A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə9/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   5   6   7   8   9   10   11   12   ...   79

21 
 
göstərəcəyik.  Sonradan,  1938-ci  ildə  M.C.Bağırov,  «hümmət»çi  olduğuna  görə 
həbs olunmaq təhlükəsini də yaĢayır. 
M.C.Bağırov Hamazapsın törətdiyi vəhĢiliklərin və müsəlman xalqına qarĢı 
törədilən  genosidin  öz  tərcümeyi-halının  yuxarıda  qeyd  etdiyim  səbəblərdən 
saxtalaĢdırılmıĢ  hissəsində  geniĢ  təsvirini  verir.  Hətta  bu  vəhĢiliklər  zamanı  o, 
əmisi  Mir  Talıb,  əmisi  oğlu  Mir  HaĢım  və  yeznələri  Hacı  Heybətin  daĢnaklar 
tərəfindən qətlə yetirilməsini qələmə alır. Bu vəhĢiliklərə dözə bilməyən Mir Cəfər 
erməni  quldur  dəstəsinin  soyğunçuluğu  və  qatilliyi  barədə  Bakıya  teleqram 
göndərir. Dörd gündən sonra AlyoĢa Coparidzenin səlahiyyətli nümayəndəsi Leon 
Qauberidzə  Qubaya  gəlir.  Burada  o,  Mir  Cəfəri  təxribatda  günahlandıraraq  həbs 
etdirir. Qubanın inqilab komissarı yol. Çuraev təyin edilir. Nəzarət altında olan Mir 
Cəfər  yenidən  Stepan  ġaumyanın  adına  məktub  yazır.  Bu  məktubun  da  xeyri 
olmur. 
(haĢiyə: Sanki burada M.C.Bağırov Quba qəzasında türklərə qarĢı aparılan 
soyqırımda  ġaumyanın  özündən  Ģübhələnməyə  baĢlayır.  1938-ci  ildə  «Krasnıy 
arxiv» jurnalının 4-cü, 5-ci sayında çap olunmuĢ 1918-ci il 29 iyulda V.Ġ. Leninin 
S.Q. ġaumyana teleqram çap olunur. Teleqram aĢağıdakı formadadır: 
 
Ленин 
 
Написанное 29 июля 1918 г. ТЕЛЕГРАММА С. Г. ШАУМЯНУ 
 
Астрахань 
 
Для Шаумяна в Баку 
 
Всякие  действия  дашнаков  против  решения  V  съезда  Советов  и 
центральной  Советской  власти  будут  рассматриваться  как  восстание  и  как 
измена. Насчет посылки войск примем меры, но обещать наверное не можем. 
 
Впервые напечатанное в  
1938  г, в журнале печатается по  
рукописи «Красный Архив» № 4-5 
 
Göndərilən  teleqramı  təhlil  etdikdə  baĢa  düĢmək  olur  ki,  Azərbaycan 
bolĢevikləri ġaumyan haqqında və onun daĢnaklara mənəvi liderlik etməsini təsdiq 
edən  əsaslarla  Lenin  qarĢısında  dəfələrlə  çıxıĢ  etmiĢlər.  Görünür  ki,  Leninin  bu 
teleqramının  sərt  məzmunda  olması  ġaumyanı  daĢnaklarla  siyasi-mənəvi 
birliyindən çəkindirmək məqsədi daĢımıĢdır. 
M.C.Bağırovun  həbsdə  qalmağı  o  vaxta  qədər  davam  edir  ki,  Əlibəy 
Zizinski Həmidulla Əfəndinin silahlı dəstələri ilə birlikdə Qubanı azad etsin. Onlar 


22 
 
M.C.  Bağırovu  həbsdən  buraxırlar  və  onu  yenidən  kəĢfiyyat  üçün  Bakıya 
bolĢeviklərin  dəstəsinə  göndərirlər.  M.C.  Bağırov  sonralar  tərcümeyi-halında  bu 
hadisələri bolĢevik mənafeyinə uyğun təsvir edirdi. 
«Bakıdan  gəlmiĢ  qırmızı  qvardiyanın  instruktorları  R.  Rubiridze  və 
Kavtoridze AlyoĢa Qusarda yerləĢən Ə.Zizinski ilə danıĢıqlar apararaq Qubanı tərk 
etmək barədə razılığa gəlirlər. Qubaya yeni təyin olunmuĢ komissar Qoberidze bu 
vaxt  Bakıda  idi.  Həbsdə  oturan  zaman  mən  bu  danıĢıqlardan  xəbərdar  olduğum 
üçün  Ə.Zizinskinin  və  Həmidulla  Əfəndinin  əlinə  düĢməmək  üçün  Qoberidzenin 
icazəsi olmadan Qubada həbsdən qaçaraq Bakıya gəlirəm». 
Bakıya  gələn  Mir  Cəfər  bolĢeviklərlə  məsləhətləĢmələrdən  sonra  yol. 
Petrovun dəstəsinə yazılır. 
Mayın  28-də  Ģanlı  türk  ordusunun  köməkliyi  ilə  Gəncədə  Azərbaycan 
Demokratik  Respublikası  yaranır.  ADR  yarandıqdan  sonra  Ə.Zizinski  Bağırovu 
özünə köməkçi götürmək üçün Müsavat Hökumətinin Daxili ĠĢlər Nazirinə məktub 
göndərir, ancaq sonradan onun kəĢfiyyatda qalmağı daha vacib sayılır. Mir Cəfər 
Petrovun  dəstəsi  ilə  Bakını  tərk  edərək  HəĢtərxana  gəlir.  O,  burada  Rusiya 
kommunist bolĢeviklər partiyasına qəbul olur. 
M.C.Bağırov  partiya  qəbul  olunmağını  1956-cı  ilin  məhkəməsində  Dövlət 
ittihamçısı SSRĠ baĢ prokuroru Rudenkoya aĢağıdakı Ģəkildə izah edirdi: 
«Prokuror: Sizi nə vaxt və harada partiyaya qəbul ediblər? Bağırov: 1918-ci 
ildə HəĢtərxan Ģəhərində. Prokuror: XahiĢ edirəm dəqiq söyləyin. Bağırov: Mənim 
qulluq etdiyim hərbi hissənin siyasi Ģöbəsində partiya sənədlərimi təsdiq ediblər». 
Arxivdəki  anketlərdə  isə  onun  1917-ci  ildən  partiyanın  üzvü  olduğu 
göstərilir.  Ona  görə  də  bu  saxta  anketlərlə  Moskva  emissarları  1956-cı  il 
məhkəməsində  M.C.Bağırovu  sənədlərin  saxtalaĢdırılmasında  ittiham  edirdilər. 
Əslində  isə  sənədləri  Moskva  özü  saxtalaĢdırmıĢdı.  Bağırov  məhkəmədə  Ģəxsi 
anketlərində partiya üzvlüyünə 1917-ci ildə qəbul olduğunu yazmadığını bildirirdi. 
O, hətta 1918-ci ildən partiya üzvlüyünə qəbul olunduğunu təsdiq etmək üçün Olqa 
Qriqoryevna  ġatunovskayanın  Ģahidliyini  tələb  etdi.  1916-cı  ildən  partiya  üzvü 
olan  ġatunovskaya  17  il  sürgündə  olduqdan  sonra  1956-cı  ildə  məhkəmədə 
XruĢovun  əlaltılarının  «məsləhəti»  ilə  ümumiyyətlə  Bağırovun  partiya  üzvü 
olmadığını deyir. 
Onu da qeyd etmək istəyirəm ki, artıq 1918-19-cu illərdə Bağırov ADR-in 
xüsusi  xidmət  orqanları  ilə  əməkdaĢlıq  edirdi  (A.M.).  O,  HəĢtərxanda  səfərbərlik 
aparan  bolĢeviklərin  silahlı  qüvvələrinin  vəziyyəti  haqqında  Bakını 
məlumatlandırırdı.  Bir  faktı  da  nəzərdən  qaçırmamaq  lazımdır  ki,  həmin  dövrdə 
HəĢtərxanda N. Nərimanovla M.C.Bağırovun ilk görüĢü baĢ verir. Görünür o, artıq 
HəĢtərxanda  Nəriman  həkimin  nəsihətlərindən  baĢa  düĢür  ki,  Azərbaycanda 
bolĢevik hakimiyyəti bərpa olacaq. 


23 
 
Gələcəkdə  Azərbaycanın  milli  maraqlarını  təmsil  etmək  üçün  azərbaycanlı 
kadrların  formalaĢdırılması  Nəriman  Nərimanovun  əsas  saydığı  vacib  Ģərtlərdən 
biri idi. 
1919-cu ilin əvvəllərində HəĢtərxan Müsəlman TəĢkilatlarının qərarına görə 
Bağırov  müsəlman  polkunun  hərbi  komissarı  vəzifəsinə  irəli  sürülür.  Bu  polka 
baĢçılıq etdikdən sonra o, HəĢtərxandakı mart üsyanının yatırılmasında iĢtirak edir. 
1919-cu  ilin  avqustunda  XI  ordunun  hərbi  Ģurasının  qərarına  görə  əvvəlcə 
HəĢtərxan  atıcı  briqadasının,  sonra  III  briqadanın  və  34-cü  diviziyanın  hərbi 
komissarı seçilir. 
Lakin  oktyabrın  sonunda o, yenidən  HəĢtərxana qayıdaraq  xüsusi  təyinatlı 
dəstənin formalaĢdırılmasında iĢtirak edir. 
Kojankovun  baĢçılığı  altında  bu  dəstə  bir  aylıq  əməliyyat  nəticəsində 
general  Tolstoyun  və  yasavul  Oveçnikovun  qruplaĢmalarını  Krasnoyarskda 
darmadağın  edirlər.  Sonra  bu  xüsusi  təyinatlı  dəstə  ġimali  Qafqazdakı  Gizlər 
məntəqəsində yerləĢdirilir. M.C.Bağırovun tərcümeyi-halında 1919-cu ildəki hərbi-
siyasi fəaliyyəti zamanı onun iki dəfə xəstələnərək məzuniyyətə çıxdığı göstərilir - 
1919-cu ilin iyulunda və dekabrın sonunda. 
YaxĢı  ki,  bu  fakt  tərcümeyi-halı  saxtalaĢdıran  «peĢəkarların»  gözündən 
yayınıb.  Görünür  Bağırov  bu  müddət  ərzində  gizli  yolla  Bakıya  gələrək 
HəĢtərxanda  və  ġimali  Qafqazda  ordunun  mövqeləri  və  Azərbaycana  qarĢı 
hazırlanan hücumun nəzəri planları barədə məlumatları çatdırır. Ola bilsin ki, onun 
Bakıya  gəliĢləri  zamanı  ADR-in  rəhbərlərindən  bir  neçəsinə  N.Nərimanovun 
səmimi  məsləhətləri  də  çatdırılmıĢdır.  Ona  görə  ki,  M.C.  Bağırov  tərcümeyi-
halında göstərdiyi kimi Gizlərdə xəstələndikdən sonra istirahətini yarımçıq qoyaraq 
HəĢtərxana  geri  çağırılır  və  Azərbaycan  kommunist  təĢkilatı  «Hümmət»də  siyasi 
fəaliyyətə baĢlayır. 
Artıq  1920-ci  ilin  aprelində  Bağırov  Ģimaldan  Azərbaycana  girən  silahlı 
qüvvələrin  bir  qrupu  ilə  dağlarla  Qubaya  qayıdır  və  iki  gündən  sonra  Bakıya 
gələrək  AKP  MK-nın  növbəti  təyinatlarını  gözləyir.  O,  buradan  Bünyadzadə  ilə 
Qarabağa göndərilir və sonradan Ġnqilabi ġuranın Qarabağ bölgəsində Azərbaycan 
ordusunun  Qırmızı  hissələrinin  təĢkili  üzrə  səlahiyyətli  nümayəndə  təyin  edilir. 
Partiya xətti ilə Vilayət hərbi Ģurasının sədr müavini və vilayət komitəsinin rəyasət 
heyətinin sədr müavini  seçilir. 1920-ci ilin payızında Qarabağdakı kəndli üsyanları 
yatırıldıqdan  sonra  II  atıcı  briqadanın  komandiri  təyin  edilir.  Çox  keçmir  ki,  bu 
briqada  Bakıda  dislokasiya  olaraq  Azərbaycan  diviziyasına  birləĢdirilir  və 
M.C.Bağırov Diviziya hərbi komissarının köməkçisi təyin edilir. Sonra XI ordunun 
tribunal  Ģöbəsinin  sədri  vəzifəsinə  və  ordu tribunalının  üzvü  seçilir.  Bu təyinatda 
çox  güman  ki,  N.  Nərimanov  çox  böyük  rol  oynayır.  XI  ordunun  əsgərlərinin 
Azərbaycandakı  özbaĢınalığına  son  qoymaq  üçün  azərbaycanlı  kadrın  hərbi 
tribunalın üzvü seçilməsi milli maraqlardan irəli gələn addımlardan idi. 1921-ci ilin 
fevral  ayından  AKP  MK-nın  və  Qafqaz  Cəbhəsi  Hərbi  ġurasının  xahiĢinə  əsasən 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə