Aaf9aztitul1-7



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə8/72
tarix11.01.2018
ölçüsü3,99 Kb.
#20349
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   72

 
 

17 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

İngilis alimi Maykl Faradey (1791-1867) elektroliz zamanı elektrodlar üzərində 
ayrılan maddənin kütləsinin hansı fiziki kəmiyyətlərdən asılı olduğunu müəyyənləş-
dirmişdir. Elektroliz qanunu adlanan bu asılılıq belə ifadə olunur: 
 Elektroliz zamanı elektrodlar üzərində ayrılan maddənin kütləsi elektrolitdən 
keçən elektrik yükünün miqdarı ilə düz mütənasibdir. 
·
 
və ya 
.
 
Burada 
m
 – elektrod üzərində ayrılan maddənin kütləsi, q – elektrolitdən keçən 
elektrik yükünün miqdarı, k – mütənasiblik əmsalı olub maddənin elektrokimyəvi 
ekvivalentidir. Elektrokimyəvi ekvivalentin BS-də vahidi: 
1

Maddənin elektrokimyəvi ekvivalenti ədədi qiymətcə elektrolitdən 1Kl yük 
keçərkən elektrod üzərində ayrılan maddənin kütləsinə bərabərdir. Elektrokimyəvi 
ekvivalenti müxtəlif maddələr üçün müxtəlif qiymətə malikdir (cədvəl 1.1). 
 
Cədvəl 1.1. Bəzi ionların elektrokimyəvi ekvivalenti. 
Maddə 
Valentliyi 
Elektrokimyəvi ekvivalent  k
 
Civə 

2,0736 
Gümüş 

1,1179 
Qurğuşun 

1,0736 
Brom 

0,8282 
Qızıl 

0,6812 
Mis 

0,6588 
Mis 

0,3294 
Qalay 

0,6150 
Platin 

0,5058 
Xlor 

0,3674 
Sink 

0,3388 
Nikel 

0,3041 
Nikel 

0,2027 
Natrium 

0,2383 
Dəmir 

0,1929 
OH qrupu 

0,1763 
Kükürd 

0,1661 
Alüminium 

0,0932  
Oksigen 

0,0829 
Hidrogen 

0,01045 
 
 


 
 
18 
 
 
 
 
 
 
 
 
  
 
1. Elektrolitik dissosiasiyanın mexanizmi nədən ibarətdir? 
2. Elektrolit nədir və onun elektrik keçiriciliyi metalların elektrik keçiriciliyindən nə ilə fərqlənir? 
3. Elektroliz prosesini izah edin.  
4. Elektroliz qanunu necə ifadə olunur? 
 
 
 
 
Elektron resurslarından istifadə edərək “Elektrolizin praktik tətbiqləri” adlı elektron  
təqdimat hazırlayın. 
Elektron resurs nümunələri: 
1. http://chem21.info/info/1674155/ 
2. anl.az/el/p/pp_teeo.pdf 
3. https://www.youtube.com/watch?v=6k4eVMqF_jU 
4. https://www.youtube.com/watch?v=Pgd9JItyxNs 
 
 
 
 
 
 
 
Yaradıcı tətbiqetmə 
 
Ayrılan xromun kütləsini təyin edin. 
Məsələ. 
Polad lövhənin səthinin xrom təbəqəsi ilə örtülmə prosesi (xromlama 
prosesi) elektrolitik vannada cərəyan şiddətinin I = 2A qiymətində həyata ke-
çirilmişdir.  Polad  lövhə  üzərində  t  =  3  saat  müddətində  ayrılan  xrom  təbə-
qəsinin kütləsini təyin edin  (
18 ·
10
8
).
 
 
 
Araşdırma
2

 Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Elektrolit – ... 
2. Elektrolitik dissosiasiya – ...  
3. Elektrolitdə elektrik cərəyanı – ...  
4. Elektroliz – ... 
5. Elektroliz qanunu – ...  
Nə öyrəndiniz 
Öyrəndiklərinizi yoxlayın
 
 
 
Layihə
 
 


 
 

19 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

 
 
 
 
  
 
1. Gümüş-nitrat məhlulunun elektrolizi zamanı 7,84 q gümüş ayrıldı. Məhluldan keçən 
elektrik yükünü təyin edin (
ü üş
,
·
10
6
).  
2. Cərəyan şiddətinin 6A qiymətində 10 dəq müddətində elektrolitik vannada 1,224 q 
sink ayrıldı. Sinkin elektrokimyəvi ekvivalentini təyin edin.  
3. Göydaş məhlulunun elektrolizi zamanı 50 dəq müddətində katodda 1,98 q mis ayrıldı. 
Elektroliz hansı cərəyan şiddətində baş vermişdir (
,
·
10
6
)?  
4.  Şəkildə  gümüş-nitrat  məhlulunun  elektrolizində  istifadə  olunan  sxem  təsvir  edil-
mişdir. Təsvirdəki verilənlərə əsasən katod üzərində 2,52 q gümüşün hansı müddətə 
ayrıldığını təyin edin. 
 
 
 
5. Gümüş-nitrat məhlulundan 1 Kl elektrik yükü keçdikdə katod üzərində 1,11 mq gü-
müş  ayrıldı.  Məhluldan  1500  Kl  elektrik  yükü  keçdikdə  katod  üzərində  nə  qədər 
gümüş ayrılar?  
 
 
 
 
 
 
 
Çalışma
 
1.2


 
 
20 
 
 
 
 
 
 
Elektroliz hadisəsinin araşdırılması.
 
Təchizat: sabit cərəyan mənbəyi, elek-
trolitik vanna, mis-sulfatın 
 suda 
məhlulu, elektrodlar, saniyəölçən, amper-
metr, reostat, açar, tərəzi, çəki daşları, 
kağız salfet, birləşdirici naqillər (
a
). 
 
İşin gedişi:  
1. Tərəzidə katodun m
1
  kütləsini təyin edin. 
2. Şəkildə təsvir edilən sxemi iş vərəqinə çə-
kin və bu sxemə əsasən elektrik dövrəsini 
yığın (
b
). 
 
 
3. Elektrodları məhlul olan vannaya daxil edin, 
açarı  qapayın  və  eyni  anda  saniyəölçəni 
işə salın. Dövrədə cərəyan şiddətini 2 A-də 
saxlayın. 
4.  8 dəq  sonra  dövrəni  açın,  katodu  salfetlə 
qurulayın və onun tərəzi vasitəsilə m
2
  küt-
ləsini təyin edin. 
5. Təcrübəni  daha  iki  dəfə təkrarlayın: hər  
dəq-dən bir kütləsini təyin etdiyiniz katodu 
dövrənin mənfi qütbünə birləşdirin. 
6. 8 dəqiqə, 16 dəqiqə və 24 dəqiqə zaman 
fasilələrində katodda ayrılan misin kütləsini 
m = m
2
 – m
1  
ifadəsinə əsasən hesablayın.  
7. q = It düsturuna əsasən uyğun zaman fasi-
lələrində elektrolitdən keçən yükün miqda-
rını hesablayın. 
 
Cədvəl 1.2. 
Təc. 
sayı 
Katodun 
kütləsi 
Katod üzərində 
ayrılan misin kütləsi 
Zaman 
Cərəyan 
şiddəti 
Elektrik 
yükü 
 
m
1

(kq) 
 
m
2

(kq) 
m
1
, (kq) 
t , 
(dəq) 
t , 
(san) 
I , (A) 
q, (Kl) 

 
 
 

 
 
 

 
 
16 
 
 

 
 
24 
 
 
 
Nəticəni müzakirə edin: 
 Elektrod üzərində ayrılan misin kütləsi elektrolitdən keçən yükün miqdarından necə asılıdır? 
Asılılığı qrafik təsvir edin. 
 
 
 
 
 
Praktik iş
 
 
(b)
Diqqət! 
a) unutmayın ki, kütləsini təyin etdiyiniz 
elektrod katoddur və o, cərəyan mən-
bəyinin mənfi qütbünə birləşdirilir;  
b) təcrübə zamanı dövrədəki cərəyan şid-
dəti reostat vasitəsilə sabit saxlanılır;  
c) cədvəl 1.2-ni iş vərəqinə köçürün və 
ölçmələrin nəticələrini orada qeyd edin. 
(a)


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə