110
Mədən müşahidələri göstərir ki, layların açılmasında quyudibi
ətrafına çoxlu miqdar su daxil olduğundan, quyu divar ətrafında
uçrumlar baş verir.
Gilin şişməsi nəticəsində süzülmə surətinin xətti qanunu pozulur
və qeyri-xətti effektlər baş verir. Bununlada layın neft və qaz vermə
əmsalı xeyli azalır. Bu səbəbdən laya vurulan suyun tərkibini elə
tənzim etmək lazımdır ki, onun süxur gilləri ilə təmasında şişmə
hadisəsi əmələ gəlməsin. Bu məqsədlə kimyəvi reagentlərdən istifadə
edilir.
Gil hissəcikləri polyar neftlərlə də təmasda olduqda şişmə hadisəsi
baş verir.
Temperatur artdıqca şişmə artır. Montmorillonit gillər kaolinit
gillərə nisbətən daha çox şişir. Gilin şişməsinin qarşısını alan tədbirlərin
aşakr edilməsi neft və qaz yataqlarının səmərəli istismar prosesi üçün
böyük əhəmiyyət kəsb edir.
§ 26. Hidrostatik təzyiqin gil
qatından ötrülməsi
Hazırda hidrostatik təzyiqin gildən ötrülməsi məsələsinə dair qəti
tədqiqat nəticəsi alınmamışdır. Bəzi tədqiqatçılar elə hesab edirlər ki,
yeraltı sular altında yerləşən gil, su sütununun ağırlığından yaranan
təzyiqə məruz qalır. Bəziləri isə nəmliyi maksimal molekulyar nəmlik
tutumuna bərabər və ya ondan az olan gil qatından hidrostatik təzyiqin
ötrülə bilmədiyini qeyd edirlər. Bu sahədə konkret tədqiqat işi
aparılmamışdır. Hidrostatik təzyiqin düzgün nəzərə alınmasının gil
süxurlarının yaranması, onların dayanıqlığı, yeraltı su rejimlərinin və
dinamikasının öyrənilməsində böyük əhəmiyyəti vardır.
“Marisa-vostok” daş kömür hövzəsindəki pliosen gilinin
möhkəmliyi cəhətdən tədqiqi, yüksək basqılı suyu olan qum
araqatlarına malik gillərdən hidrostatik təzyiqin ötrülməsinin mümkün
olmamasını sübut etmişdir.Bu gillər 80-100%-ə qədər il mineral
fraksiyalarından ibarət olmaqla, xüsusi çəkiləri böyük həddə- 1.6 ÷ 2.2
q sm
3
qədər dəyişir, su layısərhəddində 1.95 ÷ 2.10 q sm
3
olyr. Təbii
111
nəmliyi isə 30-80 %-ə qədər dəyişir. Belə gillər sıx çatlarla ayrılır və
onların vasitəsilə hərəkətin mümkünlüyü təmin edilir. Bu cür gillər
üçün plastiklik həddi 30-40 %-dir. Baxılan gillərdən suyun
süzülməsinin mümkün olmaması dəlili aöağıdakılarla sübut olunur.
1.Gil qatı üzərindəki sulu laylarda basqı dəyişmədən qalır. Bundan
əlavə, onların üzərində yatan kömür laylarının çatlı olmasına
baxmayarq kömür laylarını açdıqda suyun gəlməsi müşahidə olunmur.
2.Məlumdur ki, çatların oloması, süzülmə üçün məsamələrə
nisbətən yaxşı şərait yaradır. Belə halda suyun süzülməsi müşahidə
olunsa idi, nəmliyin artması hesabına çatların divarlarının şişməsi və
həmçinin tərkibinin dəyişməsi gözlənilərdi. Lakin qeyd olunanların heç
biri müşahidə olunmur. 1.9 cədvəlində xalis gilli hissədən və çatın
divarından götrülmüş nümunənin nəmliyi göstərilmişdir. Xüsusi
qranulometrik və mineraloji tərkibə görə aparılmış tədqiqatlarda
göstərilən nümunələrdə nəticə eyni alımışdır.
Cədvəl 1.9
Nümunə
götrülən
yürlər
Təbii nəmlik, %
Xalis gilli hissədə n
nümunəsi
Çatın divarından
nümunə
1-ci Troyanova
karxanasında şurf № 1
45.6
40.7
45.1
49.5
45.2
41.2
43.9
49.0
2-ci Troyanova
karxanasında şurf № 2
44.4
40.3
41.5
40.0
Quyu № 2
37.0
36.3
26.2
36.7
37.1
28.4
112
3. Yükləmə üslu ilə aparılan tədqiqatlar da gillərdə hidrostatik
tızyiqin olmamasını sübut etmişdir.
Bu tədqiqatlarda tam aşkar
olunmuşdur ki, gillərin hövzələrdə sıxlaşması yuxarıda yerləşən
süxurların orta həcm çəkilərindən yaranan təzyiq (p=h ζ ,ζ-süxurların
orta xüsusi çəkisi, h-gilin yatım dərinliyi ) altında baş verir.
Yuxarıda göstərilən üç sübut əsasında, demək olar ki, gillər basqı
sularının təzyiqlərinin özündən və
onların möhkəmliyinin
qiymətləndirilməsində bu xüsusiyyəti nəzərə almaq lazımdır.
§ 27. Süxurların istilikkeçirmə, istilik tutumu və elektrik
keçiriciliyi haqqında anlayış
Neft-mədən praktikasında bir çox geoloji və texniki məsələlərin
həlli üçün quyuların termiki tədqiqindən geniş istifadə edilir. Məsələn,
istilik xüsusiyyətlərinə görə quyuların kəsilişindəki süxurların
öyrənilməsi, neft, qaz və su laylarının aşakr edilməsi, quyudakı
qoruyucu və texniki kəmərlərin vəziyyətlərinin öyrənilməsi və s.
mümkün olur. Laya müxtəlif termiki təsir uşlərinin layihəsinin tərtib
etdikdə, süxurların termiki xüsusiyyətlərini bilmək lazımdır.
Süxurun termiki xüsusiyyətləri dedikdə onun istilik tutumu,
istilikkeçirmə qabliyyəti və s. nəzərdə tutulur.
Məlum olduğu kimi, neftli layların teperaturu dərinliklə düz
mütənasib olaraq dəyişir.Temperaturun 1
o
C dəyişməsinə uyğun gələn
dərinliyə geotermiki pillə deyilir. Məsələn, CCCPИ sahəsində bu,
təxminən 5-170 m/dər arasında dəyişir. Kola yarımadasında 170 m
dərinlikdə 1
o
C, Pyatiqorskda isə hər 4.9 m dərilikdə 1
o
C dəyişir.
Süxurların istilik tutumu dedikdə, onu 1
o
C qızdırmaq üçün lazım
olan istilik miqdarı (kkal) nəzərdə tutulur. Vahid çəkidə süxuru bir
dərəcə qızdırmaq üçün lazım olan istiliyin miqdarına xüsusi istilik
tutumu deyilir və aşağıdakı düsturla hesablanır:
)
(
o
t
t
G
Q
C