A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə7/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   2   3   4   5   6   7   8   9   10   ...   79

17 
 
Ona görə də M.C.Bağırovun tərcümeyi-halının bizə təqdim olunan formada 
verilməsindəki  məqsəd  artıq  aydın  olur.  Ziddiyyət  təkcə  tərcümeyi-halda  deyil, 
M.C.Bağırovun  Ģəxsiyyət  vərəqələrində,  partiya  qeydiyyat  kitabçasında,  anket  və 
digər  Ģəxsi  sənədlərində  özünü  biruzə  verir.  Təsəvvür  edin,  M.C.Bağırov  kimi 
dəqiq bir adam və uzun illər təhlükəsizlik orqanlarına rəhbərlik etmiĢ bir Ģəxs necə 
ola bilər ki, bir tərcümeyi-halında doğum tarixinə 1895-ci il, birində isə 1896-cı il 
göstərsin.  Yaxud  Ģəxsi  və  ya  sənədlərin  sonunda  onun  Ģəxsi  imzası  və  koliqrafik 
xətləri  bir-birindən  fərqlənsin.  Bütün  bu  ziddiyyətlər  onun  Ģəxsi  iĢinin  yenidən 
tərtib  olunmasından  xəbər  verir.  Lakin  bu  tərtibatçılar  kifayət  qədər  naĢı 
olduqlarından hətta M.C. Bağırovun doğum tarixini ayrı-ayrı sənədlərdə  müxtəlif 
cür yazıblar. 
Ona  görə  də  bizim  bir  çox  tədqiqatçılarımız  da  bu  tərcümeyi-halın  təsiri 
altına düĢərək M.C. Bağırovun həyat yolu haqqında çox yalnıĢ təhlillər aparmıĢlar. 
Əslində  M.C.Bağırovun  həyat  yolu  necə  olmuĢdur?  Mən  bunu  tarixi 
sənədlərlə və öz təhlillərimlə tərtib etməyə çalıĢacam. 
M.C.Bağırov  17  sentyabr  1896-cı  ildə  Quba  qəzasında  anadan  olmuĢdur. 
Onun atası Mir Abbas kasıb həyat sürmüĢ, anası YaxĢı xanım zadəgan nəslindən 
olmuĢdur.  (Bunu  arxivdəki  f  1;  S  122.  iĢ  107,  səh.  13  sənədində  görmək  olar) 
M.C.Bağırov  ata  tərəfdən  babası  Dərbənddəndir.  M.C.Bağırovun  ailə  üzvlərinin 
tərkibi aĢağıdakılardan ibarətdir: 
Atası  -  Mir  Abbas  Hacı  Mir  Bağır  oğlu.  1902-ci  ildə  vəfat  edib.  Qubada 
dəfn olunub. 
Anası - YaxĢı xanım. 1920-ci ildə vəfat edib. Qubada dəfn edilib. 
Ailənin  sonbeĢiyi  sayılan  Mir  Cəfərin  özündən  böyük  üç  qardaĢı  və  iki 
bacısı olub. 
Böyük qardaĢı   - Mir Musa. 1939-cu ildə vəfat edib. 
Ortancıl qardaĢı - Mir Heydər. 1922-ci ildə vəfat edib. 
Üçüncü qardaĢı - Mir Ġbrahim. 1943-cü ildə dünyasını dəyiĢib. 
Böyük bacısı - Seyid Məsumə. 1947-cı ildə dünyasını dəyiĢib. 
Kiçik bacısı - Seyid Fatimə. 1960-cı ildə vəfat edib. 
(haĢiyə:  M.C.Bağırovun  bacısı  Seyid  Fatimə  yaxın  ətrafına  söylədiyi 
xatirələrində  qeyd  edirdi:  «Belə  ki,  bizim  nəslin  kökü  «zeyditlər»  tayfasına 
bağlanır  və  bu  tayfa  ağacının  kötüyü  Ġslam  Peyğəmbərinin  qızı  Həzrəti  Fatimə 
xəttinə  bağlanır.  Hələ  950  il  bundan  öncə  Xəzərin  Dərbənd  sahillərində 
«Zeyditlər»  dövləti  yaranıbmıĢ.  Sonradan  bu  tayfa  tarixi  bu  ərazidən  Yəmənə, 
Cənubi  Ərəbistan  torpaqlarına  köç  ediblər.  Köç  etdikdə  onların  bir  hissəsi  Xəzər 
sahillərində  qalıblar.  Belə  ki,  həmin  tayfanın  nümayəndələri  XX  əsrin  birinci 
yarısının  sonuna  qədər  Yəmən  torpaqlarında  padĢahlıq  ediblər.  Onların  son 
nümayəndəsi  ġahənĢah  Ġmam  Yəhyadır».  Sözsüz  ki,  bunları  daha  dərindən 
araĢdırmağı tarixçilərin öhdəsinə buraxıram (A.M.)). 


18 
 
M.C.Bağırov 12 yaĢına qədər müsəlman ruhani məktəbində təhsil alır. O, bu 
məktəbdə  Allah  qanunları,  fars  ədəbiyyatı,  Nizami  və  Füzuli  yaradıcılığı  ilə 
yaxından  tanıĢ  olur.  1907-ci  ildə  valideynləri  onu  dünyəvi  elmlərlə  məĢğul  olan 
Quba  orta  məktəbinə  göndərirlər.  Oranı  bitirdikdən  sonra  isə  1913-cü  ildə  Quba 
orta-ali  məktəbində  təhsilini  davam  etdirir.  Ailəsinin  maddi  imkanları 
çatmadığından təhsilini yarımçıq qoymaq təhlükəsi yaranır. Mir Cəfərin istedadını 
görən  müəllim  heyəti  tədris  ocağının  vəsaiti  hesabına  onu  Petrovskda 
(HəĢtərxanda) iki illik pedoqoji təhsilini davam etdirməyinə köməklik göstərirlər. 
10  fevral  1915-ci  ildə  Mir  Cəfər  Bağırov  Petrovskidə  təhsilini  baĢa 
vurduqdan sonra Quba qəzasının Xudat stansiyasında yeni açılmıĢ ibtidai məktəbə 
direktor  təyin  olunur.  O,  burada  yeni  məktəbi  formalaĢdırdıqdan  sonra  Quba 
qəzasının Ləzgi rayonundakı Nəcəfkənd məktəbinə göndərilir. M.C. Bağırov ləzgi 
dilini  gözəl  bildiyindən  tezliklə  burada  yerli  kəndli  uĢaqlarını  təhsilə  cəlb  edir. 
Artıq  burada  onun  siyasi  xətlərlə,  o  cümlədən  sosialist  təĢkilatları  və  onların 
proqramları  barədə  ilkin  tanıĢlığı  baĢlayır.  1916-cı  ilin  payızından  onu  Quba 
qəzasının  iki  illik  Yəhudi  ibtidai  məktəbinə  keçirirlər.  Bu  andan  sonra  Bağırovun 
həyatının keĢməkeĢli dövrü baĢlayır. 1917-ci il Rusiyada fevral inqilabından sonra 
onun  Quba  qəzasının  icraiyyə  komitəsinə,  Qubada  yerləĢmiĢ  Penza  drujinasının 
əsgərləri  tərəfindən  namizədliyi  irəli  sürülür  və  o,  seçilir.  Ġcraiyyə  komitəsində 
fəaliyyəti  zamanı  o,  burada  o  dövrün  siyasi  politrasını  özündə  əks  etdirən 
qüvvələrlə ilk dəfə tanıĢ olur (f 1. S. №
 
405 iĢ 107). 
M.C.Bağırov  rus  dilini  gözəl  bilirdi  və  öz  istedadı  ilə  həmyaĢıdlarından 
fərqlənirdi.  Öz  diribaĢlığı  ilə  siyasi  hadisələrdən  düzgün  bəhrələnən  M.C.Bağırov 
tezliklə  Quba  qəzasının  sayılıb-seçilən  Ģəxslərindən  biri  olan  Ə.Zizinskinin 
marağına  səbəb  olur.  Yeri  düĢmüĢkən  onu  da  qeyd  etmək  istəyirəm  ki,  hörmətli 
tarixçi  alimimiz  Eldar  Ġsmayılov  «Vlastğ  i  narod»  kitabında  A.A.  Ovsienkonun: 
«Bağırov  qardaĢını  öldürüb»  iddiasının  əsassız  olduğunu  göstərərək  ona  tutarlı 
cavabını  yazır.  Lakin  təəssüf  hissi  ilə  qeyd  etmək  istəyirəm  ki,  Eldar  müəllimdə 
özü  də  istəmədən  mübahisəli  anket  və  tərcümeyi-halların  təsiri  altına  düĢərək 
həqiqətə  yaxın  olmayan  fikrə  gəlmiĢdir.  Tarixçi-alim  Bağırovu  psixoloji  qeyri-
stabil və isterik Ģəxs kimi təhlil etməklə bir qədər tələskənliyə yol vermiĢdir. 
2000-ci  ildə  çapdan  çıxmıĢ  müəllifi  olduğum  «Siyasi  liderlərin  psixoloji 
portretləri»  kitabında  dərin  neyro-psixoloji  təhlillərdən  sonra  M.C.  Bağırov 
sanqvinik  tipinə  aid  edilir.  Bu  temperamentin  xarakterik  xüsusiyyətləri 
aĢağıdakılardır: - DiribaĢ, impulsiv, özünə inanan və özünü gözə soxmağa çalıĢan 
və s. xüsusiyyətlərlə bərabər, onlar sürətli danıĢıq tərzinə malik olurlar. 
Bağırov  1917-ci  ilin  mart  ayından  Ə.Zizinski  ilə  əlaqəyə  girərək    Quba  
qəzasındakı 
hakimiyyət  boĢluğunu  doldurmaq  üçün  Silahlı  qüvvələr 
formalaĢdırırlar.  Bizə  təqdim  olunan  tərcümeyi-halda  isə  bu  dövrdə  Bağırovun  
«uçaqan» dəstə yaratdığı göstərilir. Guya M.C. Bağırov Ə.Zizinskinin dağıtdığı rus 
və yəhudi kəndlərinin gənclərindən ibarət «Uçaqan» dəstəsi yaradır və bu gənclərin 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə