Aaf9aztitul1-7



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə9/72
tarix11.01.2018
ölçüsü3,99 Kb.
#20349
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   72

 
 

21 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

 V
AKUUMDA ELEKTRİK CƏRƏYANI 
 
 
 
 
 
Termoelektron emissiya. Metallarda xaotik hərəkətdə olan sərbəst elektronların 
bəziləri onu tərk edir – maye molekulları kimi buxarlanır.  
Elektronların metalın səthindən buxarlanması elektron emissiyası (emissiya latın 
sözü olub, “tərketmə,  şüalanma” mənasını verir) adlanır.  Buxarlanan  elektronlar 
metal ətrafında toplanaraq elektron buludu əmələ gətirir.  
Emissiyanın sadə və mühüm növlərindən biri termoelektron emissiyasıdır
1.4 
 Mayenin buxarlanması nə deməkdir? 
 Maraqlıdır, metalı közərənə qədər 
qızdırdıqda ondan sərbəst elektronların 
buxarlanması baş verə bilərmi?  
 Əgər belə hadisə mümkündürsə, elektron 
buxarından necə istifadə etmək olar? 
Fərziyyələrinizi söyləyin.  
Buxar  turbinindən  praktikada  geniş 
istifadə olunduğunu və onun iş prinsi-
pinin  qaynama  temperaturuna  qədər 
qızdırılan su buxarının enerjisinin tət-
biqinə əsaslandığını bilirsiniz. 
Vakuum dielektrikdir, yoxsa keçirici? 
Təchizat: sabit cərəyan mənbəyi, elektrometr, şüşə çubuq, ikielektrodlu nümayiş vakuum 
lampası, birləşdirici naqillər. 
İşin gedişi:  
1. Elektrometrin metal çubuğunu vakuum lam-
pasının  elektrodlarından  birinə,  gövdəsini 
isə digər elektroda birləşdirin (
b
).  
2. Elektrometri yükləyin və onun boşalıb-boşal-
madığını müşahidə edin. 
3. Vakuum lampasının sıxaclarını cərəyan mən-
bəyinə  birləşdirin  və  lampadakı  telin  qızması 
ilə baş verən hadisəni müşahidə edin. 
Nəticəni müzakirə edin:  
  Hansı  səbəbdən  yüklənmiş  elektrometri  va-
kuum  lampasına  birləşdirdikdə  o  boşalma-
dı? 
 Lampanın teli qızdırıldıqda nə baş verdi? Nə 
üçün? 
 
 
 
 
Araşdırma
1
(b) 
İkielektrodlu nümayiş vakuum lampasının 
quruluşu: o, qapalı vakuum şüşə balonundan 
(1) ibarətdir. Lampa elektrod adlanan iki na-
qillə –  katod (2) və anodla (3) təchiz edilmiş-
dir. Katod ya spiral tel olub birbaşa qızdırılır, 
yaxud  əlavə    qızdırıcı tellə altdan qızdırılır. 
Lampa iki sıxacla (4) cərəyan mənbəyinə qo-
şulur  (
a
). 
(a) 


 
 
22 
 
Elektronların yüksək temperatura qədər qızdırılan metalı  tərk etməsi hadisəsi  
termoelektron emissiyası adlanır. 
Metalı  qızdırdıqda  sərbəst  elektronların  kinetik  enerjisi  artır,  nəticədə  onların 
enerjisi daha böyük olanlar metalı tərk edir.  
Termoelektron emissiyası hadisəsindən praktik məqsədlər üçün necə fayda-
lanmaq  olar?  Əgər  qapalı  elektrik  dövrəsinə  termoelektron  emissiyası  baş  verən 
qurğu qoşub metaldan buxarlanan elektronlara istiqamətlənmiş hərəkət verilərsə, o, 
dövrədən biristiqamətli çərəyan keçməsini təmin edər.  
Vakuum diodu. İş prinsipi termoelektron emissiyasına əsaslanan, katod və anod-
dan ibarət ikielektrodlu vakuum balonu ikielektrodlu elektron lampası  və ya va-
kuum diodu adlanır.  
Vakuum diodunun başlıca xüsusiyyəti ondan ibarətdir ki, orada elektronlar yalnız 
bir istiqamətdə – katoddan anoda doğru hərəkət 
edə  bilir.  Belə  ki,  qızdırılan  katodun  səthindən 
emissiya  edən  elektronlar  onun  ətrafında  elek-
tron buludu yaradır. Katod cərəyan mənbəyinin 
mənfi,  anod  isə  müsbət  qütbünə  birləşdirilərsə, 
bu  elektrodlar  arasında  yaranan  elektrik  sahə-
sinin  təsiri  ilə  elektronlar  anoda  doğru  nizamlı 
hərəkət edir. Onlar anoda çatdıqda dövrə qapa-
nır,  ondan  cərəyan  keçir.  Şəkildə  ikielektrodlu 
vakuum  lampasının  kəsiyi  və  onun  sxemlərdəki  şərti  işarəsi  təsvir  edilmişdir  (
c
)
Əksinə, katod cərəyan mənbəyinin müsbət, anod isə mənfi qütbünə birləşdirilərsə, 
buluddakı elektronlar geriyə, katodun səthinə qayıdaraq dövrəni qapamır – dövrədən 
cərəyan  keçməsini  təmin  etmir.  Deməli,  vakuum  diodunda  cərəyanın  əks  keçidi 
yoxdur. Hazırda lampalı diod yarımkeçirici diodlarla əvəz edilmişdir.   
Elektron-şüa  borusu.  Elektron-şüa  borusu  uzun  illər  kompüter,  radiolokator, 
elektron mikroskopu, televizor və başqa cihazların mühüm hissələrindən biri olmuş-
dur.  
Nazik elektron selini sürətləndirməklə elektrik siqnallarını işıq siqnallarına çevi-
rən vakuum cihazı – elektron-şüa borusudur (
d
)
 
 
Elektron-şüa borusunun enli divarı ekran rolunu oynayan konusvarı vakuum balo-
nundan (1) ibarətdir. Borunun dar ucunda sürətli elektron selinin mənbəyi olan elektron 
(d) 
(c) 


 
 

23 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

topu yerləşir. Elektron topu qızdırılan katoddan (2), silindrik formalı idarəedici elekt-
roddan (3) və anoddan (4) ibarətdir. Qızdırılan katoddan buraxılan elektronlar katodla 
anod arasında yaranan elektrik sahəsinin təsiri ilə sürətləndirilir. Katodla anod arasındakı 
gərginlik 500V 
 20 kV intervalında olur. Belə güclü sahədə elektron selinin kinetik 
enerjisi çox böyük olduğu üçün onlar anodun daxilindən böyük sürətlə keçərək xüsusi 
təbəqə ilə örtülən  ekrana düşür və orada işıqlanma yaradır. Bir-birinə nəzərən perpen-
dikulyar yerləşdirilən kondensatorlar sistemi (5) elektron selini şaquli və üfüqi istiqa-
mətlərdə  meyil  etdirir.  Meyiletdirici  lövhələrdə  verilən  gərginlik  müəyyən  qanunla 
dəyişdirilərsə,  elektron  seli  də  uyğun  olaraq  müxtəlif  təsvirlər  verir.  Bu  cür  təsvirlər 
monitor, ossiloqraf və televizor ekranlarında müşahidə olunur. 
 
 
 
 
 
  
 
 
 
Yaradıcı tətbiqetmə 
 
Vakuum diodunun hansı məqsədlər üçün istifadə olunur?
Təchizat: vakuum diodunun sabit cərəyan dövrəsinə qoşulma sxemi. 
İşin gedişi. Verilən sxemlərə əsasən vakuum diodu qoşulmuş sabit cərəyan dövrəsindən 
cərəyanın keçib-keçmədiyini araşdırın:  
a) katod 6 V-luq cərəyan mənbəyinə qoşulmuş spiralla qızdırılır, lakin dövrənin ucları 
açıqdır (
e
);  
b) anod cərəyan mənbəyinin müsbət, katod mənfi qutbünə birləşdirilmişdir (
f
);  
c) katod dövrənin müsbət, anod isə mənfi qütbünə birləşdirilmişdir (
g
).  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nəticəni müzakirə edin:  
 Diodda közərmə teli nə üçündür? 
 Katodu və anodu uyğun olaraq cərəyan mənbəyinin hansı qütbünə birləşdirdikdə elektrik 
dövrəsindən cərəyan keçər, hansı qütbünə birləşdirdikdə isə cərəyan keçməz? Nə üçün? 
Fərziyyənizi söyləyin. 
 
 
Araşdırma
2

Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Termoelektron emissiyası ... 
2. Vakuum diodu ... 
3. Elektron-şüa borusu ... 
Nə öyrəndiniz 
(e)
 
(f)
(g)


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə