A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə17/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   13   14   15   16   17   18   19   20   ...   79

40 
 
Фонд № 1 
Опись № 55  
Связка № 17 
 
Един. Хранения № 114          От 20/VII - 37 г. 
 
№ 105 
Сов, секретно. 
 
ЗАМ. НАРКОМВНУДЕЛА - АзССР тов. ГЕРАСИМОВУ. 
 
Посылаю  Вам  копию  моей записки  на  имя  т.  Серго  Орджоникидзе,  с 
копией  бывш.  секретарям  ЦК  АКП  (б)  Мирзояну  и  Караеву  от  19.ГУ-1926 
года, в бытность свою председателем АЗЧЕКА. 
Как  видно  из  содержания  записки  многое,  что  вскрывается  сегодня 
нами  и  подтверждается  многочисленными  показаниями  разоблаченных 
врагов, в особенности показаниями Чобан-заде, Губайдулина и других, берет 
начало ещѐ с того времени. 
Эта  записка  лишний  раз  говорит  о  том,  что  многие  сигналы, 
агентурные  данные  и  разработки  бывш.  Аз  ЧЕКА-АзГПУ,  ныне 
Наркомвнудела, 
преступно 
замазывались 
отдельными 
работниками 
Азербайджана, и главным образом Караевым и его компанией. 
Поэтому  прошу  при  дальнейшем  допросе,  для  выяснения  полной 
картины и истории контрреволюционной пантюркистской, панисламистской 
работы в Азербайджане, обратить особое внимание на факты, приводимые в 
записке. 
 
ПРИЛОЖЕНИЕ:    упомянутое. 
 
I Секретарь ЦК КП (б) Аз. 
                       (М.Д. Багиров) 
 
Sözsüz  ki,  o  dövrdə  məhv  edilən,  bədbəxt  olan  ailələrin,  sönən  ocaqların, 
doğma yurddan didərgin düĢənlərin sayı olduqca çoxdur. Lakin burada Bağırovun 
Stalinin apardığı sinfi mübarizənin sırf fədailərindən olmağı inandırıcı deyildi. 
Bunun bariz sübutu kimi həqiqətən də o dövrdə ən az repressiya olunan da 
Azərbaycan xalqıdır. 
«Arqumentı i faktı» qəzetində (Moskva, 1989, № 5) çap edilən saylarında 
stalinizmin  ümumi  qurbanlarının  sayı  40  milyona  qədər  göstərilirdi,  1939-cu  ilin 
yanvarın  1-dən  «QULAQ»dakı  1.317195  dustağın  830.491-i  rus,  181.905-i 
ukraynalı,  44.785-i  belorus,  24.894-ü  tatar,  24.499-u  özbək,  19.758-i  yəhüdi, 
18.572-i  alman,  17.123-ü  qazax,  16.860-1  polyak,  11.723-ü  gürcü,  11.064-ü 


41 
 
erməni, 9352-i türkmən, 4874-ü baĢqırd, 4347-i tacik, qalan 96.948-i 100-dən çox 
millətin nümayəndələri idi. 
Həbs  edilənlərin  yaĢ  həddi  belə  idi  (1940-cı  il  martın  1-i):  18  yaĢdan  az 
olanlar - 1,2%; 18-dən 21 yaĢa qədər olanlar - 9,3%; 22-dən 40 yaĢa qədər olanlar - 
63,6%;  41-dən  50  yaĢa  qədər  olanlar  -  16,2%;  50  yaĢdan  yuxarı  olanların  sayı  - 
9,7%. Böyük Vətən müharibəsinə qədər məhbusların 93 faizini kiĢilər, 7 faizini isə 
qadınlar  təĢkil  etdiyi  halda,  1944-cü  ilin  iyulunda  74  faizi  kiĢilər,  26  faizi  isə 
qadınlar təĢkil edirdi («Arqumentı i faktı» qəzeti, 1990-cı il, 1 - 7 sentyabr). Ancaq 
Bağırovun  siyasi  hakimiyyətdən  uzaqlaĢdırıldığı  1927-ci  ildən  1929-cu  ilə  qədər 
artıq  Sovet  Ġttifaqının  həbsxanalarında,  siyasi  təcridxanalarında  və  sürgündə  bir 
milyona qədər insan vardı. Bu insanların çoxu müxalifətdə dayanan partiya üzvləri, 
sovet  müəssisələrində  vicdanla  çalıĢmıĢ  «burjua»  mütəxəssisləri  idi.  Bütün 
respublikalardakı həbsləri, adətən «millətçilər», «NEP-əleyhdarları» adları altında 
aparırdılar.  Kənd  yerlərində  isə  veteranları,  aqro-texnikləri,  kooperatorları  həbs 
edirdilər. 
1930 - 1932-ci illərdə bütün varlı kəndlərə sarsıdıcı zərbələr vuruldu. Evlər 
və əmlaklar yeni yaradılan kolxozlara verildi. 
Yuxarıdakı siyahıdan aydın olur ki, Azərbaycanda aparılan repressiya digər 
respublikalarda  müqayisə  də  o  qədər  azdır  ki,  onların  siyahısı  heç  «Arqumentı  i 
faktı» qəzetində də özünə yer tapmır. Ġstər sənədlərdə türk adlandırdığımız zaman 
istərsə də sonradan azərbaycanlı kimi adlandırdığımız zaman. 
Azərbaycan  Respublikası  «Siyasi  Partiyalar  və  Ġctimai  Hərəkatlar»  Dövlət 
Arxivində  tədqiqat  aparan  jurnalist-tədqiqatçı  Teyyub  Qurban  1937-ci  ildə  Mir 
Cəfər Bağırovun Ġ.V.Stalinə göndərdiyi teleqramı üzə çıxardır. Mir Cəfər Bağırov 
uzun  illərdən  bəri  yaxından  tanıdığı  və  1933-cü  ildən  bir  yerdə  çalıĢdığı 
Azərbaycan  SSR  Xalq  Komissarları  Sovetinin  sədri Hüseyn  Rəhmanovu  Kremlin 
Azərbaycandakı erməni agentura Ģəbəkəsi həbs etmək istədikdə M.C.Bağırov onu 
xilas etmək üçün bir baĢa Stalinə müraciət etməyə məcbur olur: 
 
Moskva MK(b)P Mərkəzi Komitəsi Stalinə 
 
Sentyabrın  7-dən  baĢlayaraq  Xalq  Komissarları  Sovetinin  sədri  Hüseyn 
Rəhmanovun  xəstəliyi  ĢiddətlənmiĢdi,  ağ  ciyərindən  qanaxma  baĢlamıĢdır.  Onda 
Ģəkər  xəstəliyi  də  aĢkar  etmiĢlər.  H.Rəhmanovun  konsilium  və  müalicə  üçün 
Moskvaya göndərilməsinə icazə verməyinizi xahiĢ edirəm. 
 
Azərbaycan K(b)P MK katibi M.C.Bağırov 
13 sentyabr 1937-ci il 
 
 
 


42 
 
Elə  həmin  günlər  Mir  Cəfər  Bağırovun  baĢı  üstündən  Moskvaya  tamamilə 
baĢqa məzmunda məxfi məlumatlar göndərilirdi: 1933-cü ildə «əksinqlabçı millətçi 
qrupunun üzvü olmuĢ» Rəhmanov M.C.Bağırovun təqdimatı ilə 1935-ci ildə Lenin 
ordeni ilə təltif olunur. 
Beləliklə,  Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  katibi 
yaxın  silahdaĢı,  Azərbaycan  SSR  Xalq  komissarları  Sovetinin  sədrini  nə 
xəstəlikdən,  nə  də  repressiyadan  xilas  edə  bilməmiĢdi  və  edə  də  bilməzdi.  Çünki 
onun  rəsmi  xahiĢi  ilə  müraciət  etdiyi  Stalin  1937-ci  ildə  ən  yaxın  qohumlarının 
belə xahiĢlərinə məhəl qoymamıĢdı. Onunla I arvadı olmuĢ Ketonun qardaĢı, köhnə 
bolĢevik  Svanadze  həbs  olunub  güllələnmiĢdi,  arvadı  Mariya  Svanadze  həbs 
düĢərgəsinə göndərilmiĢdi.  Stalinin  baldızı  Yekaterina da 1937-ci  ilin  məhbusları 
arasında idi. Çünki ölkə Ģairlərinin inamla vəsf etdikləri rəhbər bəĢəriyyət tarixində 
insanlığa qarĢı misli-bərabəri olmayan bir sənədə dərkənar qoymuĢdu. 1937-ci ildə 
SSRĠ Xalq Komissarları sədri vəzifəsində olan V.M.Molotov sonralar ən qiymətli, 
savadlı,  cəfakeĢ,  günahsız  insanların  gülələnməsinə,  əsir  düĢərgələrində  və 
həbsxanalarda məhv olmalarına «öz baxıĢlarına görə haqq qazandıraraq» yazırdı: 
«1937-ci  il  zəruri  idi.  Dövlət  eyni  zamanda  fəhlə  sinfinin,  kəndlilərin  və 
ziyalıların mənafeyini ifadə edə bilməzdi. Bundan baĢqa, ziyalılar arasında keçmiĢ 
sinfi düĢmənləri az deyildi, onlar fəhlə sinfinin diktaturası uğrunda mübarizə apara 
bilməzdilər». 
«M.C.Bağırovun  məhkəməsi»  kitabında  qeyd  edildiyi  kimi,  məhkəmədə 
M.C.Bağırova qarĢı  əsas irəli sürülən  ittihamlardan biri onun keçmiĢ Azərbaycan 
Demokratik  Respublikası  mövcud  olduğu  zaman  məsul  vəzifələr  tutmuĢ  ictimai 
siyasi xadimlərə qayğı ilə yanaĢması və onlara köməklik göstərməsi idi. 
Həmin  kitabın  15-ci  səhifəsində  qeyd  edilir:  «M.C.Bağırov  nəinki 
Zizikskiyə  və  digər  irticaçılara  qarĢı  mübarizə  aparmayıb,  əksinə  Ziziksinin  tam 
himayədarlığı  altında  iĢləyərək  onun  köməkçisi  olub.  Sonralar  o  özü  Zizikskiyə 
hərtərəfli  havadarlıq  və  yardım  göstərərək,  onun  üzə  çıxmasına,  bəraət  almasına 
kömək etmiĢdir. Bağırovun evində axtarıĢ zamanı onun Zizikski ilə birgə xidməti 
barədə arxiv sənədlərinin surəti aĢkara çıxarıldı. 
Sənədlərlə  sübut  edilmiĢdir  ki,  Bağırov  1917-ci  ildə  Qubada  müəllim 
iĢləyərkən,  fevral  inqilabından  sonra  yəhüdi  qəsəbəsinin  milis  rəisi  vəzifəsinə 
təyinat alır, sonra isə qəza komissarı Əlibəy Zizikskinin köməkçisi vəzifəsinə təyin 
və  təsdiq  olunur,  1917-ci  il  noyabr  ayının  sonunadək  bu  vəzifədə  iĢləyir. 
Zizikskinin  digər  köməkçisi,  Bağırovun  göstərdiyi  kimi,  mülkədar,  irticaçı, 
müsəlman  ruhaniləri  ilə  sıx  bağlı  olan  qazi  Əhməd  bəy  Məmmədbəyov  idi. 
Sənədlərlə  müəyyən  olunmuĢdur  ki,  Zizikski  Bağırovu  hərtərəfli  müdafiə  edirdi. 
Bakının müvəqqəti qubernatoruna ünvanlanmıĢ 1 iyun 1917-ci il tarixli 878 №
 
-
 
li 
məktubda ZĠZĠKSKĠ yazırdı: 
«Quba  Ģəhərinin  2-ci  hissəsinin  müvəqqəti  komissarı  Mir  Cəfər  Bağırov 
Ġcraiyyə  komitəsinin  bu  ilin  10  may  tarixli  qərarı  ilə  Quba  qəza  komissarının 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə