A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə106/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   102   103   104   105   106   107   108   109   ...   137

366 

 

Layda qapalı linzaların (keçiriciliyə malik olmayan ekranların) 



olması da neftvermə əmsalını xeyli azaldır. Bu, əsas etibarilə həmin 

zonalalardan neftin su və qazla sıxışdırıla bilməməsi ilə izah edilir. 

Qeyri-bircinsli laylarda neftvermənin azalması,  əsas etibarilə 

çoxqatlı yataqlarda daha çox özünü göstərir. Belə ki, keçiriciliyi 

müxtəlif olan belə laylarda, neftin sıxışdırılması prosesində su, 

keçiriciliyiyi böyük olan qatlarda nefti daha intensif sıxışdırır. Bunun 

nəticəsində yataqda neft-su sərhədi qeyri-bərabər hərəkət edir. Belə 

vəziyyətdə keçiriciliyi böyük olan laylarda su tez bir zamanda 

quyudibinə çatır-quyularda sulaşma hadisəsi baş verir. Kiçik 

keçiricilikli laylarda isə külli miqdarda neft ehtiyatının qalmasına 

baxmayaraq quyudibi zonada su  ilə doyma  o dərəcəyə çatır ki, neftə 

görə  keçiricilik yox dərəcəsinə enir. Beləliklə, yatağın ehtiyatından 

olduqca az istifadə edilir. 

Belə yataqlarda  ehtiyatdan tam istifadə etmək üçün əsas 

məsələ nüft-su konturunun yatağın qalınlığı boyunca bərabər 

harəkətini təmin etməkdir. 

Yuxarıda qeyd edildiyi kimi, elə sənaye miqyaslı neft yataqları 

məlumdur ki, onların süxurları çatlardan təçkil olunmuşdur. Belə 

yataqlara misal ölkəmizdə  Qroznı vilayətindəki neft laylarını 

göstərmək olar. 

Qeyd etmək lazımdır ki, əgər çatlı yatağın sulu sahə ilə 

hidrodinamik  əlaqəsi yoxdursa, onda kontur arxasından laya suyun 

vurulmasının  əhəmiyyəti olmayacaqdır. Belə hallarda kontur 

 

daxilinə su vurduqda neftin su ilə sıxışdırılma prosesi baş verəcəkdir. 



Hər iki halda vurulan suyun sürətindən asılı olaraq, su çatlarla 

quyudibinə tez çataraq, məsaməli mühitdə neft ancaq  kapillyar 

hopmanın hesabına sıxışdırıldığından, layın neftvermə  əmsalı kiçik 

olacaqdır. Əgər layın neft ehtiyatı əsasən çatlarda yığılıbsa, o zaman 

neftvermə əmsalı yüksək olacaqdır. 

Müəyyən edilmişdir ki, layın meyl bucağının da neftverməyə 

təsiri vardır. Yatağın enişinə doğru yuxarı və ya aşağı sıxışdırmada 

neftvermə  əmsalları müxtəlif qiymətlərdə olur. Layın meyl bucağı 




367 

 

artdıqca eniş xətti boyunca yuxarıya sıxışdırmada neftvermə, aşağıya 



doğru sıxışdırmada neftdermə, aşağıya doğru sıxışdırmadan çox olur. 

III.

 

Neft və suyun fiziki-kimyəvi xassələrinin layın səmə-

rəli işlənməsinə  və neftvermə  əmsalına təsiri böyükdür. Müəyyən 

olunmuşdur ki, suyun neftverməyə  təsirində  əsas göstərici onun 

süxurdan nefti yuma qabiliyyətidir. Suyun nefti yuma qabiliyyəti isə 

nert-su sərhədindəki səthi gərilmədən asılıdır. Səthi gərilmənin 

qiyməti isə  həm neftin, həm də suyun fiziki-kimyəvi xassəsindən 

asılıdır. Məsələn, əksər  neftlər üçün sərt su və dəniz suyu sərhədində 

səthi gərilmə həmişə neft-qələvili suyunkuna nisbətən böyük olur. 

Neftin aktivlik dərəcəsinin də neftverməyə  təsiri vardır. 

Məsələn, aktivliyi az olan neftlərin dəniz suyu və  qələvili su ilə 

sıxışdırılmasına neftvermə, aktivliyi çox olan neftə nisbətən (3÷4)% 

yüksəkdir. 

Nefti qələvili su ilə  sıxışdırdıqda süxurlarda adsorbsiya 

olunmuş üzvi turşular sabunlaşır və  nəticədə süxur dənəciklərindən 

neft təbəqəsi ayrılır, süxur üzvi turşuların duzları ilə zənginləşən su 

ilə islanır. Bunun nəticəsində su məsaməli mühitin kiçik kanallarına 

daxil olaraq oradan nefti sıxışdırır ki, bu da neftvermə  əmsalını 

artırır. Aktiv neftin, tərkibində kalsium və maqneziumlu duzları olan 

dəniz suyu və ya sərt su ilə  sıxışdırılması isə başqa mexanizmdə 

geqir. Belə ki, tərkibində üzvi turşular olan neftlə dəniz suyunun və 

ya sərt suyun təması  nəticəsində suda həll olmayan kalsium və 

maqnezium sabunu əmələ  gəlir. Neftlə  sərhəddə böyük səthi 

gərilməyə malik olan sərt su və ya dəniz suyu kiçik məsamələrə 

daxil ola bilmir və böyük  keciriciklikli kanallarla hərəkət edərək 

sıxışdırmanın sürətini artırır. Bunun nəticəsində tez bir zamanda 

hasilatda suyun miqdarı artır, lay sulaşır və neftvermə azalır. 

Neftin sərt su ilə təmasında kalsium və maqnezium duzlarının 

layda  çökməsi süxur səthini hidrofoblaşdırmaqla layın neftə görə 

keçiriciliyini azaldır. 

Mədən və laboratoriya tədqiqatları göstərir ki, neftvermə neftin 

və suyun özlülüklərinin qiymətindən də asılıdır. V.10 şəklində ABŞ-



368 

 

ın neft yataqlarının istismarı  əsasında qurulmuş layda qalan neftin 



onun özlülüyündən asılılıq əyrisi göstərilmişdir.  

 

 



Şəkil  V.10 

 

Şəkildən göründüyü kimi, neftin özlülüyü artdıqca layda qalıq 



neftin miqdarı artır. Mürəkkəb geoloji şəraitdə (qeyri-bircinsli, çatlı 

və s.) işlənilən, neftinin özlülüyü çox olan yataqlarda su ilə 

sıxışdırmada neftvermə  əmsalı (30+35)%-dən çox olmur. Bunlara 

misal olaraq Arlan, Mançarova, Zıbza, Azərbaycan və Özbəkistanın 

bəzi neft yataqlarını göstərmək olar. 

Qeyd etmək lazımdır ki, neftin və sıxışdıran suyun özlülükləri 

nisbətinin 

 artması ilə neftvermə azalır. Bu nisbətin susuz 

dövrdəki neftverməyə  təsiri daha böyükdür. V.11, a  şəklində 

Volqaboyu neft yatağı üçün sulaşmanın müxtəlif dövrlərində layın 

neftvermə  əmsalının 

-ən qiyməti artdıqca, eyni bir neftvermə 




369 

 

əmsalı üçün laya vurulan suyun miqdarı artır (deməli, əlavə xərclər 



də artır).

V.11, şəklində Qroznı neft yataqları üçün keçiricilikdən asılı 

olaraq 

 verilmişdir. 



Hidrofil və hidrofob tipli süxurlardan neftin sıxışdırılma prosesinə 

özlülüyün təsirini göstərmək məqsədilə V.12 və V.13 şəklində 

laydan alınan hasilatın sulaşma  dərəcəsinin, layın su ilə doyma 

əmsalının qiymətindən dəyişmə  asılılığı müxtəlif özlülüklü neftlər 

üçün göstərilmişdir. Şəkildən göründüyü kimi, islanma 

xarakterindən asılı olmayaraq, neftin özlülüyünün artması ilə su  

 

 

Şəkil V.11 



 

vasitəsilə  sıxışdırma prosesinin effektivliyi azalır (şəkil V.12 

hidrofil, V.13 isə hidrofob mühit üçündür). 

 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə