A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə110/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   106   107   108   109   110   111   112   113   ...   137

381 

 

qradientinin yaranması  nəticəsində quyuların məhsuldarlıq  əmsalı 



azalır və uzun zaman lay enerjisindən səmərəsiz istifadə edildiyindən 

layın neftvermə əmsalı kiçik qiymət alır. 

Neft yataqlarının səmərəli işlınməsi prosesində laya qızılacaq 

quyuların yerləşmə sxeminin düzgün seçilməsi böyük əhəmiyyət 

kəsb edir. Lakin təəsüflə qeyd edilməlidir ki, bu məsələnin səmərəli 

həlli üçün yeganə fikir və seçmə metodu yoxdur. Təbiidir ki, layın 

işlənmə rejimindən, onun geoloji xüsusiyyətindən, lay təzyiqindən 

və s. asılı olaraq quyuların sayı, onların yerləşmə sxemi seçilir. 

Hazırda quyuların səmərəli yerləşmə sxeminin seçilməsində 

quyulararası  məsafə  əsas etibarilə (16-20)  ha/quyu  götürülür. Bəzi 

hallarda isə geloji və iqtisadi göstəricilərdən asılı olaraq (50-60), 

bəzən də (120-150) ha/quyu  seçilir. 

Son illərədək işlənmə layıhəsinin müxtəlif variantlarının 

müqayisəsində neftvermə  əmsalının quyuların yerləşməsinin 

sıxlığından asılı olması nəzərə alınmırdı. Lakin ölkəmizin və xarici 

ölkələrin neft yataqlarının işlənmə praktikası sübut etmişdir ki, belə 

əlaqə mümkündür və onunla hesablaşmamaq olmaz. 

Təbiidir ki, bu məsələnin bircavablı  həlli, istismarın son 

mərhələsində, yaxud çoxlu neft yataqlarının məlumatları üzərində 

aparılmış statistik hesablamalarla mümkündür. 

 

Şəkil V.20 




382 

 

V.20  şəklində ABŞ-ın Texas ştatının işlənmənin son 



mərhələsində olan 206 neft yatağı  məlumatlarına görə qurulmuş 

neftvermə  əmsalının, bir quyuya düşən hektarla ölçülmüş sahəsinin 

qiymətindən asılılığı göstərilmişdir.  Şəkildən göründüyü kimi, bir 

quyuya düşən sahə artdıqca (yəni quyular seyrəldikcə), layın 

neftvermə əmsalı azalır. 

Laya qazılan quyuların sıxlığını artırmaqla neftvermənin 

artması,  əsas etibarilə neftin su ilə  sıxışdırılmasında  əh kiçik 

məsamələrdən belə qalıq neftin alınması ilə izah olunur. Qeyri-

Nyuton xassəli neftlərdə  və o, xassəni neftə verən mühitlərdə isə 

layda qalan hərəkətsiz neftin alınması üzündən neftvermə artır. 

Qeyd etmək lazımdır ki, laya qazılacaq quyuların optimal 

sıxlığı, təbii lay şəraitini, texniki-iqtisadi göstəriciləri və s. Nəzərə 

almaqla seçilməlidir. 

Mədən və laboratoriya tədqiqatları neftvermə  əmsalının nefit 

su ilə sıxışdırılma sürətindən asılı olmasını göstərir. Kapillyar təzyiqi 

neftin su ilə sıxışdırılmasına qarşı yönılın hidrofob yataqlarda bütün 

hallarda su-neft kontaktının hərəkət sürətinin (yəni təzyiq 

qradientinin) artması neftvermə  əmsalını artırır.  Kapillyar qüvvələr 

zəif olan halda (keçiriciliyin böyük və  səthi gərilmənin kiçik 

qiymətində) suyun nefti sıxışdırma sürəti neftvermə  əmsalına təsir 

göstərmir. Buna oxşar nəticələr aktiv kapillyar qüvvələrin meydana 

gəldiyi  şəraitdə (məsələn, su ilə yaxşı  islanan süxurlarda kiçik 

özlülüyə malik qeyri-polyar karbohidrogen mayelərin sıxışdırılması) 

aparılan təcrübələrdə alınır. 

Belə halda suyun kapillyar hopma sürətinin sıxışdırılmanın 

müxtəlif sürətlərində  təxminən eyni qalmasınəticəsində, neftvermə 

əmsalı  qeyri-polyar mayelərin su ilə  sıxışdırılma sürətindən asılı 

olmur. 


Kapillyar hopmanın hesabına neftvermənin artması baş verən 

hallarda su ilə neftin  sıxışdırılma sürətinin artırılmasında neftvermə 

əmsalının azalması halı da müşahidə edilir. Bu, müxtəlif keçiriciliyə 

malik eynicinsli çatlı  məsaməli lay qatlarından təşkil olunmuş 

modeldə neftin su ilə sıxışdırılmasında müşahidə edilir. 



383 

 

Neftvermə  əmsalının suyun nefti sıxışdırma sürətindən 



müxtəlif növ asılılığı neft yataqlarının istismarında müşahidə edilir. 

Məsələn, istismarın son mərəhələsində olan Samarski Luki neft 

yatağında sıxışdırma sürətinin 2÷20 m/il - ə qədər artması neftvermə 

əmsalına təsir göstərməmişdir. Bunun əsas səbəbi, layda neftin 

yüksək minerallaşmış neytral islanmaya malik su ilə  sıxışdırılması, 

yəni neftin aktivliyi zəif olan kapillyar qüvvə altında sıxışdırılması 

olmuşdur. 

Qeyd etmək lazımdır ki, göstərilən nəticə, keçiriciliyi böyük 

olan bircinsli layda alınmışdır. Neft-mədən təcrübəsində isə  əksər 

hallarda quruluşuna və qeyri-bircinsliliyinə görə müxtəlif laylarda 

rast gəlinir. Belə hallarda nrftvermənin sıxışdırma sürətindən 

asılılığına çoxlu təbii amillər təsir edir. Məsələn, təzyiqlər fərqinin 

artması ilə  əlavə araqatların işə düşməsi (kiçik təzyiqlər fərqində 

hərəkət olmayan), suyun nefti sıxışdırma təsir zonasının süxurdan 

ətalət qüvvələri təsirindən qopması və su axınına qoşulması, hərəkət 

olmayan zonalarda neftin hərəkətə  gəlməsi (başlanğıc təzyiq 

qradiyentli olan qeyri-Nyuton neftlərdə və süzülməsi böyük təzyiqlər 

fərqi tələb edən  neftli mühitlərdə) və s. baş verir. Belə hallarda 

təbiidir ki, sürətin artması ilə neftvermə əmsalı artır.  

Beləliklə, neftin su ilə sıxışdırılma sürətinin neftverməyə təsiri 

bir çox amillərdən asılıdır. Odur ki, bu və ya digər neft yatağı üçün 

həmin asılılığın düzgün təyini, işlənməsi başa  şatmış layların 

göstəricilərinin tədqiqinə əsaslanmalıdır. 

Məlumdur ki, layın neftvermə  əmsalı laya vurulan işlək 

agentin fiziki-kimyəvi xassələrindən, süni təsir üsullarından və 

onların həyata keçirilməsi vaxtından da asılıdır. 



 

 

§9. Həll olmuş qaz rejimində neftvermə əmsalına 

təsir edən amillər. 

 

Həll olmuş qaz rejimində, adətən, yataq qapalı olduğundan, 

neftin laydan çıxarılması ilə  əlaqədar olaraq, quyudibi zonada 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə