A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə15/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   11   12   13   14   15   16   17   18   ...   79

35 
 
öz  tərəflərinə  çəkdilər.  Plana  görə  Ġ.V.Stalin,  V.M.Molotov,  L.M.  Kaqanoviç, 
K.Y.VoroĢilov,  N.Ġ.Yejov,  həbs  edildikdən  sonra  ÜĠKP(b)  MK-nın  plenumu 
müvəqqəti  olaraq  ölkəyə  rəhbərliyi  hərbi  generallardan  birinə  həvalə  etməli  idi. 
Sonralar həbs olunan bu təĢkilatın üzvlərindən Yenukidze və Petersonun fikirlərinə 
görə bu generallar vətəndaĢ müharibəsinin qəhrəmanı müdafiə xalq komissarlığının 
müavini  M.N.Tuxaçevski  və  Londonda  hərbi  attaĢe  V.K.Putku  olmalı  idi.  Stalin 
Kremlin bu xəyanətindən xəbər tutur. O, əvvəl hadisələri idarə etməyi öz əlinə alır. 
Belə ki, təĢkilatın üzvlərinin özləri də bilmədən, Stalin onların arasındakı əlaqələri 
zəiflətmək  üçün  onları  ölkənin  ayrı-ayrı  bölgələrinə  adminitsrativ  vəzifələrə 
göndərdi.  Sözsüz  ki,  Stalin  gözləyirdi  ki,  bu  təĢkilat  öz-özünə  dağılacaq  ancaq 
«Klubok»un üzvləri biri-biriləri ilə əlaqəni kəsmirdilər. 
2  iyun  1937-ci  ildə  Stalinin  iĢtirakı  ilə  müdafiə  komissarlığının  hərbi 
Ģurasının geniĢ iclası keçirilir. K.Y.VoroĢilov məruzə ilə çıxıĢ edərək hərbi - dövlət 
çevriliĢində  iĢtiraka  cəhd  etmiĢ  hərbi  komandirlər  Tuxaçevskinin,  Putkun, 
Korkanın, Yakiranın, Uberiviçin həbs olunduqlarını söyləyir. Stalin 1937-ci il iyun 
plenumuna  bir  neçə  gün  qalmıĢ  bu  xəyanəti  həyata  keçirmək  istəyənləri  beləliklə 
neytrallaĢdırır. Artıq ordudakı rəhbərliyə Stalinin inamı itdiyindən o ancaq NKVD-
yə  arxalanırdı.  NKVD-yə  tam  nəzarəti  həyata  keçirmək  üçün  çoxdan  onun 
diqqətini  çəkmiĢ  həmyerlisi  Beriyadan  istifadə  etmək  məqamı  yetiĢmiĢdi.  Bu 
andan Beriyanın üzünə Kremlin möhtəĢəm qapıları açılır. Stalin NKVD-nin rəhbəri 
Nikolay  Yejova  heç  vaxt  tam  inanmırdı.  23  iyunda  baĢlayan  ÜĠKP(b)  MK 
plenumunda  plenum  iĢtirakçıları  yekdilliklə  Sovet  dövləti  və  onun  rəhbərliyinə 
qarĢı xəyanətdə əli ola biləcək bütün Ģəxsləri tapıb ifĢa etmək barədə qərar qəbul 
edilir.  Baxmayaraq  ki,  Stalin  bu  represiyaların  baĢlamamağı  aĢkarda  plenum 
iĢtirakçılarından  xahiĢ  edirdisə,  ancaq  həqiqətdə  isə  özü  bu  iĢlərlə  Ģəxsən  məĢğul 
olurdu.  Lakin,  imperiyanı  qorumaq  üçün  kommunist  qiyafəsi  geymiĢ  plenum 
iĢtirakçıları  yenidən  Stalinə  etimad  edirdi.  Bu  etimadın  müqabilində  Stalin  də  bu 
prosesdə  öz  Ģəxsi  düĢmənlərini  məhv  etməklə  bərabər,  hər  dəfə  imperiyanın 
inkiĢafı üçün onun daha lazımlı Ģəxs olduğunu ölkədə aparılan hərbi- sənayeləĢmə 
və iqtisadi inkiĢafla sübut edirdi. 
Ona görə də  1937-ci ilin məlum plenumda iĢtirakçıların böyük əksəriyyəti 
tərəfindən Buxarin və Rıkov partiya intizamını pozmaqda, partiyada Stalin xəttinə 
qarĢı  gizli  mübarizə  aparmaqda,  fraksionizm  və  dağıdıcılıqda  ittiham  olundular. 
Buxarin  Plenumda  çıxıĢ  edərək,  Stalinin,  Molotovun,  Orcenikidzenin  ünvanına 
kəskin  ittihamlar  söylədi.  Bu  plenuma  qədər  onun  iĢtirakçıları  içərisində  olan 
«müəyyən  qruplar»  plenumda  Buxarin  və  Rıkov  ilə  guya  həmfikir  olacaqlarını 
söyləsələr  də  əksinə  onlar  səslərini  çıxarmadılar.  Sonradan  ÜĠK(b)P  siyasi 
bürosunun  qapalı  toplantısında  «bu  müəyyən  qruplar»  Stalini  zor  yolu  ilə  siyasi 
hakimiyyətdən  uzaqlaĢdırmaq  göstəriĢini  Rıkovdan  aldıqlarını  etiraf  etdilər. 
A.Ġ.Mikoyan  plenumda  Buxarin  və  Rıkovun  ünvanına  kəskin  siyasi  ittihamlarla 
dolu  böyük  məruzə  ilə  çıxıĢ  etdi.  27  fevral  1937-ci  il  plenumunun  yaratdığı 


36 
 
komissiyanın  protokolunda  N.Ġ.Buxarin  və  A.Ġ.Rıkovla  əlaqədar  deyilir: 
(Baxmayaraq  ki,  Stalin  onların  partiyadan  çıxarılması  və  məhkəməyə  verilməsini 
plenumda  təklif  etmiĢdi). Komissiyanın  20 üzvündən Yejov, Budyonı, Manuilski, 
ġuvernik,  Kosarev,  Buxarin  və  Rıkovu  ən  yüksək  cəzaya,  Buxarin  və  Rıkovun 
güllələnmələrinə  səs  verdilər.  Komissiyanın  yerdə  qalan  hissəsi  isə  -  Buxarin-
Rıkovun  ÜĠK(b)P  MK-dan  çıxarılması  və  məhkəməyə  verilməsi  təklifinə  səs 
verdilər. 
Maraqlı  detal  odur  ki,  yenə  də  siyasi  intriqaların  tam  mərkəzində  olan 
Mikoyanın öz dəsti xətti ilə protokolda qeyd olunur: Buxarin - Rıkovun iĢi NKVD-
yə göndərilsin. Yəni məhkəməyə deyil, birbaĢa güllələnməyə. 
Ancaq  Stalinin  məsələyə  bir-baĢa  müdaxiləsindən  sonra  A.Ġ.Rıkov  və 
N.Ġ.Buxarin  və  onların  tərəfdaĢları  üzərində  açıq  məhkəmə  prosesləri  qurulur. 
Məhkəmə  prosesində  Rıkov  da,  Buxarin  də  sağ  təmayülçü  antisovet  blokunun 
mövcud olmasını etiraf edirlər. Hətta Rıkov son sözündə müraciət edərək söyləyir: 
«Kim  ki  hələ  ifĢa  olunmayıb  dövlətə  kömək  edərək  mövqelərini  dəyiĢsinlər. 
Hakimiyyət  əleyhinə  olan  qüvvələr  hələki  istifadə  etmədikləri  silahları  buraxaraq 
dövlətə tabe olsunlar» (Ġmperiə Stalina st.396). Buxarin isə son sözündə: «Mənim 
dəhĢətli cinayətlərimin həddi-hüdudu yoxdur» deyir (Ġmperiə Stalina st.78). 
Lakin  onu  da  qeyd  etmək  istəyirəm  ki,  sözsüz  ki,  istintaq  zamanı 
müstəntiqlər  Rıkovdan  onun  əlaqələri  haqqında  maraqlanırdılar.  Rıkov  isə  yaxın 
münasibətdə olduqları adamların siyahısını təqdim edirdi. Məsələn o, qeyd edir ki, 
mənim  Zaqafqaziyada  Qəzənfər  Musabəyov  və  sairələri  ilə  əlaqələrim  var. 
Bununla  da  növbəti  istintaqa  yeni  vəzifəli  Ģəxslər  və  insanlar  cəlb  olunurdu. 
Qəzənfər  Musabəyovun  istintaqı  zamanı  isə  o,  Ruhulla  Axundovla  yaxın 
münasibətlərini bildirir və bununla da dairə geniĢlənirdi. (Nəzərə alsaq ki, Ruhulla 
Axundov da öz Ģəxsi anketində «Esser» olduğunu göstərmiĢdi - A.M.). Ona görə 
də represiyaların miqyası geniĢlənirdi. Stalin onun əleyhinə yönəlmiĢ bu qüvvələri 
neytrallaĢdırdıqdan  sonra  artıq  növbə  S.Orcanikidzeyə  və  onun  tərəfdarlarına 
çatmıĢdı. Artıq bu dövrdə Moskvadan Xalq Daxili iĢlər komissarının əmrinə əsasən 
Sovet Ġttifaqında represiyaların həcmi görünməmiĢ səviyyəyə çatdı. 
1937-ci  ilin  dəhĢətli  repressiyası  MKVD-nin  SSR  Ġttifaqı  Xalq  Daxili 
Komissarı  N.ġ.Yejovun  operativ  əmri  əsasında  həyata  keçirilirdi  («Yeni  zaman» 
qəzeti, 7-9 sentyabr 2002-ci il). Əmrdə deyilirdi: «1937-ci ilin avqust ayının 5-dən 
bütün  respublikalarda,  diyar  və  vilayətlərdə  keçmiĢ  qolçomaqların,  fəal  antisovet 
ünsürlərin və cinayətkarların repressiya olunması üzrə əməliyyat baĢlanılsın. 
1.  Cəzasını  çəkib qurtarsa  da,  antisovet  fəaliyyətini  davam  etdirən keçmiĢ 
qolçomaqlar. 
2.
 
DüĢərgə  və  əmək  qəsəbələrindən  qaçmıĢ,  antisovet  fəaliyyəti  göstərən 
keçmiĢ qolçomaqlar. 
3.
 
Üsyançı,  faĢist,  terrorçu  və  bandit  dəstələrində  olmuĢ,  cəza  çəkmiĢ. 
Respresiyadan qaçıb gizlənmiĢ, antisovet fəaliyyəti göstərən keçmiĢ qolçomaqlar. 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə