A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə12/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   8   9   10   11   12   13   14   15   ...   79

29 
 
(«Nəriman  Nərimanov  ucqarlarda  inqilabımızın  tarixinə  dair»  (Ġ.V.Stalinə 
məktub) Azərbaycan Dövlət NəĢriyyat - Poliqrafiya birliyi, Bakı, səh. 60, 1992-ci 
il). 
Həyatı  gərgin  mübarizələr  içərisində  keçən  bu  Ģəxsin  haqqında  çox  zaman 
birmənalı  olaraq  fikir  söyləmək  mümkün  deyil.  Onun  xarakterinin,  ömrünün, 
yaradıcılığının  ayrı-ayrı  cəhətlərinin  aĢkarlanıb  ictimaiyyətə  çatdırılmasında 
tədqiqatçılarımızın son dövrlər mühüm xidmətləri var. Lakin təəssüflə deməliyəm 
ki,  hələ  də  Nərimanovu  dövrünün  Ģərtlərindən  irəli  gələn  kimliyini  tam  dəqiq 
araĢdıra bilməmiĢik. Onun bədii, siyasi yaradıcılığı fonunda daxili aləminin təbəd-
dülatları,  tərəddüdləri,  ömrünün  acı,  faciəli  sonluğu  bizi  bu  Ģəxsiyyətin  xarakteri 
haqqında  dərindən  düĢünməyə  və  onun  bu  vaxtacan  məlum  olmayan  cəhətlərinə, 
əsl qiyməti verməyə vadar edir. 
Nərimanovun  çoxĢaxəli  fəliyyətinə  diqqət  yetirdikdə  maraqlı  suallar 
meydana  çıxır:  «Niyə  Nərimanov  Azərbaycanın,  həmçinin  digər  türk 
cümhuriyyətlərinin  sovet  imperiyasının  tərkibinə  daxil  olmasının  tərəfdarı  kimi 
çıxıĢ etdi». 
O  dövrdə  sürətlə  dəyiĢən  hadisələrin  Nərimanovun  siyasi  fəaliyyətinə  də 
güclü təsir göstərir: «Əgər o dövrdə geopolitik vəziyyət  dəyiĢilməsəydi,   bəlkə  də  
Azərbaycan    Demokratik  Cümhuriyyətinin  yaradılması  da  sual  altında  qalacaqdı. 
1920-ci  ilin  aprelində  XI  Qızıl  Ordunun  baĢında  türk  övladı  Nəriman  Nərimanov   
Bakıya      gəlib,      Azərbaycan      Demokratik      Cümhuriyyətinin  süqutunda  və 
hakimiyyətin  bolĢeviklərə,  Moskvaya  təslim  edilməsində  iĢtirak  etməzdi.  Burada 
Nərimanovun  rolundan  daha  çox  o  dövrün  tarixi  Ģəraiti,  faktorlar  nəzərə 
alınmalıdır.  Nərimanov  bəlkə  də  taktiki  cəhətdən  düz  fikirləĢirdi,  lakin  strateji 
səhvi  məhz  onda  idi  ki,  milli  dövlətçiliyimizi  Rusiyanın  içərisində  mövcudluqda 
görürdü.  Hər  halda  buna  tərəddüd  etmədən  Nərimanovun  faciəsi  demək  olar. 
Amma  Nərimanov  millətimizin  düĢməni  olmayıb,  o,  bu  faciəvi  səhvini  artıq 
Ġnqilabi  ġuranın  sədri  olduqdan  sonra  rastlaĢdığı  təklənmə  məqamında  dərk  etdi. 
Ayıldı  ki,  artıq  ətrafında  onu  anlayacaq  bir  kəs  belə  yoxdur.  Faciəvi  gediĢat 
Əliheydər  Qarayevlə  Nəriman  Nərimanovun  münasibətlərinin  gərginləĢməsi 
fonunda  daha  da  ziddiyyətli  xarakter  aldı.  Hər  iki  türk  kökənli  Ģəxsin 
münasibətlərini  ətrafdakılar  mümkün  qədər  daha  da  pozmağa  çalıĢırdılar.  Bu 
zaman Nərimanov artıq Ģübhəsiz, faciəviliyini aydın dərk edirdi». 
ġübhə  yoxdur  ki,  Nərimanov  müəyyən  dövrdə  Moskvanı  Ankaraya 
dəstəkçi, Atatürkə yardımçı olmağa inandıra bilib. Hesab edirəm ki, Nərimanovun 
bu xidmətini nəzərdən qaçırmaq olmaz. 
Lakin  onun  müəyyən  addımlarda  qətiyyətsizliyini  müĢahidə  etmək 
mümkündür:  «Məsələn,  o,  Zəngəzurun  taleyinin  həllində  bəlkə  də  daha  ardıcıl 
iradə göstərsəydi, bu məsələdə üstünlük qazana bilərdi. Çünki Nərimanov o dövrdə 
bolĢevizmin  üzdə  olan  nüfuzlu  fiqurlarından  biri  idi.  Nərimanov  məhz  müəyyən 
məqamlarda  qətiyyətsizliyi  ucbatından  Kremldə  baĢ  verən  intriqalar  zamanı  güc 


30 
 
nisbətini düzgün təyin edə bilmədi. O, Kremldə aparılan oyunların arxasında hansı 
güclü  fiqurların  olduğunu  aydınlaĢdıra  və  bunu  aydın  dərk  edə  bilmədi.  Kənara 
çəkildi,  bu  zaman  onun  haradasa  lazımsızlığı  meydana  çıxdı.  Sanki  Nərimanov 
Kremlə  aparmaqla  onun  əlini-qolunu  bağladılar.  Nərimanov  təəssüf  ki,  fitri 
siyasətçi  deyildi,  haradasa  praqmatizimdən  çox  romantizmə  meylli  idi.  O, 
bütövlüklə axına qarĢı özünü qoymuĢdu. Faktiki 1922-ci ildən bəri dövlətin rəhbəri 
Stalin  idi.  Leninin  Ģüuru  bu dövrdən  baĢlayaraq  artıq özündə deyildi:  Nərimanov 
isə  Leninə  Stalindən  Ģikayət  məktubu  yazırdı.  Onun  buraxdığı  səhv  aydındır.  O 
dövrdə  Kremldə  olan  qafqazlıların-Stalinin,  Orconikidzenin,  Mikoyanın  və 
baĢqalarının yəhudi mənĢəli kommunistlərə qarĢı mübarizəsi baĢlamıĢdı». 
Nərimanov  zahirən  bu  qafqazlılar  dairəsinə  daxil  idi.  Lakin  burada  da  o, 
qərib  idi:  «Artıq  müəyyən  dövrdən  sonra  Nərimanovun  bu  qrupa  lazımsızlığı 
meydana  çıxmıĢdı».  Məlumdur  ki,  siyasi  intriqalarda  müəyyən  bir  mövqedə 
dayanmaq lazımdır lakin Nərimanov isə bu intriqalarda demək olar ki, yox idi». 
Hər  halda  bu  dövrdə  onun  dərin,  psixi,  ruhi  sarsıntı  keçirdiyini  də  təxmin 
etmək  mümkündür. O,  artıq düĢdüyü durumun  çıxılmazlığı gözəl anlayırdı. Onun 
səhvi ideoloji prinsiplərə ürəkdən inanması, onlara söykənməsində idi. Düzdür, o, 
axıra kimi peĢman olmamıĢdı, yenə də sosializm ideyalarına inanırdı». 
Ġki il M.C.Bağırov L.P.Beriyanın köməkliyi ilə Zaqfederasiya su təsərrüfatı 
komissarı iĢləyir. 
1927-ci  ildən  Azərbaycan  siyasi  idarəsinin  rəhbəri  vəzifəsindən 
M.C.Bağırov  kənarlaĢdırıldıqdan  sonra  Zaqafqaziya  su  təsərrüfatı  komissarı  olur. 
M.C.Bağırovun  Bakıdan  uzaqlaĢdırılmasının  səbəblərini  və  Tiflisdəki  vəziyyəti 
barədə  məlumatı  Moskvada  partiya  kurslarında  olan  Ruhulla  Axundova  onun 
göndərdiyi  məktubda  görmək  olar  (bu  məktublar  «siyasi  partiyalar  ictimai 
hərəkatlar»  mərkəzi  dövlət  saxlanılır).  Məktub  1929-cu  ilin  6  mayında  Tiflis 
Ģəhərinin  Piraqov  8  ünvanından  Ruhulla  Axundova  göndərilib.  Məktub  «Əzizim, 
Ruhulla» sözləri ilə baĢlayır. Əvvəlcə M.C.Bağırov məktubda Ruhulla Axundovun 
səhhəti  ilə  əlaqədar  narahat  olduğunu  və  Bakını  tərk  edən  zaman  onunla 
sağollaĢmadığına görə özünü bağıĢlaya bilmədiyini söyləyir. O, məktubunda qeyd 
edir  ki,  «Serqo  Orcanikidzenin  qəti  göstəriĢinə  əsasən  Bakını  tərk  etmək 
məcburiyyətində  qaldım.  Elə  baĢa  düĢürdüm  ki,  burda  (Tiflisdə)  yeni  vəzifəmi 
normal Ģəraitdə icra etməyə  baĢlayacağam. Lakin  çox təəssüf ki,  əksinə yüz dəfə 
ağır  Ģəraitə  düĢdüm  və  əvvəlcədən  mənə  qarĢı  hazırlanmıĢ  «tələlərlə»  üzləĢdim. 
Sanki bu vəhĢiləĢmiĢ insanlar məni ilk iĢıqlı dirəkdən asmağa hazır dayanmıĢdılar. 
Mənə  qarĢı  olan  münasibətin  əsasını  isə  Azərbaycan  rəhbərliyinin  mənim 
(L.Mirzoyan  -  Ə.Qarayev  -  Novruzov  birliyi  -  A.M.)  barədə  mərkəzə  ötürdükləri 
informasiyalar  formalaĢdırır.  Amma  bu  rəhbərlər  baĢa  düĢmürdülər  ki, 
respublikada  törətdikləri  əməlləri  ört-basdır  edə  bilməyəcəklər.  Məsələn: 
Azərbaycan Siyasi idarəsinin əməkdaĢları Lənkəranda qeyri-leqal sərhəddi keçmək 
istəyən  mollanı  vəhĢicəsinə  boğub  öldürüblər.  Bu  hadisədən  hiddətlənən  kənd 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə