Aaf9aztitul1-7



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə64/72
tarix11.01.2018
ölçüsü3,99 Kb.
#20349
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   72

 
 

193 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

 
 
 
 
 
1.  Elektronun  kütləsi 
,
·
,  protonun  kütləsi  isə 
,
·
-dır.  Bu 
kəmiyyətləri atom kütlə vahidi (a.k.v) ilə ifadə edin. 
2. Nüvənin protonları arasındakı məsafə 1fm-dir. İki proton arasındakı Kulon qarşılıqlı 
təsir qüvvəsini hesablayın. 
3. Radonun yarımçevrilmə periodu 3,8 gündür. Radonun kütləsi neçə gündən sonra 4 dəfə 
azalar? 
4. Radiumun yarımçevrilmə periodu 1600 ildir. Bu maddədə 3200 ildən və 4800 ildən 
sonra radioaktiv nüvələrin hansı hissəsi çevrilməz qalar? 
5.  Zərrəciklər  sisteminin  kütləsinin  25  atom  kütlə  vahidi  qədər  dəyişməsi  onun 
enerjisinin nə qədər dəyişməsi deməkdir (hesablamanı 0,0001 dəqiqliklə aparın)? 
6. 
 elementi 3
 və 2 çevrilmələrinə məruz qaldı. Yeni yaranan Y elementində yük 
və kütlə ədədini təyin edin. 
 
 
 
 N
ÜVƏNİN RABİTƏ ENERJİSİ. KÜTLƏ DEFEKTİ 
 
 
 
 
 
 
Çalışma
 
4.4
4.10 
 Atom nüvəsi hansı zərrəciklərdən ibarət əlaqəli fiziki sistemdir? 
 Yəqin ki, nüvənin kütləsi onu təşkil edən zərrəciklərin kütlələri 
cəminə bərabərdir; bəs siz necə düşünürsünüz: bu belədirmi? 
Bilirsiniz ki, atom 
nüvəsi əlaqəli 
fiziki sistemdir. 
 
“Nüvənin” kütləsini təyin edək.
Təchizat: atom modeli konstruksiyasından 
kürəciklər (8 ədəd qırmızı, 10 ədəd ağ 
rəngdə), tərəzi, çəki daşları, sellofan torba.  
İşin gedişi:  
1. İş vərəqinə 4.2 cədvəlini köçürün. 
Cədvəl 4.2. 
Qırmızı rəngli kürəciklərin küt-
ləsi –“neytronun” kütləsi, (kq) 
Ağ rəngli kürəciklərin kütləsi – 
“protonun” kütləsi, (kq) 
Qırmızı və ağ rəngli kürə-
ciklərin birlikdə kütləsi –
“nüvənin” kütləsi, (kq) 
 
 
 
2. Qırmızı rəngli kürəcikləri tərəzidə çəkib nəticəni cədvəldə qeyd edin – bu, “neytronların” 
kütləsi olacaq.  
3.  Ağ  rəngli  kürəcikləri  tərəzidə  çəkib  nəticəni  cədvəldə  qeyd  edin  –  bu,  “protonların” 
kütləsi olacaq.  
4. Bütün kürəcikləri sellofan torbaya töküb kütlələrini ölçün və aldığınız ifadəni cədvəldə 
qeyd edin – bu isə “nüvənin” kütləsi olacaqdır. 
Nəticəni müzakirə edin: 
 “Nüvənin” kütləsi ilə onu təşkil edən “proton” və “neytronların” kütlələri cəmi arasında 
hansı münasibət aşkar etdiniz? 
 Ola bilərmi ki, nüvənin kütləsi onu təşkil edən proton və neytronların kütlələri cəmindən 
kiçik olsun? Nə üçün?
 
Araşdırma
1


 
 
194 
 
Aparılan çoxsaylı eksperimentlərdən qeyri-adi fakt aşkar edilmişdir: nüvənin kütləsi 
onu təşkil edən nuklonların (proton və neytronların) kütlələri cəmindən həmişə kiçikdir.  

Bu o deməkdir ki, nuklonların kütlələri cəmi ilə həmin nuklonlardan ibarət nüvə-
nin kütləsi arasında fərq – kütlə defekti mövcuddur: 

.        (1) 
Burada M
N
  – nüvənin kütləsi, Z və N – uyğun olaraq nüvədəki proton və ney-
tronların sayı, m
p
 – protonun kütləsi, m
n
 – neytronun kütləsi, 
m – kütlə defektidir. 
Nuklonlar nüvəni əmələ gətirdikdə nüvənin kütləsi nə üçün kütlə defekti qə-
dər azalır?  
Nuklonlar sistemindən nüvə əmələ gələn zaman kütlənin azalması bu sistemin 
enerjisinin rabitə enerjisi (
) qədər azalması deməkdir. 

 Rabitə enerjisi – nüvəni sərbəst nuklonlara ayırmaq üçün lazım olan minimum 
enerjidir. 
Nüvənin rabitə enerjisini hesablamaq üçün A.Eynşteynin kütlə ilə enerji arasın-
dakı əlaqə düsturundan istifadə edilir: 


 
və ya 
·
.         (2) 
Müxtəlif  kimyəvi  elementlərin  nüvələrinin  rabitə  enerjisini  hesablamaq  üçün 
proton  və  nüvə  kütlələrinin  əvəzinə  uyğun  olaraq  hidrogen  atomunun  kütləsinin 
(
)  və  kimyəvi  elementin  atom  kütləsinin  (
)  qiymətindən  istifadə  etmək 
əlverişlidir. Bu halda (2) ifadəsini belə də yazmaq olar: 
·
.         (3) 
1 a.k.v -ə uyğun gələn enerjinin 931,5 MeV olduğunu nəzərə alsaq, (3) ifadəsini 
aşağıdakı kimi də yazmaq olar: 
· 931,5 
.   (4) 
Bəzi zərrəciklərin və kimyəvi elementlərin atomlarının kütlələri cədvəl 4.3-də verilmişdir. 
Cədvəl 4.3. 
Zərrəcik və kimyəvi 
element 
Kütləsi 
Kimyəvi element 
Kütləsi 
a.k.v. 
a.k.v. 
Elektron (

0,0005486 
Litium  (

6,941 
Proton ( ) 
1,0072765 
Karbon (

12,0 
Neytron ( ) 
1,008665 
Karbon (

13,003354 
Hidrogen (

1,007825 
Uran (

235,04418 
Deyterium (

2,014102 
Uran (

238,05113 
Tritium (

3,016062 
Neptunium (

239,05320 
Helium (

4,002603 
Plutonium (

239,05242 
Helium (

3,016042 
 
 
Nüvələrin dayanıqlığı xüsusi rabitə enerjisi adlanan kəmiyyətlə xarakterizə olunur.   
 Xüsusi rabitə enerjisi – nüvənin bir nuklonuna düşən rabitə enerjisidir. 

.
 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə