A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə38/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   149

 

117


sözlərə aid aşağıdakıları göstərmək olar: 

Bakıya 100 kisə göndərilmiş, bu xüsusda sənəd 

f o r m a l a ş d ı r ı l m ı ş d ı r   (K-4.02.1931);  Kolxozlarda 

yoxsul və muzdurların təşkili işinin k o l l e k t i v l ə ş m ə n i n  

möhkəmləndirilməsi üçün böyük siyasi əhəmiyyəti vardır 

(K-24.04.1932);  M a ş ı n l a ş d ı r m a  və əkin sahələrinin 

genişləndirilməsi əsas məsələ olmalıdır (K-18.07.1937); 

Bütün işçi, k o l x o z ç u ,   s o v x o z ç u  və ə m ə k ç i  qadın-

lara müraciət edilir (K-2.02.1931) və s. 

Ərəb-fars sözləri əsasında yarananlar. 30-cu illərdə 

Azərbaycan və rus sözləri ilə yanaşı, ərəb-fars mənşəli 

leksik vahidlərə Azərbaycan dili şəkilçiləri artırmaq 

əsasında da bir sıra sözlər düzəldilirdi. Bunlara dair 

aşağıdakıları göstərmək olar: 

Ağdaş rayonu Ləki sovetinin yüksək m ə h s u l ç u l a r ı  

qabaqcıllar sırasındadır (K-4.01.1931);  O,  z i y a n ç ı l ı q  

işini davam etdirmişdir (K-24.08.1939);  İşçilər bunun 

faşizmin ziyançı işinə cəlb olduğunu qeyd edirlər (K-

21.1.1936) və s. 

M ü r ə k k ə b   s ö z l ə r .   Sosializm  quruculuğu 

dövründə ədəbi dilin lüğət tərkibini zənginləşdirən bir sıra 

yeni mürəkkəb sözlər də yaranmışdır. Xalqın ictimai-siyasi 

və mədəni həyatı ilə üzvi şəkildə bağlı olan belə sözlərdən 

xüsusilə mətbuat dilində fəal işlənənlərə aşağıdakı 

nümunələrdə verilənləri göstərmək olar: 

Bu ehtiyatlar n e f t ç ı x a r m a  işini ölkəmizdə geniş-

lətmək imkanı verir (K-4.07.1937); İkinci bolşevik b e ş i l -

l i y i n i n  başlanğıcı ərəfəsində Azərbaycan dəmir yolunun 

qəhrəmanları üçün bundan artıq şərəfli vəzifə yoxdur (K-

9.04.1932);  Müraciət Staxanov hərəkatının dördüncü 

i l d ö n ü m ü n ü   sosializm  yarışının  yeni  yüksəlişi  ilə  qeyd 

etmək haqqındadır (K-4.04.1932);  Onların alçaq işini, 




 

118


tənqidi  və  ö z ü n ü t ə n q i d i   boğduğunu  gördükdə 

kolxozdan çıxmaq istəyirdilər (K-24.08.1939);  Dairə və 

okruq  ö z ü n ü y o x l a m a   komisyonları  seçilmişdir  (K-

18.07. 1937); Keçənlərdə əldə edilmiş qiymətli d ə r z -

b a ğ l a y a n   maşınları  neçə ildən bəridir gün və yağış 

altında xarab olur (K-18.07.1937) və s. 

Bu cür sözlərin mühüm bir qismi dilin lüğət tərkibinə 

daxil olmuş, bəziləri nisbətən məhdudlaşmışdır. 

S ö z   b i r l ə ş m ə l ə r i .  Sosialist təsərrüfatı, sosialist 

iqtisadiyyatı, cəmiyyətdəki sosial dəyişmə və inkişaf 

perspektivləri, habelə dirçəliş dövründə həyata keçirilən 

mədəni inqilabla bağlı yaranmış yeni anlayışları ifadə edən 

söz birləşmələrini komponentlərin mənşəyinə görə aşa-

ğıdakı kimi qruplaşdırmaq olar: 

Komponentləri xalis Azərbaycan sözlərindən ibarət 

olan birləşmələr. Təsvir olunan dövrdə yeni anlayışların 

ifadə edilməsində Azərbaycan dili sözlərinin rolu artmışdır. 

Yeni ictimai quruluşu səciyyələndirən yeni söz birləş-

mələrinin yaranmasında Azərbaycan dilinin milli sözlərin-

dən istifadəyə güclü bir meyil yaranmışdı. Buna görə də 

həmin dövrdə Azərbaycan dilinə məxsus sözlərin iştirakı 

ilə  tarla düşərgəsi, əməkçi kəndlilər, yaz əkini və s. kimi 

söz birləşmələrinin meydana gələrək işlədilməsi səciyyəvi 

idi. Belə söz birləşmələrini təşkil edən komponentlər dildə 

əvvəlcədən mövcud olsa da, onların söz birləşməsi 

tərkibində kəsb etdiyi ictimai məzmun yeni idi. Sosialist 

ictimai münasibətlərini, sosialist həyat və təsərrüfat tərzini 

əks etdirən, ictimai həyatın tələblərinə tam uyğun gələn 

belə söz birləşmələri dildə geniş işlənmə xüsusiyyəti 

qazanaraq ümumxalq xarakteri almış və ədəbi dili lüğət 

tərkibini zənginləşdirən vahidlər sırasına daxil olmuşdur. 

Komponentlərində xalis Azərbaycan və ərəb-fars 




 

119


mənşəli sözlər işlənən birləşmələr. Ədəbi dilin keçid 

dövründə anlayış cəhətdən köhnəlmiş, ifadə cəhətdən 

özünü doğrultmayan bir çox fars mənşəli sözlər öz 

işləkliyini itirir, ümumxalq səciyyəsi daşıyan və yeni 

ictimai məzmun qazanan sözlər lüğət tərkibində fəal 

işlənməkdə davam edirdi. Yeni ictimai hadisələri və anla-

yışları ifadə edən leksik vahidlər Azərbaycan dili sözləri ilə 

birlikdə söz birləşmələrinin komponentlərindən biri kimi 

fəal surətdə işlənirdi. Azərbaycan ədəbi dilində, xüsusən 

30-cu illərdə yığım müddəti, əmək məhsuldarlığı, 

heyvandarlıq qabaqcılları, coşqun tərəqqi, torpaq şöbəsi, 

işçi qüvvəsi və s. kimi birləşmələrin işlədilməsinə tez-tez 

rast gəlmək olur. Belə birləşmələrdə yeni dövrün aktual 

hadisələri öz ifadəsini tapdığından onların ümumxalq 

səciyyəsi daşıması imkanları çox güclü idi. 

Komponentləri bütövlükdə ərəb-fars mənşəli söz-

lərdən ibarət olan birləşmələr. 30-cu illərin ədəbi dilində 

ərəb-fars mənşəli sözlərdən düzəlmiş söz birləşmələri çox 

idi. Bunlar yeni ictimai şəraitdə tamamilə yeni ictimai 

məzmun qazanmış dil vahidləri kimi fəaliyyət göstərirdi. 

Bu dövrdə ictimai həyatın müxtəlif sahələrinə aid 

anlayışları ifadə edən belə birləşmələrdən tədarük məntə-

qələri, daxili ehtiyatlar, istehsalat qələbələri, istehsal 

vəsaiti, xalq təsərrüfatı, qəti qələbə, təşkilat tədbirləri və s. 

göstərmək olar. 

İctimai həyatın zəruri tələbləri ilə əlaqədar yaranmış 

anlayışları ifadə edən bu cür söz birləşmələrinin də ədəbi 

dilin inkişafında özünəməxsus rolu olmuşdur. 

Komponentlərindən biri Azərbaycan dilinə məxsus, 

digəri isə rus dilindən alınmış sözlərdən ibarət olan 

birləşmələr. 30-cu illərdə Azərbaycan ədəbi dilində ictimai-

siyasi məzmunlu, habelə elmi-texniki tərəqqi ilə bağlı 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə