Aaf9aztitul1-7



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə68/72
tarix11.01.2018
ölçüsü3,99 Kb.
#20349
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   72

 
 
204 
 
 
 
 
 
 
 
1. Hansı reaksiya zəncirvarı nüvə reaksiyası adlanır?  
2. Zəncirvarı nüvə reaksiyasının baş verməsi üçün zəruri şərtlər hansılardır? 
3. Atom bombasında hansı nüvə reaksiyası tətbiq edilir? 
4. Atom bombası ilk dəfə harada tətbiq olunmuş və  nə ilə nəticələnmişdir? 
 
 
 
 
 
 
1.  Hansı  qüvvələrin  hesabına  uran  nüvəsinin  bölünməsindən  alınan  nüvə  qəlpələri 
böyük sürətlə bir-birindən uzaqlaşır? 
2.  Zərrəciklə  toqquşması  nəticəsində uran nüvəsi  iki  qəlpəyə bölündü, bu  zaman 3 yeni 
neytron və 
-şüalanma baş verdi. Uran nüvəsi hansı zərrəciklə toqquşmuşdur? 
 
?
3

 
3. Hansı müddəa doğrudur? 
1 – Uran nüvəsinin bölünməsi zamanı iki yeni nüvə qəlpəsi yaranır. 
2 – Uran nüvəsinin bölünməsi zamanı külli miqdarda enerji ayrılır. 
3 – Uran nüvəsinin bölünməsi zamanı yeni nəsil neytronlar yaranır. 
4 – Uran nüvəsi protonların qarşılıqlı təsirindən asanlıqla bölünür. 
5 – Uran nüvəsi neytronların qarşılıqlı təsirindən asanlıqla bölünür. 
A) 1, 2, 3 və 4      
B) 1, 2, 3 və 5       
C) 1, 3, 5     
D) 1, 2, 3, 4 və 5    
E) 1, 2, 5  
 
4. Hansı reaksiya nüvənin zəncirvarı bölünmə reaksiyası kimi istifadə oluna bilər? Nə 
üçün? 
1 – 
İ
.       
2 – 
4  
3 – 
6  
 
5.  Atom  bombası  partladıqda  10  kq  plutonium  -239  izotopunun  zəncirvarı  reak-
siyasından nə qədər enerji ayrılar? 
 
 

 Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Zəncirvarı nüvə reaksiyası ... 
2. Neytronların artma əmsalı – ... 
3. Böhran kütlə – ... 
4. Atom bombası ... 
Nə öyrəndiniz 
Öyrəndiklərinizi yoxlayın
 
 
 
Çalışma
 
4.6


 
 

205 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

 
R
ADİOAKTİV ŞÜALANMANIN TƏSİRİ.  
ŞÜALANMANIN UDULMA DOZASI  
 
 
 
Radioaktiv şüalanma və onun tərkibi. Radioaktiv şüalanmanın təsiri müəyyən 
şəraitdə bütün canlı orqanizmlər üçün təhlükəli ola bilər. Bu təsirin xarakteri şüa-
lanmanın növündən və intensivliyindən asılıdır. Hətta nisbətən zəif şüalanma canlı 
toxumaların  normal  fəaliyyətini  poza  bilir.  Belə  ki,  nüvə  şüalanmasının  təsiri  ilə 
orqanizmin  toxumalarında  atomlardan  elektronlar  qoparaq  onların  ionlaşması  baş 
verir – toxuma həmin hissədən zədələnir. Nəticədə, canlı orqanizmin əsəb sisteminin 
fəaliyyəti, maddələr mübadiləsi, hüceyrələrin bölünmə prosesi, nəsil davametdirmə 
qabiliyyəti  pozulur.  Orqanizm  ölümlə  nəticələnən  ağ  qan  (eritrositlərin  sürətlə 
azalması), xərçəng və şüalanma xəstəliyinə tutulur.   
Radioaktiv şüalanma mürəkkəb tərkibə malikdir. O, 
 və -zərrəcikləri,   və rentgen 
şüalanması, proton, neytron, ağır elementlərin ionlarından ibarət ola bilər. 
-zərrəciklər adi kağız vərəqdən və insan dərisindən keçə bilmir. Lakin onun açıq 
yaradan,  qidadan  və nəfəs yolları ilə havadan  orqanizmə  düşməsi insan  üçün çox 
təhlükəlidir.  
-zərrəciklər böyük nüfuzetmə qabiliyyətinə malikdir: onlar insan dərisindən ke-
çib içərilərə doğru bir neçə santimetr nüfuz edə və toxumaları ciddi zədələyə bilir. 
Ən dərin nüfuzetmə qabiliyyətinə isə  
 və rentgen şüalanması, habelə neytronlar 
malikdir. Onların qarşısını çox qalındivarlı beton və ya qurğuşun örtük ala bilər. Ona 
görə də şüalanmanın bu tərkibi bütün canlılar üçün ən böyük təhlükədir. 
Şüalanmadan qorunmağın ən sadə yolu şüalanma mənbəyindən mümkün qədər 
uzaqda olmaqdır, çünki şüalanmanın intensivliyi mənbədən olan məsafənin kvad-
ratından tərs mütənasib asılıdır.  
Şüalanmanın  udulma  dozası.  Şüalanmanın  canlı  orqanizmlərə  təsiri  şüalan-
manın udulma dozası adlanan fiziki kəmiyyətlə xarakterizə olunur. 
  Şüalanmanın udulma dozası – cismin udduğu  şüalanma enerjisinin onun 
kütləsinə nisbəti ilə ölçülən fiziki kəmiyyətdir: 

Burada 
D  –  şüalanmanın  udulma  dozası,  E  –  udulan  şüalanmanın  enerjisi,                         
m – şüa udan cismin kütləsidir.  
 
 
4.14 
 Radioaktiv şüalanmanın 
tərkibi nədir? 
 Sinfinizdə, yaşadığınız evdə, 
dənizkənarı bulvarda, 
yediyimiz meyvə-tərəvəzdə 
radioaktiv şüalanma varmı? 
 Bütün radioaktiv şüalar insan 
üçün təhlükəlidirmi?  
6  avqust  2007-ci  ildə  “Xirosima  şəhidləri”  memo-
rialının  qranit  siyirməsində  nüvə  partlayışından 
sonra 260 000 nəfər şəhər əhalisindən sağ qalan 
cəmi  5221  nəfərin  siyahısı  yerləşdirilir.  Bu,  o  de-
məkdir ki, nüvə partlayışından sonra sağ qalan da-
ha  100 000  nəfər  insan  aldıqları  radioaktiv  şüa-
lanmanın  təsirindən  keçən  62  il  ərzində  tədricən 
həlak olmuşdur. 
 
 


 
 
206 
 
Şüalanmanın udulma dozasının BS-də vahidi qreydir (Qr). 
1
1

 1 Qr şüalanmanın elə dozasıdır ki, şüalanmaya məruz qalan cismin hər 1 kq 
kütləsi ionlaşdırıcı şüalanmadan 1C enerji udsun. 
Praktikada çox vaxt şüalanma dozası rentgenlə (R) ifadə olunur: 
1

 0,01 Qr. 
Günəş radiasiyası, kosmik şüalar, Yer qabığının və ətraf mühitin radiasiyası şüa-
lanmanın udulma dozasının təbii fonunu təşkil edir. O, ildə hər bir insan üçün 0,002 
Qr-dir. İnsanın çox qısa müddətdə aldığı 3–10 Qr şüalanma dozası onun üçün ölüm-
cül hesab olunur. 
Dozimetr.  Radioaktiv  şüalanma  haqqında  məlumat  almaq  üçün  onun  tərki-
bindəki zərrəcikləri və ya 
-şüalanmanı qeyd edən sayğacdan – detektordan istifadə 
olunur. Praktikada ən çox Heyger sayğacından – zərrəcikləri avtomatik sayan dozi-
metrdən istifadə olunur. Sayğac şüşə borudan ibarətdir. Borunun daxili divarı metal 
folqa ilə – katodla örtülmüşdür. Borunun oxu boyunca nazik naqil – anod keçiril-
mişdir (
a
).   
 
Anod və katod arasında yüksək gərginlik yaradılır. Boru kiçik təzyiqə malik neon 
və ya arqon qazı ilə doldurulur. Radioaktiv şüalanmanın tərkibində olan yüklü zər-
rəciklər  balona  daxıl  olduqda  oradakı  qazı  ionlaşdırır:  elektronlar  anoda,  müsbət 
ionlar isə katoda doğru istiqamətlənir. Sayğacdan keçən cərəyan şiddəti kəskin artır 
və rəqəmsal qurğu tərəfindən qeyd edilir (bax: 
a
). 
 
 
 
(a) 
 
 
Yaradıcı tətbiqetmə 
 
Məsələ. 
Nüvə  tədqiqatları  laboratoriyasında  işləyən  alimin  1  saatda  udduğu  şüalanma 
dozasının orta qiyməti 
14 mkQr
-dir. Alim gündə 6 saat işləyirsə, ilboyu 260 iş günündə 
aldığı  şüalanma  onun  üçün  nə  dərəcədə  təhlükəlidir?  İnsan  üçün  şüalanma  dozasının 
minimal həddi ildə 
50 mQr
-dir.  
 
Araşdırma
2


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə