A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə18/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   14   15   16   17   18   19   20   21   ...   79

43 
 
köməkçisi  vəzifəsinin  icrasına  baĢlamıĢdır.  Bağırov  bu  təyinata  tamamilə  uyğun 
gəldiyi  üçün,  Ġcraiyyə  komitəsi  onun  qəza  komissarının  köməkçisi  vəzifəsinə 
təsdiq olunmasını xahiĢ edir». 
Lakin  istintaq  zamanı  Bağırov  göstərdi  ki,  o  heç  bir  bəyləri  öldürməyib, 
yerli  sakinlərin  üzərinə  basqın  etməyib,  cəbbəxananı,  təchizat  bazasını  da 
dağıtmayıb və tərcümeyi-halda «ucadan» dəstəsi barədə yuxarıda deyilən fikirləri 
yazmayıb». 
Həmin kitabın 17-ci səhifəsi: 
«ġahid Qasımov Əziz Məcid oğlu belə xarakterizə edirdi: 
«Mən  bilirəm  ki,  Bağırov  Xaçmaz  rayonunda  müəllim  idi.  1917-ci  ilin 
fevral  inqilabından  sonra  Bağırov  birdən-birə  qəza  komissarı  Ə.Zizikskinin 
müavini  oldu.  Ə.Zizikski  Bağırovla  birgə  bütün  qəzanı  və  Quba  Ģəhərini  idarə 
edirdi.  Bağırov  Zizikski  ilə  birgə  cəbhədən  geri  dönən  əsgərlərin  silahlarını 
əllərindən  alırdı,  bu  da  qan  tökülməsinə  səbəb  olurdu.  Məsələn,  1917-ci  ilin 
payızında  Xaçmazda  olduğu    kimi.    Əsgərlərdən  alınmıĢ  silahla  onlar  qolçomaq 
ünsürləri  və  müxtəlif  cinayətkar  elementləri  mülkədar  hakimiyyətini  saxlamaq 
üçün silahlandırdılar. Zizikski ilə Bağırov nə istəyirdilərsə, onu eləyirdilər, onların 
hər  biri  öz  ətrafına  öz  adamlarını  yığmıĢdı.  Bağırov  cinayətkarları  və  bəyləri  öz 
əhatəsinə almıĢdı». 
Bu iĢin istintaqı gediĢində Azərbaycan DĠN arxivində Əzizov Əziz MəĢədi 
Hüseyn  oğlunun  (Əziz  Baba)  xitam  verilmiĢ  818  №-li  cinayət  iĢi  nəzərdən 
keçirərkən məlum oldu ki, Əzizov 1921-ci ilin oktyabrında həbs olunmuĢ, belə bir 
ifadə  vermiĢdir  ki,  1919-cu  ildə  müsavat  əksinqilabının  agenti  olub  və  agent 
Lavrenti Beriya ilə birgə xidmət edib. 
Bağırov və Beriya Əzizovu həbsdən azad etdilər və onun barəsində cinayət 
iĢinə xitam verdilər. Bu barədə istintaq olunan Bağırova Əzizovun arxiv sənədini 
göstərəndən  sonra  etiraf  etdi  ki,  Əzizov  fəal  müsavat  əksinqilabçısı  idi  və 
məhkəməyə  verilməli  idi.  Əgər  o,  həbs  olunmayıbsa,  yəqin  ki,  bu  iĢdə  Beriyanın 
əli var. Sonra Bağırov göstərdi ki, o özü Əzizovun iĢini xatırlamır. 
Bağırovun bu ifadələri həqiqətdən uzaqdır. Sənədlərlə müəyyən olunmuĢdur 
ki,  1937-ci  ildə  Əzizov  partiyadan  xaric  edilən  zaman,  o,  Beriyaya  və  Bağırova 
kömək  üçün  müraciət  etmiĢ,  onlar  da  Əzizovun  partiyaya  bərpa  olunmasına  nail 
olmuĢdur.  Bu  faktı  Əzizovun  1937-ci  ilin  17  noyabrında  Beriyaya  ünvanlanmıĢ 
məktubu  sübut  edir.  Məktubun  üzərində  Beriyanın  dərkənarı  var:  «Azərbaycan 
K(b)P MK-ya yol, Bağırova göndərilsin». 
Bağırov  Azərbaycan  FK-da  iĢə  düzələndən  dərhal  sonra,  1921-ci  ilin  24 
fevralında  müsavat  əksinqilabının  digər  agenti  Məmməd  Hacıyev  barədə  cinayət 
iĢinə də xitam verildi və o, həbsdən azad edildi. 
1921-ci ilin 20 sentyabrında Bağırov müsavat əksinqilabının keçmiĢ rəisinin 
arvadı  ġıxzamanova  barədə  də  cinayət  iĢinə  xitam  verdi.  O  da  1920-ci  ildə  əri  - 


44 
 
keçmiĢ müsavat əksinqilab rəisi ġıxzamanovun etdiyi hərəkəti təkrarlayaraq 1922-
ci ildə Türkiyəyə qaçdı. 
Zizikski öz qohumları  ġıxlarski  bəylərlə birlikdə Quba  Ģəhərində və Quba 
qəzasında  dəfələrlə  erməni  qırğını  və  qarətlər  təĢkil  edib,  öz  ətrafına  bəyləri  və 
qolçomaqları  yığaraq  inqilabi  hərəkata  qarĢı  fəal  mübarizə  aparıb.  Azərbaycan 
sovetləĢəndən sonra Əlibəy Zizikski Ġrana qaçdı. 
Bağırov  Azərbaycan  FK-nın  sədri  olandan  sonra  Zizikskinin  Azərbaycana 
qayıtmasına icazə verdi və onu üzə çıxartdı. 
Əlibəy Zizikskinin üzə çıxması Ģəraitini Ģahid Orucov belə göstərirdi: 
«1920-ci  ildən  sonra  Bağırov  Bakıda  Azərbaycan  FK-nın  sədri  idi,  onun 
katibi  isə  mənim  dayım  oğlu  Hacağa  ġahverdiyev  idi.  ġahverdiyev  Bağırovla  ən 
yaxın  dost  olub.  Biz  üçümüz  birlikdə  Quba  Ģəhərindəki  Ģəhər  məktəbində 
oxuyurduq. 
1922-ci ildə mən Bakıya getdim və ġahverdiyevin evinə düĢdüm. 
Bir  dəfə  iĢdən  qayıdandan  sonra  ġahverdiyev  mənə  dedi  ki,  Bağırov  səni 
yanına çağırır. Ertəsi gün mən Hacağa ġahverdiyevlə birlikdə Azərbaycan FK-ya - 
Bağırovun yanına getdim. Bağırovla biz köhnə dostlar kimi görüĢdük. O məni çox 
yaxĢı qarĢıladı. 
Söhbət  əsnasında  Bağırov  məndən  soruĢdu  ki,  Əlibəy  Zizikskini 
xatırlayırsanmı?  Mən  cavab  verdim  ki,  çox  yaxĢı  yadımdadır.  Söhbətimizdə 
Hacağa ġahverdiyev də iĢtirak edirdi. 
Bir  qədərdən  sonra  Qəni  adlı  mühafizəçi  (familiyasını  bilmirəm,  -  A.M.) 
bildirdi ki, «onlar gəliblər». Bağırov gələnləri içəri buraxmaq barədə ona göstəriĢ 
verdi.  Bağırovun  otağına  bir-birinin  ardınca  keçmiĢ  Quba  mülkədarı,  Quba 
bəylərindən  ġıxlarskinin  qohumu  Bəybala  bəy  Alpanski,  Bağırovun  Qubalı 
dostlarından  Əlibəy  Zizikskinin  qohumu  tacir  Hacıbala  Məmmədyarov,  eləcə  də 
Əlibəy Zizikski daxil oldular. 
Onlar otağa daxil olanda Bağırov yerindən qalxıb, onları qarĢıladı, hər biri 
ilə mehribanlıqla görüĢdü. Əlibəy Zizikski ilə hətta öpüĢdü. 
Söhbət  zamanı  Bağırov  ərklə  bildirdi  ki,  sən  nə  üçün  gizlə-nirsən,  özünü 
alçaldırsan. Bilirsən ki, mən burada iĢləyirəm. 
Əlibəy  gözləri  yaĢarmıĢ  halda  Bağırova  bildirdi  ki,  onu  həbs  etməklə 
qorxudurmuĢlar, ona görə də o, gizlənib. Bağırov elə o dəqiqə Əlibəy Zizikskinin 
üzə  çıxarılması  üçün  sənədlər  hazırlamağı  Hacağa  ġahverdiyevə  tapĢırdı.  Elə 
həmin  otaqdaca  ġahverdiyev  sənədləri  hazırladı,  Bağırov  həmin  sənədi  imzalayıb 
möhür  vurdu.  Həmin  sənədi  Zizikskiyə  verib  dedi:  «Bu  sənədə  əsasən  sən 
Azərbaycanın harasında istəsən yaĢaya bilərsən. Nə qədər ki, mən burada - FK-da 
iĢləyirəm, sən heç bir Ģey üçün narahat olma». 
Doğrudan  da, bütün sonrakı illər  ərzində Əlibəy Zizikski ailəsi ilə  birlikdə 
Bakıda yaĢadı» 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə