Aaf9aztitul1-7



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə67/72
tarix11.01.2018
ölçüsü3,99 Kb.
#20349
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   72

 
 

201 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

 
  
Z
ƏNCİRVARI NÜVƏ REAKSİYASI. ATOM BOMBASI  
 
 
 
 
 
4.13 
 Bu şəhərlərə atılan cəmi iki atom 
bombasının partlayışı nəticəsində 
ümumilikdə nə qədər insan məhv 
edilmişdir? 
 İnsanları yandırıb külə döndərən, 
binaları dağıdıb şəhəri məzarlığa 
çevirən belə “fövqəladə güc” 4t 
kütləyə malik atom bombasında 
nədən yaranmışdır?  
XX  əsrin  əvvəllərində  ağır  kimyəvi  ele-
mentlərin  nüvələrinin  bölünməsi  prose-
sinin  tədqiqi  yeni-yeni  ixtiralara  yol  açdı. 
Təəssüf ki, ilk belə ixtiralardan biri insan-
lığa  qarşı  yönələn  kütləvi  qırğın    silahı  – 
atom  bombası  hazırlanması  ilə  nəticə-
ləndi.  Yəqin  ki,  Yaponiyanın  Xirosima  və 
Naqasaki  şəhərlərində  törədilən  atom 
faciəsi haqqında eşitmisiniz. 
 
İlk 30 saniyə müddətində şəhər 
əhalisinin 30%-i həlak oldu! 
 
Məsələ
1945-ci il avqustun 6-da 
ABŞ hərbçiləri Yaponiyanın Xiro-
sima şəhərinə atom bombası at-
dılar.  
Bombanın partladığı episentrə 
yaxın sahədə ilk 30 saniyə müd-
dətində şəhər əhalisinin 30%-i 
yanıb külə döndü (
a
).  
Bir həftə keçdikdən sonra şəhər 
əhalisinin daha 28%-i radioaktiv 
şüalanmadan həlak oldu. Xirosima 
şəhərində atom bombasının part-
ladığı gün 260 000 insan yaşayırdı. 
Partlayışın ilk 30 saniyəsindən və 
bir həftədən sonra həlak olanların 
sayını təyin edin. 
Nəticəni müzakirə edin: 
  Atom  bombasının  partlaması  za-
manı  insanları  dərhal  yandıran 
belə  böyük  enerji  haradan  yara-
nır? 
 Sonrakı həftə həlak olanlar hansı 
şüalanmanın  öldürücü  təsirinə 
məruz qaldılar? 
 
Araşdırma
1
(a)


 
 
202 
 
Zəncirvarı nüvə reaksiyası. Uran nüvəsinin bölünmə reaksiyası zamanı yaranan 
yeni “nəsil” neytronların qarşısına başqa uran nüvələri çıxdıqda onların da bölünmə 
reaksiyaları  baş  verir.  Bu  reaksiyaların  hər  birindən  növbəti  “nəsil”  neytronlar 
yaranır  və  beləliklə,  ilkin  neytronların  təsiri  altında  uran  nüvəsinin  bölünməsinin 
uzun zənciri alınır (
a
)
 Zəncirvarı reaksiya – bölünən uran nüvələrinin sayının sel artımıdır
Zəncirvarı reaksiyada onu yaradan zərrəciklər həmin reaksiyanın məhsulu kimi 
yaranır. 
 
Zəncirvarı nüvə reaksiyasının baş verməsinin zəruri şərtləri. Zəncirvarı nüvə 
reaksiyasının mövcud olması üçün iki zəruri şərt ödənilməlidir: 
1. Zəncirvarı reaksiyası zamanı neytronların artma əmsalı vahidə bərabər və ya 
ondan böyük olmalıdır. 
 Hər hansı nəsildə olan neytronlar sayının ondan əvvəlki nəsil neytronlar sayına 
nisbəti neytronların artma əmsalı (k) adlanır: 
ə
ə

Deməli, zəncirvarı nüvə reaksiyasının getməsi üçün neytronların artma əmsalı                 


 1 olmalıdır. Əgər k > 1 olarsa, bölünmə yaradan neytronların sayı getdikcə artar 
və idarəedilməyən – partlayışa səbəb olan zəncirvarı nüvə reaksiyası baş verər. Əgər 
k < 1 olarsa, bölünmə yaradan neytronların sayı getdikcə azalar və reaksiya sönər. 
Əgər k = 1 olarsa, bölünmə yaradan neytronların sayı dəyişməz qalar və idarəolunan 
zəncirvarı nüvə reaksiyası baş verər.  
2. Uranın kütləsi müəyyən minimal miqdarda – böhran kütləsinə bərabər və ya 
ondan  böyük  olmalıdır.  Böhran  kütləsi  neytronların  uran  nüvələri  ilə  toqquşma 
(a) 


 
 

203 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

imkanı yaradır, zəncirvarı reaksiyanın baş verməsini təmin edir. Bu kütlədən kiçik 
olduqda  neytronlar  uran  nüvəsi  ilə  qarşılıqlı  təsirə  məruz  qalmayıb  ondan  kənar 
“uçub” keçir – zəncirvarı reaksiya baş vermir.
 
 Zəncirvarı nüvə reaksiyasının getməsi üçün tələb olunan ən kiçik uran kütləsi 
böhran kütlə adlanır.  
Böhran kütlə uran 
 izotopu üçün 48 kq, plutonium 
 izotopu üçünsə 10 kq-dır.  
Atom bombası. Atom bombasının partladılması zəncirvarı nüvə reaksiyası sayə-
sində baş tutur. Bu məqsədlə hər birinin kütləsi böhran kütləsindən cüzi kiçik olan 
iki  ağır  nüvə  maddəsindən  istifadə  edilir  (
b
):  birincisi,  uran-235  izotopundan 
hazırlanan metal kapsul, ikincisi, bu kapsulun daxilində yerləşdirilən plutonium-239 
maddəsi. Böhran kütlələri az olduğundan onların hər birində ayrı-ayrılıqda zəncir-
varı reaksiya getmir. Lakin bomba-
nın daxilində yaradılan kiçik partla-
yış bu iki maddəni birləşdirir, sürətli 
idarəolunmaz  zəncirvarı  reaksiya, 
nüvə  partlayışı  baş  verir.  Partlayış 
zamanı  temperatur  dərhal  milyon-
larla  dərəcəyə  yüksəlir,  uran  kap-
sulu və bütün maddələr bir anda bu-
xara çevrilir. Qaynar plazma sürətlə 
genişlənərək qarşısına çıxan hər şeyi 
yandırır və dağıdır.   
 
 
 
 
 
 
Yaradıcı tətbiqetmə 
 
Verilən məsələnin şərti və izahlı həlli ilə tanış olduqdan sonra onun həllini tamamlayın.
 
Məsələ. Atom bombası partladıqda 48 kq uran-235 izotopunun zəncirvarı reaksiyasından 
nə qədər enerji ayrılar?  
İzahlı həlli. Kütləsi 1 kq uran-235 izotopunun zəncirvarı reaksiyasından nə qədər enerji 
ayrıldığını hesablayaq. 
 Uran üçün xüsusi rabitə enerjisi 
7,6
, bölünən orta qrup nüvə qəlpələrinin 
xüsusi  rabitə  enerjisi 
ö . ü .
8,5
    təşkil  edir  (bax:  4.9    mövzusu).  Bu  enerjilər 
arasındakı fərq: 
8,5
7,6
0,9

Hər bölünmə prosesində 236 nuklon iştirak etdiyindən bir uran 
 nüvəsinin bölünmə-
sindən ayrılan enerjinin miqdarı:
 
0,9
· 236
200

Beləliklə, kütləsi 1 kq olan uran-235 izotopu 
N = 
, ·
2,6 · 10  sayda 
nüvədən ibarət olduğundan bu nüvələrin bölünməsindən ayrılan ümumi enerjinin miqdarı:  
200 · 2,6 · 10
5,2 · 10
8,3 · 10

Təyin edin: 48 kq uran-235 izotopunun zəncirvarı reaksiyasından nə qədər enerji ayrılar?
 
 
Araşdırma
2
(b) 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə