Aaf9aztitul1-7



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə70/72
tarix11.01.2018
ölçüsü3,99 Kb.
#20349
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   72

 
 
210 
 
 
 
 
 
 
 
1. İnsanın xəstələnmiş daxili orqanlarının şüalandırılması nəticəsində hər 1 q canlı to-
xuma 
 ədəd 
-zərrəcik udur. Bir -zərrəcik  , ·
 enerjiyə malikdirsə, 
hər 1q canlı toxumanın şüalanma dozası nə qədərdir?  
2. 
-şüalanma mənbəyinin 1 saniyədə şüalanma dozası 
, ·
-dir. Radiasiya 
mənbəyi yaxınlığında duran adamın 1 saatda aldığı şüalanma dozasını təyin edin. Bu 
doza onun üçün nə dərəcədə təhlükəlidir? 
3.  Şəkildə  nüvə  reaktorunun  sxemi  təsvir  edilmişdir.  Uyğun  rəqəmlərlə  onun  hansı 
hissələri göstərilmişdir? 
 
 
 
4. Nüvə reaktorunda istilik daşıyıcısı hansı rəqəmlə işarə edilmişdir (yuxarıdakı şəkilə 
əsasən)? Onun funksiyası nədir və bu məqsədlə hansı maddədən istifadə edilir? 
5. AES-də elektrik enerjisi hansı enerji çevrilmələri ardıcıllığından alınır? Enerjilərin 
çevrilmə ardıcıllığını sıralayın. 
 
 
 
 
 
 
Çalışma
 
4.7


 
 

211 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

 
A
LTERNATİV ENERJİ MƏNBƏLƏRİ 
(TƏQDİMAT DƏRS) 
 
Alternativ enerji mənbələrinə dair kompüter təqdimatı hazırlayın. Təqdimat hazırlayar-
kən verilən materialdan və plandan istifadə edə bilərsiniz. 
 
TÜKƏNƏN VƏ TÜKƏNMƏYƏN ENERJİ MƏNBƏLƏRİ 
 
Bəşəriyyət mövcud olandan indiyə kimi insanlar enerji ehtiyaclarını ödəmək üçün müx-
təlif mənbələrdən istifadə ediblər. Enerji mənbələri iki növ olur: tükənən və tükənməyən. 
 
TÜKƏNƏN ENERJİ MƏNBƏLƏRİ 
 Qaz – ucuz yanacaq növüdür. 
Yanar qazlar
ın sənaye və 
məişətdə  istehlakına  hələ  ötən  yüzilliklərdə  başlanılmışdır. 
İ
nsanlar  erkən  sivilizasiya  çağlarından  Yerin  təkindən  qazın 
çıxmasının  şahidi  olmuşlar.  Eramızdan  bir  neçə  yüz  il  öncə 
Abşeron  yarımadasında,  Xəzər  dənizinin  şimal-qərb  sahil-
lərində  təsadüf  olunan  “əbədi  atəşlər”,  “yanar  sular”  dənizə 
şölə saçmış, üzən gəmilərin təbii mayakına çevrilmişdir. 
 
 Daş kömür – təbii yanacaq növüdür, qara, boz və par-
laqdır. Ondan yaşayış, iş və təhsil yerlərinin qızdırılmasında, 
istilik elektrik stansiyalarında geniş istifadə olunur. 
 
  Neft – 
Yer  kürəsind
ə  ən  mühüm  təbii  enerji  ehti-
yatlarından sayılır. O, istilik 
elektrik stansiyaları və nəqliyyat 
vasitələri üçün əvəzolunmaz xammaldır.
 Azərbaycan neftinin 
tarixi kökləri çox qədim dövrlərə gedir.
 
Ərəb səyyahları VIII 
əsrdə Bakının neftli torpağı, Abşeronun “ağ” və “qara” nefti 
haqqında  məlumat  vermişlər.  İtalyan  səyyahı  Marko  Polo 
(XIII–XIV əsrlər) Bakı neftinin İrana, Orta Asiyaya, Türkiyə-
yə və Hindistana aparılması və neftin gətirdiyi illik gəlir haqqında məlumat vermişdir.  
 
 Nüvə yanacağı – 
AES-də əsas yanacaq kimi istifadə edi-
lən uran yataqlarının zəngin olması istehsal olunan enerjinin 
ucuz başa  gəlməsini təmin edir. Dünyada ən böyük uran isteh-
salçıları Qazaxıstan, Avstraliya və Kanadadır. 
 
 
TÜKƏNMƏYƏN ENERJİ MƏNBƏLƏRİ 
 Günəş enerjisi – 
Yer  səthinə düşən Günəş  enerjisinin 
miqdarı Yerdə olan neft, qaz, kömür və digər yanacaqlardan 
dəfələrlə çoxdur. Günəş enerjisindən istifadənin ən səmərəli 
texnologiyası günəş batareyalarıdır. Ölkəmizdə günəşli saat-
ların  miqdarı  il  ərzində  2400–3200  saat,  1  kvadratmetr  Yer 
səthinə düşən Günəş enerjisinin miqdarı 1500–2000 kVt-saat-
dır.  
4.16 


 
 
212 
 
 Külək enerjisi –
 ekoloji cəhətdən təmiz, həm də tükən-
məyən  enerjidir.  2009-cu  ildə  Xızı  rayonunun  Şurabad  kəndi 
yaxınlığında 2 külək enerjisi qurğusu (KEQ) quraşdırılıb. Qur-
ğular vasitəsilə bir il ərzində 7 milyon kVt-saat elektrik enerjisi 
istehsal olunmuşdur. Bu elektrik enerjisi Xızı rayonunun tələ-
batını 50 faiz ödəməklə yanaşı, istehlakçıları “yaşıl enerji” ilə 
təmin edir.  
 
  Suyun  enerjisi  –
  enerji  istehsalına  görə  ikinci  yerdə 
SES-lər gəlir. Burada enerji tükənən, lakin bərpa olunan su 
axını  əsasında  istehsal  edilir.  Azərbaycanda  təkcə  Kür 
çayının üzərində üç böyük SES tikilmişdir. 
 
 Okean və dəniz enerjisi –
 bu enerji okean və dəniz su-
larının qabarma və çəkilmələrindən, dalğalar və axınlardan 
alınır. O, böyük miqdarda enerjini kiçik bir sahədən əldə et-
məyə  imkan  verən  tükənməz  və  ən  ucuz  başa  gələn  enerji 
növüdür.  
 
 
Təqdimatın hazırlanma planı 
1
-ci slayd 
 Təqdimatın adı 
 Hazırlayan (sinif, şagirdin adı, soyadı) 
2
-ci slayd 
 “Alternativ enerji” dedikdə, nə başa düşülür?
 
3
-cü slayd 
 
 Tükənən enerji mənbələri: nümunələr göstərin 
 Tükənən enerji mənbələrindən istifadə texnologiyaları 
4
-cü slayd 
 
 Tükənməyən enerji mənbələri: nümunələr göstərin   
 Tükənməyən enerji mənbələrindən istifadə texnologiyaları 
5
-ci slayd 
 
 Azərbaycanda tükənməyən alternativ enerji mənbələri, onlardan istifadə 
imkanları və perspektivləri 
6
-cı slayd 
 
 Azərbaycanda tükənən alternativ enerji mənbələri, onlardan istifadə 
imkanları və perspektivləri 
 
Elektron-resurslar: 
1. www.azerbaijan.az/_.../oilStrategy_02_a.html 
2. www.azerbaijan.az/portal/.../oilStrategy_a.html 
3. azens.az/menu.../42-azaerbaydzan-neftinin-tarixi 
4. www.azerbaijans.com/content_772_az.html 
5. https://ru.wikipedia.org/wiki/Энергия_волн_океана 
6. http://www.qlobalenerji.az/page.php?sh 
7. www.ecosoil.bsu.edu.az/.../alternativ_enerji_mn... 
8. anl.az/down/meqale/xalqqazeti/.../89346.htm 
9. https://az.wikipedia.org/wiki/Nüvə_energetikası 
10. irp.science.az/?l=/news,42/lang,az/. 
 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə