Aaf9aztitul1-7



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə72/72
tarix11.01.2018
ölçüsü3,99 Kb.
#20349
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   72

 
 
216 
 
 
Əleyhinə 
Əlbəttə, hər bir ölkənin, o cümlədən Azərbaycanın da nüvə silahına malik 
olmaq hüququ var. Lakin bu o demək deyil ki, Azərbaycan mütləq bu hüqu-
qundan  istifadə  etməlidir.  Nüvə  silahının  hər  hansı  ölkəyə  tətbiqi,  əlbəttə, 
həmin ölkənin də bu silahı Azərbaycana tətbiqi deməkdir. Onun nəticələrinin 
kiçik ölkə üçün hansı fəlakətlər törədəcəyini təsəvvür etmək çətin deyildir. 
 
2. Nüvə silahına həm yiyələnməkdən, həm də onun tətbiqindən daşınmaq prinsipinə 
əməl etməyə ehtiyac var. 
 
Lehinə  
Nüvə silahına yiyələnmək və onun tətbiqindən daşınmaq prinsipi – düşməni 
ona qarşı nüvə silahı tətbiq etməkdən çəkindirmək deməkdir. Nüvə silahına 
nə qədər az ölkə malik olarsa, ondan istifadə riski bir o qədər azalacaqdır. 
 
• Əleyhinə 
Bu prinsipin ciddi çatışmazlıqları vardır: 
1) rasional deyil, çünki bir ölkənin digərinə nüvə silahı tətbiq etməsi bütün 
Yer kürəsində fəlakət törədəcək;  
2) nüvə silahı əldə etmək istəyən ölkələrin sayı durmadan artacaq;  
3) nüvə silahı həndəsi silsilə ilə yayılacaq. 
 
3. Nüvə silahına malik olmaq ölkələrarası sülhün kompromis yollarının axtarılmasına 
zəmin yaradır. 
 
• Lehinə  
Nüvə silahına malik olan ölkələrin bir-biri ilə müharibə konfliktlərinə gir-
məsi ağır itkilər baxımından sərfəli deyil. Odur ki nüvə silahı beynəlxalq 
sabitliyi saxlamaq vasitəsidir. 
 
• Əleyhinə 
Birdən nüvə silahına malik olan ölkənin prezidenti əsəbi adam oldu, bəs 
onda necə? Belə olan halda qarant varmı ki, o, sülh kompromisi axtaracaq, 
yoxsa nüvə silahı tətbiq edəcək? Yoxdur!! 
 
4. Nüvə silahına malik olan ölkə beynəlxalq sazişlərə təsir edə bilir. 
 
• Lehinə  
Beynəlxalq forumlarda müzakirə olunan problemlərin həll yolları, adətən, 
nüvə  silahına  malik  ölkələr  tərəfindən  müəyyənləşdirilir.  Əgər  bütün  öl-
kələr nüvə silahına malik olarsa, beynəlxalq məsələlərin həllində ölkələr-
arası təsir balansı yaranar və saxlanar.  
 
• Əleyhinə 
Beynəlxalq məsələlərin həllində nüvə silahı hər şeyi həll etmir. Hazırda 
diplomatik müzakirələrdə ölkənin iqtisadi gücü və potensialı daha mühüm 
əhəmiyyət kəsb edir. 
 
 
 


 
 

217 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

 
1. Kimyəvi elementlərin dövri sisteminə əsasən volfram atomundakı proton, neytron 
və elektronların sayını müəyyənləşdirin. 
 
A) 
B) 
C) 
D) 
E) 
Proton-110 
Proton-74 
Proton-74 
Proton-184 
Proton-110 
Neytron-74 
Neytron-110 
Neytron-110 
Neytron-74 
Neytron-74 
Elektron-184 
Elektron-184 
Elektron-74 
Elektron -184 
Elektron-110 
 
2. Nüvənin 
-şüalanmasında onun kütlə 
ədədi nə qədər dəyişər? 
A) dəyişməz     
B) 1 vahid azalar     
C) 1 vahid artar     
D) 2 vahid azalar     
E) 2 vahid artar 
3. Kütlə defektini hansı düsturla 
hesablamaq olar? 
 
A)

 
B) 

 
C) 

 
D) 

      
E) 

 
 
4. Verilən nüvə reaksiyasında yaranan 
izotopu, onun kütlə (A) və yük (Z) 
ədədini təyin edin: 
İ
 
 
 
A) A = 98; Z = 90    
B) A = 99; Z = 40     
C) A = 98; Z = 41     
D) A = 99; Z = 51     
E) A = 51; Z = 99 
5. Radioaktiv izotopun yarımçevrilmə 
periodu 2 dəq-dir. İzotopun 1500 
nüvəsindən 2 dəqiqə müddətində neçə 
nüvəsi çevrilməyə məruz qalar? 
 
A) 1500     
B) 375     
C) 750      
D) 500     
E) 300 
 
 
 
Ü m u m i l ə ş d i r i c i   t a p ş ı r ı q l a r
 
 


 
 
218 
 
 
 
 
 
 
 

Akkomodasiya 
– göz büllurunun optik qüvvəsinin dəyişməsidir. 
1 amper 
– elə dəyişməyən cərəyan şiddətidir ki, bu cərəyan vakuumda yerləşən 
və  aralarındakı  məsafə  1m  olan  sonsuz  uzun,  çox  nazik  iki  paralel 
naqildən keçdikdə bu naqillərin hər 1 m uzunluğundakı hissələri arasında 
yaranan qarşılıqlı təsir qüvvəsinin modulu 
2 · 10
 olsun.   
Amper qüvvəsi 
– cərəyanlı naqil bircins maqnit sahəsində yerləşərsə, ona təsir edən qüv-
vədir. Amper qüvvəsinin modulu cərəyan şiddəti, maqnit induksiyasının 
modulu, naqilin uzunluğu və cərəyanın istiqaməti ilə maqnit induksiya 
vektoru arasındakı bucağın sinusu hasilinə bərabərdir: 
F
IBlsinα. 
Amper qüvvəsi 
üçün sol əl 
qaydası 
– sol əli maqnit sahəsində elə yerləşdirmək lazımdır ki, maqnit induk-
siya xətləri ovuca daxil olsun və uzadılmış dörd barmaq cərəyanın 
istiqamətində yönəlsin. Bu zaman 90° bucaq qədər açılan baş barmaq 
cərəyanlı naqilə təsir edən qüvvənin istiqamətini göstərir. 
Atomun nüvəsi 
– proton və neytronlardan ibarət dayanıqlı əlaqəli sistemdir. Nüvədəki 
proton və neytronlar birlikdə nuklonlar adlanır. 
 
Ç 
Çökük sferik 
güzgü 
– işıq şüalarını sferik seqmentin daxili səthindən qaytaran  güzgüyə deyilir. 
Çökük linza 
– ortası kənarlarına nisbətən nazik olan linzalara deyilir. Belə linzalar iki 
tərəfi çökük, çökük-müstəvi, çökük-qabarıq səthlərlə hüdudlana bilir. 
  
D
Dielektrik 
– sərbəst yükdaşıyıcıları olmayan, yalnız bağlı yüklərdən ibarət 
maddədir. 
Diamaqnitlər 
– maqnit nüfuzluğu vahiddən kiçik olan maddələrdir (
 
1). Diamaq-
nitlər  (
,
,
və  bütün  təsirsiz  qazlar)  sabit  maqnit  tərəfindən 
itələnir. 
 

Elektrolitlər 
– məhlulları (və ya ərintiləri) elektrik cərəyanını keçirən maddələrə (duz, 
turşu və qələvi) deyilir. 
Elektrolitik 
dissosiasiya 
 –  suda  neytral  molekulların  parçalanması  zamanı  müsbət  və  mənfi 
ionların yaranması prosesidir. 
Elektroliz  
– elektrolitdən cərəyan keçərkən elektrodlar üzərində maddə ayrılması 
prosesidir.  
Elektrik 
mühərriki 
– elektrik enerjisini mexaniki enerjiyə çevirən qurğudur 
 
 
 
T E R M İ N L Ə R     L Ü Ğ Ə T İ  
 


 
 
 
219 
 
• 
Terminlər lüğəti  

Elektromaqnit 
induksiyası  
– qapalı dolaq daxilində maqnit sahəsinin dəyişməsi ilə bu dolaqda elek-
trik cərəyanının yaranması hadisəsidir. 
Elektron-volt 
–  özündə  bir  elementar  elektrik  yükü  daşıyan  zərrəciyin  gərginliyi  1V 
olan elektrik sahəsində aldığı kinetik enerjiyə bərabərdir: 
1 eV
eU
1,6022 · 10
Kl · 1V
1,6022 · 10
C, 
1 keV
10 eV
1,6022 · 10
C, 
1 MeV
10 eV
1,6022 · 10
C. 
Buradan alınır ki, 
1C
1
1,6022 · 10
MeV
6,2414 · 10 MeV. 
 
 

Ferromaqnitlər 
– maqnit nüfuzluğu vahiddən çox böyük olan maddələrdir (
 
1). Fer-
romaqnitlər  (
,
,
,
və  onların  bəzi  xəlitələri)  sabit  maqnit 
tərəfindən böyük qüvvə ilə cəzb olunur. 
Fokal müstəvi  
– linzanın (və ya sferik güzgünün) baş fokus nöqtəsindən baş optik oxa 
perpendikulyar keçirilən müstəvidir.  
 
 

Gözün optik 
sistemini 
–  gözdə  işıq  şüasını  sındıran  şəffaf  elementlərin  –  buynuz  təbəqə,  ön 
kamera, büllur və daxili kameranın əmələ gətirdiyi sistemdir. 
 

Xüsusi rabitə 
enerjisi 
– nüvənin bir nuklonuna düşən rabitə enerjisidr:

. 
 
İ 
İfratkeçiricilik 
– naqilin elektrik müqavimətinin sıfıra çevrildiyi temperaturdakı keçiri-
ciliyidir. 
İnduksiya 
cərəyanı 
–  qapalı  dolaq  daxilində  maqnit  sahəsinin  dəyişməsi  nəticəsində  bu 
dolaqda yaranan elektrik cərəyanıdır. 
İşığın qayıtma 
qanunu 
– düşən şüa, qayıdan şüa və düşmə nöqtəsindən səthə qaldırılan perpen-
dikulyar bir müstəvidə yerləşir. Qayıtma bucağı düşmə bucağına bəra-
bərdir. 
İşığın sınması 
– işıq şüası bir mühitdən digər mühitə keçərkən bu mühitlərin sərhədində öz 
istiqamətini dəyişməsidir. 
İşığın sınma 
qanunu 
– düşən şüa, sınan şüa və şüanın düşmə nöqtəsindən iki mühitin sərhədi-
nə qaldırılan perpendikulyar bir müstəvi üzərində yerləşir. Düşmə bucağı 
sinusunun  sınma  bucağı  sinusuna  olan  nisbəti  verilən  iki  mühit  üçün 
sabit kəmiyyət olub, ikinci mühitin sındırma əmsalının birinci mühitin 
sındırma əmsalına nisbətinə bərabərdir: 

Burada 
  və 
  uyğun  olaraq  birinci  və  ikinci  mühitin,  n  isə  nisbi 
sındırma əmsalıdır. 
İstilik nüvə 
reaksiyası 
– çox yüksək temperaturlarda yüngül nüvələrin birləşmə (sintez) reaksi-
yasıdır. 


 
 
220 
 
İzotop 
–  (yun.  “izos”  –  eyni  və “topos”  – yer)  protonlarının  sayı  eyni,  kütlə 
ədədləri müxtəlif olan atomlara deyilir. 
 

Kütlə deffekti 
–  nuklonların  kütlələri  cəmi  ilə  həmin  nuklonlardan  ibarət  nüvənin 
kütləsi arasında fərqdir: 

.         
Burada 
 nüvənin kütləsi, Z və N – uyğun olaraq nüvədəki proton 
və  neytronların  sayı, 
 protonun  kütləsi, 
 neytronun  kütləsi, 

kütlə defektidir. 
 

Qabarıq sferik 
güzgü 
–  işıq  şüalarını  sferik  seqmentin  xarici  səthindən  səpələyən    güzgüyə 
deyilir. 
Qabarıq linza 
– kənarlarına nisbətən ortası qalın olan linzalara deyilir. Belə linzalar iki 
tərəfi qabarıq, qabarıq-müstəvi, qabarıq-çökük səthlərlə hüdudlana bilir. 
Qaz boşalması 
– qazların elektrik cərəyanını keçməsidir. 
Qeyri-müstəqil 
boşalma 
– ionlaşdırıcıının təsiri altında baş verən qaz boşalmasıdır. 

Linza 
–  sferik  səthlərlə  (bəzən  səthindən  biri  müstəvi  də  olur)  hüdudlanmış 
şəffaf cisimdir.  
Linzanın baş 
optik oxu 
–  linzanı  hüdudlandıran  sferik  səthlərin  mərkəzlərindən  keçən  düz 
xəttdir. 
Linzanın optik 
mərkəzi 
– linzanın mərkəzində baş optik ox üzərində yerləşən nöqtədir. 
Linzanın optik 
qüvvəsi 
– baş fokus məsafəsinin tərs qiymətinə bərabər kəmiyyətdir. BS-də optik 
qüvvənin vahidi dioptriyadır (1 dptr.). 
1 dioptriya – fokus məsafəsi 1 m olan toplayıcı linzanın optik qüvvəsidir: 
1
1
1

 
Linzanın xətti 
böyütməsi 
– xəyalın xətti ölçüsünün cismin xətti ölçüsünə nisbətinə bərabər fiziki 
kəmiyyətdir. Linzanı xətti böyütməsi 
 (qamma) hərfi ilə işarə edilir: 

.  
Lorens qüvvəsi 
– maqnit sahəsinin hərəkət edən yüklü zərrəciyə təsir qüvvəsidir. Lorens 
qüvvəsinin modulu zərrəciyin elektrik yükünün miqdarı, sürəti, maqnit 
induksiya vektorunun modulu, zərrəciyin sürət və maqnit induksiya vek-
torları arasındakı bucağın sinusu hasilinə bərabərdir: 


Lorens qüvvəsi 
üçün sol əl 
qaydası 
– sol əli maqnit sahəsində elə tutmaq lazımdır ki, maqnit induksiya vek-
toru  ovuca  daxil  olsun  və  açılan  dörd  barmaq  müsbət  yükün  hərəkəti 
istiqamətində (mənfi yükün hərəkətinin əksinə) yönəlsin. Bu zaman 90
0
 
bucaq altında açılmış baş barmaq yükə təsir edən Lorens qüvvəsinin isti-
qamətini göstərəcək. 
 
 
 
 
 


 
 
 
221 
 
• 
Terminlər lüğəti  


Maddənin maqnit 
nüfuzluğu 
– bircins mühitdə B maqnit induksiya vektorunun modulunun, vakuumdakı 
B
0
 maqnit induksiya vektorunun modulundan neçə dəfə fərqləndiyini gös-
tərir: 
µ
B
B
B
B
B
,
B
µB . 
Burada 
µ mü
maddənin maqnit nüfuzluğudur. O, vahidsiz kəmiyyət-
dir. 
Maqnit sahəsi 
– hərəkətdə olan elektrik yüklərinin yaratdığı materiya növüdür. 
Maqnit sahəsinin 
induksiyası (və ya 
maqnit induksiya-
sı) 
– maqnit sahəsinin qüvvə xarakteristikasıdır,   hərfi ilə işarə edilir və 
maqnit sahəsinin bu sahədə yerləşən maqnitə (və ya maqnit xassəli cis-
mə) təsirini xarakterizə edir. 
Maqnit  sahəsinin  induksiya  vektorunun  istiqaməti  –  bu  sahənin 
verilmiş nöqtəsində yerləşən maqnit əqrəbinin şimal qütbünün yönəldiyi 
istiqamətdədir. 
 
Maqnit induksiya 
xətləri 
– maqnit sahəsinin elə xətləridir ki, bu xətlərin hər bir nöqtəsinə çəkilən 
toxunan həmin nöqtədə 
B maqnit induksiya vektoru ilə üst-üstə düşür. 
Maqnetiklər 
–  maqnit  sahəsini  dəyişmək  qabiliyyətinə  malik  olan  bütün  maddələr 
adlanır. 
Müqavimətin 
temperatur 
əmsalı 
– ədədi qiymətcə  naqili 1  (1K) qızdırdıqda, onun müqavimətinin nisbi 
dəyişməsinə bərabərdir: 

 


Təmiz  metallar  üçün  (tərkibində  çox  cüzi  aşqar  olan  metallar)  müqa-
vimətin  temperatur  əmsalı  həmişə 
    0  olur  və  aşağıdakı  qiymətə 
bərabərdir: 
1
273
1
1
273
1
. 
Müstəqil boşalma 
– xarici təsir olmadan qazın elektrik cərəyanı keçirməsidir. 
Mövhumi xəyal 
– müstəvi güzgüdən qayıdan və ya linzada sınan şüaların uzantılarının 
kəsişməsindən alınan xəyaldır. 
 

Nazik linza 
– qalınlığı sferik səthlərin radiuslarına nisbətən çox kiçik olan linzadır. 
Neytronların 
artma əmsalı 
– hər hansı nəsildə olan neytronlar sayının ondan əvvəlki nəsil neytronlar 
sayına nisbəti (k) adlanır: 
ə
ə

 
Nöqtəvi işıq  
mənbəyi 
– verilmiş şəraitdə ölçüləri nəzərə alınmayan işıq mənbəyidir
Nüvə qüvvələri 
– zərrəcikləri (proton və neytronları) nüvədə saxlayan qüvvələrdir. 
Nüvənin kütlə və 
yük ədədi 
– nüvədəki nuklonların ümumi sayına bərabərdir. O, “A” hərfi ilə işarə 
edilir və elementin yuxarı indeksində yazılır. 
Kütlə ədədi = protonların sayı (Z) + neytronların sayı (N),  
A = Z + N. 
 


 
 
222 
 
Nüvənin yük 
ədədi 
–  nüvədə  olan  protonların  sayıdır.  O,  “Z”  hərfi  ilə  işarə  edilir  və 
elementin aşağı indeksində yazılır: 
. 
Nüvə reaktoru 
–  idarəolunan  zəncirvari  nüvə  reaksiyası  əldə  etməyə  və  onu  istənilən 
qədər saxlamağa imkan verən qurğudur. 
 

Optika 
– (yun. “optos” – görünən) fizikanın işıq və onun xassələrini öyrənən 
bölməsidir. 
 

Paramaqnitlər 
– maqnit nüfuzluğu vahiddən azca böyük olan maddələrdir (
µ 
1). 
Paramaqnitlər (
Al, Li, O , Na və s.) sabit maqnit tərəfindən zəif cəzb olu-
nur. 
 

Rabitə enerjisi 
– nüvəni sərbəst nuklonlara ayırmaq üçün lazım olan minimal enerjidir: 


    və ya    
·
. 
Radioaktivlik 
– atomların xarici təsirlər olmadan öz-özünə şüalanma hadisəsidir.  
Radioaktiv çev-
rilmə 
– bir radioaktiv nüvənin özbaşına digər nüvəyə çevrilməsidir. 
Rotor 
–  (lat.  “roto”  –  fırladıram)  mühərrikin  fırlanan  hissəsi  olub  statorun 
içərisində yerləşdirilir. Rotor silindrik içlikli çərçivə formasında olan elektro-
maqnitdən ibarətdir. O, bəzən lövbər də adlanır. 
 

Sabit maqnitlər 
(və ya sadəcə 
maqnitlər) 
– maqnit xassəsini uzun müddət özündə saxlayan maddələrdir. 
Səpici linzanın 
baş fokusu 
– səpici linzada baş optik oxa paralel düşən işıq şüaları sındıqdan sonra 
onların uzantılarının kəsişdiyi nöqtədir. Səpici linzanın baş fokus nöqtəsi 
mövhumidur, çünki həmin nöqtədə linzadan keçən şüaların özləri yox, 
uzantıları kəsişir. 
Sferik güzgü 
– səthi işıq şüalarını güzgü kimi əks etdirən, sferik seqment formasında 
olan cisimdir. 
Stator 
 –  (lat.  “sto”  –  dayanıram)  elektrik  mühərrikinin  tərpənməz  hissəsidir  və 
gövdəyə bərkidilmiş sabit maqnitdən, yaxud dəmir içlikli sarğacdan (elektro-
maqnitdən) ibarətdir. Stator bəzən induktor da adlanır. Onun vəzifəsi güçlü 
maqnit sahəsi yaratmaqdır. 
Snellen cədvəli 
– görmə itiliyini yoxlamaq üçün istifadə olunan cədvəldir. O, müxtəlif 
hərflər  yazılmış  11–12  sətirdən  ibarətdir.  Ən  iri  hərflər  ilk  sətirdə 
yerləşir,  sətirdən-sətrə  hərflərin  ölçüləri  tədricən  kiçilir.  Qüsursuz  göz 
gərgin baxmadan birinci sətri 60 m, 9-cu sətirdəki hərfləri isə 6 m məsa-
fədən görür. 
 
 
 


 
 
 
223 
 
• 
Terminlər lüğəti  

Ş 
Şüalanmanın 
udulma dozası 
– cismin udduğu şüalanma enerjisinin onun kütləsinə nisbəti ilə ölçülən 
fiziki kəmiyyətdir

 

Termoelektron 
emissiyası 
– elektronların yüksək temperatura qədər qızdırılan metalı tərketmə hadi-
səsidir. 
 
1 tesla 
– elə bircins maqnit sahəsinin induksiyasıdır ki, bu sahə maqnit induksiya 
xətlərinə perpendikulyar yerləşən cərəyanlı düz naqilə, uzunluğu 1 m və 
ondakı cərəyan şiddəti 1 A olduqda 1N qüvvə ilə təsir etsin: 
B
1
N
A · m
1
kq
A · san
1Tl. 
 
Toplayıcı linzanın 
baş fokusu 
–  toplayıcı  linzada  baş  optik  oxa  paralel  düşən  işıq  şüaları  sındıqdan 
sonra  kəsişdikləri  nöqtəyə  deyilir.  F  hərfi  ilə  işarə  olunur.  Toplayıcı 
linzanın baş fokus nöqtəsi həqiqidir, çünki həmin nöqtədə linzadan keçən 
şüaların özləri kəsişir. 
 

Vakuum 
– havası olduqca seyrəkləndirilmiş (
10
10
ü .) mühitdir. 
Bu mühitdə qaz molekulları bir-biri ilə, demək olar ki, toqquşmur. 
Vakuum diodu 
(və ya iki-
elektrodlu elek-
tron lampası) 
–  iş  prinsipi  termoelektron  emissiyasına  əsaslanan,  katod  və  anodddan 
ibarət ikielektrodlu vakuum balonudur. 
 

Yarımkeçirici 
– sərbəst yükdaşıyıcılarının sayı xarici təsirlərdən (temperatur, işıqlanma, 
tərkibinə aşqar daxil etmək və s.) asılı olan maddədir. 
Yarımçevrilmə 
periodu 
– izotopda olan nüvələrin yarısının radioaktiv çevrilməyə məruz qaldığı 
müddətdir. 
 
 
 
 
 
 
 
 


 
 
224 
 
 
FİZİKA – 9
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün 
“Fizika” fənni üzrə dərslik 
 
 
Tərtibçi heyət: 
 
Müəlliflər:  
Mirzəli İsmayıl oğlu Murquzov 
 Rasim 
Rəşid oğlu Abdurazaqov 
 Rövşən Mirzə oğlu Əliyev 
 Dilbər Zirək qızı Əliyeva 
 
İxtisas redaktoru  
A.İbrahimov 
Dil redaktoru  
K.Cəfərli 
Nəşriyyat redaktoru   K.Abbasova 
Bədii redaktoru  
T.Məlikov 
Texniki redaktoru  
Z.İsayev 
Dizayneri  
T.Məlikov 
Rəssamları  
M.Hüseynov, E.Məmmədov 
Korrektoru  
A.Məsimov 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
03.06.2016-cı il tarixli 369 №-li  
əmri ilə təsdiq olunmuşdur. 
 
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016 
 
 
 
Kağız formatı 70
100
1
/
16
. Fiziki çap vərəqi 14. Səhifə sayı 224. 
Tiraj 112 500. Pulsuz. 
 
“Şərq-Qərb” ASC-nin mətbəəsində çap olunmuşdur. 

Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə