111
Azərbaycan çar Rusiyasının müstəmləkəsinə çevrildi.
Azərbaycanın çar Rusiyası tərəfindən işğal edilməsi nəticəsində faciənin başlanğıcı qoyuldu,
ölkə iki
hissəyə bölündü və bir-birindən fərqlənən ictimai-siyasi inkişaf yolu götürdü, Azərbaycanın torpaqları hərraca
qoyuldu, ermənilərin, rusların, almanların və digər xalqların ölkəmizə köçürülməsi başlandı, təbii sərvətlərimiz
talan edilidi, tariximiz sistemli şəkildə saxtlaşadırılmağa başlandı. Bununla belə, on illər boyu davam edən ara
müharibələrinə son qoyuldu, xanlıqları dövrünün
sərhədləri aradan götürüldü, müharibələrə son qoyulması sabit
iqtisadi inkişafı şərtləndirdi, kapitalist istehsalının əsasları qoyuldu, xüsusilə neft Bakısının sürətli inkişafı
başlandı. Bununla belə, işğal faktorunun mənfi nəticələri, Azərbaycanın iki hissəyə parçalanması (bu siyahını
kifayət qədər uzatmaq mümkündür) onun müsbət nəticələrinin üzərinə kölgə salsa da, unutmaq olmaz ki,
bugünkü müstəqil Azərbaycan Respublikası məhz Rusiyanın tərkibində olan Şimali Azərbaycanın varisidir.
Mövzuya dair suallar:
1.
XIX əsrin əvvəllərində beynəlxalq şəraitin mürəkkəbləşməsi
2.
Çar Rusiyasınnı Azərbaycan torpaqlarının işğalına diplomatik-siyasi hazırlığı
3.
Cənubi Qafqazın Rusiyaya ilhaqının başlanması və problemlə Qərb dövlətlərinin (İngiltərə və Fransa)
münasibəti
4.
Şimali Azərbaycanın işğalının
I mərhələsi
5.
Cənubi Qafqaz uğrunda Rusiya-İran və Rusiya-Türkiyə müharibələri
6.
Çarizmin Azərbaycanda müstəmləkə və dini ayrı-seçkilik siyasəti
7.
Şimali Azərbaycanın işğalının II mərhələsi və beynəlxalq nəticələri
8.
Gülüstan və Türkmənçay müqavilələri
Ədəbiyyat:
1.
Məmmədov S. Azərbaycan tarixi. Dərslik, B., 2004
2.
Azərbaycan tarixi üzrə qaynaqlar. B., 1989
3.
Sadıqov H. XIX əsrin əvvəllərində Rusiyanın xarici siyasətində Qafqaz problemi // Azərbaycan EA-nın
xəbərləri, tarix, fəlsəfə və hüquq seriyası, 1990, №3, s. 28-35
4.
Cənubi Azərbaycan tarixinin oçerkləri (1828-1917).
5.
Azərbaycan tarixinin çağdaş problemləri toplusu. B., 2000
6.
Şükürov K. Azərbaycanın bölüşdürülməsi // Kitablar aləmində, 1990, №3
7.
Babayev A. Rusiyaya qovuşmaq ərəfəsində. B., 1988
8.
Şükürov K. Azərbaycan tarixi.
II hissə, B. 1998
112
XX Mövzu
Krım müharibəsi ərəfəsi və dövründə beynəlxalq münasibətlər
Avropa dövlətləri arasında həmrəyliyin pozulmasında mühüm əhəmiyyətə malik 1848-1849-cu illər
inqilabları Vyana sisteminin çökməsində də böyük rol oynadı. əsrin ortalarında Avropanın yaşadığı ictimai-
siyasi sarsıntılar dövlətləarası münasibətlərdə «real siyasət» adını almış strateji xəttin meydana
gəlməsinişərtləndirdi. Vyana sisteminə sonuncu zərbə isə 1853-1856-cı illər Krım müharibəsi oldu. Onun
başlanmasında Fransa, Rusiya və Ingiltərə ilə yanaşı Avstriya və Prusisiya da maraqlı idilər və hər biri konkret
məqsədlərə malik idilər.
Avropa dövlətləri «real siyasət» kursuna birdən-birə keçmədilər. əsrin ortaları üçün kontinentdə yeni
geosiyasi durum formalaşmaqda idi. Fransa onilliklər boyu davam edən müharibənin
nəticələrinin aradan
qaldırmış, III Napoleon hakimiyyətə gəlmiş (1853-1870) və II imperiya qurulmuşdu. Fransanın başlıca məqsədi
Vyana sisteminin buxovlarından qurtulmaq idi ki, Macarıstanda baş vermiş 1848-1849-cu il hadisələri bunun
üçün əlverişli imkan yaratmışdı. Avstriya impetorunun xahişi ilə I Nikolay rus qoçunlarının Macarıstanda baş
verən inqilabi çıxışların yatırılmasında iştirakına göstəriş vermiş, macar inqilabı boğulduqdan sonra inqilabi
çıxışlarda iştirak edənlərin bir qismi Türkiyədə sığınacaq tapmışdılar.
Yaranmış şəraitdə Rusiyanın əlinə Qara dəniz boğazlarına müdaxilə etmək
üçün fürsət düşmüşdü və III
Napoleon bundan istifadə edərək Müqəddəs İttifaqın parçalanması üçün müxtəlif üsullara əl atdı. I Nikolay
Türkiyədən inadla macar inqilabçılarının geri qaytarılmasını tələb edir, sultan isə bundan qəti olaraq imtina
edirdi. Məhz bu zəmində «Şərq məsələsi»yenidən kəskinləşməyə başladı ki, bu da müharibəyə gətirib çıxardı.
Şərq məsələsinin kökləri tarixin dərinliklərindədir, konseptual əsaları isə rus çarı I Pyotrun
«Vəsiyyətnaməsinə» əsasən qoyulmuşdur. Avropa dövlətləri bu məsələdən istifadə etməklə aşağıdakı məqsədlri
reallaşdırmağa çalışırdılar:
- Türkiyənin Avropa qitəsində yerləşən torpaqlarının onun əlindən alınması.
- Qüds və Vifleym şəhərindəki xristian müqəddəslərin qəbrlərinin müsəlmanların
hakimiyyətindən azad
edilməsi.
Şərq böhranının qızışdırılmasında iki dövlət xüsusilə maraqlı idi: Fransa və Rusiya.
- Fransa onu iflic vəziyyətinə salmış Müqəddəs Ittifaqın dağıdılmasına çalışırdı.
- I Nikolay isə Qara dəniz boğazında Rusiyanın ağalığına nail olunmasını istəyirdi.
Avropa dövlətlərindən İngiltərə Qara dəniz boğazında qüdrətli Rusiyadansa, zəif Türkiyənin olmasına
üstünlük verirdi. Avstriya isə şərq böhranından Balkanlarda möhkəmlənmək üçün bir vasitə kimi istifidə etməyə
çalışırdı. K.Marks yazırdı ki, «Avropa müharibə tufanlarından, siyasi sarsıntılardan qurtaran kimi, ənənəvi
məsələ ilə qarşılaşır. Bu qurtarmaq bilməyən şərq məsələsidir».
I Nikolay Müqəddəs Ittifaqın meydana gəlməsindən sonra Avropada əminamanlığı qorumaq adı altında rus
qoşunlarının bir neçə dəfə Avropada görünməsinə nail olmuşdu və Rusiyaya “Avropanın jandarmi” adını
qazandırmışdı.
Artıq XIX əsrin ortaları üçün I Nikolayda belə bir fikir yaranmışdı ki, Türkiyə «xəstə adam» timsalıdadır və
tezliklə «öləcəkdir». Buna görə də, Türkiyə imperiyasının ərazisini bölüşdürmək və Qara dəniz planını
reallaşdırmaq olar. Halbuki bu dövrdə beynəlxalq şərait kəskin şəkildə Rusiyanın əleyhinə idi.
Avropa dövlətlərinin hamısı Rusiyanın cahangirliyindən bezmişdi və ona qarşı çıxış etmək
üçün fürsət
axtarırdı. Belə fürsəti isə rəqiblərinə I Nikolay özü verdi. 1853-cü il yanvarın 9-da ingilis diplomatik korpusu
Çar sarayında olarkən I Nikolay İngiltərənin Rusiyadakı səfiri Seymur Hamiltona yaxınlaşaraq Türkiyənin
gələcəyinə İngiltərənin münasibətinin necə olacağı fikrini öyrənmək istədiyini bildirdi. Səfir Rusiyanın
mövqeyini İngiltərə hökumətinə çatdırmağa söz verdi. Bir aydan sonra, fevralın 9-da İngiltərənin stats katibi
Con Rosselin imzası ilə Rusiyanın mövqeyinə İngiltərənin kəskin mənfi münsibətini bildirən cavab gəldi.
Fransa və Avstriya da analoji mövqe nümayiş etdirdilər.
Artıq bu dövr üçün Rusiyanın Xarici İşlər naziri Nesselrode I Nikolayı inandırmışdı ki,
Türkiyə Avropa
dövlətlərinin gözündən düşmüşdür. Rusiyanın Fransadakı səfiri Kiselyov, İngiltərədəki səfiri Brunnov və
Avstryadakı səfiri Meyndorf I Nikolayı arxayınlaşdırmışdılar ki, Rusiya Türkiyəyə müdaxilə edəcəyi təqdirdə
Avropa diplomatiyasının dəstəyini qazanacaqdır. Çar elə hesab edirdi ki, 1848-49-cu il inqilabından sonra
Avstiya Rusiyaya müttəfiq olmaq üçün onun tərəfindən çıxış edəcəkdir. Fransa isə 1852-ci il dövlət
çevrilişindən sonra özünə gəlməyib, buna görə də Avropada hamı Rusiyanın tərəfində duracaq.
Çar bununla
olduqca ciddi siyasi səhvə yol verirdi. Çünki Fransa keçmiş müttəfiqlərin arasını vurmaq üçün belə fürsəti
çoxdan gözləyirdi.
Xaricdəki rus diplomatlarından yalnız A.Qorçakov əvvəlcə Vyanadan, sonra isə Alman knyazlarından I
Nikolayın adına göndərdiyi təqdimatda göstərirdi ki, Avropadakı beynəlxalq şərait Rusiyanın əleyhinə
çevrilmişdir. Avstriya Rusiyanın hegemonluğundan çıxmaq üçün fürsət axtarır. III Napoleon isə «Avropa
konsertini» dağıtmaq üçün bəhanə gəzir. Təsadüfü deyildi ki, Fransa Avropa dövlətlərindən ilkini kimi, 1853-cü
ildə hələ 1740-cı ildə imzalanmış Fransa-Türkiyə müqaviləsinin şərtlərini bərpa etməyə müvəffəq olmuşdu.