A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə24/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   149

 

73

olmadığına görə, onun ictimai məzmunu da, deyək ki, 



bədii, publisist, yaxud elmi üslub qədər böyük olmur. Eyni 

zamanda rəsmi üslub 20-ci, eləcə də 30-cu illərdə başqa 

üslublardan təcrid olunmuş şəkildə inkişaf edir, daha 

doğrusu, rəsmi üslubla başqa üslublar arasındakı təmas, 

məsələn, bədii üslubla publisist, yaxud publisist üslubla 

elmi üslub arasındakı əlaqələr gücündə olmur. 

Onu da qeyd etmək lazımdır ki, 1920-ci ildən 1940-cı 

ilə qədərki mərhələdə rəsmi üslubun demokratizmi nəinki 

artan, hətta azalan xətlə gedir. Lakin bununla belə sovet 

cəmiyyətinin mənəvi-siyasi strukturunda baş verən hadi-

sələr rəsmi üsluba, onun funksionallıq səviyyəsinə, ictimai-

siyasi dəyərinə bilavasitə təsir göstərir. 

İkinci mərhələdə (1940-cı illərdən etibarən) 

Azərbaycan ədəbi dilinin rəsmi üslubu istər sintaktik, 

istərsə də leksik quruluşca tədricən demokratikləşir, xalq 

dilinə yaxınlaşır. Əlbəttə, bu prosesin güclənməsinə, rus 

ədəbi dilinin rəsmi üslubu da təsir edir, çünki həmin üslub 

sahəsində Azərbaycan dili rus dili ilə daim qarşılaşır, dövlət 

sənədlərinin respublikada adətən iki dildə tərtib olunması 

bu cür qarşılaşmanı qanuniləşdirir. 

E p i s t o l y a r   ü s l u b .  Epistolyar üslubun sovet 

dövründəki inkişafı, şübhəsiz, birinci növbədə əhalinin 

kütləvi savadlanması ilə əlaqədardır. 

XVII-XVIII əsrlərə aid cünglərdə epistolyar xarakterli 

mətnlərə təsadüf edilir, XIX əsrdə məktub, xatirə, eləcə də 

gündəliklər yazılır, yəni bu üslubun tarixi hər halda bir neçə 

əsr əvvələ gedib çıxır, bununla belə, daha intensiv inkişafı 

XX əsrin əvvəllərinə düşür. 

Ədəbi dilin inkişafının birinci mərhələsində 20-ci, 30-

cu illərdə epistolyar üslub ədəbi-bədii dilin təsiri altında 

olur (mətbuatda, xüsusən, «Molla Nəsrəddin» jurnalında 



 

74

hələ XX əsrin əvvəllərindən başlayaraq epistolyar üslub 



standartlarından bədii-publisistik məqsədlə istifadə 

edilirdi). 

İkinci mərhələdə isə epistolyar üslub daha çox 

publisistləşir, uzun-uzadı obrazlı ifadələrdən təmizlənir, 

fikrin daha aydın təqdimi normativləşir. 

Epistolyar üslubun məzmununu adamların mənəvi 

xarakteri, daxili mədəniyyəti müəyyən edir, bu üslubda 

ictimailik bir qədər arxa plana keçə, fərdi hisslər 

qabarıqlaşa bilər; ona görə də burada dil fərdin savadından, 

zövqündən, xarakterindən asılı olaraq müxtəlifdir. Lakin 

belə müxtəlifliyin hüdudu var. 

Epistolyar üslubun mühüm bir keyfiyyəti onun 

tədricən daha çox ictimailəşməsindən ibarətdir. Bunu 

şəxsiyyətlə cəmiyyət arasındakı münasibətlərin inkişafı 

prosesi müəyyən edir. 

 

* * * 



 

Azərbaycan ədəbi dilinin sovet dövründə inkişafı 

dedikdə, metodiki baxımdan, norma planı ilə funksional-

üslub planının dialektik əlaqəsi göz önünə gətirilir; qeyd 

edildiyi kimi, Azərbaycan ədəbi dilinin norma planı ilə 

üslub planı müxtəlif mərhələlərdə müxtəlif münasibətlərdə 

olmuşdur, birinci mərhələdən fərqli olaraq, ikinci mərhə-

lədə funksional-üslubi diferensiasiya sürətlə getdiyinə görə 

norma planı daha çox funksional-üslub baxımından diqqəti 

cəlb edir, başqa sözlə, normanın təkmilləşməsi ictimai dil 

təfəkkürü üslubları vasitəsilə həyata keçirilir. 

Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişafı da 

norma planı ilə üslub planı arasındakı bu cür mürəkkəb 

münasibətlər kontekstində gedir; ədəbi dilin struktur-




 

75

semantik inkişafından kənarda lüğət tərkibinin sistemli 



inkişafını təsəvvürə gətirmək mümkün deyil. 

 



 

76

II FƏSİL 



 

ƏDƏBİ DİLİN LÜĞƏT TƏRKİBİNİN  

ÜMUMİ MƏNZƏRƏSİ VƏ İNKİŞAF 

MƏRHƏLƏLƏRİ HAQQINDA 

 

Sovet dövründə Azərbaycan ədəbi dili lüğət tərkibinin 



inkişafı müəyyən mərhələlər üzrə gedir. Bizim müşahi-

dələrimizə görə, bu mərhələlər ümumən ədəbi dilin həmin 

dövrdəki inkişaf mərhələlərinə uyğundur. Səbəbi odur ki, 

sovet dövründə ədəbi dilimiz tarixi mövcud-luğunun bütün 

dövrlərindəkindən daha çox struktur kompaktlığa malik 

olur, fonetik-orfoqrafik normanın təkmilləşməsi ilə leksik-

qrammatik norma da təkmilləşir, eyni zamanda, müvafiq 

templə ədəbi dilin funksional məzmunu da inkişaf edir. Bu 

cür kompaktlığı – norma planı ilə funksiya planı arasındakı 

əlaqələrin bu cür intensivliyini göstərən nədir? Əlbəttə, 

birinci növbədə, sovet dövrü ədəbi dili üçün əsas sosioloji 

keyfiyyətlərdən biri olan kütləvilik faktına diqqət etmək 

lazımdır. Ədəbi normanın (eləcə də funksional üslubların) 

kütləvi mövqedən işlədilməsi (sosiumun həcmcə geniş-

lənməsi ilə əlaqədar demokratikləşməsi) nəinki norma planı 

ilə funksiya planı arasındakı, eləcə də normanın səviyyələri 

(fonetik-orfoqrafik, leksik-semantik, qrammatik) arasındakı 

asılılığın artmasına təsir edir. Ümumiyyətlə, ədəbi dilin 

lüğət tərkibinin inkişafı ədəbi dilin funksional məzmununu 

dəyişməklə yanaşı, struktur münasibətlərdə də ifadə olunur; 

məsələn, terminoloji leksikanın artması (hansı mənbələr 

hesabına artmasının da həlledici təsiri var, termin mənsub 

olduğu dilin mədəni-elmi təfəkkürünü maddiləşdirir) ədəbi 

dili intellektuallaşdırır, yaxud iltisaqi dillərdə alınma sözlər 

artdıqda qrammatik münasibətlərdə analitizm güclənir 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə