzumunu itirməyə başlayır. 

Ədəbi dilin keçid dövründə əvvəlki dövrün ənənəsi ilə 

işlədilən və çətin başa düşülən ərəb-fars sözləri anlaşıqlılıq 

səviyyəsinə görə inqilabdan əvvəlki dövrlərdə nəşr 

olunmuş lüğətlərdə verilən ictihad, təəllük, hürufi-muxa-

timə, xabigah, darül-qərar, mücavir, təfsil, sahib-nüfuz, 

istilal, ahəngi-bülənd, bitəmam, şir-şəkər, dərk-dəzvic və s. 

kimi sözlərdən, demək olar ki, prinsipcə fərqlənmirdi

1



                                                           



1

  Bax:  С.М.Ганиев. Татарско-русски

й

 словар


ь

, Баку, 1903,. Yenə onun: 

Русско-татарски

й

 словар



ь

, Баку, 1909; Самоучител

ь

 татарского 



я

зыка, 


Баку, 1912. 


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə