A zərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında



Yüklə 284,06 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix21.06.2018
ölçüsü284,06 Kb.
#50494
1   2   3   4   5   6

15 mart 2014-ъц ил

http://www.amu.edu.az

5

Universitetin Mülki Müdafiə 



Qərargahının 

təşkilatçılığı 

ilə  Mülki  Müdafiə  Tibb  xid-

mətinin Təşkili Kursunda hər bi-

ləşdirilmiş  Mülki  Müdafiə  qüv-

vələrinin  komandir-rəis  heyəti-

nin  tələbələrlə  birlikdə  nəzəri 

tədbiri keçirilmişdir.

1 mart – Ümumdünya 

Mülki Müdafiə Gününün 

mövzusu “Mülki Müdafiə və 

təhlükəsiz cəmiyyət üçün 

fövqəladə halların qarşısının 

alınması mədəniyyəti” seçilmişdir.

Tədbiri açan Qərargah rəisi 

Firdovsi Məmmədov ilk öncə 

Xocalı soyqırımı qurbanlarının 

xatirəsinin anılmasını təklif 

etmişdir.

Anımdan 

sonra MMTX 

təşkili 

kursunun 

müdiri – 

hərbiləşdirilmiş MM qüvvələrinin 

ümumi komandiri Aqil 

Musayev çıxış edərək “1 mart 

– Ümumdünya Mülki Müdafiə 

Günüdür”, “Azərbaycan 

Respublikasının Mülki Müdafiə 

sistemi”, “Təhlükəsiz cəmiyyət 

üçün fövqəladə halların qarşısının 

alınması mədəniyyəti” 

mövzularında 

məruzələr etmişdir. 

Məruzəçinin çıxışında 

Beynəlxalq Mülki 

Müdafiə Təşkilatının 

yaranma tarixi və 

fəaliyyəti istiqamətləri, 

1 mart – Ümumdünya 

Mülki Müdafiə 

Günü və onun qeyd 

edilməsinin məqsədi, Azərbaycan 

Respublikasının Beynəlxalq Mülki 

Müdafiə Təşkilatına üzvlüyü, 

Azərbaycan Respublikasının 

Mülki Müdafiə sistemi, eləcə 

də mülki müdafiə təbliğatı və 

əhalinin fəlakət riskinin qarşısının 

alınmasına hazırlanması barədə 

ətraflı məlumatlar verilmişdir.

Çıxışdan sonra 

hərbiləşdirilməmiş 

yanğınsöndürən dəstəsi ilk 

yanğın söndürmə vasitəsi olan 

balonlardan istifadə qaydasını 

mənimsəmişlər.

                                                           

Fəridə MİrzəYEVA,

MMQ-nin məsul katibi

1 MART ÜMUMDÜNYA MÜDAFİƏ GÜNÜDÜR

m

 



Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan 

məlumdur.  «Min  dərd  varsa,  min  bir  də  dərmanı  var»  deyən 

ulularımız  öz  azar-bezarlarını  bitkilərdən  hazırladıqları  dərmanlarla 

müalicə  ediblər.  Həmin  müalicə  üsulları  zamanın  sınağından  uğurla 

çıxıb  və  bugünkü  elmi-texniki  tərəqqi  əsrində  də  öz  əhəmiyyətini 

itirməyib.  Hətta  bir  vaxt  xalq  təbabətinə  -  türkəçarəyə  qısqanclıqla 

yanaşan elmi təbabət də bu gün onun əhəmiyyətini etiraf edir. Qeyd 

etmək  lazımdır  ki,  bitkilərdən  hazırlanan  dərmanlar  heç  vaxt  fəsad 

törətmir.  Bitkilərin  müalicəvi  xüsusiyyətlərini  nəzərə  alıb  onlardan 

müxtəlif xəstəliklər zamanı istifadə edilməsi barədə məlumat veririk.

İtburnu.

  Bu  bitkiyə  dərgil 

də  deyirlər.  Respublikamızın 

ərazisində  geniş  yayılıb.  Tibb 

elmləri  doktoru,  əməkdar  elm 

xadimi  Dursun  Hüseynov  bu  bit-

ki  barədə  yazır  ki,  onun  tərkibi 

vitaminlərlə,  şəkərlərlə,  mik-

roelementlərlə  olduqca  zən-

gindir.  Bitki  aləmində  yayılmış 

vitaminlərin hamısı, xüsusilə C vi-

tamini (oskorbin turşusu) dərgilin tərkibində lap çoxdur. Odur ki , onu 

“təbii  vitamin”  kompleksi  adlandırırlar.  Elə  tərkibində  olan  qiymətli 

maddələrin  zənginliyinə  və  bir  sıra  müalicəvi  xüsusiyyətlərinə 

görə  ondan  xalq  təbabətində  geniş  istifadə  olunur.  Belə  ki,  onun 

meyvələrinin çayından, şirəsindən qara ciyər və böyrək xəstəliklərinin 

müalicəsində istifadə edilir. Bu bitkidən elmi təbabətdə də istifadə 

olunur.  Elmi  təbabətdə  itburnu  bitkisinin  mayasından  xolosas  adlı 

preparat hazırlanır. Bu preparat ödqovucu xassəyə malikdir. Həmin 

preparat avitaminoz xəstəliyi zamanı da işlədilir. 



Moruq. 

Ölkəmizin  ərazisində  ge-

niş  yayılıb.  Əsasən  15  növü  bitir.  Moru-

ğun  kimyəvi  tərkibi  növündən,  becərmə 

şəraitindən  asılı  olaraq  müxtəlifdir. 

Meyvələrinin  tərkibində  C,  B,  E  vitamini, 

karotin, şəkərlər, üzvü turşular, efir yağları 

və bir sıra aktiv maddələr vardır. Ona görə 

də böyük müalicəvi xüsusiyyətə malikdir. 

Bu baxımdan da xalq təbabətində ondan 

geniş istifadə ediblər. Soyuqdəymə zama-

nı əmələ gələn xəstəliklərdə onun qurudulmuş meyvələrinin çayın-

dan, eləcə də moruğun mürəbbəsindən istifadə olunur. Çünki onun 

tərkibi insan orqanizminə lazım olan maddələrlə zəngindir. 



Qarğıdalı.

 Ölkəmizin ərazisində ge-

niş  yayılmış  bu  bitkinin  özünəməxsus 

xüsusiyyətləri  var.  Olduqca  faydalıdır. 

Böyrək və qara ciyər xəstəlikləri zama-

nı ondan istifadə edirlər. Belə ki, həmin 

xəstəliklərə  mübtəla  olduqda  bitkinin 

saçaqlarını  çay  kimi  dəmləyib  gündə 

bir  neçə  dəfə  içmək  məsləhətdir. 

Saçaqlarının  tərkibində  efir  yağı, 

saponinlər, K vitamini və sair maddələr var. Qarğıdalı saçağından 

hazırlanmış dərmanlar elmi təbabətdə də işlədilir. Belə ki, onun sa-

çaqlarından  duru  ekstrakt  hazırlanır  və  ondan  qan  kəsici  dərman 

kimi istifadə olunur.



Göy  noxud.

  Azərbaycanda  iki 

növü  yayılıb.  Bu  bitkinin  zoğu,  yar-

paqlarının  yaşıl  hissəsi,  toxumları 

müalicəvi  əhəmiyyətli  maddələrlə 

zəngindir.  Əczaçılıq  elmləri  doktoru, 

professor  İsrafil  Dəmirov  qeyd  edir 

ki, xalq təbabətində onun toxumlarını 

qurudulmuş buğda dənəsi, qoz ləpəsi, 

azca qara istiot, hil, zəncəfil və sarıköklə bir yerdə həvəngdəstədə 

əzir,  sonra  üzərinə  bal  əlavə  edirlər.  Alınan  maddə  bir  gün  həmin 

vəziyyətdə saxlanılır. Sonra isə qarışıqdan çay qaşığı ilə gündə üç 

dəfə revmatizm xəstəliyinə tutulanlara yedizdirirlər.

Noxuddan  qadın  xəstəliklərində  iltihaba  qarşı  istifadə  edilir.  Bu-

nun üçün onu odda qovururlar. Sonra həvəngdəstədə əzirlər. Alınan 

maddənin üzərinə qara istiot və hil tozu töküb qarışdırırlar. Bundan 

sonra  həmin  maddəyə  ətçəkən  maşından  keçirilmiş  kişmiş  əlavə 

edir,  təzədən  qarışdırıb  kütlə  halına  salırlar.  Alınmış  kütlədən  həb 

hazırlayırlar. Həmin həblər elə noxud boyda olur.

Xalq  təbabətində  qüvvətverici,  əsəb  sisteminin  tonusunu  artırıcı 

vasitə kimi də işlədilir. Bunun üçün noxud ununun balla hazırlanmış 

halvasından istifadə edilir. Ona noxud halvası da deyilir. Göy noxu-

dun zoğlarından alınan şirədən zədələnmələrdə qankəsici kimi də 

istifadə olunur.  



Hazırladı:   Arif HÜsEYnOV

Dövlət  və  cəmiyyətin  əsas 

problemlərindən  biri  də  sülh  və 

ya hərbi dövrdə əhalinin yaşaması 

və 

fəaliyyətinin 

təhlükəsizlik 

təminatının  yaradılmasıdır.  Bu 

məqsədlə fövqəladə halların idarə 

olunması üzrə xüsusi nazirlik, eləcə 

də  digər  güc  nazirlikləri  yaradılır, 

bu məsələlərin həlli həmçinin yerli 

icraedici və idarəetmə orqanlarına 

tapşırılır.

Mülki  Müdafiə  sahəsində  bütün 

münasibətləri  AR-sı  Milli  Məclisinin 

1997-ci  ildə  qəbul  etdiyi  “Mülki 

Müdafiə  “Mülki  Müdafiə  Haqqın-

da  Qanun”  tənzimləyir.  Bu  qanun 

ulu  öndər  Heydər  Əliyevin  müvafiq 

sərəncamı ilə 1 yanvar 1998-ci ildən 

qüvvədədir.  Çünki  Azərbaycan  hü-

quqi  dövlətdir.  Bu  sahədə  dövlətin 

siyasətini  ardıcıl  surətdə  həyata 

keçirmək  üçün  Azərbaycan  Res-

publikasının Prezidenti İlham Əliyev 

cənablarının 16 dekabr 2005-ci il ta-

rixli sərəncamı ilə Fövqəladə Hallar 

Nazirliyi  yaradılmışdır.  Yaradıldığı 

qısa müddət ərzində Fövqəladə Hal-

lar Nazirliyi bu sahədə xeyli iş gör-

müş, qabaqcıl dövlət və beynəlxalq 

təşkilatlarla  hərtərəfli  əməkdaşlıq 

qurmuşdur.

Digər  ali  məktəblərdən  fərqli 

olaraq  ATU-nun  tələbələri  FH-da 

tibbi  xidmətin  təşkili  ilə  bərabər 

ümumi  məsələləri  də  öyrənməlidir. 

Azərbaycan  Respublikası  1993-

cü  ildən  Beynəlxalq  Mülki  Müdafiə 

Təşkilatının  tam  hüquqlu  üzvüdür 

və bütün beynəlxalq konvensiyaların 

tələblərini yerinə yetirir. 



Fövqəladə hal qüvvələrinin əsas 

məqsədi aşağıdakılardır:

-  Özünü  idarəetmə  orqanlarının 

qüvvə  və  vasitələrinin  hər  zaman 

fövqəladə halların qarşısının alın-

ması  və  nəticələrinin  ləğv  olun-

masına  yönəldilmiş  fəaliyyətə 

hazır olması;

- Əhalinin fövqəladə hal zamanı 

hərəkətə hazırlığı;

-  Fövqəladə hallardan zərər cək-

miş əhalinin social müdafiəsi üzrə 

tədbirlərin görülməsi və hümanitar 

aksiyaların  keçirilməsi,  tibbi 

biliklərin təbliği;

-  Əhali  arasında  özü-özünə 

və  yoldaşına  qarşılıqlı  ilk  tibbi 

yardımın göstərilməsi;

-  Ərzaq  və  su  ehtiyatlarına 

sanitar nəzarətin təşkili, yoluxucu 

xəstəliklərin  profilaktikası,  küt-

ləvi  peyvənd  kampaniyasının 

təşkili;

-  İlk  tibbi  yardım  göstərilmiş 

şəxslərin qeydiyyatı və ocaqlardan 

tibbi təxliyyəsinin təşkili;

-  Əhaliyə  növbəti  mərhələdə 

ilk  həkim,  təkmilləşdirilmiş  və 

ixtisaslaşdırılmış  tibbi  yardımın 

təşkili;

-  Ocaqda  yaranmış  psixoemo-

sional  gərginliyin  aradan  qal-

dırılması  üçün  profilaktik  təd-

birlər;

-  Ocaqlarda  yoluxucu  və  ya 

ruhi  xəstə  aşkar  olunarsa  təcrid 

olunmalı;

-  Travmanın  ağırlıq  dərəcəsi  və 

əmək  qabiliyyətinin  itirilməsinin 

qiymətləndirilməsi;

-  Ocaqlarda  ölümün  səbəbinin 

aydınlaşdırılması  məqsədi  ilə 

məhkəmə 

tibbi 

ekspertizanın 

təşkili;

-  Əhalinin  fövqəladə  hal lar -

dan  qorunması  sahəsində,  eləcə 

də  onların  nəticələrinin  ləğ-

vində  bilavasitə  iştirak  edən 

şəxslərin  hüquq  və  vəzifələrinin 

reallaşdırılması;

-  Tibbi  xidmətin  mülki  mü-

da  fiənin  digər  xidmətləri  ilə 

əlaqəsinin təşkili;

- Tibbi yardımın göstərilməsinin 

təbliğində  kütləvi  informasiya 

vasitələrindən istifadə etməli.

Mülki  Müdafiə  sahəsində  əsas 

məqsədlər  aşağıdakı  problemləri 

əhatə edir:

-  Əhalinin  hərbi  əməliyyatların 

aparılması  və  ya  bu  əməliyyatlar 

nəticəsində yaranan təhlükələrdən 

müdafiə olunmasının öyrədilməsi;

-  Əhalinin  hərbi  əməliyyat  və 

təbii  fəlakət  nəticəsində  yaranmış 

təhlükələr haqda xəbərdar edilməsi, 

təxliyyəsinin təşkili;

-  Maddi  və  mədəni  sərvətlərin 

təhlükəsiz rayonlara təxliyyəsi;

- Əhaliyə sığınacaqların və fərdi 

mühafizə vasitələrinin verilməsi;

- Hərbi əməliyyat və təbii fəlakət 

nəticəsində  əhali  üçün  yaranan 

təhlükə  zamanı  qəza  xilasetmə 

işlərinin aparılması;

-  Mülki  Müdafiə  qüvvə  və 

vasitələrinin  daim  hazırlığının 

təmin edilməsi.

Qeyd etmək lazımdır ki, hər han-

sı  bir  fövqəladə  hal  yarandıqda 

vətəndaşlar  əhalinin  və  ərazilərin 

qorunması sahəsində qanunlara və 

digər  hüquqi  normativ  aktlara  cid-

di  riayət  etməli,  məişətdə,  gündəlik 

əmək  fəaliyyətlərində  təhlükəsizliyi 

gözləməli,  istehsalatda  texnolo-

ji  intizamın,  ekoloji  təhlükəsizlik 

tə ləb lərinin 

pozulmasına 

yol 

verməməlidirlər.



Hər  bir  vətəndaş  əhalinin  və 

ərazinin  müdafiəsi,  zərərcəkənlərə 

ilkin tibbi yardımın göstərilməsi, fərdi 

və  kollektiv  mühafizə  vasitələrinin 

istifadəsi  üsullarını  mükəmməl 

bilməli,  fövqəladə  hal  zamanı 

müəyyən  edilmiş  davranış  qayda-

larına  əməl  etməli,  lazım  gəldikdə 

qəza xilasetmə tədbirlərində yardım 

göstərməlidir.

Qəza  xilasetmə  və  digər  təxirə-

salınmaz  işlərin  həyata  keçirilməsi 

məq sədi  ilə  ştatdankənar  qəza  xi-

lasetmə dəstələri yaradılır və buraya 

18 yaşından 60 yaşınadək kişilər və 

55 yaşınadək qadınlar qəbul edilir.



Dostu QAFArOVA,

Mülki Müdafiə Tibb 

Xidmətinin Təşkili kursunun 

müəllimi

MÜLKİ MÜDAFİƏ İŞİNİN QURULMASI

MÜLKİ MÜDAFİƏ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR

Dərman bitkiləri


Yüklə 284,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə