A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə107/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   103   104   105   106   107   108   109   110   ...   137

370 

 

       



 

                 Şəkil V.12                                   Şəkil V.13    

 

Neft və suyun reoloji xüsusiyyətlərinin layın neftvermə 



əmsalına təsiri böyükdür. Belə ki, başlanğıc təzyiq qradiyentli neftli 

(qeyri-Nyuton xassəli) yataqların neftverməsi adi Nyuton neftlərə 

nisbətən az olur. Azərbaycan neft yataqlarının işlənmə material-

larının təhlili nəticəsində müəyyən olunmuşdur ki, qeyri-Nyuton 

xassəli neftli yataqlarda neftvermə əmsalı adi Nyuton neftlərinə görə 

orta hesabla iki dəfədən az olur. Bunun əsas səbəbi ondan ibarətdir 

ki, layda qeyri-Nyuton neftin hərəkəti üçün müəyyən başlanğıc 

təzyiq qradiyenti tələb olunur. Su ilə  sıxışdırma layda təzyiqlər 

qradienti kiçik olan hissələrdə neft hərəkətsiz qalaraq neftverməni 

azaldır. Qeyd etmək lazımdır ki, orta hərəkət sürəti azaldıqca və lay 

parametrlərinin qeyri-bircinsliyi artdıqca başlanğıc təzyiq qradien-

tinin neftverməyə təsiri daha da artır. 

Neftin özlülüyünün artması daban suları olan layların 

neftvermə əmsalına daha da çox mənfi təsir göstərir. Belə yataqlarda 

neftin su ilə  sıxışdırılmasında quyular tez bir zamanda sulaşır və 

bunun nəticəsində  də neftverimə azalır. Məsələn, Arlan neft 

yatağının daban sularına malik olan Saklovski sahəsində (keçiricilik 

1,5 darsi, məz saməlilik 22%) sıxışdırmanın birinci ayında neft 

quyularının sulaşıb tez bir zamanda 80-90%-ə çatması mmmüşahidə 



371 

 

olunmuşdur. Müəyyən edilmişdir ki, hasilatın 78% sulaşmasına 



uyğun neftvermə əmsalının qiyməti 1,8% olmuşdur. V.14 şəklində  

 

 

 

Şəkil V.14 

belə laylar üçün təcrübə nəticəsində qurulmuş

 asılılığı h-ın 

müxtəlif qiymətlərində verilmişdir. Belə ki, 

-dir (h



2

-

neftli hissəsinin qaranlığı; h



1

 - sulu hissənin qalınlığı; V



1

 - cari anda 

laydan hasil olan mayenin həcmi;  V

0

 - layda neftin ilk həcmidir). 

Şəkildən göründüyü kimi, layın su ilə doyan hissəsinin qalınlığı 

artdıqca neftvermə əmsalı azalır.



IV.

 

Yuxarıda qeyd edildiyi kimi böyük xüsusi səthdə 

malik süxurlu laylarda  neft, səthi hidrofoblaşdırır və bunun 

nəticəsində də nazik təbəqə halında süxur dənəciklərinə bağlı qalır. 

Layda qalan belə neft hissəsi ancaq xüsusi üsulların tətbiqi ilə 

çıxarıla bilər. Belə bağlı neftin miqdarı maye və süxur hissəcikləri 

arasındakı molekulyar qüvvələrin təsir radiusundan, süxurun xüsusi 

səthi, onu təşkil edən mineralların tərkibi və quruluşundan asılıdır. 

Tədqiqatlar sübut etmişdir ki, nazik təbəqə şəklində layla bağlı 

neftin həcmi, kapillyar qüvvələrin təsirindən layla bağlı neftin 

həcmindən çox az olur. 



372 

 

Hidrofob süxurlarda kapillyar  qüvvələrin təsiri ilə neft 



məsaməli mühitin daha kiçik məsamələrində, dənəciklərin  əmələ 

gətirdiyi döngələrdə yerləşərək, lay üzrə paylanmış olur. Hidrofil 

məsaməli mühitdə isə kapillyar qüvvələrlə saxlanılan  neft, damcı 

şəklində sulu fazada yayılmış olur. 

Təbii  şəraitdə  səth və kapillyar qüvvələrin təsirindən süxurla 

bağlı neftdən əlavə, pis keçirici sahələrdə, qapalı linzalarda, süxurun 

yuyulmayan hissələrində və s. böyük miqdarda neft qalaraq, yatağın 

neftverməsini xeyli azaldır. 

Istismarın son mərhələlərində layın yuxarıda qeyd olunan 

hissələrinə qazılmış quyuların təmiz neft verməsi, göstərilənlərə 

sübutdur. Bunun nəticəsidir ki, bəzən işlənmənin sulaşmış dövründə 

layın müxtəlif sahələrində yerləşən quyuların hasilatının artırılması 

(məsələn, sürətli istismar üsulunun tətbiqi)  əlavə neftçıxarmanı 

təmin edir. 

Kapillyar və  səth hadisələrinin layda neftin su ilə  sıxışdırma 

prosesinə təsiri böyükdür. Neft-su qarışığının  hərəkətində kapillyar 

qüvvələrin yaranma mexanizmini aydınlaşdırmaq üçün su 

 

sütununun, su ilə islanan silindrik kapillyar boruda hərəkətinə baxaq 



(şəkil V.15). 

Kapillyar qüvvələrin təsirindən su sütunu kürə şəklini almağa 

cəhd  göstərməklə, onun səthi ilə kapillyar boru divarı arasında qalan 

neft qatına  təzyiqi ilə təsir göstərəcəkdir. Belə ki: 

 

burada  σ  - neft-su sərhədindəki səthi gərilmə; R - su 



sqtununun kürəşəkilli səthinin radiusu; r -  su sütununun silindrik 

səthinin radiusudur.

 

Şəkil V.15 




373 

 

Menisklər tərəfindən yaranaraq artan təzyiqin nəticəsində su 



sütunu ilə kapillyarın divarı arasındakı  təbəqədən maye axını baş 

verir. Maye təbəqəsi müvazinət vəziyyətini alana qədər axma davam 

edir. Bu təbəqə anomal xassəyə malik olduğundan hərəkətsiz qalır. 

Beləliklə, su sütununun hərəkətə başlaması ilə, suyun kapillyar boru 

divarına etdiyi təzyiqin hesabına sürtünmə qüvvəsi yaranır. Bundan 

əlavə, su sütunu yerini dəyişməzdən əvvəl fazalar sərhədində menisk 

deformasiyaya uğrayaraq V.15 şəklində  qırıq xətlərlə göstərilən 

vəziyyəti alır. 

Sağ  və sol menisklərdə yaranan kapillyar təzyiqlər aşağıdakı  

ifadələrdən tapılır: 

 

 Bu iki təzyiqin fərqi xarici (p



1

-p

2

) təzyiqlər fərqinə qarşı 

yönəlmiş qüvvə yaradır: 

 

 olması nəzərə alınsa, kapillyar təzyiq  aşağıdakı ifadə 



ilə təyin edilər: 

 

Qaz dənəciklərinin, həmçinin qarışmayan maye sistemlərinin 



kapillyar kanallarda hərəkəti zamanı yuxarıda qeyd  olunan əlavə 

müqavimətin yaranma effekti ilk dəfə Jamen tərəfindən tədqiq 

olduğundan onun adını daşıyır. Jamen effekti, həmçinin qaz-su-neft 

qarışığının hərəkəti zamanı da öz təsirini göstərir. Ola bilər ki, əlavə 

müqavimət qüvvəsi və kapillyar təzyiq vahid maye sütunu üçün 

kiçik olsun. Lakin bu hadisə bütün lay boyunca baş verdiyindən lay 

enerjisinin xeyli hissəsi müqavimət qüvvəsinin dəf edilməsinə  sərf 

olunur. 


Təbii  şəraitdə neft-su qarışığı    dəyişən en kəsikli mürəkkəb 

quruluşu kapillyarlarla hərəkət etdiyindən, neft hissəkləri geniş 




Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə