A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə16/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   12   13   14   15   16   17   18   19   ...   79

37 
 
4.
 
Repressiyadan gizlənən, cəzaçəkmə yerlərindən qaçan və fəal pozuçuluq 
fəaliyyəti  ilə  məĢğul  olan  antisovet  partiyaların  üzvləri  (eserlər,  gürcü 
menĢevikləri,  müsavatçılar,  ittihadçılar  və  daĢnaklar),  keçmiĢ  ağlar,  jandarmalar, 
məmurlar, banditlər, bandit dəstələrinə kömək və bələdçilik edənlər, mühacirlər. 
Hazırda  ləğv  edilən  kazak  ağ  qvardiyaçı  üsyançı  təĢkilatların,  faĢist, 
terrorçu  və  cəsus-təxribatçı  əks-inqlabi  qrupların  istintaqlar  və  agenturalarla 
yoxlanmıĢ  materiallar  əsasında  ifĢa  edilmiĢ  daha  fəal  və  düĢmən  mövqeli 
iĢtirakçıları. 
6.
 
Hal-hazırda istintaqı gedən, iĢ üzrə istintaqı baĢa çatmıĢ, ancaq iĢləri hələ 
məhkəmə  orqanlarında  baxılmamıĢ  eyni  katiqoryadan  olan  Ģəxslər  də  represiya 
olunurlar. 
7.
 
Yuxarıda sadalanan bütün Ģəxslər - kəndlərdə, kolxozlarda, sovxozlarda 
və kənd təssərüfatı» 
 
II Repressiya olunanlar barəsində cəza  
tədbirləri və repressiya olunmalı Ģəxslərin sayı haqqında 
 
l.  Repressiya  olunan  bütün  qolçomaqlar,  cinayətkarlar  və  digər  antisovet 
ünsürlər iki katiqoriyaya bölünürlər 
a)
 
Yuxarıda  adı  çəkilənlər  arasında  qatı  düĢmən  mövqeləri  birinci 
kateqoriyaya  mənsubdurlar  və  dərhal  həbsə  alınaraq  «üçlük»
*
  tərəfindən  iĢlərinə 
baxılan kimi güllələnməlidirlər. 
b)
 
Daha az fəal olan düĢmən ünsürləri ikinci katiqoryaya aiddirlər və 8-10 il 
müddətinə  həbs  düĢərgələrinə  göndərilməlidir.  Onların  arasında  daha  təhlükəli 
olanlar «üçlüyün» müəyyən etdiyi qaydada cəzalarını həbsxanada çəkməlidirlər. 
2.
 
Respublikaların  Xalq  Daxili  ĠĢlər  komissarları  XDĠK-nin  Diyar  və 
Vilayət  idarə  rəislərinin  təqdim  etdikləri  məlumatlara  uyğun  olaraq  repressiya 
olunacaq Ģəxslərin sayı müəyyənləĢdirilir. 
3.
 
Repressiyaların  XDĠ  komissarları,  XDĠK-nin  Diyar  və  Vilayət 
idarələrinin rəisləri bizim tərəfimizdən təsdiq edilmiĢ rəqəmləri öz baĢına azaltmaq 
səlahiyyətinə  malik  deyillər.  Təsdiq  olunmuĢ  rəqəmlərin  artırılmasını  Ģərait  tələb 
edərsə,  belə  hallarda  respublikaların  xalq  daxili  iĢlər  komissarları,  diyar  və 
vilayətlərin  idarə  rəisləri  müvafiq  Ģəkildə  əsaslanmıĢ  məktubla  Ģəxsən  mənə 
müraciət etməlidirlər. 
4.
 
Birinci  və  ikinci  kateqoriyalar  üzrə  məhkum  olunmuĢ  Ģəxslərin  ailə 
üzvləri aĢağıdakıları istisna etməklə repressiya olunmurdu: 
a)
 
Fəal  antisovet  hərəkətlərə  qadir  olan  ailə  üzvləri.  Belələri  «üçlüyün» 
xüsusi icazəsi ilə düĢərgələrə, yaxud əmək qəsəbələrinə köçürülməlidirlər. 
                                                            
*
  «Üçlük»  -  L.Kaqanoviçin  təklifinə  əsasən  YĠK(b)P  siyasi  bürosunda  xüsusi  səlahiyyətlərə  malik 
vəzifəli Ģəxslərdən «üçlüklər» formalaĢdırılması haqqında qərar qəbul edildi. 


38 
 
b)
 
Birinci  kateqoriya  üzrə  repressiya  olunan  Ģəxslərin  sərhəd  zolağında 
yaĢayan ailələri sərhəd zonasından içəri rayonlara köçürülməlidir. 
c)
 
Birinci kateqoriya ilə represiya olunanlar ailələrinin yaĢadıqları Moskva, 
Leninqrad, Kiyev, Tbilisi, Bakı, Rostov, Taqanroq Ģəhərlərindən və Soçi, Qaqra və 
Yalta rayonlarından öz seçimlərinə uyğun olaraq, sərhəd zolağı istisna edilməklə, 
baĢqa yerlərə köçürülsünlər. 
5.  Birinci  kateqoriya  üzrə  repressiya  olunan  Ģəxslərin  ailə  üzvləri 
qeydiyyata alınmalı və daim nəzarət altında olmalıdırlar. 
 
III Əməliyyatın keçirilmə qaydaları 
 
1.
 
Əməliyyata 1937-ci ilin avqustun 4-dən baĢlanılsın və 4 ay müddətində 
baĢa  çatdırılsın.  Türkmənistanda,  Tacikistanda,  Özbəkistanda  və  Qırğızıstanda 
əməliyyat  avqustun  10-da,  ġərqi  Sibir  vilayətində,  Krasnoyarsk  və  Uzaq  ġərq 
rayonlarında avqustun 15-də baĢlanılsın. 
2.
 
Repressiya olunan hər bir Ģəxs haqqında müfəssəl məlumat və ifĢaedici 
məlumatlar  toplanmalıdır.  Bunun  əsasında  həbs  olunanların  siyahısı  tutulmalı, 
əməliyyat  qrupunun  rəisi  tərəfindən  imzalanmalı  və  iki  nüsxədə  baxılıb  təsdiq 
edilmək  üçün  xalq  daxili  iĢlər  komissarlarına,  XDĠK  idarə  rəisinə  yaxud  vilayət 
Ģöbəsinin rəisinə göndərilməlidir. 
Xalq Daxili ĠĢlər komissarı, XDĠK idarə rəisi, yaxud vilayət Ģöbəsinin rəisi 
siyahıya baxır və göstərilmiĢ Ģəxslərin həbsinə sanksiya verir. 
3.Təsdiq  edilmiĢ  siyahı  əsasında  əməliyyat  qrupunun  rəisi  siyahıda 
göstərilənin  həbsini  həyata  keçirir.  Hər  bir  Ģəxsin  həbsi  üçün  order  verir.  Həbs 
zamanı əsaslı axtarıĢ aparılır və aĢağıdakılar hökmən müsadirə edilir: 
Silah, hərbi sursat, hərbi ləvazimatlar, partlayıcı maddələr, zərərli maddələr, 
əksinqilabi  ədəbiyyat,  sikkə,  külçə,  qiymətli  ınetallar,  xarici  valyuta,  çoxaldıcı 
cihazlar, məktublar. Müsadirə olunan əĢyaların adları axtarıĢ protokoluna yazılır. 
4. Həbs olunan Ģəxs ciddi Ģəkildə mühafizə edilir. Həbsdən qaçıĢ və ya hər 
hansı asayiĢ pozuntusu hallarının qarĢısını almaq üçün bütün tədbirlər görülməlidir. 
 
IV Ġstintaqın aparılması qaydaları 
 
1.
 
Hər  bir  məhbus  və  ya  məhbuslar  qrupu  üçün  istintaq  iĢi  açılır.  Ġstintaq 
sürətləndirilmiĢ və sadələĢdirilmiĢ qaydada aparılır. Ġstintaq prosesində məhbusun 
bütün cinayət əlaqələri üzə çıxarılmalıdır. 
2.
 
Ġstintaq baĢa çatan kimi iĢ baxılmaq üçün «üçlüyə» göndərilir. 
 
 
 
 


39 
 
V  Ġcra edilməsi qaydaları 
 
1.
 
Hökm  «üçlük»  sədrlərinin  göstəriĢi  ilə  icra  edilir.  Hökmün  icra 
edilməsinə  əsas  «üçlüyün»  iclasının  protokolundan  çıxarıĢdır  ki,  buna  əsasən  hər 
bir  məhkum  haqqında  çıxarılmıĢ  hökmün  Ģərhi  verilir  və  «üçlüyün»  imzaladığı 
xüsusi sərəncam hökmü icra edəcək Ģəxslərə təqdim olunur. 
2.
 
Birinci kateqoriya üzrə hökm Xalq Daxili ĠĢlər Komissiyasının, XDĠK 
idarə  rəisinin  və  vilayət  Ģöbəsi  rəisinin  göstəriĢi  ilə  müəyyən  edilmiĢ  yerdə  və 
qaydada icra olunur. Bu zaman hökmün icra vaxtı və icra edildiyi yer tam Ģəkildə 
məxfi saxlanılır. Hökmün icrasına aid sənəd ayrıca zərfdə məhkumun istintaq iĢinə 
əlavə edilir. 
 
VI Əməliyyata rəhbərliyin və hesabatın təĢkili 
 
1.
 
Əməliyyatın keçirilməsinə ümumi rəhbərlik mənim müavinimə - Dövlət 
Təhlükəsizliyi BaĢ Ġdarəsinin rəisi Mixail Frinovskiyə həvalə olunur. 
2.
 
Əməliyyatın gediĢi və nəticələri barədə beĢ günlük məlumatlar hər ayın 
1,5,10,15,20 və 25 tarixlərində teleqrafla və müfəssəl Ģəkıldə poçtla çatdırılsın. 
3. Əməliyyatın gediĢi prossesində əks-inqilabi dəstələr, asayiĢin pozulması, 
xaricə  qaçma  halları,  soyğunçu  və  bandit  dəstələrin  yaranması  və  bütün  digər 
fövqəladə hallar barədə dərhal teleqrafla xəbər verilsin. 
Hələ  L.P.Beriya  1928-ci  ilin  mayında  (məhkəmə  materiallarından) 
S.Orcenikidzenin  adına  xüsusi  məktub  yollayır,  həmin  məktubda  Zaqafqaziya 
vilayət  komitəsinin  katibi  Mamiya  OraxelaĢvilinin  və  rəyasət  heyətinin  digər 
üzvlərinin Bağırova qarĢı təxribatçı münasibatini sübut etməyə çalıĢırdı. 
Qeyd  etməliyik  ki,  Beriyanın  məktubunda  adları  çəkilən  Zaqafqaziya 
vilayət  komitəsinin  bütün  üzvləri  -  OraxelaĢvili,  Qarayev,  Mirzoyan,  Rubenov 
sonradan  həbs  olunaraq  güllələnirlər.  Artıq  Kremldə  Stalinə  qarĢı  S. 
Orcenikidzenin  timsalında  formalaĢan  müxalif  qrupun  Zaqafqaziya  üzrə  əsas 
üzvləri yuxarıda adı çəkilən Ģəxslər idi. Bu hadisələrə aydınlıq gətirmək üçün Mir 
Cəfər  Bağırovun  AzSSR  daxili  iĢlər  komissarlığının  birinci  müavini  Gerasimova 
tam məxfi məktubunu təqdim edirəm: 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə