A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə109/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   105   106   107   108   109   110   111   112   ...   137

378 

 

Bütün rejimlərdə, quyudibi təzyiqin qazın neftdə doyma 



təzyiqindən aşağı qiymətlərində quyudibi zonada neftdən qaz 

ayrılmağa başlayır. Sərbəst qaz, müəyyən doyma dərəcəsinədək 

hərəkətsiz qalır, sonra isə  sərbəst hərəkət edir. Quyudibi zonanın 

qazla doyma dərəcəsi artdıqca neftdə görə faza keçiriciliyi azalır və 

lay enerjisi israf dərəcədə sərf edilir. 

Təcrübə  və hidrodinamik hesablamaların nəticələri, ayrılmış 

sərbəst qazla quyudibi zonanın əlaqəli suyu arasında kütlə ötürməsi 

halının baş verməsinin mümkünlüyünü göstərir; quyudibi zonada 

əlaqəli suyun bir hissəsi qaz fazasına keçərək neftin süxurla doyma 

dərəcəsini artırır. Nəticədə, neftə görə faza keçiriciliyi və  nəhayət, 

neftvermə əmsalı artır. Buna sübut olaraq V.19 şəklində həll olmuş 

qaz rejimində  işləyən hipotetik yataq üçün neft (S

n

) və  əlaqəli su 



(S

su

) ilə doymanın lay boyunca dəyişmə  əyrisi göstərilmişdir. 



Şəkildən göründüyü kimi, işlənmənin müəyyən dövründə quyudibi 

zonada  əlaqəli su tamamilə qaz fazasına keçərək, neftlə doymanı 

artırır. 

 

 



Şəkil V.19 

Mədən və laboratoriya müşahidələri nəticəsində müəyyən 

edilmişdir ki, tərkibində parafin, qatran və s. ağır komponentlər olan 

neftlərin layda hərəkəti zamanı  təzyiq qradiyentinin təsirindən, 

göstərilən komponentlərin ayrılıb süxurda çökməsi baş verir. Belə 



379 

 

proses  kolmatasiya  adlanır. Kolmatasiya nəticəsində neftin faza 



keçiriciliyi azaldılır. Layda lazımi həcmdə neft axınını saxlamaq 

üçün lay enerjisinin əlavə  sərfi tələb olunur. Bunun nəticəsində 

neftvermə azalır. Qeyd etmək lazımdır ki, neftdən ayrılan hissəciklər 

bəzən süxurlara hidrofobluq xassəsini verir ki, bu da yatağın gələcək 

iş rejimini və neftvermə əmsalını dəyişdirir. Laboratoriya şəraitində 

süxur nümunəsindən süzülən neftin rənginin ağarması göstərilən 

hadisə misaldır. 

Neftin səxəşdərəlması prosesində laya vurulan suyun tərkibinin 

düzgün seçilməsinin də neftvermə əmsalına təsiri böyükdür. 

Laya vurulan suyun, lay suyu və süxur mineralları ilə  əlaqəsi 

nəticəsində  məsamələrdə  çətin həll olan duz çöküntüləri yaranır. 

Soyuq suyun isti laya vurulmasında bikarbonatın kalsium-karbonata 

ayrılması nəticəsində məsamələri tutan çöküntü yaranır. 

Məsaməli mühitin, vurulan suyun tərkibində olan müxtəlif 

mikrocanlılarla tutulması halı da baş verə bilər. Belə ki, laya vurulan 

suda sulfatbərpaedici bakteriyalar olduqda layda kükürd qazı əmələ 

gəlir. Bu hadisə SSRİ  və xarici ölkələrin mədən təcrübəsində 

müşahidə edilmişdir. Kükürd qazının  əmələ  gəlməsi layda neftin, 

suyun və qazın tərkibini dəyişdirməklə layın məhsuldarlıq 

göstəricilərinə mənfi təsir göstərir. 

Neftlərin sulfatbərpaedici canlı bakterialarla təması zamanı 

ağırlaşması halı çoxdan müşahidə edilmişdir. Sulfatların bərpası ilə 

neftlərin oksidləşməsinə, ağır qatranlı neft yerləşən laylarda 

kükürdlü suların olması əsaslı sübutdur. Buna görədir ki, yataqlarda

adətən, su-neft kontaktına yaxınlaşdıqca neftin tərkibində asfalten və 

qatranın miqdarı artır. Məsələn, Uzen neft yatağında neftin 

tərkibində olan qatran və s. ağır hissələr layın mərkəzindən onun 

konturuna doğru artır. Bu istiqamətdə neftin qeyri-Nyuton xassəsi 

artır və qazla doyması azalır. Beləliklə, yatağın mərkəzi hissəsində 

neftvermə mexanizmi əsas etibarilə özlü neftin hərəkəti, kontur 

hissədə isə qeyri-Nyuton mayesinin hərəkəti ilə müəyyən edilir. 

Sulfatların bərpası  və neftin oksidləşməsindən ayrılan karbon 

qazı layda əlavə olaraq kalsit duzlarının çökməsini təmin edir; bunun 



380 

 

nəticəsində də layın keçiriciliyi xeyli azalır. Kalsit duzlarının sürətlə 



çökməsi halı ən çox karbonatlı süxurlarda baş verir. 

Beləliklə  də yuxarıda göstərilən hadisələr neftin su ilə 

sıxışdırılma prosesinin effektivliyini azaltmaqla, layın neft verməsini 

azaldır. 



V.

 

Neftvermə  əmsalına layın keyfiyyətli açılmasından başlaya-

raq istismar dövründə aparılan bütün texnoloji  əməliyyatların 

təsirlərini aid etmək olar. 

Lay enerjisindən səmərəli istifsdə edilməsi quyularla layların 

keyfiyyətli açılmasından və  mənimsənilməsindən də asılıdır. 

Məlumdur ki, bu və ya digər səbəbdən layların açılması prosesində 

quyudibi zonaya gilli məhlul və ondan süzülən maye daxil olur. 

Mədən və laboratoriya tədqiqatları layın quyudibi zonasına 

gilli məhluldan süzülən mayenin daxil olması  nəticəsində 

keçiriciliyin və quyunun məhsuldarlığının kəskin azaldığını sübut 

edir. Son zamanlar aparılan tədqiqatlar  nəticəsində göstərilmişdir ki, 

quyudibi zonadakı süxurlarda gil hissəcikləri olduqda, gilli məhlulun 

və ondan süzülən mayenin laya daxil olması  nəticəsində neftə  və 

qaza görə süzülmə qanunu dəyişir və həmin mühitdə adi neft özünü 

özlü-plastik maye kimi aparır. Daha doğrusu, belə mühitdə adi neftin 

hərəkəti başlanğıc təzyiq qradiyentinin dəf olunmasını tələb edir. Bu, 

əsas etibarilə laydakı gilli hissəciklərin qazıma məhlulunun (gilli 

məhlul) suyu ilə  təmasda olduqda şişməsi nəticəsində baş verir. 

Qazıma prosesinin optimal rejimdə aparılması üçün məhlula  qatılan 

müxtəlif kimyəvi reagentlərin də quyudibi zonada gedən proseslərə 

təsiri böyükdür. Məsələn, quyudibindəki gilli hissəciklərə  qələvi 

kömür reagenti və səthi aktiv maddə ilə işlənmiş su hopduqda neftin 

hərəkətinə müqavimət daha da çox artır.  Əksinə, qazıma məhlulu 

xlorlu kalsit, karboksil-metil-sellüloz (KMS) və kondehslənmiş 

sulfat-spirt bardası (KSSB) ilə  işləndikdə gilli hissəciklərin  şişməsi 

xeyli azalır. 

Qeyd etmək lazımdır ki, adətən, laya daxil olan gilli məhlulun 

suyu, quyudibi zonanın kiçik radiuslu (1 m-dək) hissəsini əhatə edir; 

lakin neftin süzülmə qanununun dəyişməsi və başlanğıc təzyiq 




Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə