A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə19/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   15   16   17   18   19   20   21   22   ...   79

45 
 
MüəyyənləĢdirilmiĢdir  ki,  üzə  çıxandan  sonra  Zizikski  uzun  illər  ərzində 
Bakıda AĢağı qəbiristanlıq küçəsi, 79 №-li evdə yerləĢən Ģəxsi mülkündə yaĢamıĢ 
və həmin evin kirayə pulu ilə dolanmıĢdır» 
Gördüyünüz  kimi,  məhkəmə  materiallarından  belə  bəlli  olur  ki, 
M.C.Bağırov  Quba  qəzasında  erməni  quldurlarını  məhv  edən  Əlibəy  Zizikskinin 
müdafiəsinə qalxdığı üçün ona qarĢı XruĢĢovun əlaltısı Rudenko tərəfindən kəskin 
ittihamlar irəli sürülür. 
1927-ci  ildə  M.C.Bağırovu  Ə.Qarayevin  və  L.Mirzoyanın  təĢəbbüsü  ilə 
iĢdən  götürüldükdən  sonra  Novruz  Rzayev  Azərbaycan  Dövlət  Siyasi  Ġdarəsinin 
rəisi təyin edilmiĢdi. 18 aydan sonra M.C.Bağırov yenidən öz vəzifəsinə Beriyanın 
köməyi  ilə  qayıdır.  Lakin  Novruz  Rzayev  hakimiyyətdə  olduğu  müddətdə 
M.C.Bağırovun dostu müsavatçı Əlibəy Zizinskini artıq  güllələmiĢdi.  Təbiidir ki, 
M.C.Bağırovun N.Rzayevi görməyə gözü yox idi. Sonralar L.Beriyanın köməyi ilə 
M.C.Bağırov  N.Rzayevi  əks  inqilabçılıq  fəaliyyəti  göstərməkdə  günahlandırıb 
həbsə  almıĢdı.  Lakin  SSRĠ  Ali  Məhkəməsinin  qərarı  ilə  N.Rzayev  həbsdən  azad 
oldu.  Bəraət  qazanan  N.Rzayev  Qazaxıstana  gedib  orda  Bakıdan  qovulmuĢ 
azərbaycanın  və  Bağırovun  qatı  düĢməni  keçmiĢ  AKP-nin  katibi  o  dövürdə 
Qazaxıstanın K(b)P katibi iĢləyən L.Mirzoyanın ağuĢuna sığınır. Lakin 1940-cı ilin 
yanvarın  4-də  Novruz  Rzayev  gizli  surətdə  Bakıya  gələrkən  NKQB  sədri 
S.Yemelyanov  bundan  xəbər  tutur  və  tez  M.C.Bağırova  məlumat  verir.  Qisas 
almaq hissi ilə yaĢayan Bağırov N.Rzayevin həbs olunması barədə sərəncam verir. 
N.Rzayevi  birbaĢa  Bağırovun  kabinetinə  gətirirlər,  Bağırov  Rzayevi  görərkən 
deyir: «Sən elə bilirdin əlimdən qurtaracaqsan?, baĢa düĢmürdün ki, L.Mirzoyanı 
ingilis  agenti  kimi  ifĢa  olunduqdan  sonra  növbə  sənə  çatacaq».  Rzayev  isə 
cavabında:  «Sizin  təmiz  kommunistliyinizə  Ģübhə  edirəm».  Bağırov:  «Mən 
kommunistliyimdən əvvəl Azərbaycanımın balasıyam». - deyərək Novruz Rzayev 
həbs  etdirir.  Sonradan  cinayəti  məhkəmədə  sübut  olunaraq  güllələnir  (Məhkəmə 
materiallarına görə guya Novruz Rzayevi M.C.Bağırov özü kamerada güllələmiĢdi. 
Bu  cür  güllələnməni  guya  M.C.Bağırov  Cuvarlinskiyə  qarĢı  da  etmiĢdi,  ancaq 
bunların heç biri həqiqətə uyğun deyildir. Ona görə ki, 1956-cı ildə M.C.Bağırova 
qarĢı ittiham irəli sürmək üçün Moskvadan gələn KQB-nin nümayəndələri onların 
ölüm aktlarını götürmüĢ və bu Ģəxslərin ölüm aktları olmadığına görə məhkəmədə 
onların guya M.C.Bağırov tərəfindən gülləndiyi iddiasını irəli sürmüĢlər. 
O  illəri  xatırlayan  1920-ci  ildən  Kommunist  Partiyasının  üzvi  Əlipənah 
Rzayev deyir: «Bəzən dustaqları beĢ sutka ayaq üstə saxlayır, onlara nə yemək, nə 
su  vermirdilər,  oturmağa  da  qoymurdular.  ġəxsən  məni  37  saat  bir  nəfərlik 
kamerada ayaq üstə saxladılar. Nə yemək, nə su verirdilər, gözlərimi də yummağa 
qoymurdular.  Kameraya  X.Qriqoryan  gəldi.  Məni  tanıdı  və  «Sən  burda  nə 
edirsən?»  deyərək  soruĢdu.  Dedim:  «Çünki  keĢiĢ  oğlu  deyiləm»  (Bu  sözlər  keĢiĢ 
oğlu  olan  X.Qriqoryanın  ünvanına  idi.)  O  mənə  hirslə  baxıb  getdi.  Yalnız  ayaq 
damarlarım  partladıqdan  sonra  məni  palataya  apardılar.  Buraya  necə  gəldiyimi 


46 
 
özümdə bilmirdim. Yalnız bir neçə gündən sonra ayaqlarımın ĢiĢi çəkildi və məni 
buraxdılar.  Səhər  tezdən  itələyib  küçəyə  çıxartdılar.  Bir  neçə  gündən  sonra  mən 
buraxıldığımı  Mərkəzi  Komitəyə  bildirdim.  Xalq  daxili  iĢlər  komissarının 
əmrindən  aydın  olur  ki,  nəinki  ESER,  menĢevik,  müsavatçılar  həbs  olunurdular. 
Hətta onlarla əməkdaĢlıq etmiĢ siyasi cərəyanların üzvləridə. Belə ki, Azərbaycan 
Demokratik  Respublikasının  parlamentində  fraksiya  Ģəklində  iĢtirak  etmiĢ 
«Hümmət»  təĢkilatının  üzvlərini  də  represiya  təhlükəsi  gözləyirdi.  KeçmiĢi 
«Hümmətçi»  olan  S.M.Əfəndiyev,  Ə.Qarayev,  D.Bünyadzadə,  A.Sultanova  və 
sairələri də represiyalara məruz qaldılar. 
S.M.Əfəndiyev  həbs  ərəfəsində  Moskvaya  Stalinə  və  Kalininə  məktub 
göndərdi. O, Stalini hələ 1907-ci ildə Bakıda olarkən tanıyırdı. Sonralar Moskvada 
RK(b)P  MK  yanında  ġərq  Xalqları  Kommunist  TəĢkilatları  Mərkəzi  Bürosu 
sədrinin müavini və  digər  məsul vəzifələrdə  onunla birgə  iĢləmiĢdi. 1931-1937-ci 
illərdə  isə  Azərbaycan  SSR  Mərkəzi  Ġcrayyə  Komitəsinin,  eyni  zamanda  RSFSR 
MĠK  sədrlərindən  biri,  habelə  SSRĠ  MK  sədrinin  müavini  olarkən  Kalininlə  sıx 
əlaqədə  olmuĢdu.  S.M.Əfəndiyevin  həyat  yoldaĢı  Moskvaya  gedib  məktubları 
göndərilən  ünvanlara  çatdırdı.  S.M.Ələndiyevi  hələ  1919-cu  ildə  Moskvada 
iĢlədiyi vaxtdan yaxĢı tanıyan N.Krupskaya Stalinin yanına gedib ondan Əfəndiyev 
barədə xahiĢ etdi. Lakin bu da Əfəndiyevə kömək etmədi. 
AK(b)P-nın  I  katibi  iĢləmiĢ  -  Q.H.Kaminski,  V.Ġ.Polinski;  L.Mirzoyan; 
R.Q.Ruben,  II  katib  Ə.Qarayev,  Xalq  komissarlarının  sədrləri  -  D.Bünyadzadə, 
H.Rəhmanov Azərbaycan MĠK sədrləri - M.Hacıyev, S.M.Əfəndiyev və baĢqaları 
artıq  özlərini  Stalinə  müxalif  olan  S.Orcenikidzenin  qruplaĢmasında  olduqlarını 
biruzə  vermiĢdilər.  Stalin  -  Orcenikidze  qarĢıdurması  Orcenikidzenin  müəmmalı 
Ģəkildə  ölümündən  sonra  Stalinin  tam  qələbəsi  ilə  baĢa  çatdı.  S.Orcenikidzenin 
qruplaĢmaları  isə  yerlərdə  hansı  ad  altında  olursa  olsun  fiziki  cəhətdən 
zərərsizləĢdirməli idi. 
Ümumittifaq səviyyədə aparılan sinfi mübarizə, yeni cəmiyyət quruluĢunun 
əsasını təĢkil edəcəyi, yalnız Stalinin təxəyyülünün məhsulu ola bilərdi. SSRĠ-nin 
tərkibində  olan  respublikalarından  biri  kimi  bu  proseslərin  Azərbaycanda  da 
getməsi  labüd  idi.  Sibirin  maddi  sərvətlərindən  bəhrələnmək  üçün  kütləvi  Ģəkildə 
repressiyaya  uğrayanların    böyük  əksəriyyətinin  əməyindən  Sibirin  xammalının 
istismarında istıfadə edirdilər («Qulaq» idarələrini yaradaraq - A.M.). 
Yeri  gəlmiĢkən  bir  faktı  da  nəzərdən  qaçırmaq  lazım  deyildir  ki,  bu 
repressiya  Kremldən  planlı  sürətdə  idarə  olunurdu.  O  dövrdə  Stalinin  təkidi  ilə 
ÜĠK(b)P  MK  katibi  A.A.Jdanov  Azərbaycan  KP  MK-ya,  Ģəxsən  Mir  Cəfər 
Bağırova  göndərdiyi  məktubda  (bu  məktub  onun  məhkəməsində  oxunmuĢdur)  o, 
M.C.Bağırovu  əksinqilabçı  düĢmənlərin,  sosializm  əleyhidarlarının  tapılıb  ifĢa 
edilməsində  qətiyyətsizlik  göstərdiyinə  görə  günahlandırırdı.  Sözsüz  ki,  bu 
xəbərdarlıq  məktubu  əsassız  deyildi.  Artıq  Kremlə  M.C.Bağırovun  milli  ruhlu 
Azərbaycanın bu və ya digər görkəmli ictimai-siyasi xadimlərini xilas etmək üçün 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə