Aaf9aztitul1-7



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə16/72
tarix11.01.2018
ölçüsü3,99 Kb.
#20349
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   72

 
 

43 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

 Termorezistor – temperaturun dəyişməsi ilə müqaviməti geniş intervalda dəyişə 
bilən rezistordur. Şəkildə termorezistorun xarici görünüşü və elektrik sxemlərindəki 
şərti işarəsi təsvir edilmişdir (
b
).  
 Fotorezistor – işıqlanmanın dəyişməsi ilə 
müqaviməti geniş intervalda dəyişə bilən rezis-
tordur. Şəkildə fotorezistorun xarici görünüşü 
və elektrik sxemlərindəki  şərti işarəsi təsvir 
edilmişdir (
c
)
Termorezistor  və  fotorezistorların  yüksək 
həssaslığından  müasir  radioelektronika,  robot 
texnikası, telemexanika və s. elm-texnika sahə-
lərində geniş istifadə edilir. 
Termoelement və fotoelement. Bu yarım-
keçirici cihazlar bir neçə aşqarlı yarımkeçirici-
dən hazırlanmışdır.  
Termo- və fotoelementlər elektrik cərəyanını yaradan mənbə ola bilirlər. 
Yarımkeçirici termoelement – ayrı-ayrı p-tip və n-tip yarımkeçirici kristallardan 
ibarətdir (
d
).  
 
 
 
Onların yuxarı ucları qızdırıla bilən metal lövhəyə (sarı rənglə göstərilmişdir), 
aşağı  ucları  isə  ayrı-ayrı  metal  kontaktlara  bərkidilir.  Bu  kontaktlar  (yaşıl  rənglə 
göstərilmişdir) hava ilə soyudulur. Metal lövhəyə verilən istilik miqdarının təsiri ilə 
p-tip yarımkeçiricidə deşiklərin, n-tip yarımkeçiricidə isə elektronların sayı artır. Bu 
zərrəciklər kristaldakı eyniadlı zərrəciklərdən itələnərək onun aşağı hissəsinə doğru 
hərəkətə  başlayır.  Nəticədə  kristalların  aşağı  uclarına  birləşdirilən  kontaktlarda 
əksişarəli yüklər toplanır – ekoloji təmiz cərəyan mənbəyi yaranır.   
Yarımkeçirici fotoelement – tərkibinə aşqar əlavə edilməklə səthində p-tip ke-
çidli sahə yaradılmış  n-tip silisium kristalından ibarətdir (
e
). 
 
(d)
(e)
(b) 
(c)


 
 
44 
 
Bilirsiniz ki, p-n keçidinin kontaktlarında öz-özünə əksişarəli yüklər yaranır. Ona 
görə də, bu kontaktlara qısamüddətli cərəyan yaradan mənbə kimi baxmaq olar. Əgər 
p-n keçidi fasiləsiz işıqlandırılarsa, orada fasiləsiz olaraq yeni elektron-deşik cütləri 
yaranar – fasiləsiz fəaliyyət göstərən ekoloji təmiz cərəyan mənbəyi alınar, məsələn, 
günəş batareyası.  
Termoelement və fotoelementlər Yerdə və kosmosda – əlçatmaz yerlərdə, bir çox 
məişət cihazlarında istifadə olunan əsas cərəyan mənbələridir.  
 
 
 
 
 
  
 
1. Rezistor və termorezistor bir-birindən nə ilə fərqlənir? 
2. Termorezistorun iş prinsipi yarımkeçiricinin hansı xassəsinə əsaslanır? 
3. Termoelement və termorezistor bir-birindən nə ilə fərqlənir? 
4. Fotorezistor və fotoelement bir-birindən nə ilə fərqlənir? 
5. Fotorezistorun iş prinsipi yarımkeçiricinin hansı xassəsinə əsaslanır? 
6. Fotoelement nə üçün ekoloji təmiz cərəyan mənbəyi hesab olunur?  
 
 
 
 
Yaradıcı tətbiqetmə 
 
Fotoelementin işini yoxlayaq.
Təchizat: qalvanometr, foto-
element (“Yarımkeçiricilərdə 
elektrik cərəyanı” cihaz dəstin-
dən), açar, cib fənəri, birləşdirici 
naqillər.  
İşin gedişi:  
1.  Fotoelement,  açar  və  qalva-
nometrdən ibarət dövrə yığın (
f
).  
2. Açarı qapayıb dövrədə cərə-
yanın yaranıb-yaranmadığını 
araşdırın.  
3. Açarın qapalı vəziyyətində 
fotoelementin səthini fənərlə 
işıqlandırın və baş verən hadi-
səni müşahidə edin. 
Nəticəni müzakirə edin:  
 Fotoelementin səthini işıqlandırdıqda nə müşahidə etdiniz? 
 Hadisənin başvermə səbəbini necə izah edərdiniz? 
 
 
Araşdırma
2

 Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Termorezistor – ...  
2. Termoelement – ... 
3. Fotorezistor – ... 
4. Fotoelement – ... 
Nə öyrəndiniz 
Öyrəndiklərinizi yoxlayın
 
(f)


 
 

45 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

 
 
 
 
1. Yarımkeçiricidə deşik və müsbət ion bir-birindən nə ilə fərqlənir? Cavabınızı əsas-
landırın. 
2. Yarımkeçiricidə elektron və deşiklərin sayı eynidirsə, o hansı tip keçiriciliyə malik-
dir?  
1. p–tip; 2. n–tip;  3. Məxsusi; 4. Aşqar. 
 
A) Yalnız 3       B) Yalnız 4     C) 1, 2, 3 və 4    D) 1 və 2    E) 3 və 4 
3. Sxemdə təsvir edilən hansı lampa işıqlanar (hansı işıqlanmaz)? Nə üçün? 
 
4. Şəkildə atomların valent elektronlarının qarşılıqlı vəziyyəti sxematik göstərilmişdir 
(
a
 və 
b
).  Bu yarımkeçiricilərə hansı keçiricilik uyğundur? 
 
 
 
 
 
 
 
Çalışma
 
1.5
1 
2 
(a)
(b)


 
 
46 
 
 M
ÜXTƏLİF MÜHİTLƏRDƏ ELEKTRİK CƏRƏYANI 
(DƏRS-TƏQDİMAT) 
 
“Müxtəlif mühitlərdə elektrik cərəyanı” mövzusunda təqdimat hazırlayın. Təqdimatı 
hazırlayarkən verilən plandan istifadə edə bilərsiniz. 
 
Təqdimatın hazırlanma planı. 
Təchizat: “Microsoft Office PowerPoint”, “Promethean” elektron lövhənin “Activ Inspire” və ya 
“Mimio Studio” proqramlardan biri.  
Təqdimatda aşağıdakı açar söz və cümlələrdən istifadə edin.  
 
Açar sözlər və açar cümlələr  
1. ion 
12. elektrik qövsü 
23. akseptor aşqar 
34. elektron buludu 
2. sərbəst 
elektronlar 
13. qeyri-müstəqil 
boşalma 
24. anod  
35. ifratkeçiricilik 
3. aşqar 
14. dielektrik 
25. elektrodlar 
36. zərbə ionlaşması 
4. deşik 
15. yarımkeçirici 
26. qığılcımlı 
boşalma 
37. elektroliz 
5. temperatur 
artdıqca mü-
qaviməti artır 
16. naqil 
27. məxsusi ke-
çiricilik 
38. vakuum 
6. rekombinasiya 
17. donor aşqar 
28. alovsuz 
boşalma 
39. elektron-şüa borusu 
7. kovalent rabitə 
18. müstəqil 
boşalma 
29. valent 
elektronları 
40. xarici təsirlər nəticəsində 
müqaviməti kəskin dəyişir 
8. qızdırdıqda 
müqaviməti azalır 
19. emissiya 
30. şimşək 
41. birtərəfli keçiricilik 
9. keçirici 
20. elektrolit 
31. vakuum diodu 
42. n-tip keçiricilik 
10. p-tip keçiricilik 
21. tac boşalması 
32. katod 
43. müsbət və mənfi ionlar 
11. kristal qəfəs 
22. termoelektron 
emissiya 
33. elektrolitik 
dissosiasiya 
44. əsas və qeyri-əsas 
yükdaşıyıcılar 
 
1
-ci slayd 
Müxtəlif mühitlərdə elektrik cərəyanı 
Hazırladı: ... 
 
2
-ci slayd 
 Metallarda elektrik cərəyanı 
3
-cü slayd 
 Elektrolitlərdə elektrik cərəyanı 
4
-cü slayd 
 Vakuumda elektrik cərəyanı 
5
-ci slayd 
 Qazlarda elektrik cərəyanı 
6
-cı slayd 
 Yarımkeçiricilərdə elektrik cərəyanı 
 
 
 
 
1.11 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə