A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə13/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   9   10   11   12   13   14   15   16   ...   79

31 
 
əhalisi mollanın meyidini geri almaq istəyəndə siyasi idarə əməkdaĢları narazı olan 
insanlarla amansız davranmıĢlar. Bu da son nəticədə yüzlərlə günahsız kəndlilərin 
həbsinə  gətirib  çxarmıĢdır.  Kənd  əhalisi  məcburiyyət  qarĢısında  qalıb  Bakıya  öz 
aralarından  nümayəndə  heyəti  göndərmək  qərarına  gəlirlər.  Artıq  kəndlilərin 
narazılığı  etiraz  üsyanına  keçən  vaxtdan  sonra  Bakıdan  dövlət  komissiyasının  
üzvləri    Lənkərana    gəlir».    Məktubda  M.C.Bağırov  bu  cür  misalların  saysız-
hesabsız  olduğunu  Ruhulla  Axundova  bildirir.  Sonra  M.C.Bağırov  qeyd  edir  ki, 
«Yuxarıda qeyd etdiyim rəhbərlərin özbaĢınalıqları və törətdikləri əməlləri barədə 
bildiyimə  görə  məni  tamam  sıradan  çıxartmaq  və  ya  fiziki  cəhətdən  məhv  etmək 
istəyirlər.  Lakin,  hələ  ki,  fiziki  cəhətdən  məni  sıradan  çıxartmaq  onlara  müyəssər 
olmamıĢdır. Onlar saxta sənədləri quraĢdırıb mənə qarĢı ittiham irəli sürməyə cəhd 
edirlər. Lakin Zaqafqaziya partiya təĢkilatlarının məni müdafiə etdiklərini görərək 
yuxarıda  göstərdiyim  qondarma  ittihamları  mənə  qarĢı  söyləməyə  ehtiyat  edirlər. 
Bununla yanaĢı mən özümə söz verdim ki, danıĢmayım. Çünki, mənim çıxıĢlarım 
nəinki  Azərbaycan  rəhbərliyinin  həmçinin  burda  (Tiflisdə  -  A.M.)  yoldaĢ 
OroxelaĢvilinin  də  xoĢuna  gəlmir.  Bununla  belə    respublikadakı    yoldaĢlar 
Azərbaycandakı bir qrup rəhbərlərə qarĢı nə vaxt radikal qərarın veriləcəyi barədə 
mənə  suallarla  müraciət  edirlər».  Sonra  M.C.Bağırov  özü  və  ailəsi  haqqında 
məktubda  Ruhulla  Axundova  məlumat  verir.  O,  yazır:  «Görəndə  ki,  mənə  qarĢı 
ədalətli münasibətə ümid etməyinə dəyməz, özümü sakitləĢdirmək üçün 200, bəzən 
205  səhifə  gündəlik  kitab  oxuyuram.  Məsələn,  1)  «Leninə  görə  aqrar  suallar» 
kitabının IX tomunu 2 dəfə, 2) «Rusiyada inkiĢaf etmiĢ kapitalizmin həqiqətləri», 
3) «Partiya qurultaylarının tarixi» (müxtəlif mənbələrdən), 4) «Lenin kooperasiya 
haqqında»  (bütün  onun  məqalələri  və  çıxıĢları),  5)  «Kapital»  əsərini  və  sairə. 
Gürcü  dostlarım  da  (Beriya  nəzərdə  tutulur  -  A.M.)  mənə  köməkliklərini 
əsirgəmirlər. Oğlum Cahangirdən məktub almıĢam. Məktubunda Ömər Xəyyamın, 
Mirzə  ġəfi  Vazehin  əsərlərini  oxuduğunu  deyir.  Sentyabrda  Qubadan  Bakıya 
qayıdacağını söyləyir. Deyəsən bir az xəstələnib, yaman ondan nigaranam. Ancaq 
bacılarımın  gözləri  ürəyiminin  parasının  (oğlu  Cahangiri  nəzərdə  tutur  -  A.M.) 
üstündədir. Ona görə də arxayınam. Səndən xahiĢim odur ki, (Ruhulla Axundovu 
nəzərdə tutur - A.M.) məndən incimə, hələlik vəziyyətim pis deyil. Həyat yoldaĢım 
və oğlumun adından sizin ailəyə salam çatdırıram». 
Məktub «Öpürəm səni, Mir Cəfər» sözləri ilə qurtarır. 
Lakin  sonralar  L.P.  Beriyanın  Stalinə  yolladığı  məktubla  1929-cu  ildə 
M.C.Bağırov yenidən Azərbaycan Dövlət siyasi idarəsinin sədri təyin edildi. Artıq 
Beriya-Bağırov  birliyi  Orconikidze-Qarayev-Mirzoyan  qruplaĢması  ilə  üz-üzə 
gəlmiĢdi. 1931-ci ilin noyabrında L.P.Beriya Gürcüstan Kommunist Partiyasının I 
katibi  və  YÜK(b)P-nın  Zaqfederasiya  komitəsinin  II  katibi  seçilir.  Bundan  sonra 
M.C.Bağırov  öz  mübarizəsini  vəzifədə  qalmaq  üçün  hər  Ģeyi  satmağa  hazır  olan 
dəlibaĢlı  komunist  idealistlərlə  deyil,  bu  marionetkaları  idarə  edən  və  onların 


32 
 
baĢında  duran  S.  Orconikidzenin  zərərsizləĢdirmə  planını  Beriya  ilə  bərabər 
hazırlayırlar. N.S.XruĢov xatirələrində yazır: 
«Mənim  Beriya  ilk  tanıĢlığım  1932-ci  ildə  baĢ  vermiĢdir.  Belə  ki,  o  vaxtı 
mən,  Moskva  partiya  komitəsinin  II  katibi  vəzifəsində  iĢləyirdim.  Beriyanın 
mənimlə görüĢünün səbəbi kadr məsələsi idi. O mənim yanıma Bağırovla birlikdə 
gəldi.  Bağırov  -  Bakının  partiya  xadimlərindən  biri  idi.  O  vaxtı  Bağırovla  Beriya 
Markisizm-leninizm kurslarında təhsil alırdılar. Aramızdakı söhbətin məğzi Frunze 
rayon partiya komitəsinin katibi erməni yoldaĢımız Ruben barədə idi. Sözsüz ki, o 
vaxtı  kadr  məsələsini  mən  həll  etmirdim.  Ona  görə  də  Beriyanın  Azərbaycan 
K(b)PMK-nın  I  katibi  vəzifəsinə  Bağırovun  təyin  edilməsi  barədə  xahiĢini  yerinə 
yetirə  bilməzdim.  Sonra  ancaq  mənə  məlum  oldu  ki,  bu  vəzifəyə  Rubenin 
namizədliyini Serqo Orconokidze vermiĢdir». 
Həqiqətən  də  Ruben  bir  müddət  Azərbaycan  K(b)PMK-nın  I  katibi 
vəzifəsində  iĢləyir.  Buradan  baĢa  düĢülür  ki,  bu  ermənin  bu  vəzifəyə  təyin 
olunmağında  canfəĢanlıq  edən  Serqo  Orconokidze  imiĢ.  Lakin  çox  keçmir  ki, 
Bağırov-Beriya  birliyi  Orconokidzenin  adamı  olan  Rubeni  vəzifədən 
kənarlaĢdırılmağına nail olurlar. 
M.C.Bağırov  Moskvadan  Marksizm-Leninizm  kurslarında  təhsilini  baĢa 
vurduqdan sonra Ümumittifaq K(b)P-nın MK-da əvvəl müfəttiĢ, bir müddət sonra 
isə Azərbaycan Xalq Komissarları vəzifəsinə yüksəlir. 
Sonralar M.C.Bağırov Ġ.V.Stalinə göndərdiyi məktubda yazırdı: «Əziz Ġosif 
Vassarionoviç, Sizə bildirmək istəyirəm ki, Azərbaycanda Sizin apardığınız siyasi 
kursa qarĢı iĢə Moskvadan Serqo Orconikidzenin baĢçılıq etdiyi mərkəz rəhbərlik 
edir». 1956-ci ildə Bağırovun məhkəməsində XruĢĢovun əlaltısı olan SSRĠ-nin baĢ 
prokuroru  Rudenko  bu  məktubu  oxuyur  və  Bağırovda  belə  bir  məktubun 
mövcudluğunu inkar etmir. 
1933-cü  ildə  M.C.Bağırov  Azərbaycan  K(b)PMK-nın  birinci  katibi  seçilir. 
Artıq 1934-cü ilin 28 mayında Ümumi Ġttifaq K(b)P-nin Mir Cəfər Bağırovun AKP 
MK-nın I katibi kimi fəaliyyətinin bir ili tamam olurdu. 
Bu plenumda müəyyən mənada onun iĢinə qiymət verilirdi. 
Həmçinin  Plenumda  bəzi  iĢtirakçılar  tərəfindən  M.C.Bağırova  və 
L.P.Beryaya təriflər söylənilirdi. Hətda  iĢ o yerə  çatırdı ki, plenuma sədirlik  edən 
L.P.Beriya çıxıĢçıların sözlərini kəsirdi. 
Məsələn, Azərbaycan SSR torpaq xalq komissarlığının MTS-lər üzrə siyasi 
sektorun rəisi yoldaĢ Vasilkinin çıxıĢı: 
«1934-cü  ilin  yazında  pambıq  əkininin  ilk  etapında  böyük  nailiyyətlər 
qazanmıĢıq.  Özbəkistanla  müqayisədə  biz  əkini  daha  tez  qurtarmıĢıq.  Hətda 
havaların əlveriĢsizliyi bizim iĢlərimizə mane olmadı. Ona görə də cəsarətlə deyə 
bilərəm  ki,  bu  il  bütün  rayon  partiya  komitələri  və  onların  kolxoz  və  kənd 
təĢkilatları ən yüksək səviyyədə iĢlərin qurmuĢdular. 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə