444
çıxım, vurdun ağzımdan. Mənim dediyim nədir? Dediyim odur
ki, gözəlim, adamlar həmişə gülüblər. Lap elə pis vaxtlarda da,
işləri fırıq olanda da gülüblər, indi işlər düzələndə, ömrlər
firavan keçəndə də gülürlər. Amma niyə gülüblər və nəyə
gülüblər? Bax, qadası, məsələ də elə bundadır. Altmış il
bundan qabaq Molla Nəsrəddin nəyə gülürdü? Gəlsənə bir
sadalayaq; Molla Xəsrəddinə, mərsiyəxana, dərvişə, şeyxə,
bəyə, xana, mülkədara, milyonçuya, qaradavoya, sansora...
Mən ölüm elədir, elə deyil? Ay sağ ol, atan rəhmətlik. Deməli
o vaxt Molla Xəsrəddin vardı, bəy, xan, mülkədar, milyonçu
vardı, şeyx, dərviş, qaradavoy, sansor, zir-zibil vardı...
İndi hanı onlar? Yoxdu. Min şükür ki, yoxdur. Demək
onlara güldük qurtardıq. Bəs indi nə var ki, o vaxt yox idi? İndi
bax, bizim bu yaşadığımız şəhərdə neçə-neçə ali məktəb var,
fabrik-zavod var, kitabxana var, teatr var. Neçə-neçə gözəl-
göyçək bina var və bu binalarda da elə haman bu binaları
tikənlərin özləri, ya tay-tuşları, yar-yoldaşları — gözəl-göyçək
adamlar yaşayır. Hardaydı o vaxtın fəhləsində, bənnasında,
malakeşində o baxt ki, özü öz əliylə tikdiyi uca imarətdə özü və
kül-külfəti yaşayaydı.
O vaxtlar fəhlə-kəndçi, kasıb-kusub, fəqir-füqəra
azarlayanda pulsuz xəstəxana uzü görərdi? Övrət çadrasız
küçəyə çıxa bilərdi? İntelgent qoçunun qorxusundan çıqqırını
çıxardardı?
Getdi o dövranlar, çox şükür ki, getdi. Bir dəfəlik getdi.
Gurumbultuyla cəhənnəmə bezbilet vasil oldu. Bal da yesə
dirilməz.
Bəs belə olan surətdə bu qara günlərin qurtarıb getdiyini
görəndə, ağ günlərin həmişəlik gəldiyini görəndə, adam sevinib
gülməsin, əl çalıb oynamasın, neyləsin? Deməli, indi Molla
dayı gülsə sevindiyindən, xoşlandığından güləcək.
Qaranoy, görürəm bu yerdə yenə gözün kirpik çaldı, əvvəlcə
fikrə, sonra eyvana getdin, gözəl yaşıl şəhərimizin, qaşəng
mavi dənizimizin, pambıq kimi ağ buludlarımızın seyrinə
445
daldın, handan-hana özünə gəlib dedin: "Belə de. Məsələ bu
tövr imiş, deməli satira deyil, yumor, neynək, onda hər şey
aydındır, necə deyərlər, tüstüsü düz çıxar".
Ağrın-azarın mənə gəlsin, gəl sən bu misalı çəkmə, xoşum
gəlmir bu sözdən, bilmirəm kim dəb salıb bunu: tüstüsü düz
çıxsın. Yaxşı söz deyil bu. Səksəkəli ürəklərin sözüdür. Özünə,
dediyinə inanmayanların, inamından, əqidəsindən nigarançılıq
çəkənlərin sözüdür. Gəl inamımızı, sədaqətimizi əyri-düz
tüstüyə bağlamayaq. Tüstü ki var, xatalı şeydir —gülək belə
əssə, belə çıxacaq, elə əssə elə. Əzizimən, gəl ürəyimizi,
fikrimizi bayrağımızla düz eləyək. Al bayrağımızı ürəyimizdə
dalğalandıraq, başına dönüm və bu bayrağın həqiqətinə sadiq
qalaq, sözün doğrusuna inanaq, sözün doğrusunu deyək və
sözün doğrusunu deməkdən qorxmayaq.
Sözün doğrusu isə budur ki, ceyranım, hələ zir-zibili tamam
silib, süpürüb qurtara bilməmişik. Odur ki, sevincdən, fərəhdən
gülməklə bərabər hərdən-birdən acığnan da gülək, rişxəndlə,
kinayəylə, hirslə gülək, yana-yana gülək, gülə-gülə yandıraq.
Mən ölüm necə deyirəm? Sən bir kəlama diqqət elə!
Axmaq işlərə, əbləh söhbətlərə, mənasız hərəkətlərə gülək.
Altmış il bundan qabaq xanların, bəylərin, dərviş-
rövzəxanın, əyan-əşrəfin kökü kəsilib, amma, a başına dönüm,
qorxaqlığın kökü hələ kəsilməyib ha. Təkdən-birdən, ayda-ildə
bir dəfə, görürsən işdi düşür, qorxaq adama da rast gəlirsən.
Gündüz çıraqla axtaranda, yəni sözün düzü, elə gecə
çıraqsız axtarmayanda da bir də görürsan ki, qarşıva çıxdı kim?
Ay sağ ol. Qorxaq.
Bəli, bəli. QORXAQ. AXMAQ. ALÇAQ. YALTAQ.
Bu "ağlar". Bir də var "xorlar" — RÜŞVƏTXORLAR,
MÜFTƏXORLAR.
Bir də var "bazlar" — DƏSTƏBAZLAR, DOSTBAZLAR,
SÖZBAZLAR, QOHUMBAZLAR, YERLİBAZLAR.
Bir də var "pərəstlər" — ŞÖHRƏTPƏRƏSTLƏR,
MƏNSƏBPƏRƏSTLƏR və yenə YERLİPƏRƏSTLƏR.
446
Bir də var "karlar", yox, yox, şikəst karlar yox,
RİYAKARLAR, SAXTAKARLAR.
Bir də var "çılar": BÖHTANÇILAR, YALANÇILAR,
MİYANÇILAR.
Bir də var paxıllar, var, vallah var, billah var.
Bir də var — AVAMLAR, CAHİLLƏR, NADANLAR,
QANMAZLAR, desən yoxdur, çanımçün, inciyərəm səndən.
Bir də var LAQEYDLƏR, BİGANƏLƏR, DƏYMƏ
MƏNƏ, DƏYMƏRƏM SƏNƏLƏR, ƏŞİ MƏNİM NƏ
İŞİMƏLƏR, dad onların əlindən, dad-bidad.
Bir də var... Əl qərəz, hamısını saysam, deyəcəklər, ifrata
varırsan, boyaların tünddür, bə hanı yaxşı "çılar" — əlaçılar,
zərbəçilər...
Hanı yaxşı — "pərəstlər – həqiqətpərəstlər, vətənpərəstlər.
Hanı yaxşı "karlar" — sənətkarlar, fədakarlar.
Hanı mərdlər, qocaqlar, doğruçular, ağıllılar, gözəllər.
Deyirsən, yəni yoxdur? Necə yoxdur, əzizim, əksinə çoxdur.
Lap çoxdur. Pislərdən qat-qat çoxdur. Və elə ona görə də
yaxşılardan yazan da qat-qat çoxdur, yaxşılardan qat-qat çox
yazırlar və yaxşılardan qat-qat yaxşı yazırlar.
İndi ki, belə oldu, dostum, daha məndən umu-küsü eləmə,
mən də bu cızma-qaramda qoy pisləri pisləyim, pislərə və
pisliyə gülüm, orda-burda gözümə dəyən əyər-əysiyi, xırda-
xuruşu, kəm-kəsiri çıxarım gün işığına, camaat tamaşa eləsin,
gülən gülsün, gülümsünən gülümsünsün. Sənin də, quzu kəsim,
işdi-şayət dodağın qaçar — mənim başımın ucalığıdır, deyərəm
çox sağ ol, yox qaçmaz, neynək, yenə çox sağ ol, yenə var ol,
yüz yaşa.
Amma bir xahişim var, bu ilan-qurbağanı oxuyanda, gözünü
qıyıb oxumayasan ha. Neçin ki, sağ gözünü qıyıb sol gözünlə
oxusan, hər şey sənə sağ görünəcək, sol gözünü qıyıb sağ
gözünlə oxusan hər şey sənə sol görünəcək.
Gözlərin zəifdirsə, anam balası, neynək, tax eynək. Amma
bax ha, məbadə qara eynək taxasan, zərərdir. Cəhrayı eynək də
Dostları ilə paylaş: |