A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə108/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   104   105   106   107   108   109   110   111   ...   137

374 

 

kəsikli kanaldan dar kəsikli kanala keçdikdə meniskin əyrilik 



radiuslarının müxtəlifliyindən aşağıdakı qiymətdə əks təzyiq yaranır: 

 



Təbii şəraitdə neft-su qarışığının hərəkət zonasının ölçüsü yüz 

metrlərə çatır. Belə olan halda Jamen effektinə gğrə layda mayenin 

hərəkəti bəlkə  də mümkün olmazdı. Deməli, fərz etmək olar ki, 

maye, qaz və süxurların elastik xüsusiyyətlərinə görə  təbii laylarda 

Jamen effektinin təsiri xeyli dərəcədə azalır. 

Hidrofob məsaməli mühitdə kapillyar qüvvələr sıxışdırma 

prosesinə  mənfi təsir göstərdiyindən neftvermə  əmsalı azalır. Belə 

hallarda neftin onunla kiçik səthi gərilmə yaradan su ilə yüksək 

qradiyentlə sıxışdırılması yaxşı nəticə verir. 

Aparılan çoxlu miqdarda tədqiqat işləri göstərmişdir ki, 

hidrofil mühitdə kapillyar təzyiqin yaranması müəyyən  şəraitdə 

neftin su ilə  sıxışdırılma prosesinə müsbət təsir  göstərir.  Əgər lay 

bircinslidirsə, onda kapillyar hopma nəticəsində layın susuz 

dövründəki neftvermə qabiliyyəti artır; hətta yataq  bir neçə müxtəlif 

keçiricilikli laylardan ibarət  olarsa, kapillyar hopmanın hesabına 

kiçik keçiricilikli laydan da neftin sıxışdırılması başa çatdırılır. Belə 

yataqlarda sıxışdırma prosesinin hansı  təzyiqlər fərqi altında 

aparılmasının böyük əhəmiyyəti vardır (V.16 şəklində  1,  2 - uyğun 

olaraq kiçik və yüksək keçirici qatlar; 3 - neftli hissəyə kapillyar 

hopan su hissəsidir). 

 

Şəkil V.16 




375 

 

Mədən və laboratoriya tədqiqatları nəticəsində kapillyar effekti 



hesabına çatlı-məsaməli mühitlərdə neftvermənin xeyli artması 

müəyyən edilmişdir. 

Çatlı-məsaməli mühitdə kapillyar hopma iki istiqamətdə 

(hərəkət istiqamətində  və onun əks istiqamətində) gedir. Təcrübə 

nəticəsində müəyyən edilmişdir ki, laya hopan su, məsaməli 

mühitdən neft ehtiyatının xeyli hissəsini sıxışdırır. Çatlar su ilə 

dolub, məsaməli süxurları tam əhatə etdikdə neft əsas etibarilə 

hərəkətin  əksinə gedən kapillyar hopma hesabına çıxarılır. Bu cür 

şəraitdə neftvermə  əmsalı, sıxışdırmanın təzyiqlər fərqindən, suyun 

xassəsindən və süxurun fiziki-kimyəvi xassələrindən asılıdır. 

Təcrübə  nəticəsində müəyyən edilmişdir ki, məsaməli süxurda gilli 

hissəciklərin 5%-ə  qədər artması, kapillyar hopmanın hesabına 

alınan nefti çoxaldır. Belə halda neftvermə, suyun fiziki-kimyəvi 

xassələrindən də çox asılıdır. Neftlə kiçik səthi gərilməyə malik 

qələvili su ilə  təmasda olan laylarda (kapillyar hopma zəif olduqda 

belə) neftvermə  əmsalı yüksək olur. Qeyri-bircinsli laylarda kapil-

lyar hopma nəticəsində  sıxışdırma prosesi ən  əvvəl kiçik məsaməli 

mühitlərdə baş verir və bunun nəticəsində də neft sahəsi su zonaları 

ilə ayrı-ayrı hissələrə parçalanır; beləliklə, neftin su ilə  sıxışdırılma 

məsaməli xeyli çətinləşir və belə layın neftvermə əmsalı kiçik olur. 

Yuxarıda qeyd olunanlara əsasən aşağıdakı  nəticəyə  gəlmək 

olar ki, neft və suyun birgə hərəkətində sıxışdırmanın effektlivliyinin 

artması üçün kapillyar qüvvələri çoxaltmaq və ya azaltmaq 

məsələsinin yeganə  həlli yoxdur. Çatlı-məsaməli laylara isə yüksək 

hopma qabiliyyətinə malik su vurulduqda kapillyar qüvvələr neft-

verməni artırır. 

Qeyd etmək lazımdır ki, neftin və suyun özlülükləri artdıqca 

çatlı-məsaməli mühitdə kapillyar qüvvələrin müsbət cəhəti azalır, 

dayanıqsız sıxışdırma halı yaranır. 

Yatağın neftvermə  əmsalına onun məsaməli mühitində 

yerləşən neft, sərbəst qaz və suyun miqdarının da təsiri var. Yatağın 

su, neft və qaz ilə doyma dərəcəsindən asılı olaraq istər sərbəst neft, 

qaz və suyun, istərsə  də neft-qaz, neft-qaz-su və neft-su 



376 

 

qarışıqlarının faza keçiriciliyinin qiymətləri dəyişir. Hesablamalar və 



laboratoriya işləri ilə sübut olunmuşdur ki, bircinsli qum 

dənəciklərindən təşkil olunmuş layda həll olmuş qaz rejimində 30% 

əlaqəli suyun olması, neftverməni 1,7% artırır. 

Əgər yataqda, neft  su ilə sıxışdırılmazdan qabaq, istismar həll 

olmuş qaz rejimində aparılmışsa, onda təzyiqin düşməsi nəticəsində 

sərbəst qazla doyma halı yaranacaqdır. Bu dövrdə neftin su ilə 

sıxışdırılması prosesinin effektivliyi və  nəhayət, layın neftvermə 

əmsalı həmin sərbəst qazla doyma əmsalından asılı olacaqdır. 

Bu vəziyyətdə neftin su ilə  sıxışdırılmasında su-neft 

kontaktında neftlə doyması çox olan (neft valı) zona yaranır. Yatağın 

bu hissəsində yerləşən sərbəst qazın bir hissəsi neft ilə sıxışdırılacaq, 

qalan hissəsi isə neft ilə tutulub saxlanacaqdır; qalıq neftin hərəkəti, 

tutulub saxlanmış qazın təzyiqini artıracaqdır. Təzyiqin artması, su 

xəttinin qazlı hissəyə çatan anınadək davam edəcəkdir. Təzyiqin 

artması ilə qazın sıxılıb, neftdə həll olması nəticəsində onun  həcmi  

azalır. 


 

 Şəkil V.17 

 

V.17  şəklində müəyyən müddət həll olmuş qaz rejimində 



işlənən yataqda neftin su ilə  sıxışdırılması prosesində neft, su və 

qazın layda paylanması göstərilmişdir. 

V.18 şəklində hidrofil süxurlarda sərbəst qazla doymadan asılı 

olaraq qalıq neftin azalması əyrisi göstərilmişdir. Şəkildən göründü-

yü kimi, hidrofil tipli yataqlarda su ilə  sıxışdırma prosesinin əvvə-

lində sərbəst qazən olması neftvermə əmsalını artırır. Hidrofob tipli 




377 

 

yataqlar üçün isə  belə qanunauyğunluq müşahidə edilməmişdir. 



Şəkildə 1- 2, 3 isə süxura bir və üç məsamə həcmi qədər su vurulan 

hallara uyğundur. 

 

 

Şəkil V.18 



Neft və qaz yataqlarının istismarında lay sistemində    bəzi 

hidrodinamik və termodinamik dəyişikliklər baş verir. Belə dəyişik-

liklər nəticəsində  bəzi mürəkkəb kütlə ötürmə hadisələri müşahidə 

edilir. Quyudibinə axımda neftdən qazın ayrılması, sərbəst qazla 

əlaqəli su arasındakı kütlə ötürməsi, layı  təşkil edən mineral 

hissəciklərlə laya vurulan su arasındakı kimyəvi reaksiyalar nəti-

cəsində müəyyən çöküntülərin yaranması, hərəkət zamanı quyudibi 

zonada neftdən parafin, qatran və s. ağır elementlərin çökməsi 

(kolmatasiya), ayrılması (suffoziya) və s. layın enerjisindən səmərəli 

istifadə edilməsinə, yatağın işlənmə rejiminə  və  ən nəhayət, 

neftvermə əmsalına təsir göstərir. 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə