A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə20/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   16   17   18   19   20   21   22   23   ...   79

47 
 
birbaĢa  Sovet  rəhbərlərinə  göndərdiyi  müraciətlər  və  Kremlin  Azərbaycan  üzrə 
olan agentlərinin M.C.Bağırovdan xəbərsiz mərkəzə göndərdikləri məxfi siqnallar 
Bağırova qarĢı yuxarıdakı xəbərdarlıq məktubunun əsasını formalaĢdırırdı. 
Təəcüblü  deyildi  ki,  1937-ci  il  martın  5-də  -  özünün  ad  günündə  ÜĠK(b) 
PMK  plenumunda  Stalinin  son  sözündə  də  bütün  diqqət  artıq,  çağırıĢ  xarakteri 
daĢıyan  bu  məsələyə  yönəldilmiĢdi:  «Zənnimcə,  indi  hamıya  aydındır  ki,  hazırki 
ziyançılar  və  diversantlar,  istər  trotkist,  istərsə  də  buxarinci  olan  hansı  bayraqla 
maskalanırsa  maskalansınlar  artıq  çoxdan  bəri  fəhlə  hərəkatında  siyasi  cərəyan 
deyildirlər,  onlar  prinsipsiz  və  ideyasız  professional  ziyançılar,  diversantlar, 
cəsuslar və qatillər bandasına çevrilmiĢlər. Aydındır ki, bu cənabları, fəhlə sinfinin 
düĢmənləri  kimi,  vətənimizin  xainləri  kimi  amansızcasına  darmadağın  etmək  və 
kökünü kəsmək lazım gələcəkdir. Bu aydındır və yeni izahat tələb etməyir». 
«Ədəbiyat  qəzeti»nin  6  fevral  1937-ci  il  tarixli  nömrəsində  çap  olunan 
«Bədii  ədəbiyyat  məhsulumuz»  adlı  məqalədə  göstərilirdi  ki,  Azərbaycan  Sovet 
Yazıçılar  Ġttifaqı  Ġdarə  heyətinin  iclasında  1937-ci  ilin  nəĢriyyat  planlarına 
baxılmıĢdır və cari ildə çap olunacaq əsərlər içərisində Hüseyn Cavidin də əsərləri 
salınmıĢdır. 
Stalinin 5 martdakı «tarixi çıxıĢı»ndan sonra çox keçmədən özü də təqiblərə 
sonradan məruz qalan Azərbaycan Sovet Yazıçılar Ġttifaqı idarə heyətinin sədri S. 
ġamilovun «Kommunist» qəzetində çap olunan «Ədəbiyyatda bolĢevizm idealları 
uğrunda»  (17  mart  1937)  məqaləsindən:  «Yazıçılar  içərisində  Azərbaycan  həyatı 
ilə daha az maraqlanan və Azərbaycan əməkçilərinin mübarizəsinə yad olan əsərlər 
yazmaqdan  əl  çəkməyən  Hüseyn  Caviddir.  Biz  bilirik  ki,  Hüseyn  Cavid  burjua 
romantizminin  məktəbində  yetiĢmiĢdir.  Bununla  bərabər  o,  Azərbaycan  sovet  və 
partiya  təĢkilatlarının  onun  üçün  yaratdığı  imkanlara  və  hətta  əsərinə  verdiyi 
mükafatlara baxmayaraq, yenə Azərbaycan əməkçilərinin mübarizəsinə dair bir Ģey 
yazmamıĢdır». 
1937-ci  il  martın  18-dən  23-dək  keçirilən  Azərbaycan  Sovet  Yazıçılar 
Ġttifaqının III plenumunda deyilirdi: 
-  «Bir  neçə  kəlmə  də  Hüseyn  Cavidin  yenidən  qurulması  haqqında 
deməliyik.  Hüseyn  Cavid  Əhməd  Cavad  deyildir.  O,  burjua  məktəbini  keçmiĢ 
böyük bir yazıçıdır. Onun özünü yenidən qurması nə qədər çətin olsa da, hər halda 
müĢahidə olunur. Onun «Ömər Xəyyam» əsərini götürəlim. Bu Hüseyn Cavid üçün 
müəyyən  dərəcədə  yenidən  qurulmadı.  Cavid  Azərbaycan  Ģairidir.  Lakin 
Azərbaycan  həyatından  çox  az  yazır.  Neçə  ildir  qadınlığın  yüksəliĢi  haqqında 
yalnız  bir  əsər  «ġəhla»  yazmıĢdır.  Halbuki,  xalqımızın  səadəti,  mübarizəsi, 
xalqımızın  yüksəliĢi  Hüseyn  Cavid  yaradıcılığından  hiss  edilməlidir.  Oktyabr 
inqilabının XX ildönümü gəlir. Cavid deyir ki, faĢizm və müharibə əleyhinə yeni 
bir  əsər  yazmıĢdır.  O,  bu  əsərində  ölkəmizin  tələbini  nə  dərəcədə  ifadə  edə 
bilmiĢdir?  Hər  halda  onun  yaradıcılığı  haqqında  tənqidimiz  olduqca  zəif  və 


48 
 
dayazdır.  Onun  yeni  əsərləri  haqqında  ciddi  məqalə  yoxdur.  Bu  isə  bizim 
nöqsanımızdır». 
Həmin plenumda M.MüĢfiq haqqında deyilirdi: -«Cavanların nöqsanı yalnız 
onların  mühafizəkarlığında  deyil,  eyni  zamanda  MüĢfiq  kimi  gəncləri  də 
zəhərləməsi və ləngitməsindədir».. 
Ġkinci  məruzədən:  «YoldaĢ  Hüseyn  Cavidi  neçə  ildir  ki,  tənqid  edirik. 
Hüseyn Cavid Azərbaycan xalqının həyatından yazmayır, burada onu haqlı tənqid 
edirik.  O,  ədəbiyyatımıza  panislamizm,  pantürkizm  gətirmiĢdir.  H.Cavid 
Azərbaycan  dilinə  qarĢı  olaraq  Osmanlı  türklərinin  dilini  ədəbiyyatımıza 
gətirmiĢdir. Bu tənqiddə biz daima haqlıyıq. Burada heç bir güzəĢtə getməyəcəyik. 
Bu haradan gəlir? Hüseyn Cavid Azərbaycan xalqını kiçik, məhdud tarixli bir xalq 
hesab edir. Buna görə o öz yaradıcılığında özünəməxsus burjuaziya romantikası ilə 
osmanlı  xalqına  arxalanır,  öz  dilini  və  öz  tematikasını  da  oradan  alır.  Biz 
Azərbaycan  xalqının  oğulları  bu  təhsillə  mübarizə  etmiĢik  və  edəcəyik,  biz  heç 
kəsə  haqq  verməyəcəyik  ki,  özünü  minillik  ədəbiyyat  tarixi  olan  bir  xalqa 
yuxarıdan baxsın və onu məhdud xalq adlandırsın». 
«Ədəbiyyat qəzeti»nin 29 may 1937-ci il nömrəsində ittifaq üzvləri adından 
gizli  imza  ilə  çap  olunan  «sıralarımızı  dərindən  yoxlamalıyıq»  məqaləsində 
H.Cavid  «nəzərdən  yayınmamıĢdı»:  «Bu  təĢkilatda  məvkürəcə  pozulmuĢ, 
orijinallığını  itirmiĢ,  bədii  yaradıcılığı  solğunlaĢmıĢ  Ģəxslər  üzv  olmamalıdırlar. 
Salman  Mümtaz,  Sultan  Məcid  Qənizadə,  Sanılı,  Müsaxanlı,  Yusif  Vəzir 
kimilərinin tezliklə Azərbaycan Sovet Yazıçıları Ġttifaqı sırasından xaric edilməsini 
qəti və inadlı sürətdə tələb edirik». 
O  illərdə  ziyalıları,  sənətkar  Ģəxsiyyətlərini  üz-üzə  qoymaq  düĢünülmüĢ 
mürtəce  siyasət  idi.  Birini  həbs  etmək,  ləkələmək  üçün  baĢqasının  Ģahidliyindən 
istifadə  etmək,  sonra  isə  həmin  Ģahidə  də  satqın  adı  vermək  -  bu,  xalqa  qənim 
kəsilən  Kremlə  iĢləyən  Azərbaycanda  H.U.Ejovun  daxili  iĢlər  komissarlığındakı 
erməni mənĢəli vəzifə sahiblərinin ən dəqiq vuran silahlarından idi. Belə ki, martın 
14-də  təsdiq  olunan  Azərbaycan  SSR  Konstitusiyasının  elə  2-ci  maddəsində 
deyilirdi:  «Azərbaycan  SSR-in  siyasi  əsasını  mülkədar  və  kapitalistlər 
hakimiyyətinin  devrilməsi,  proletar  diktaturasının  əldə  edilməsi,  Azərbaycan 
xalqının çarizm və rus imperialist burjuaziyasının milli təzyiqindən qurtarması və 
millətçi əksinqilabın darmadağın edilməsi nəticəsində böyümüĢ və möhkəmlənmiĢ 
Əməkçilər Deputatlarının Sovetləri təĢkil edir». 
Azərbaycan  K(b)P  XIII  qurultayı  1937-ci  il  iyunun  3-də  axĢam  saat  6-da 
M.F. Axundov adına Opera Teatrının binasında öz iĢinə baĢladı. Bundan bir neçə 
saat sonra isə xüsusi adamlar «gizli millətçi əksinqilabi təĢkilatda iĢtirakına» görə 
ittiham  olunan  Seyid  Hüseyn,  Salman  Mümtazı,  Yusif  Vəziri,  Sanılını,  Hüseyn 
Cavidi və baĢqalarını həbs etdilər. 
XIII qurultayın göstəriĢi isə belə oldu: «Qurultay, mədəniyyət və incəsənət 
cəbhəsində  əksinqilabi  trotskiskt-müsavatçı  və  burjua  millətçiləri  elementlərinin 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə