A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə11/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   7   8   9   10   11   12   13   14   ...   79

27 
 
ətrafında  müəyyən  siyasi  Ģəxsləri  cəmləĢdirmiĢdi.  1917-ci  il  sentyabrın  23-də 
Petroqrad  inqilabı  Ģurasının  sədri  seçilmiĢ  Trotski  oktyabr  inqilabının  həyata 
keçirilməsində  əhəmiyyətli  rol  oynamıĢdı.  Belə  ki,  qıĢ  sarayının  alınmasını,  yeni 
dövlətin elan olunmasını Trotski bəyan edir və bu hərbi üsyanın baĢında dururdu. 
Oktyabr inqilabından sonra Trotski xarici iĢlər komissarı təyin olunur. Sonralar yol 
xalq  komissarı  və  hərbi  dənizçilər  üzrə  xalq  komissarı  təyin  olunur.  Leninlə 
Trotskinin arasında olan ən ziddiyətli mübahisələr Trotskinin hərbi iĢlərə rəhbərlik 
etdiyi  vaxtlara  təsadüf  edir.  Belə  ki,  Lenin  Qərbi  Ukraynanı  almanlara  verməklə 
Antanta birliyindən çıxaraq Veymar hökuməti ilə sülh saziĢini bağlamaq niyyətini 
Trotskiyə  bildirir.  Bu  danıĢıqların  aparılmasını  Trotskiyə  tapĢırır.  Trotski 
danıĢıqlarda səhv mövqe tuturdu və alman nümayəndə heyətinə müharibəni davam 
etdirəcəyini  bəyan  edirdi.  Lenin  Trotskinin  bu  addımından  xəbər  tutan  kimi  onu 
danıĢıqlardan  kənarlaĢdırır.  Buna  baxmayaraq  1918-ci  ildən  1925-ci  ilin  yanvar 
ayının 26-na qədər Trotski inqilabi hərbi Ģura və müdafiə komissarlığına baĢçılıq 
edir.  1923-cü  ildə  artıq  aydın  oldu  ki,  Lenin  ölümcül  xəstədir  və  bu  hal  partiya 
liderləri arasında hakimiyyət uğrunda mübarizəni kəskinləĢdirirdi. Stalin partiyanın 
baĢ katibi olmaqla bütün partiya aparatına nəzarət edir və partiya daxili diktaturanı 
formalaĢdırırdı.  1924-cü  il  13-cü  partiya  konfransı  «partiyada  burjua  meylli 
üzvlərin  və  diskusiyalarının  nəticəsi»  olaraq  qətnamə  qəbul  etdi.  Bu  qətnamədə 
Trotski  və  onun  tərəfdarları  ittiham  olunurdu.  Trotski  bu  məğlubiyyətlə  razılaĢa 
bilmirdi.  Kamenyev  və  Zinovyev  bu  mübarizədə  Trotskinin  məğlub  olduğunu 
görəndə  Stalinin  tərəfinə  keçdilər.  Sözsüz  ki,  Kamenev  və  Zinovyevin  biruzə 
vermədiyi qəlblərində saxladıqları gizli mövqeləri Stalinə bəlli idi. Lakin bununla 
belə bu Ģəxslər hələ Stalinə lazım idi. 1924-cü ildə Trotskinin «Oktyabrın dərsləri» 
və «Lenin haqqında» yazdığı kitabları çapdan çıxdı. Hər iki kitab Stalin, Kamenev 
və Zinovyevə qarĢı yönəlmiĢdi. Sonradan Kamenyev «Trotskizm və ya Leninizm» 
əsərində Trotskini ifĢa edirdi. Tərəflər arasında qəddar və kompromissiz mübarizə 
gedirdi.  Onlar  biri-birilərini  diskriditasiya  etmək  üçün  hər  vasitələrə  əl  atırdılar. 
Leninlə Trotski arasında baĢ verən fikir ayrılığı və hətta gənc Trotskinin inqilabdan 
əvvəl  Lenin  haqqında  söylədiyi  təhqirli  sözlər  belə  Stalin  tərəfdarları  tərəfindən 
mətbuatda  dərc edilirdi. Bu da  sonralar  Trotskinin  partiyada  komunistlər  arasında 
gözdən  düĢməsinə  səbəb  oldu.  Onun  siyasi  karyerasında  geri  dönmə  prosesi 
baĢladı.  Artıq  bundan  sonra  Stalin  üçün  Kamenyev  və  Zinovyevlə  hesablaĢma 
vaxtı çatmıĢdı. 1927-ci ildə Kamenyev və Zinovyev Trotski ilə eyni fikirə gələrək 
partiya daxili demokratiyanın artırılması məsələsini gündəliyə gətirirdilər. Stalinin 
tələsinə  düĢən  bu  Ģəxslər,  son  nəticədə  Trotskinin  kommunist  partiyasından 
çıxarılmasında  özlərində  baĢa  düĢmədən  mühüm  rol  oynadılar.  1928-ci  ildə 
Trotskini  Moskvadan  Alma-Ataya  sürgün  etdilər.  1929-cu  ildə  isə  onun  xaricə 
sürgün  olunmağı  qərara  gəlinir.  1929-cu  ildə  Türkiyə  ilə  razılığa  görə  Trotski 
Odessa  Ģəhərindən  Ġliç  paraxodunda  Mərmərə  dənizindənki  Prinkipo  adasına 
gətirilir. 


28 
 
O  dövrdə  Azərbaycanda  yerli  kadrlar  olduqca  az  idi.  Həmçinin  də 
Azərbaycanın  o  dövrə  qədər  N.  Nərimanov  kimi  Kremldə  məsul  bir  vəzifədə 
çalıĢan ikinci oğlu olmamıĢdı. 1923-cü ildə Kremldə Leninin xəstəliyi ilə əlaqədar 
hakimiyyət  uğrunda  mübarizə  zamanı  N.Nərimanovun,  V.Ġ.Leninə  yazdığı 
məktubların birində deyilir: 
«Ġ.V.Stalinin  tərəfindən  edilən  haqsızlığa  və  ədalətsizliyə  qarĢı  mən  öz 
etirazımı bildirirəm. ĠĢ o yerə çatıb ki, Stalin Azərbaycanlı kadrlara inanmır. Sizə 
yox,  bəs  kimə  müraciət  edim,  yoldaĢ  Lenin?  Necə  olur  ki,  öz  əsərlərində  xalqlar 
dostluğunu beynəlmiləlçiliyi təbliğ edən bir adam millətçi olur, sabiq mouzeristlər 
beynəlmiləlçi? Çox qəribədir». 
Stalin və həmçinin Sergey Orconikidze ölkənin sükanını ələ almaqda onlara 
mane  olanları  zərərsizləĢdirirdilər.  Bu  zərərsizləĢdirmə  planında  N.Nərimanov 
üçün də yer ayrılmıĢdı. 1924-cü ilin yanvar ayında Lenin vəfat etdikdən sonra bu 
qruplaĢma tənha qalmıĢ N.Nərimanovu aradan götürmək üçün onun fiziki cəhətdən 
məhvinin  planını  cızdılar.  Nəriman  Nərimanovla  Mir  Cəfər  Bağırov  arasında 
mehriban  münasibətlərin  olması  haqqında  çox  faktlar  mövcuddur.  M.C.Bağırov 
N.Nərimanovu  həmiĢə  «Nəriman  əmi»  çağırarmıĢ.  M.C.Bağırovun  inqilabdan 
sonra  məsul  vəzifələrdə  iĢləməyində  N.Nərimanov  tərəfindən  də  köməklik 
olmuĢdur. 
1925-ci  ildə  Nəriman  həkimin  ölümü  olduqca  müəmmalı  idi.  Belə  ki, 
Orconikidze Bakıdan gələn «yarpaq dolması» adı altında N.Nərimanova qonaqlıq 
verirdi. Nahardan sonra kəskin dispepsiya və diareya diaqnozu ilə Nəriman həkim 
qospitalizasiya  olur.  Lakin  ağır  zəhərlənmədən  N.Nərimanov  dünyasını  dəyiĢir. 
Can üstündə olarkən tez-tez bu sözləri təkrar edirmiĢ: 
- «Məni Serqo zəhərlədi». 
Ġllər ötür Orconikidze belə bir stereotip formalaĢdırır « Наримановщина». 
Bununla da o N.Nərimanovu Sovet cəmiyəti üçün yad ünsür hesab edirdi. 1927-ci 
ildə AK(b)P MK-nın I katibi Levon Mirzoyanın və II katibi Əliheydər Qarayevin 
təhriki ilə Ümumi Ġttifaqı K(b)P-nın mərkəzi nəzarət komissiyasının rəhbəri Serqo 
Orconikidze  M.C.Bağırovu  «Наримановщина»da  günahlandırıb  Azərbaycan 
Dövlət  siyasi  idarəsinin  sədri  vəzifəsindən  azad  etmiĢdi.  Burada  Nəriman 
Nərimanovun Əliheydər Qarayev barədə fikiri yadıma düĢür: 
«Azərbaycanda daĢnak  siyasəti tam gücü ilə həyata keçirilir. Mənim zərrə 
qədər  də  Ģübhəm  yoxdur  ki,  Serqo  və  Stalinin  simasında  AKP  MK,  biz,  türklərə 
etibar  etmir  və  Azərbaycanın  taleyini  erməni  daĢnaklarına  tapĢırır.  Nə  kimi 
nəticələr olacağını demək çətindir, lakin əgər olsa, bunun bütün məsuliyyəti Serqo 
və Stalinin üzərinə düĢəcəkdir. Maraqlı odur ki, bu Ģəxslər elə fikirləĢir ki, türklər o 
qədər  axmaqdırlar  ki,  bütün  bunları  baĢa  düĢmürlər.  Onlar  həmiĢə  Əliheydər 
Qarayevi  irəli  çəkirlər,  onu  isə  bütün  Azərbaycan  hər  cəhətdən  satqın  adam  kimi 
tanıyır». 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə