A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə26/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   149

 

80

bunların dilə təsirini nəzərə alaraq, SSRİ xalqları ədəbi 



dillərinin üç mərhələ keçirdiyini göstərir. 

Birinci mərhələyə 1917-1929-cu illər aid edilir. 

Həmin mərhələdə dilin lüğət tərkibində baş verən mühüm 

dəyişmələr – yeni dövr üçün köhnələn terminlərin əvəz 

olunması, yeni sözlərin yaranma prinsipləri, purizmin dildə 

zərərli cəhətləri və s. diqqət mərkəzinə çəkilir. 

İkinci mərhələ 1929-1945-ci illəri əhatə edir. Bu 

mərhələ bir sıra yeni terminlərin alınması və dilin daxili 

imkanları əsasında yeni sözlər düzəldilib işlədilməsi ilə 

əlamətdardır. 

Böyük Vətən müharibəsindən sonrakı dövr ədəbi 

dillərin inkişafında üçüncü mərhələ kimi verilir. Bu 

mərhələdə də dilin lüğət tərkibinin inkişafına təsir göstərən 

iki başlıca meyil – rus dilindən və bu dil vasitəsilə Avropa 

dillərindən söz alınması və daxili imkanlar əsasında yeni 

vahidlərin yaradılması davam edir

1



Bu bölgüdə, əsasən, ictimai-siyasi amillər nəzərə 



alındığı üçün cəmiyyət həyatında mühüm rol oynamış hər 

bir dövr dilin inkişafının bir mərhələsi kimi səciyyə-

ləndirilmişdir. Əlbəttə, mühüm ictimai hadisələrin heç biri 

dilə təsirsiz qalmır. Hər hansı bir» ictimai dəyişmə və 

inkişaf yeni sosial şərait yaradır ki, dildə də həmin dəyişmə 

və inkişaf proseslərinə müvafiq yeni anlayışlar meydana 

çıxır. Sözlərin bir qismi öz işləkliyini itirir, yeniləri dilə 

gətirilir, daxili imkanlar hesabına təzə sözlər yaradılır və s. 

Bütün bunlarla belə, dilin ümumi inkişafı, bir çox 

cəhətdən normalaşması, sabitləşməsi və vahid qaydaya 

düşməsi üçün, əlbəttə, hər hansı təsadüfi ictimai hadisə əsas 

                                                           

1

  Bax:  Н.А.Баскаков. Современное состо



я

ние терминологии в 

я

зыках 


народов СССР. – «Вопросы терминологии», Изд. АН СССР, М., 1961, 

стр. 59-60. 




 

81

ola bilməz. Bu fikri eyni zamanda, dilin lüğət tərkibində 



baş verən dəyişmələrə də aid etmək olar. 

Sosializm quruculuğu illərində cəmiyyətin inkişafı 

üçün əlamətdar olan hadisələr silsiləsi əvvəlki dövrün ən 

mühüm nailiyyətlərinə əsaslandığından daim köhnənin 

yaxşı ənənələrini yaşadır. Deməli, hər bir yeni mərhələdə 

keçmişin ən yaxşı əlamətləri, ənənələri saxlanılır, gələcək 

hadisələr də bunun üzərində inkişaf edir. Həyatın 

tələblərindən geri qalanlar tədricən aradan çıxmaqla, 

yeniliklər daim təkmilləşir və zənginləşir. Şübhəsiz, 

cəmiyyətin bu cür dialektik inkişafı dildə də öz ifadəsini 

tapır. Belə ki, köhnə cəmiyyətlə bağlı bir sıra dil vahidləri 

müəyyən dövrdə saxlansa da, sonrakı dövrlərdə 

əhəmiyyətini itirir və tədricən tamamilə unudulur, dilin 

daxili imkanları əsasında yeni vahidlərim yaranması 

prosesi güclənir. Terminoloji səciyyə daşıyan alınmalar 

ümumən assimilyativ təsirdən uzaq olur. Buna görə də 

sovet dövründə ədəbi dilin lüğət tərkibinə bu sahədə 

lüzumsuz elementlər daxil ola bilmir və yalnız müəyyən 

zərurətlə bağlı alınan sözlər əsasında dilin lüğət tərkibi 

zənginləşir. 

Sovet dövründə Azərbaycan ədəbi dili lüğət tərkibinin 

inkişafı, qeyd etdiyimiz kimi, iki mərhələdən keçir: birinci 

mərhələ 1920-1940-cı illəri, ikinci mərhələ 1940-cı ildən 

sonrakı dövrü əhatə edir. Birinci mərhələdə lüğət tərkibi 

ərəb, fars, rus-Avropa sözləri ilə zəngin olsa da, tədricən 

Azərbaycan dilinin öz sözlərinin maksimum üstünlüyü 

özünü hiss etdirir; nəticədə, birinci mərhələnin sonlarına 

doğru tarixən mənimsənilməmiş ərəb, fars sözləri lüğət 

tərkibindən çıxır, rus-Avropa sözlərindən isə beynəlmiləl 

məzmuna malik olub, qarşılığı olmayanları qalır, yəni 

zəruri tələbat ödənilir. 



 

82

XX əsrin əvvəllərində, eləcə də 20-ci illərdə osmanlı 



türkcəsindən keçmiş bir sıra sözlər də 30-cu illərdə 

işləklikdən qalır. 

Birinci mərhələ – normalaşma mərhələsidir. 

İkinci mərhələdə ictimai tərəqqi, sosializmin uğurları, 

elmi-texniki inqilab nəticəsində yeni sözlər yaranır və 

ümumxalq səciyyəsi daşıyaraq sabitləşməyə başlayır; 

inkişaf əsasən dilin daxili imkanları hesabına gedir, yalnız 

zəruri hallarda rus-Avropa mənbəyinə müraciət edilir. 

İkinci mərhələ – sabitləşmə və zənginləşmə 

mərhələsidir. 

Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişaf mərhə-

lələri, şübhəsiz, bir-biri ilə sıx bağlıdır. 

 

B i r i n c i   m ə r h ə l ə .  20-40-cı illərdə  



lüğət tərkibinin inkişafı 

 

Azərbaycan ədəbi dilinin normalaşma dövrü kimi 



səciyyələnən birinci mərhələnin ilk onilliyi sonrakı 

onillikdən bir sıra əlamətlərinə görə fərqlənir. Belə ki, 20-ci 

illərə nisbətən 30-cu illərdə dilin lüğət tərkibində 

xəlqiləşmə daha çox özünü büruzə verir. 20-ci illər ədəbi 

dilinin xalq kütlələri üçün anlaşılma səviyyəsi nə qədər 

aşağı idisə, 30-cu illərdə xəlqiləşmə bir o qədər gücləndi. 

Sovet dövrü Azərbaycan ədəbi dilinin tarixində 

birinci mərhələ, xüsusən 20-ci illər, ən mürəkkəb bir 

dövrdür. Çünki bu illərdə ictimai-siyasi həyatda müxtəlif 

dil-üslub təmayüllərinin geniş fəaliyyəti üçün şərait var idi; 

ədəbi norma müzakirələrin gedişində müəyyənləşirdi, XX 

əsrin əvvəllərinə aid mübahisələr davam edirdi. 

 

 



 

83

1. 



 

Oktyabr inqilabından sonra ölkədə baş verən ciddi 

sosial dəyişikliklər milli dillərin inkişafına, xüsusən geniş 

vüsətli dil quruculuğu işlərinə çox güclü təsir göstərdi. 

Yeni quruluşun birinci onilliyində hər sahədə yeniliklə 

köhnəlik üz-üzə durmuşdu. Ölümə məhkum olmuş köhnə 

cəmiyyət can üstündə belə, yeniliklə vuruşmaq, onu 

boğmaq istəyindən əl çəkmirdi. Bu cür sosial təlatümlər 

dövründə milli dilin inkişaf istiqamətini şərtləndirən güclü 

bir meyil, həm də elmi və xəlqi bir meyil müşahidə edilirdi. 

SSRİ xalqları dillərinin, o cümlədən Azərbaycan dilinin 

inkişafında tədricilik sürətliliklə əvəz olunmuşdu. Ədəbi 

dilin bütün sahələri və şaxələr üzrə yenidən qurulması 

uğrunda ciddi və mürəkkəb mübarizə aparılırdı. XX əsrin 

əvvəllərində ədəbi dilə münasibətdə ziyalılar arasında vahid 

mövqe, vahid meyil olmadığı kimi, inqilabdan sonrakı ilk 

dövrdə də üslub pərakəndəliyi davam edirdi. Ədəbi dildə 

XX əsrə qədər kök salmış ərəb-fars elementləri, XX əsrin 

ilk onilliklərində meydana çıxmış türkizmlər bu dövrdə bir-

biri ilə çulğalaşmış şəkildə işlədilirdi. Belə bir pərakəndə 

üslub Azərbaycan Sovet hakimiyyətinin ilk illərində də 

davam etməkdə idi və hətta bir qədər qüvvətlənmişdi, 

ideoloji məzmun almışdı. Yeniliyin qələbəsi ilə bağlı olan 

dil təbəddülatı SSRİ ərazisindəki başqa milli dillərdə də 

müşahidə edilirdi. 

1926-cı ildə fevralın 26-dan martın 5-dək Bakıda I 

Ümumittifaq Türkoloji qurultayı keçirilir. Qurultayın işində 

görkəmli türkoloqlar iştirak edirlər; burada türk dillərinin 

müxtəlif problemləri ilə yanaşı, terminologiya məsələləri 

də müzakirə olunur: B.Çobanzadənin «Elmi terminologiya 

sistemi haqqında», A.R.Zifeld-Simumyaqın «Türk dil-



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə