A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə111/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   107   108   109   110   111   112   113   114   ...   137

384 

 

təzyiqin düşməsi və  zaman keçdikcə  lay üzrə  təzyiqin  azalması 



hadisəsi baş verir. Qaz ən  əvvəl təzyiqin qiyməti az olan quyudibi 

zonada neftdən ayrılmağa başlayır. Lay təzyiqinin doyma 

təzyiqindən aşağı düşmə  dərəcəsindən asılı olaraq neftdən ayrılmış 

qaz zonasının radiusu tədricən artır. Lay boyunca təzyiq doyma 

təzyiqindən aşağı düşdükdə, bütün yataq üzrə sərbəst qazın ayrılması 

halı baş verir. Neftdən ayrılmış qaz qabarcıqları genişlənərək ilk 

vaxtda neftin sıxışdırılmasına kömək edir. Sonra isə qaz qabarcıqları 

genişlənərək bu və ya digər sahələrdəki qaz hissəcikləri ilə birləşir. 

Məsamələrdə  qazla doyma müəyyan həddə  çatdıqda, qazın quyu-

dibinə  sərbəst hərəkəti baş verir ki, bu da neftə  görə  faza keçiri-

ciliyini azaldır. Sərbəst qazın quyudibinə  hərəkət sürəti artdıqca, 

neftin onunla sıxışdırılma prosesinin effektivliyi azalır (neftə  görə 

keçiricilik azalır, qaza görə isə  artır). Bu dövrdən başlayaraq hasi-

latda qaz amilinin qiyməti artmağa başlayır. Beləliklə, neftin layda 

quyudibinə hərəkəti ancaq onun həcmi genişlənməsi və hərəkət  edən 

qaz axınına qoşulması hesabına baş verir. Qaz amili özünün mak-

simum qiymətinə çatır, sonra isə laydan qazın ehtiyatı tükəndiyindən 

onun zamandan asılı olaraq azalması baş verir (şəkil V.4-ə bax). 

Qazın tükənməsi ilə  lay enerjisi azalır və  nəhayət, lay təzyiqinin 

qiyməti laydan əlavə  neftin alınmasına imkan vermir və  layda külli 

miqdarda neft ehtiyatı qalır. Bunun nəticəsində  neftvermə  əmsalı 

yuxarıda qeyd edildiyi kimi 0,1÷0,3 arasında olur. 

Laboratoriya və qaz-hidrodinamik tədqiqatlar nəticəsində 

müəyyən edilmişdir ki, həll olmuş qaz rejimində neftvermə əmsalına 

lay təzyiqinin, neftin özlülüyünün, neftdə həll olan qazın miqdarının, 

faza keçiricilik əyrilərinin xarakterinin, layda əlaqəli suyun olması-

nın, quyuların layda yerləşməsinin və s. təsiri vardır. 

Belə ki, ilk lay təzyiqinin qiyməti artdıqca neftvermə  əmsalı 

azalır. Bu əsas etibarilə  onunla izah edilir ki, yüksək təzyiq sərbəst 

qazın tez bir zamanda quyudibinə  hərəkətinə  kömək edir və bunun 

nəticəsində vahid həcm neftin çıxarılmasında qazın faydalı işi azalır. 



385 

 

Neftin özlülüyü artdıqca neftvermə  əmsalı azalır. Hyuton 



xassəli neftli yatağın neftvermə  əmsalı qeyri-Nyuton xassəli neftə 

nisbətən iki dəfə çox olur. 

Eyni bir şəraitdə neftdə  həll olmuş qazın miqdarı artdıqca 

neftvermə  əmsalı azalır.  İlk baxışda anlaşılmayan bu nəticə onunla 

izah edilir ki, ilk qaz amili kiçik olan layda sərbəst qazın hərəkəti 

üçün ilk qaz amili böyük olan yatağa nisbətən çox vaxt tələb olunur. 

Layda əlaqəli su olduqda neftə görə faza keçiriciliyi artır və bu 

da neftvermə əmsalını artırır. 

Işlənmənin son mərhələsində Krasnodar vilayətinin  əsas qaz-

kondensant yataqları üçün qaz və kondensata görə verim əmsallarının  

faktiki qiymətləri təyin edilmişdir. Əldə edilmiş məlumatlara əsasən 

yatağın bəzi parametrləri və iş rejimini nəzərdə tutmaqla kondensatın 

laydan çıxarılma dərəcəsinə təsir edən amillər təhlil edilmişdirş 

Alınan nəticələr sübut etmişdir ki, kondensatın laydan 

çıxarılmasına təsir edən  əsas amillər: ilk qazla doyma, məsaməlilik 

əmsalı, keçiricilik və yatağın iş rejimidir. Bunlardan əlavə, hasil olan 

kondensatın miqdarına mədən  şəraitində qaz və  kondensatın nəql 

edilməyə hazırlanma sisteminin də təsiri böyükdür. 



 

 

§ 10. Neftvermə əmsalına təsir edən amillərin aşkar edilməsi 

 

Yuxarıda göstərildiyi kimi, yatağın neftvermə əmsalına bir çox 

amillərin təsiri vardır. Bu baxımdan neftvermə prosesinin və ona 

təsir edən amillərin statistik metodlarla öyrənilməsi daha məqsə-

dəuyğundur. Məsələn, dispersion təhlil nəticəsində geoloji-fiziki və 

texnoloji parametrlərin yatağın neftvermə əmsalına təsirini öyrənmək 

olar. 

Dispersion təhlilin köməyi ilə prosesin gedişinə bu və ya digər 



amilin  əsas təsirini müəyyən etməklə  bərabər, ayrı-ayrı amillərin və 

onların bir-birilə  əlaqələrinin təsir dərəcəsini də  təyin etmək 

mümkündür. Klassik üsullarla isə bu cür məsələlərin həllində prosesə 

təsir edən amillərdən biri dəyişən, qalanları isə dəyişməz qəbul edilir. 




386 

 

Bu qayda üzrə bütün amillərin təsirini öyrənmək üçün çox vaxt tələb 



olunur. 

Dispersion təhlildə  hər bir müşahidə, eyni zamanda bütün 

amillərin və  onların  qarşılıqlı  təsirlərini qiymətləndirmək üçün apa-

rılır. Beləliklə, amillərin hər birinin uyğun hədlərinin yığımında bir  

müşahidə ilə kifayətlənmək mümkün olduğundan, tez-tez paralel mü-

şahidələr aparılmasına ehtiyac olmur. Bu, xüsusilə əhəmiyyətlidir.

Dispersion təhlilin aparılması üçün aşağıdakı  şərtlərin 

ödənilməsi vacibdir: 

1.

 

Nəticəvi  əlamətə  və ya onun dəyişdirilmiş funksiyasına 



normal paylanma qanununatabe olan baş yığımdan təsadüfi götürüm 

kimi baxmaq olar. 

2.

 

Nəticəvi  əlamətə  təsir edən amillər korrelyasiyalanmış 



olmamalıdır. 

3.

 



Qruplar üzrə dispersiya bircinsli olmalıdır. 

Dispersion təhlil aparmaq üçün: 

1)

 

hər  bir amil hədlərə  bölünür (tədqiq olunan amilin mümkün 



dəyişmə intervalına hədd deyilir); 

2)

 



dispersion cədvəl mədən və ya təcrübə  müşahidələrindən 

alınan  məlumatlarla doldurulur. Hər damada A, B, C amillərinə 

uyğun gələn nəticəvi əlamətin qiyməti  x

1

 (i=1,2,...)yazılır. Təcrübə 

məlumatları  səpələnmiş olduqlarından eyni bir damada A, B, C-nin 

bir kombinasiyasına uyğun bir neçə nəticəvi əlamətin qiyməti yazıla 

bilər. Tutaq kix



1

A, B, C amilinin təsirindən dəyişir. amili A

1

A

2

, 



  



A



(a=3) üç həddə,  və  amilləri isə ayrı-ayrılıqda iki B

1

, B

2

,  

C

1

, C

2

 (b=2, c=2) həddə  parçalanır. Onda dispersion V. 6 cədvəli 

i=23    halı üçün göstərilən  şəkildə olur. Cədvəldə  əsas  x

i

 



 

hesablanır; 



 

Cədvəl V.6 

Amillər 


B

1

 

B

2

 

C

1

 

C

2

 

C

1

 

C

2

 

A

1

 

x

1

 

x

2            

x

3

    

x

4

 

x

5

, x

6

, x

7

 

A

2

 

x

8

       x

9

  

x

12            

x

13

     x

14

 

x

15

 


Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə