439
Həcər də elə hər şeyə təəccüblənir, hər şeydən zövq alır, elə
hey için çəkirdi.
Sabah yəqin ki, Həcər yenə deyinəcək, söylənəcək,
Feyzullanın gününü göy əskiyə düyəcəkdi. Amma bu gün onun
könlünü qırmaq istəmirdi. İstəmirdi Feyzulla bilsin ki, düz iki
aydır — metro açılandan bəri Həcər hər səhər həmin bu
qatarlarla bazara gedib gəlir.
1968
440
MOLLA NƏSRƏDDİN — 66
(Zarafat)
Mirzə Cəlilə min rəhmət!
441
ZARAFATSIZ
Zarafatsız, əziz oxucum, sənə bir para ciddi söz demək
istəyirəm və bir para mətləblərdən agah eləmək istəyirəm səni.
Zarafat bir yana qalsın, indi işdi-şayət, şər deməsən, xeyir
gəlməz, günlərin bir günündə, məsələn, mənim bu yazım keçdi
sənin əlinə. Təsadüfən elə oldu ki, o gün, ayıb olmasın əhli-
əyalın uşaqları yığışdırdı apardı bacısıgilə. Və sən özün də
iraq-iraq, bir balaca timo olduğun səbəbə görə onlara qoşula
bilmədin və qaldın evdə. Televizorun da ki, bir balaca əngəl
çıxarıb və radion da xarab olub. Axşamlar nərd oynadığın
qonşun üç gündür köçüb bağa və axşamlar mırt vurduğun
dostun iclasdadır. Və belə olan surətdə, niyyət olmasın, qismət
olsun, sən bir balaca darıxırsan və özünə bir məşğuliyyət
axtarırsan ki, başını birtəhər qarışdırasan və birdən gözün
sataşır, ayıb olmasın, bizim bu cızma-qaraya və bekarçılıqdan
götürüb başlayırsan bunun ora-burasını ditdələməyə. Fələyin
işini bilmək olmaz, birdən, məsələn, tutalım, sən bu səfsəfəni
oxumağa başladın və hətta, dilim-ağzım qurusun, oxuyub başa
çatdın və bu zaman da bəzi-bəzi məsələlər səninçün aydın oldu
və bəzi-bəzi məsələlər sənin üçün aydın olmadı. O vədə sən
istəyəcəksən ki, haman bu qaranlıq qalan zatları bir allah
bəndəsindən soraqlaşıb biləsən və aydınlaşdırasan. O vədə səni
artıq zəhmətə salmamaq üçün mən elə bu başdan bir iki kəlmə
sözümü demək istəyirəm. Şərti şumda kəsək ki, xırmanda spor
eləməyək.
Bəli, nuri-didəm, əgər ki, bu yazımı ayaqdan başa, yəni
geridən qabağa yox, elə öz qaydasınca, yəni ki, başdan ayağa,
əvvəldən axıra oxusan o vədə birinci səhifəni açıb görəcəksən
ki, bəli yuxarıda yazılıb: ANAR və ondan bir az aşağıda
yazılıb: MOLLA NƏSRƏDDİN-66 və onun altında mötərizə
içində xırdaca-xırdaca yazılıb ki, "zarafat".
442
Bu yerində barmağını dişləyəcəksən ki, aya, görəsən bunlar
nə deyən şeydir? Yəni ki, Anar nədir? Molla Nəsrəddin niyə
olsun 66, tramvay-zad deyil ki və zarafat ləfzi niyə görə
mötərizə içinə alınıb.
Əzizim, heç ürəyini sıxma, kefini pozma, bir hövsələni bas,
bir səbr elə, toxda, darıxma, tələsmə, bu saatca hamısını sənə
dürlü-durlü, bircə-bircə deyəcəyəm. Anar — mənim ismi-
şərifimdir, yəni ki, adımdır. 66, yəni bu yazını mən yazmışam
miladın 1966-cı ilində və hicrinin... vallah, heç özüm də
bilmirəm ki, hicrinin neçənci ili olur.
Zarafat ləfzinin mötərizəyə alınması o mətləbə işarədir ki,
yəni hər yazının özünün bir məxsusu növü var, buna da frəng
hükəmaları "janr" deyirlər. Məsələn, necə ki, roman, dram,
komediya, hekayə və bunun sayaq. Bu janr ki var, onu adətə
görə mötərizə içində və xırda yazırlar. İndi biz də, yalandan
belə eləmişik ki, ayıb olmasın, özümüzü böyük-böyük
yazıçılara oxşadaq. Yəni ki, bu cızma-qaramızın növü, ya
bəistilahi-frənk janrı — zarafat janrıdır. Maşallah de, gözə
gətirərsən.
Hə, o ki qaldı Molla Nəsrəddinə, burda məsələ bir az tuldur.
Cümlə-cahan məxluquna məlumdur ki, bir Molla Nəsrəddin
olub 600 il bundan əqdəm, biri də 60 il bundan qabaq (vallah,
lap adamın yadına təzə pul-köhnə pul əhvalatı düşür).
Orasını deyə bilərik ki, bu birinci Molla Nəsrəddin əntiqə
kişi olub, allah ona rəhmət eləsin, çünki diriyə də rəhmət var.
Miladın 1906-cı ilində şəhri Tiflisdə bir başqa Molla
Nəsrəddin peyda olub və bu birincisindən də yaxşı kişi olub.
Yığıb başına Mozalanı, Lağlağını, Qızdırmalını, Hərdəm-
xəyalı bir mizah, gülgi məcmuəsi çıxardıb küllü-aləmdə
məşhur olub.
Ay sənin canını yeyim, mənim gözəl oxucum, görürəm ki,
arifsən, bu yeri oxuyanda birdən qaşqabağını salladın, bir
papiros çıxarıb tələsik damağına aldın, durub əsəbanə var-gəl
elədin və ürəyində də dörd-beş dəfə dedin ki, "yox, bu lap ağ
443
oldu".
Sonra da mənim barəmdə bu tövr fikir elədin ki, "hərifin
iştahasına bax.
Sən bir təkəbbürə bax.
Sən bir təfəkkürə bax.
Sən bir təşəxxüsə bax.
Sən bir təşəbbüsə bax.
Gör aşnam özünü kimlərnən yan-yana qoyur. Bu lap urus
demişkən oldu "podtekst". Yəni, dediyi odur ki, bir Molla
Nəsrəddin olub, ikinci Molla Nəsrəddin olub, üçüncüsü də elə
mən özüməm. 66-cı ilin Molla Nəsrəddini. Anası ölmüşdü.
Asta ye, boğazında qalar".
Yox, yox, atam balası, vallah yox, billah yox, əşədibillah yox.
Zarafat qalsın bir yana, mən nəkarayam ki, belə xam
xəyallara düşəm. Mən hara, onlar hara? Gözlərimin işığı, mən
qələt eləyib deyərəm ki, üçüncü ya otuz üçüncü Molla
Nəsrəddinəm. Mənim dediyim odur ki, Molla nəsrəddinlərin
vaxtında üstünə gülməli çox şey vardı, indi də azdan-mazdan
tapılar...
Aşna, bu yerini oxuyanda bir udqundun, nəfəsini dərdin,
durdun armudu istəkana bir xoruz quyruğu çay süzdün, üç para
qənd saldın, iki dilim limon, başladın hirsnən qarışdırmağa,
dedin öz-özüvə — ay zalım, heç dinmə, tutmuşam, canımçün
elə yerdən yapışmışam ki, nə qədər çabalasan da xirtdəyini
əlimdən qurtara bilməyəcəksən. Səhvin belə zorbasını
görməmişdim, ədə, a mən deyən, necə yəni o vaxt, necə yəni
bu vaxt... əyə, bəyəm bilmirsən bu söhbətdən nə iyi gəlir?
Qadan alım iynəmə, qurban olum iynəmə, başıva dönüm
iynəmə. İynəmə, oturaq rubəru, adam balası adam kimi
danışaq. Hirsivi də qoy cibivə lazım olar. Məni qorxutma,
maralım, onsuz da qorxaçağam. Ürkərəm, ürəyim partlar,
qanım qalar üstündə, balalarım var. Vallah, billah burda bir
siyasi səhv-zad yoxdur. Axı sən qoymadın sözümü deyib axıra
Dostları ilə paylaş: |