Aaf9aztitul1-7



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə69/72
tarix11.01.2018
ölçüsü3,99 Kb.
#20349
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   72

 
 

207 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

 
 
1. Radioaktiv şüalanma nə üçün insan və digər canlı orqanizmlər üçün təhlükəlidir?  
2. Hansı şüalanmadan qorunmaq çox çətindir? Nə üçün? 
3. Radioaktiv şüalanmadan necə qorunmaq olar? 
4. Şüalanmanın udulma dozası nə deməkdir və insan üçün hansı doza ölümcüldür? 
5. Şüalanmanın udulma dozasının miqdarını necə təyin etmək olar? 
 
 
 
 
 N
ÜVƏ REAKTORU  
 
 
 
 
 
 
Nüvə  enerjisindən  dinc  məqsədlərlə  istifadənin  başlıca  problemi  idarəolunan 
zəncirvari  nüvə  reaksiyasının  alınmasına  –  nüvə  enerjisinin  çox  qısa  müddətdə 
partlayış  şəklində  deyil,  əksinə,  uzun  müddət  kiçik  dozalarla  alınmasına  nail 
olmaqdır.  

 Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Radioaktiv şüalanmanın tərkibi ... 
2. Şüalanmanın udulma dozası – ... 
3. Şüalanmanın udulma dozasının təbii fonu – ...  
4. Dozimetr ... 
Nə öyrəndiniz 
Öyrəndiklərinizi yoxlayın
 
4.15 
 Zəncirvarı nüvə reaksiyası 
tənzimlənmədikdə nə baş verir? 
 Zəncirvarı nüvə reaksiyasını 
tənzimləyib onun enerjisini 
insanlara faydalı ola bilən istiqa-
mətlərə yönəltmək mümkün-
dürmü? Bunu necə etmək olar?  
Öyrəndiniz  ki,  zəncirvarı  reaksiyada  neytron 
udan  uran  nüvəsindən  2–3  yeni  nəsil  neytron 
atılır, kənara iki yeni nüvə qəlpəsi sıçrayır və 200 
MeV  enerji  ayrılır.  Yeni  nəsil  neytronlar  isə 
qarşılarına çıxan başqa uran nüvələri tərəfindən 
udulur:  yeni  nəsil  neytronlar,  nüvə  qəlpələri  və 
enerji ayrılması prosesləri sel artımı şəklini alır. 
 
Nüvə enerjisini dinc məqsədlərə yönəltmək olarmı?
Məsələ. 
Verilən natamam zəncirvarı 
nüvə reaksiyasını iş vərəqinə köçürün. 
Elementlərin dövri sistemi cədvəlindən 
istifadə etməklə nöqtələrin yerinə reak-
siyalarda yaranan uyğun nüvə qəlpə-
lərinin simvollarını yazın. 
Nəticəni müzakirə edin:  
 Bu zəncirvarı nüvə reaksiyasını necə 
tənzimləmək olar? 
 Zəncirvarı nüvə reaksiyası zamanı  ay-
rılan enerjini digər enerjilərə çevirmək 
olarmı? Fərziyyələrinizi söyləyin. 
 
 
Araşdırma
1
2
200
 
3
200
 
2
200
 
və s.
və s. 


 
 
208 
 
Bunun üçün elə etmək lazımdır ki, vahid zamanda bölünən nüvələrin sayı eyni 
olsun. Həmin prosesi həyata keçirmək məqsədilə tətbiq olunan qurğu nüvə reaktoru 
adlanır. 
 İdarəolunan zəncirvarı nüvə reaksiyası əldə etməyə və onu istənilən qədər sax-
lamağa imkan verən qurğu nüvə reaktoru adlanır. 
Nüvə reaktorunun əsas elementləri bunlardır:  
1) nüvə yanacağı (


 və s.) – o, xüsusi ampulalara doldurularaq 
reaktorun aktiv həcmində yerləşdirilir;  
2) neytron yavaşıdıcısı  (ağır və ya adi su, qrafit və s.) – o sürətli neytronları 
yavaşıdaraq onların nüvə yanacağı ilə qarşılıqlı təsirini təmin edir;  
3) istilik ötürücüsü (soyuq su və ya maye natrium) – nüvə reaksiyasından ayrılan 
istiliyi buxar generatoruna ötürür;  
4) tənzimləyici qurğu  (tərkibində kadmium və ya bor olan çubuqlar) – reaksiya 
prosesində neytronların artma əmsalını idarə edir:çubuqlar tamamilə aktiv həcmə daxil 
edildikdə neytronların artma əmsalı 

 1 olur. Əgər çubuqlar aktiv həcmdən tamamilə 
çıxarılarsa, 

 1 olur (bax:  mövzu 4.13). Radiasiyanın (
-şüalanma, neytronlar seli və 
s.) qarşısını almaq üçün reaktor xaricdən hermetik qoruyucu örtüklə əhatə olunur (
a
)
 
 
 
İlk nüvə reaktoru 1942-ci ildə ABŞ-da Enriko Ferminin rəhbərliyi altında hazır-
lanmışdır. Avropada ilk reaktoru keçmiş SSRİ-də 1946-cı ildə İqor Kurçatovun rəh-
bərlik etdiyi alimlər qrupu işə salmışdır. Bu qrupun üzvlərindən biri azərbaycanlı 
görkəmli radiokimyaçı alim Abbas Abbasəli oğlu Çayxorski olmuşdur. 
 
 
 
(a) 
 
Nüvə reaktorunun 
əsas elementləri 
• 
Keçmiş  Sovet  İttifaqında  adı  gizli 
saxlanılmış, uzun illər (1961–1989) 
nüvə  reaktorlarının  təhlükəsizliyi 
üzrə SSRİ Dövlət Komitəsinin sədri 
olmuşdur.  Kimyəvi  elementlərin 
yeni dövri sistemini yaratmışdır. 
Abbas Abbasəli oğlu Çayxorski  
(1917–2008) 
Keçmiş SSRİ EA-nın həqiqi üzvü


 
 

209 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

 
 
 
 
 
1. Nüvə reaktoru nədir və ondan hansı məqsədlərlə istifadə olunur?  
2. Nüvə reaktorunda neytronların artma əmsalı necə tənzimlənir? 
3. Nüvə reaktorunda enerji ayrılması nəyin hesabına baş verir? 
4. AES-in istilik elektrik stansiyaları ilə nə kimi oxşar və fərqli cəhətləri var?  
 
 
 
 
Yaradıcı tətbiqetmə 
 
Atom-elektrik stansiyasının işi nəyə əsaslanır?
Təchizat: atom-elektrik stansiyasının (AES) prinsipial sxemi.  
İşin gedişi: AES-in prinsipial sxemini diqqətlə nəzərdən keçirin (b) və onun iş prinsipini 
araşdırın. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nəticəni müzakirə edin:  
 AES-də ardıcıl olaraq hansı enerji çevrilmələri baş verir? 
 AES-in partlamaması üçün hansı şərt ödənilməlidir? 
 AES-də elektrik enerjisinin alınma texnologiyasını izah edin. 
 Nüvə reaktoru daha haralarda tətbiq olunur?
 
 
Araşdırma
2
• 
Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Nüvə reaktoru – ... 
2. Nüvə yanacağı – ... 
3. Tənzimləyici çubuqlar – ... 
4. İstilik ötürücüsü – ... 
5. Neytron yavaşıdıcısı – ... 
Nə öyrəndiniz 
Öyrəndiklərinizi yoxlayın
 
(b) 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə